Month: November 2019

  • Sabunçuda 30 yaşlı kişini avtomobil vurub

    Sabunçu rayonunda 30 yaşlı kişini avtomobil vurub.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsi ərazisində yerləşən “Fidan” salonun yaxınlığında qeydə alınıb.

    Belə ki, 1989-cu il təvəllüdlü Babayev Rafael Qurbanəli oğlu yolu keçmək istəyərkən maşın vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Jurnalistlər üçün təhlükəli ölkələr açıqlandı…

    Beynəlxalq Jurnalistlər Federasiyası (BJF) KİV əməkdaşları üçün ən təhlükəli ölkələrin adlarını açıqlayıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təşkilatın apardığı “Jurnalistlərə qarşı cinayətkarlığa görə cəzasızlığın sonu” kampaniyası gəlinən nəticəni elan edib. Məlumata görə, jurnalistlər üçün ən təhlükəli 5 ölkə Filippin, Somali, Peru, Fələstin və Ukraynadır.

    Xüsusilə, BJF bu təhlükənin daha çox Kiyev şəhərində müşahidə olunduğunu açıqlayıb.

  • МИД о поездке в Москву “представителя” сепаратистского режима

    “Сообщения СМИ о поездке “представителя” незаконного режима, созданного в оккупированном Арменией Нагорно-Карабахском регионе Азербайджана, Масиса Маиляна в российскую столицу в настоящее время расследуются нами. Так, проводится уточнение информации о том, с кем встречался “представитель” незаконного режима, и в каких мероприятиях он участвовал в рамках этого “визита”.

    Как сообщает Median.Az, об этом заявила руководитель пресс-службы министерства иностранных дел Азербайджана Лейла Абдуллаева.

    “Но знаете ли, в дипломатии отсутствует практика заранее анонсировать о вызове в МИД иностранного посла по тому или иному вопросу. Это серьёзный шаг, и к нему следует детально подготовиться, в первую очередь посредством сбора выверенной соответствующей информации. В прессу же о приглашении посла сообщают постфактум, то есть после того, как посол посетил МИД. Мои наблюдения позволяют сказать, что некоторые журналисты пытаются поднять по данному вопросу необоснованную шумиху. Тем не менее, полагаю, что с целью прояснения ситуации, проявляя профессиональный подход, следовало бы для начала обратиться в пресс-службу МИД. Мы же, со своей стороны, отвечаем на все запросы, конечно же, после сбора подробной информации.

    Что же касается конкретно позиции министерства иностранных дел, о чем вы упомянули в своем вопросе, хотела бы подчеркнуть, что подход азербайджанской стороны по въезду “представителей” незаконного марионеточного режима на территорию иностранных государств является единым и в равной мере распространяется на все подобные случаи. Вопрос территориальной целостности и суверенитета в рамках международно признанных границ Азербайджана является крайне принципиальным для всех нас и для всего нашего народа”, – сказала Л.Абдуллаева.

  • Kürdəmirdə ağır qəza: 3 yaralı

    Kürdəmirdə “Kamaz” “VAZ-2106” ilə toqquşub.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Karrar kəndində qeydə alınıb.

    Belə ki, Kürdəmir rayon sakini Abbasov İsa Köçəri oğlu idarə etdiyi “Vaz-2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan Ağsu rayon sakini Rüstəmov Famil Əjdər oğlunun idarə etdiyi “Kamaz” markalı yük avtomobilinə çırpılıb.

    Hadisə zamanı “Kamaz” və “Vaz-2106″nın sürücüləri və minik avtomobilində olan sərnişin Məmmədova Zenfira Köçəri qız xəsarət alıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Tıxacla bağlı xəbərdarlıq edildi

    Noyabrın 10-dan Səbail rayonu Abbasqulu Abbaszadə küçəsində aparılan yenidənqurma işləri çərçivəsində kommunikasiya xətlərinin yenilənməsi işlərinə başlanılır.

    “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, kommunikasiya xətlərini yenilənməsi aidiyyəti qurumlar tərəfindən sözügedən küçənin Badamdar şossesi ilə kəsişməsindən Bakı Oxford Məktəbinə qədər olan hissəsində aparılacaq.

    Kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlardan AAYDA-nə verilən məlumata görə, işlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulur.

    İşlərin aparıldığı müddət ərzində Abbasqulu Abbaszadə küçəsində sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.//milli.az

  • Стало известно, из-за чего в Баку избили водителя автобуса – ОБНОВЛЕНО

    Стали известны подробности конфликта, в ходе которого пассажир нанес водителю автобуса телесные повреждения.

    Как сообщили Oxu.Az в компании “Xaliq Faiqoğlu”, инцидент произошел после того, как пассажир потребовал от водителя остановиться в неустановленном для этого месте.

    После того, как автобус доехал до остановки один из пассажиров нанес водителю телесные повреждения.

    В связи с этим фактом соответствующие органы проводят расследование.

    ***

    В Баку пассажиры избили водителя автобуса.

    Хулиганство имело место 4 ноября в 18:30 на Московском проспекте возле здания №46, что на территории Насиминского района.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в Управлении полиции этого района.

    В автобусе марки İsuzu, следовавшем по маршруту №61 и принадлежащем компании Xaliq Faiqoğlu, четверо пассажиров избили водителя – жителя Баку Октая Арсалам оглу Гусейнова 1967 года рождения.

