Month: November 2019

  • Rusiyada xuliqanlıq edən azərbaycanlını təyyarədən belə düşürdülər – VİDEO

    Rusiyada xuliqanlıq zəminində həbs olunan və haqqında həbs qərarı çıxarılan azərbaycanlının görüntüləri yayılıb.

    Yerli mətbuatın məlumatına görə, təyyarədə sərnişinlərə və ekipaja qarşı kobudluq və aqressivlik edən həmyerlimiz uçuşun təxirə salınmasına səbəb olmuş, hava limanı polisi tərəfindən saxlanılmışdı.

    Onun avialaynerdən endirilməsinin görüntüləri yayılıb.

  • Азербайджанские «Бони и Клайд»: Мейханщик и его возлюбленная ограбили около 10 домов в Баку – ФОТО

    В поселке Бина задержаны лица, ограбившие свыше 10 частных домов, передает Qafqazinfo.

    Во время отсутствия проживающего в поселке Бина Хазарского района столицы Рауфа Абдуллаева из его квартиры были украдены телевизор, электрическое оборудование и другие предметы быта

    Было установлено, что пострадавшему был нанесен материальный ущерб на сумму 1202 маната.

    Сотрудники 3-го отделения полиции Хазарского района задержали по подозрению в совершении данного ограбления ранее судимого жителя Баку Амида Алиева и жительницу Евлахского района Техран Мамедову. В ходе расследования было установлено, что данные лица ограбили около 10 частных домов в поселке Бина.

    Во время обыска квартиры, в которой они проживают, была обнаружена и изъята в качестве улики часть краденых предметов быта.

    В отношении задержанных было возбуждено уголовное дело.

    Отмечается, что А.Алиев известен в Лянкяране как исполнитель мейханы, а Т.Мамедова -является его возлюбленной.

  • Bakı küçələrində erməni mahnısı səsləndirənlər saxlanılıb? – VİDEO

    Xəbər verdiyimiz kimi, bir-neçə gün əvvəl sosial şəbəkələrdə içərisində erməni mahnısı səsləndirilən Neftçilər prospekti ilə hərəkət edən avtomobilin videosu yayılıb.

    Median.Az xəbər verir ki, videoda avtomobilin içərisində olanların Azərbaycan və azərbaycanlılara qarşı təhqir və aşağılayıcı ifadələri də yer alıb.

    Sürətlə yayılan bu video vətəndaşlarımızın hiddətinə səbəb olub.

    ovqat.com-un məlumatına görə paytaxtın yollarında qurulmuş kameralara düşən həmin nəqliyyat vasitəsi təsbit olunub və təxribatçılar dünən saxlanılıb. İlkin araşdırmalar nəticəsində həmin şəxslərin Gürcüstan azərbaycanlıları olduğu məlum olub. Şübhəlilər ilkin ifadələrində Bakıda yaşayan qohumlarıgilə gəldiklərini etiraf ediblər. Bildirilir ki, hüquq mühafizə orqanları keçirdikləri əməliyyatla bağlı məlumat yayacaqlar.

  • Microsoft 4 günlük iş həftəsinə keçdi: nəticə inanılmaz oldu

    Microsoft şirkətinin Yaponiya üzrə şöbəsi 1 ay ərzində keçirilmiş 4 günlük iş həftəsinə keçid təcrübəsinin nəticələrini təqdim edib. Məlumatda qeyd olunub ki, 4 günlük iş həftəsinə keçid nəticəsində işçilərin məhsuldarlıqları artıb.

    Median.Az “technote”a istinadla xəbər verir ki, sözügedən təcrübə Work Life Choice Challenge 2019 Summer proqramı çərçivəsində avqust ayında keçirilib.

    Beləliklə 1 ay ərzində Microsoft-un Yaponiya üzrə şöbəsinin 2300 əməkdaşı həftənin cümə gününü əlavə istirahət günü kimi əldə edib. Yəni işçilər həmin gün çalışmayıblar. Bununla belə şirkət bunun müqabilində işçilərin maaşlarını kəsməyib və onların illik məzuniyyətlərindən həmin günləri çıxmayıb. Nəticədə şirkətin Yaponiya üzrə şöbəsi keçirilmiş təcrübəni uğurlu adlandırıb və onun təkrar olunmasında maraqlı olduğunu bildirib. Bu təcrübənin əsas nəticələri isə aşağıdakı kimidir:

    – 2018-ci ilin avqust ayındakı göstəricilər ilə müqayisədə bu lin avqust ayında bir işçi üzrə hesablanan satış göstəriciləri 39.99% yüksəlib.

    – Vaxtın qənaət olunması üçün şirkət iş görüşlərinin keçirilməsinə fərqli cür yanaşıb. Belə ki, müzakirələrin çox hissəsi online formatına, görüşlərin özləri isə 30 dəqiqə formatına keçirilib.

    – Həftədə 4 gün işləyən əməkdaşlar 25.4% daha az istirahət günləri götürüblər.

    – Elektrik enerjisi sərfiyyatı 23%, kağız sərfiyyatı isə 58% aşağı düşüb.

    – Bu təcrübədə iştirak etmiş əməkdaşların 92.1%-i bildirib ki, onlar 4 günlük iş rejimindən razı qalıblar. Bəzi əməkdaşlar isə etiraf ediblər ki, cümə günündə bütün dünyanın çalışdığı bir vaxtda onların həmin gün istirahət etmələri onlara bir qədər ağır gəlib.

