Month: November 2019

  • Azərbaycanda son 15 ildə 200 hakim barəsində intizam icraatına başlanılıb

    Son 15 ildə 200 hakim barəsində intizam icraatı başlanılıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

    Qeyd olunub ki, məhkəmələrdə süründürməçilik və digər mənfi hallara qarşı hər zaman qəti tədbirlərin görülür. Məhkəmə-Hüquq Şurası tərəfindən fəaliyyət göstərdiyi 15 il ərzində 200 hakim barəsində intizam icraatının başlanıldığı, 130 hakimin qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif əsaslarla – fəaliyyətinin qeyri-məqbul qiymətləndirilməsinə, səlahiyyət müddətinin uzadılmamasına görə, habelə intizam qaydasında, o cümlədən korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırıldığı vurğulanıb. Məlumat verilib ki, şəffaflığın və qərəzsizliyin, habelə qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmələrdə mütəmadi yoxlamalar və monitorinqlər aparılır. Qısa müddət ərzində 40-dan çox məhkəmədə monitorinqlər keçirilib, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə intizam icraatları başlanılıb.

  • Bakıda hərbi tibb mütəxəssislərinin işçi görüşü keçirilir

    Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi tibb xidməti mütəxəssislərinin işçi görüşü başlayıb.

    Median.Az xəbər verir ki, hərbi tibb sahəsində əməkdaşlıq çərçivəsində Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev Türkiyə təmsilçisi polkovnik Yusuf Gündoğdu və Gürcüstan nümayəndəsi polkovnik Avtandil Abaşidzenin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşüb.

    Görüşdə Azərbaycan Ordusunun tibbi təminatının strukturlarına dair brifinqlər iştirakçıların diqqətinə təqdim olunub, əməkdaşlıq sahəsində mövcud qabaqcıl təcrübələrin öyrənilməsi və birgə fəaliyyətlər planının hazırlanması mövzusunda fikir mübadiləsi aparılıb.

  • Türkiyədə batmış ada aşkar edildi – FOTO

    Mərmərə dənizində, İstanbul yaxınlığında su altında qalmış Vordonisi adası aşkar edilib.

    Median.Az trend-ə istinadən xəbər verir ki, adanın havadan görüntüləri də qeydə alınıb.

    Ehtimal olunur ki, ada təxminən min il əvvəl baş vermiş güclü zəlzələ nəticəsində su altında qalıb.

  • Binədə 10-a yaxın evdən oğurluq edənlər tutuldu — FOTOLAR

    Xəzər rayonu Binə qəsəbəsində yaşayan paytaxt sakini Rauf Abdullayev 3-cü Polis Bölməsinə müraciət edərək evdə olmadığı müddətdə məzilindən televizor, elektrik avadanlıqları və digər məişət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.
    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, bölmədə zərərçəkənin ifadəsi alınan zaman ona ümümilikdə 1202 manat maddi ziyanın dəydiyi məlum olub.


    Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Amid Əliyev və Yevlax rayon sakini Tehran Məmmədova saxlanılaraq istintaqa təqdim ediliblər. Araşdırma zamanı hər iki şəxsin Binə qəsəbəsində ümumilikdə 10-a yaxın fərdi yaşayış evindən oğurluq etdikləri məlum olub. Onların yaşadıqları evə baxış zamanı oğurladıqları məişət əşyalarının bir qismi aşkar edilərək maddi sübut kimi götürülüb.


    A.Əliyev və T.Məmmədova barəsində Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa onlardan aidiyyatı üzrə Xəzər Rayon Polis İdarəsi və ya 3-cü Polis Bölməsinə müraciət etmələri xahiş olunur.//ölkə.az

  • Aida İmanquliyevaya həsr olunmuş kitab və elektron məlumat bazası təqdim edilib

    Noyabrın 5-də Milli Kitabxanada Azərbaycanın görkəmli şərqşünas alimi, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 80 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdirdiyi “Aida İmanquliyeva. Biblioqrafiya” kitabının və “Aida İmanquliyeva – 80” adlı elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, tədbir Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə təşkil olunub.

    Milli Kitabxananın direktoru professor Kərim Tahirov çıxış edərək Aida İmanquliyevanın həyat və fəaliyyəti haqqında geniş söhbət açıb. Professor bildirib ki, görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 80 illiyi münasibətilə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib edilən biblioqrafiyada “Aida İmanquliyevanın həyat və yaradıcılığının əsas tarixləri”, “Aida İmanquliyevanın əsərlərindən müdrik deyimlər”, “Görkəmli şəxsiyyətlər Aida İmanquliyeva haqqında” bölmələri verilib. Biblioqrafik vəsaitdə Aida İmanquliyevanın əsərləri – kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, elmi-tənqidi və publisistik məqalələri, tərcümələri, habelə alimin həyat və yaradıcılığını əks etdirən 1964-2019-cu illəri əhatə edən materiallar – kitablar, dissertasiyalar, məqalələr, rus və başqa dillərdə çap olunmuş materiallar toplanıb.

