Month: November 2019

  • Elmar Məmmədyarov isveçli həmkarı ilə görüşdü

    Şərq Tərəfdaşlığının 10 illik yubileyi ilə bağlı Stokholmda keçirilən Nazirlər görüşündə iştirakı çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov İsveçin Xarici İşlər naziri Ann Linde ilə görüşüb.

    XİN-dən Oxu.Az-a verilən məlumata görə, Görüşdə Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər üzrə fikir mübadiləsi aparıblar.

    İsveç tərəfinin sorğusuna cavab olaraq Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı vəziyyəti barədə məlumat verib.

    Beynəlxalq hüququn norma və prinsinpləri, o cümlədən BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktı, eləcə də beynəlxalq təşkilatların qərar və qətnamələri, xüsusilə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında münaqişənin tezliklə sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli və məcburi köçkünlərin öz evlərinə qayıtmasının vacibliyi vurğulanıb.

    Tərəflər iki ölkənin XİN-ləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi məsələsini müzakirə ediblər.

    Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi baş tutub.

  • Найден необычный способ бросить курить

    Исследователи обнаружили, что лекарства, которые врачи выписывают людям, страдающим диабетом второго типа, имеют еще один важный положительный эффект.

    Оказалось, что эти препараты содержат пиоглитазон – вещество, снижающее тягу к никотину.

    Как передает Median.Az со ссылкой на RG, об этом информирует Journal of Neuroscience. Попытки бросить курить нередко заканчиваются неудачей, потому что люди испытывают крайне неприятные ощущения из-за отсутствия постоянной дозы никотина.

    Это болезненное состояние получило название никотиновой абстиненции. Оно характеризуется раздражительностью, неумеренным аппетитом, депрессией и беспокойством.

    Заядлые курильщики, столкнувшись с такой реакцией организма, сдаются и вновь начинают курить.

    Команда ученых из Италии, Швеции и США под руководством Эси Доми (Esi Domi) выяснила, что пиоглитазон нивелирует проявления никотиновой абстиненции у крыс и мышей. Клинические испытания показали, что пиоглитазон стимулировал рецепторы, расположенные в тех областях мозга, которые отвечают за никотиновую и наркотическую зависимость.

    Инъекции пиоглитазона в гиппокамп мышей снизили признаки абстиненции: дрожание лапок, головы и другие. Когда это вещество вводили в миндалины грызунов, у них пропадало состояние тревоги на фоне отмены никотина.

    Исследователи утверждают, что открытие влияния пиоглитазона на проявления никотиновой абстиненции позволит создать совершенно новые методики борьбы с курением. Важен и тот факт, что диабет второго типа у курильщиков развивается значительно чаще, чем у тех, кто не курит. Примерно, на 30 процентов.

    Это значит, что пиоглитазон может получить применение в составе комплексной терапии, не только снимающей никотиновую абстиненцию, но и повышающей чувствительность к инсулину.

  • Dubayın şahzadəsi qartalları biznes-klassda apardı — Dovdaq ovladı – FOTO/VİDEO

    Dubayın vəliəhd şahzadəsi, şeyx Həmdan bin Məhəmməd əl-Məktumun Özbəkistanda Qırmızı kitaba düşmüş dovdaq quşlarını ovlamaq üçün təyyarənin biznes-klasında apardığı ov qartallarının videogörüntüləri sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.
    Median.Az
    virtualaz.org-a istinadən xəbər verir ki, qartarlar “Özbəkistan Havayolları” şirkətinin təyyarəsinin komfortabelli biznes-salonunda gətirilib. Kadrlara əsasən şeyxin 10 qartalının hərəsinə bir kreslo ayrılıb.

    Şeyx Həmdan bin Məhəmməd əl-Məktum Özbəkistanın Nəvai vilayətində qartallarla dovdaq ovlayıb. Özbəkistanda ov mövsümündə hər belə quşu ovlamaq üçün dövlətə 6 min dollar pul ödəmək lazımdır. Özbəkistanın ekologiya və ətraf mühitin mühafizəsi Dövlət Komitəsinin əməkdaşı adının açıqlanmaması şərti ilə deyib ki, ərəb şeyxləri “xüsusi icazə” ilə ərazidə ov ediblər. Lakin mənbə şeyxlərin dovdaq ovuna görə xərclədikləri pulun məbləğini bilmədiyini deyib.


    Əlbətdə, Dubay şeyxinin Özbəkistanda Qırmızı kitaba düşmüş quşları ovlaması üçün icazə ancaq yüksək səviyyədə verilə bilərdi. Bunun təsdiqi kimi prezident Şövkət Mirziyoyevin kürəkənlərinin şeyxin şərəfinə verdiyi ziyafətdən yaydıqları fotoları göstərilir. Sosial şəbəkələrdə yayılmış fotolara əsasən Dubaydan olan yüksək rütbəli qonaqlar Daşkənddə prezidentin kürəkənləri Oybek Tursunov və Otabek Umarovla ziyafət məclisində oturublar. Umarov prezidentin təhlükəsizlik xidmətinin rəhbərinin birinci müavinidir.