    Qəbul olunmuş vaxtdan artıq çalışmaq Yaponiyanın iş mədəniyyətinin əsas problemlərindən biridir. Hökumətin məlumatlarına əsasən 2016-cı ildə şirkətlərin əksəriyyəti öz əməkdaşlarından ayda 80 saatdan çox çalışmağı tələb etmişdilər. Yaponiyanın səhiyyə və əmək nazirliyinin məlumatlarına əsasən 2018-ci ildə təyin olunmuş vaxtdan çox çalışma nəticəsində 190 insan vəfat etmişdi. Onlardan bəziləri isə suiqəsd ilə həyatlarına son qoymuşdular. Bu ilin aprel ayında Yaponiyada qüvvəyə minmiş qanun ayda 45 saatdan, ildə isə 360 saatdan çox çalışmanı qadağan edir. Bu normanı pozan biznesə isə 2800$ dəyərində cərimə təyin olunur.

  • В Азербайджане за 15 лет в отношении 200 судей начато дисциплинарное производство

    За последние 15 лет в отношении 200 судей было начато дисциплинарное производство.

    Как сообщает АПА, об этом было отмечено на коллегиальном заседании в Министерстве юстиции.

    Было отмечено, что против волокиты и других негативных случаев в судах постоянно принимаются решительные меры.

    За 15 лет деятельности Судебно-правового совета в отношении 200 судей было начато дисциплинарное производство, за различные нарушения от судебной системы были отстранены 130 судей.

    Было также отмечено, что для обеспечения прозрачности и непредвзятости, недопустимости непроцессуальных отношений в судах систематически проводятся проверки и мониторинги со стороны Минюста и Судебно-правового совета.

    За короткое время в более чем 40 судах были проведены проверки и мониторинги, до сведения более 100 судей и председателей судов было доведено о выявленных нарушениях, в связи с грубыми нарушениями начато дисциплинарное производство.

  • 200 hakim barəsində intizam icraatı başlanılıb

    Son 15 il ərzində 200 hakim barəsində intizam icraatı başlanılıb.

    Ədliyyə Nazirliyindən verilən məlumata görə, bu barədə nazir Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş kollegiya iclasında bildirilib.
    İclasda 130 hakimin qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif əsaslarla – fəaliyyətinin qeyri-məqbul qiymətləndirilməsinə, səlahiyyət müddətinin uzadılmamasına görə, habelə intizam qaydasında, o cümlədən korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırıldığı vurğulanıb.

    Qeyd olunub ki, qısa müddət ərzində 40-dan çox məhkəmədə monitorinqlər keçirilib, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə intizam icraatları başlanılıb.//azvision.az

  • Bakıda Pakistan vətəndaşının mağazası qarət olundu

    Bakıda mobil telefon aksesuarları mağazası qarət olunub.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib.

    Şəifzadə küçəsi ev 134, mənzil 67-də müvəqqəti yaşayan Pakistan vətəndaşı, 1987-ci il təvəllüdlü Zaheer Mühəmməd Yasir oğlu polisə müaciət edərək bildirib ki, naməlum şəxslər A.M.Şərifzadə küçəsi 142 ünvanında mobil telefon mağazasına daxil olaraq oradan mobil aksessuarlar götürüblər.

    Faktla bağlı araşdırma aparılır.

  • “Səssiz ölüm”dən necə qurtula bilərik? – VİDEO

    Havaların cəmi bir həftədir soyumasına baxmayaq, artıq bəzi evlərdə istilik sobaları qurulub.

    Evi isitmək üçün işə salınan bu sobalar isə hər il onlarla ailənin ocağını söndürür.

    Ayaqucunda, səssiz-səmirsiz gələn ölümün qurbanları arasında hər yaş qrupundan insan var.

    Toksikoloq Azər Maqsudov deyir ki, son iki gündə dəm qazı zəhərlənməsi diaqnozu ilə təcili tibbi yardıma 8 nəfər müraciət edib. Bu ilin 10 ayı ərzində isə 119 belə müraciət daxil olub.

    Deməli, evlərimizi dolaşan bu kabusa hər zaman hazır olmalıyıq. Zəhərlənən şəxsə ilkin tibbi yardım göstərməyi bacarmalıyıq.

    Bəs dəm qazı zəhərlənmələri zamanı ilk yardım olaraq nələr etmək lazımdır?

    Zəhərlənmələrin 90%-i vanna və yataq otaqlarında baş verir. İnsanlar yatarkən qazı açıq qoyur, gecə qazın kəsilməsindən xəbərsiz olurlar. Külək əsərkən bayıra çıxmalı olan tüstü otağa ötürülür, nəticədə zəhərlənmələr baş verir.

    Hər yoldan keçənə də qaz ustası deyib sobaların quraşdırılmasını həvalə etmək olmaz. Bu sizi ölümə bir az daha yaxın edir. Həmçinin “Azəriqaz” əməkdaşlarının xəbəri olmadan qaz cihazlarının yerini dəyişdirmək, qaz cihazı quraşdırmaq da qadağandır.//oxu.az

  • Стала известна дата прибытия в Азербайджан нового посла Израиля

    Новоназначенный посол Израиля в Азербайджане Джордж Дик прибудет в Баку 21 ноября.

    Об этом АПА сообщили в посольстве Израиля.

    Напомним, что Дж.Дик сменит на этом посту Дана Става.

  • DİN və DTX birgə əməliyyat keçirdi — Əcnəbi vətəndaş tutuldu

    Noyabrın 2-nə keçən gecə paytaxtın Nizami rayonu ərazisində “Mercedes” markalı avtomobildən pul oğurlanması barədə 25-ci Polis Şöbəsinə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, Q.Qarayev prospektində avtomobildən şüşəni sındırmaq yolu ilə 3645 manatın oğurlandığı müəyyən edilib.
    Nizami RPİ 25-ci Polis Şöbəsi və Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş, əvvəllər məhkum olunmuş M.Əhmədov Şıxlı keçid məntəqəsində saxlanılıb.//ölkə.az