    В настоящее время по факту ведется разбирательство, выясняются причины драки.

  • Bakıda avtobus sürücüsünün döyülməsinin səbəbi bəlli oldu – YENİLƏNİB

    Bakıda avtobus sürücüsünün sərnişinlər tərəfindən döyülməsinin səbəbi bəlli olub.

    “Xaliq Faiqoğlu” şirkətindən bildirilib ki, hadisə sərnişinin sürücüdən avtobusu dayanacaqdankənar ərazidə saxlamasını tələb etməsindən sonra baş verib.

    Avtobus dayanacağa daxil olandan sonra sərnişinlərdən biri sürücüyə xəsarət yetirib.

    Məsələ ilə bağlı aidiyyatı orqanlar tərəfindən araşdırma aparılır.//oxu.az

    ***

    Bakıda avtobus sürücüsü sərnişinlər tərəfindən döyülüb.

    Bununla bağlı oxu.az-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.

    Bildirilib ki, noyabrın 4-də saat 18:20 radələrində Moskva prospekti 46-nın qarşısında “Xaliq Faiqoğlu” şirkətinə məxsus “İsuzu” markalı 61 saylı xətt avtobusunda dörd nəfər naməlum sərnişin xuliqanlıq zəminində sürücü, Bakı şəhər sakini, 1967-cı il təvəllüdlü Oktay Ərsalam oğlu Hüseynovu döyüb.

  • Подан иск в связи с принудительным приводом бывшего депутата Рафаэля Джабраилова

    Сегодня в Абшеронском районном суде состоялся судебный процесс по представлению судебного пристава Ильяса Гасанова в связи с принудительным приводом бывшего депутата Рафаэля Джабраилова.

    Как сообщает Median.Az со ссылкой на АПА, на процесс под председательством судьи Габиля Мамедова не явились ни судебный пристав Ильяс Гасанов, ни Рафаэль Джабраилов. На процессе участвовал только представитель потерпевшей М.Гурбановой.

    Судебный процесс отложен до 15 ноября.

    Напомним, что Р.Джабраилов задолжал М.Гурбановой 370 тысяч манатов.

    Отметим, ранее распространилась информация о том, что депутат Милли Меджлиса Рафаэль Джабраилов заложил свое депутатское удостоверение за долги в размере 300 тысяч манатов. Р.Джабраилов одолжил у гражданки Тараны Фаталиевой для строительства дома в нотариально утвержденном порядке 300 тысяч долларов США, но не смог вовремя вернуть долг. В связи с этим, ему пришлось заложить в качестве «гаранта» оригинал удостоверения депутата III и IV созывов Милли Меджлиса Азербайджанской Республики.

    2 октября на заседании ЦИК под председательством Мазахира Панахова был рассмотрен вопрос прекращения депутатских полномочий депутата V созыва Милли Меджлиса Азербайджанской Республики Рафаэля Джабраилова.

    На заседании было отмечено, что в связи с обращением Рафаэля Джабраилова в парламент по поводу отказа от депутатского мандата, Милли Меджлис направил в Центральную избирательную комиссию обращение о прекращении его депутатских полномочий.

    Обращение было вынесено на голосование членов ЦИК и принято.

  • Sabiq deputat Rafael Cəbrayılovun məcburi gətirilməsi ilə bağlı iddia qaldırılıb

    Bu gün Abşeron rayon Məhkəməsində sabiq deputat Rafael Cəbrayılovun məcburi gətirilməsi ilə bağlı icraçı İlyas Həsənovun təqdimatı üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesə nə icraçı İlyas Həsənov, nə də Rafael Cəbrayılov gəlib.

    Prosesdə yalnız zərərçəkən Məlahət Qurbanovanın nümayəndəsi iştirak edib.

    Məhkəmə prosesi noyabrın 15-ə qədər təxirə salıb.

    Xatırladaq ki, R. Cəbrayılov zərərçəkən M. Qurbanovaya 370 min manat borcu var.

    APA-nın əldə etdiyi məlumata görə, sabiq deputatla zərərçəkən arasında bir həftə əvvəl Abşeron rayon İcra Şöbəsində görüş keçirilib. R. Cəbrayılov zərərçəkəndən borcun ödənilməsi ilə bağlı sonuncu dəfə vaxt istəyib.

    Qeyd edək ki, deputat R. Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb.

    O, T. Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib.

    O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa X. Nəcəfova adlı daha bir qadından da borc alıb.

    Rafael Cəbrayılovun, həmçinin, M. Qurbanova, O. Hacıyev, S. Məmmədova və onun oğlu F. Əliyevə də borcu olduğunu ortaya çıxıb.

    Rafael Cəbrayılov bundan sonra mandatından imtina etməklə bağlı parlamentə müraciət edib. Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib.

    Oktyabrın ayının 2-də MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilib.

  • İsrailin yeni səfirinin Azərbaycana gələcəyi tarix məlum olub

    İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Dik noyabrın 21-də Azərbaycana gələcək.

    Bu barədə APA-ya İsrailin Azərbaycandakı səfirliyindən bildiriblər.

    Qeyd edək ki, yeni səfir bu vəzifədə Dan Stavı əvəz edəcək.