    K.Tahirov biblioqrafiyada ilk dəfə olaraq “Aida İmanquliyeva dünya kitabxanalarında” və “Aida İmanquliyeva dünya universitet kitabxanalarında” bölmələrinin də yer aldığını xüsusi qeyd edib. Professor çıxışında Milli Kitabxana tərəfindən hazırlanmış “Aida İmanquliyeva. Biblioqrafiya” kitabının şərqşünas alimin zəngin elmi yaradıcılığının, ədəbi irsinin təbliğində böyük rolu olacağını və şərqşünaslar, ədəbiyyatşünas alimlər, tədqiqatçılar üçün dəyərli mənbəyə çevriləcəyini bildirib.

    Daha sonra görkəmli alim Aida İmanquliyevanın həyat və yaradıcılığından bəhs edən qısa film nümayiş edilib.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Aida İmanquliyeva. Biblioqrafiya” kitabında və həmin kitabın əsasında hazırlanmış elektron məlumat bazasında toplanmış əsərlərin əsl informasiya mənbəyi kimi Aida İmanquliyevanın zəngin ədəbi irsinin dərindən öyrənilməsi baxımdan səciyyəvi olduğunu bildirib. H.Hüseynovanın sözlərinə görə, Aida İmanquliyeva zəngin elmi fəaliyyəti ilə yanaşı, o, cəmiyyət üçün, Azərbaycanın ictimai-siyasi fəailyyətində xüsusi xidmətləri ilə seçilən ləyaqətli övladlar tərbiyə edib.

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin akademik katibi, akademik Nərgiz Axundova çıxış edərək Aida İmanquliyevanın tərcüməçilik fəaliyyətindən, səmərəli pedaqoji fəaliyyətindən, elmi-təşkilati fəaliyyətində yüksəki ixtisaslı ərəbşünas kadrların hazırlanmasındakı xidmətlərindən söhbət açıb.

    AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva çıxış edərək Azərbaycanda şərqşünaslıq üzrə ilk qadın filologiya doktoru, professor Aida İmanquliyevanın keçmiş sovet şərqşünaslığında Azərbaycan şərqşünaslıq məktəbinin yaranıb inkişafındakı xidmətlərindən söhbət açıb. G.Baxşəliyeva bildirib ki, Aida İmanquliyeva bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatları və yazdığı əsərləri ilə nəinki keçmiş Sovetlər Birliyində, dünya miqyasında Azərbaycan Şərqşünaslığını layiqincə təmsil edib.

    Daha sonra Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili, akademik Nizami Cəfərov, BDU-nun Şərqşünaslıq fakultəsinin dekanı, professor Elxan Əzizov çıxış edərək şərqşünas alim Aida İmanquliyevanın zəngin elmi yaradıcılığından, elmi əsərlərindəki Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkülündən, ərəb məhcər ədəbiyyatının tədqiqindən söhbət açıblar.

    Daha sonra gənc şair Sevindik Nəsiboğlu Aida İmanquliyevaya həsr etdiyi şeiri səsləndirib.

    Sonda Milli Kitabxananın “Elektron Kitabxananın İnkişafı şöbəsi”nin əməkdaşları tərəfindən tərəfindən hazırlanmış “Aida İmanquliyeva – 80” elektron məlumat bazası şöbənin müdiri Rübabə Səfərova tərəfindən təqdim edilib.

  • Появились кадры нападения на детский сад в России, где убили 6-летнего мальчика – ВИДЕО

    Следственный комитет РФ опубликовал кадры нападения на детский сад в Нарьян-Маре (Ненецкий автономный округ России). В конце октября в этом детском саду во время тихого часа мужчина убил шестилетнего мальчика, сообщает ura.ru.

    На кадрах видно, как мужчина уверенно подходит к детскому саду и пытается открыть дверь, после чего звонит в домофон. Как выяснилось позже, охранник детсада открыл дверь дистанционно, приняв подозреваемого в убийстве ребенка за родителя одного из воспитанников. Поднявшись на второй этаж, мужчина начал заглядывать в каждую дверь, видимо, пытаясь найти детей. На месте преступления его задержали сотрудники детсада и удерживали до прибытия сотрудников управления Росгвардии и полиции. “В ходе допроса в качестве обвиняемого он признал свою вину, раскаялся в содеянном”, — говорится в сообщении СК РФ.

    Убийство мальчика произошло 31 октября. Подозреваемым в преступлении стал 36-летний местный житель Денис Поздеев. Он утверждал, что убийство ребенка было необходимо для свершения некоего заклинания. Известно, что один из воспитателей попыталась преградить ему путь в детскую спальню, но обвиняемый ее оттолкнул. Тогда второй воспитатель побежала звать на помощь, другой сотрудник детского сада нажала “тревожную кнопку” — но к этому моменту мужчина уже причинил смертельное ножевое ранение шеи мальчику.