  • “Onun əgər vicdanı olsaydı…” – Namiq Abdullayevdən Elçin Əlibəylinin iddiasina cavab

    Teleaparıcı Elçin Əlibəyli sərbəst güləş üzrə olimpiya və 3 qat Avropa çempionu Namiq Abdullayev tərəfindən döyüldüyünü iddia edir.


    Aparıcı sonradan statusunda dəyişiklik edərək onu döyənin Namiq Abdullayevin qardaşı Natiq Abdullayev olduğunu qeyd edib.

    Məsələ İlə bağlı olimpiya çempionu Namiq Abdullayev Bizimyol.info-ya bildirib ki, o, Elçin Əlibəylini tanımır.

    “Mənə aid olmayan məsələdir. Onun əgər vicdanı olsaydı, mənə aid olmayan məsələyə görə mənim adımı çəkməzdi. Nə olub xəbərim də yoxdur”- deyə N.Abdullayev bildirib.

    Olimpiya çempionu deyib ki, onun həmin qardaşı ilə münasibətləri isti deyil: “Mənim həmin qardaşımla aramda soyuqluq var. Mən onunla danışmıram. Onun nə xeyrinə, nə də şərinə gedirəm. Onun işinə, biznesinə mən qarışmıram. Mən qarışqaya zərər gətirmirəm. Heç kimin haqqına girməyən adamam. Qanun da var, hər şey də var. Kimdən şikayətin var, elə, haqqını da tələb elə. Mən qardaşımın dalınca gələn deyiləm. Haqqın tərəfdarıyam. Özüm də hüquq mühafizə orqanında işləyirəm”.

  • “Facebook” şirkətinin loqotipi dəyişdi

    “Facebook” şirkəti yeni loqotip təqdim edib.
    Median.Az
    “ICTnews”a istinadən xəbər verir ki, loqotip şirkətin məhsul istifadəçilərinin onu eyniadlı sosial şəbəkədən fərqləndirmək məqsədilə yaradılıb.

    Şirkətin yeni loqotipində yalnız baş hərflərdən və xüsusi yaradılmış şriftlərdən istifadə olunub.

    Qeyd olunur ki, “Facebook” şirkəti əvvəlcə mobil əlavə (sosial şəbəkə) kimi yaradılsa da, hazırda qrupa bir neçə məhsul daxildir. Onlar dünyanın bütün insanlarına ünsiyyət qurmağa və biznesi inkişaf etdirməyə kömək edirlər.
    Bununla belə, “Facebook” sosial şəbəkəsinin brendi dəyişməz qalacaq.

    Yaxın vaxtlarda şirkət bütün məhsul və marketinq materiallarında, o cümlədən rəsmi saytda və “Instagram” və “WhatsApp” proqramlarının əsas səhifələrində yeni loqotipdən istifadəyə başlamağı planlaşdırır.

  • Xətaidə piyadanı avtomobil vurub

    Xətai rayonunda piyadanı avtomobil vurub.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Kənd Əhmədli qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1985-ci il təvəllüdlü Əhmədov Sənan Sumbat oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Ona aşağı ətrafın küt travması diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Фонд Гейдара Алиева: Для перевозки Огтая Гюльалиева в Турцию выделен специальный самолет

    Согласно поручению Первого вице-президента Азербайджанской Республики, президента Фонда Гейдара Алиева Мехрибан Алиевой, сотрудники Фонда взяли под контроль вопросы в связи со здоровьем Огтая Гюльалиева, который в настоящее время проходит лечение в Республиканской нейрохирургической больнице, и заявили, что окажут ему всю необходимую поддержку.

    Как сообщили Oxu.Az в Фонде Гейдара Алиева, в связи с этим представители Фонда вчера разговаривали по телефону с женой Огтая Гюльалиева Фирузой Гюльалиевой, а сегодня, встретившись с ней в больнице, поинтересовались потребностями членов семьи и узнали, какую поддержку им может оказать Фонд.

    Принимая во внимание просьбу членов семьи, для поддержки лечения находящегося в коме Огтая Гюльалиева были привлечены иностранные специалисты. Приглашенный из Стамбула врач сегодня ознакомился с состоянием здоровья Огтая Гюльалиева. С учетом решения членов семьи о продолжении его лечения в Турции, в настоящее время Фонд Гейдара Алиева работает над решением данного вопроса.

    Так, согласно поручению Президента Фонда Гейдара Алиева Мехрибан Алиевой, для перевозки О.Гюльалиева в Турцию был выделен специальный самолет санитарной авиации. В ближайшее время под наблюдением врачей О.Гюльалиев будет перевезен в Стамбул.