    Сейчас подозреваемый в убийстве ребенка заключен под стражу. Также предъявлено обвинение предъявлено охраннику детсада — свою вину он признал частично. В отношении работников детского сада СК завел дело по статье “Халатность”.

  • Leyla Abdullayeva: Azərbaycan XİN separatçı rejimin “təmsilçisinin” Moskva səfərini araşdırır

    “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin “təmsilçisi” Masis Mayilyanın Rusiya Federasiyasının paytaxtına getməsi ilə bağlı mətbuatda yayılan məlumat hazırda tərəfimizdən araşdırılır. Bu “səfər” çərçivəsində qanunsuz rejimin “nümayəndəsi”nin kimlərlə görüşdüyü, hansı tədbirlərdə iştirak etməsi kimi məsələlər dəqiqləşdirilir”.

    Median.Az-ın report-a istinadən məlumatına görə, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Leyla Abdullayeva bildirib.

    “Bilirsiniz, diplomatiyada hər hansı məsələ ilə bağlı xarici ölkə səfirinin XİN-ə çağırılacağı xəbərini öncədən elan etmək təcrübəsi mövcud deyil. Bu ciddi bir addımdır və əlbəttə ki, buna öncədən müvafiq məlumatı toplamaqla hazırlaşmaq lazımdır. Mətbuata isə səfirin çağırılması ilə bağlı məlumat post-factum, yəni hadisə baş verdikdən sonra verilir. Müşahidələrim onu deməyə əsas verir ki, bəzi jurnalistlər bu məsələdə əsassız səs-küy qaldırmağa çalışırlar. Fikrimcə, məsələyə aydınlıq gətirilməsi üçün professional yanaşma nümayiş etdirərək XİN-in Mətbuat Xidmətinə müraciət edilə bilərdi. Biz isə ünvanlanan bütün müraciətləri, əlbəttə ki, məsələ üzrə ətraflı məlumat toplandıqdan sonra cavablandırırıq. O ki qaldı konkret olaraq sualınızda qeyd etdiyiniz Xarici İşlər Nazirliyinin mövqeyinə, vurğulamaq istərdim ki, Azərbaycan tərəfinin qanunsuz oyuncaq rejimin “nümayəndələri”nin xarici ölkələrin ərazisinə daxil olması məsələsində nümayiş etdirdiyi yanaşma birdir və bu yanaşma hər bir kəsə eyni şəkildə şamil olunur. Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi məsələsi bizim hamımız və bütün xalqımız üçün olduqca prinsipial məsələdir”, – deyə o qeyd edib.

  • MTRŞ ANS ÇM-in tezliyi ilə bağlı müsabiqə elan etdi

    Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, iclasda yeni radio kanalının yaradılması məsələsi haqqında müzakirələr aparılıb və ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşeron ərazisində 102,0 MHz tezliyinə noyabrın 12-dən dekabrın 12-dək müsabiqə elan olunması barədə qərar qəbul edilib.

    Xatırladaq ki, məlum tezlikdə vaxtilə ANS ÇM radiosu yayımlanırdı.

  • Renkadan Damlaya ATMACA: “Ona görə də paylaşmadım” – VİDEO

    ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi rəqqasə Rəna Ağamuradova olub.

    Müğənni Damlanın “Şansın yox” klipinə çəkilən rəqqasə klipdə az görünməsindən gileylənib:

    “Klipdə demək olar ki, görünmürəm, ancaq qanadlarım görünür. Ona görə də paylaşmadım. Görünsəydim paylaşardım. Onsuz da hər kəs paylaşıb. Çəkilişə görə qonarar almamışam. Dostlarımdan pul almıram”.

    Sənətçi Damla da məsələyə münasibət bildirib:

    “Aramızda belə bir problem olmayıb. Renka ilə mən yox, rejissor danışıb. Elə məsləhət görülüb. Elə bilirəm ki, elə olmalı idi. Klipdən sonra dəfələrlə görüşmüşük. Sözümüzü yerə salmadı. Gəlib həvəslə iştirak etdi, saatlarla ayaq üstə qaldı. Renka, əziyyətini halal et. Mən özüm belə klipdə başdan ayağa yoxam”.

  • В Огузе автомобиль сбил ребенка

    В Огузе автомобиль сбил 5-летнего ребенка, который возвращался домой с дошкольной подготовки.

    Как сообщает Median.Az со ссылкой на АПА, авария произошла сегодня днем на отрезке автомобильной дороги Гарамярьям-Исмаиллы-Шеки, которая проходит по территории села Падар Огузского района. Автомобиль марки «Opel» сбил возвращавшегося с матерью домой с дошкольной подготовки Мазахирова Рашада Рустам оглу (2014 г.р.). Водитель сразу же доставил ребенка в Центральную больницу Огузского района.

    В больнице ребенку была оказана необходимая медицинская помощь, после чего он для обследования был отправлен в Диагностический Центр Габалинского района.

    Ведется расследование.