    В то же время было отмечено, что все необходимые вопросы, связанные со здоровьем Огтая Гюльалиева, находятся под личным контролем Президента Фонда Гейдара Алиева. Пострадавшему будет оказана вся необходимая помощь.

    Отмечается, что Фонд Гейдара Алиева всегда оказывал необходимую помощь каждому нуждающемуся гражданину страны и с гордостью выполняет взятую на себя эту гуманитарную миссию.

    Как сообщалось ранее, 29 октября в 17:20 на пересечении улиц 28 Мая и Пушкина в Насиминском районе Баку таксист Кянан Абдуллаев на своем автомобиле Hyundai Accent сбил переходившего дорогу правозащитника Огтая Гюльалиева. В результате у него диагностировали кровоизлияние в мозг.

    30 октября Гюльалиева прооперировали в клинике City Hospital. 1 ноября его перевели в реанимационное отделение Республиканской нейрохирургической больницы.

  • Heydər Əliyev Fondu: Oqtay Gülalıyevin Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun əməkdaşları hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunan Oqtay Gülalıyevin səhhəti ilə bağlı məsələləri nəzarətə götürüb və onun müalicəsi üçün lazımı dəstəyin göstəriləcəyi bildirilib.

    Heydər Əliyev Fondundan Trend-ə verilən məlumata görə, bununla əlaqədar Fondun nümayəndələri Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva ilə ötən gün telefonla danışaraq, eyni zamanda bu gün xəstəxanada görüşərək ailə üzvlərinin istəyi və Fond tərəfindən göstərilə biləcək dəstəklə maraqlanıblar. Ailəsinin müraciəti nəzərə alınaraq, hazırda koma vəziyyətində olan Oqtay Gülalıyevin müalicəsinə dəstək baxımından xaricdən mütəxəssislər cəlb olunub. Bu gün İstanbuldan dəvət olunmuş həkim Oqtay Gülalıyevin vəziyyəti ilə yerində tanış olub. Ailəsi Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən hazırda Heydər Əliyev Fondu bununla bağlı məsələlərin həllini həyata keçirir.

    Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Oqtay Gülalıyevin Türkiyəyə aparılması üçün xüsusi təyyarə ayrılıb və onun qısa müddətdə həkimlərin nəzarəti altında İstanbula aparılması nəzərdə tutulur. Eyni zamanda Oqtay Gülalıyevin səhhəti ilə bağlı bundan sonra da yaranan bütün zəruri məsələlərin Heydər Əliyev Fondunun prezidentinin nəzarətində saxlanılacağı və müvafiq dəstəyin göstəriləcəyi bildirilib.

    Bildirmək istəyirik ki, Heydər Əliyev Fondu öz fəaliyyət istiqamətlərindən çıxış edərək hər bir şəxsə daim zəruri köməyi göstərmişdir və bu humanitar missiyanı bir təşkilat olaraq hər bir zaman həyata keçirməkdən qürur duyur.

  • Azərbaycana qanunsuz yolla keçirilən mobil telefonlar aşkarlanıb

    Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Ford Focus” markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu zaman o, idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı nəqliyyat vasitəsinin oturacaqlarının altında gizlədilən 3 ədəd “Redmi Note 8”, 1 ədəd “Redmi 8A”, 1 ədəd “Samsung Galaxy A20S” və 2 ədəd “Samsung Galaxy A20” markalı mobil telefonlar aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.//Baku.ws

  • Kirayə mənzil bazarında vəziyyət necədir? – VİDEO

    Noyabr ayı olsa da, kirayə mənzil bazarında hələ də payızın əvvəllərində olan vəziyyət hökm sürür.

    Yəni qiymətlər yüksək olaraq qalmaqdadır. Buna görə də mənzil axtarışında olanlar uyğun qiymətə kirayə ev tapa bilmir.

    Kirayə mənzil bazarında ev axtarışına çıxanlar məyus qayıdır. Xüsusilə də tələbələr bu məsələdə çətinlik çəkir. Dərslərin bir neçə aydır ki, başlamasına baxmayaraq, onlar hələ də öz ciblərinə uyğun ev tapa bilmirlər.

    Ekspertlər də təsdiq edir ki, kirayə mənzillərin qiymətində enmə müşahidə olunmur. Yaxın zamanda da ucuzlaşma gözlənilmir.

    Kirayə evlərin qiyməti şəhərin mərkəzində adətən 300-400 manat arasında dəyişir, bu da nəinki bölgələrdən paytaxta üz tutan tələbələrin, həm də ailəvi yaşamaq istəyənlərin ciblərinə uyğun deyil.

    Ekspertlərin fikrincə, ölkəyə turist axınının artması kirayə mənzil bazarındakı qiymətlərə da təsir edir. Turistlərin sayının artması ölkə üçün nə qədər yaxşı olsa da, yataqxanaların sayının az olduğu bir şəhərdə tələbələrin ev tapmaması bir o qədər də pis haldır.//oxu.az