Month: November 2019

  • Nuşirəvan Məhərrəmli: “Özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox ciddi təhrif olunur”

    “Özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox ciddi təhrif olunmuş formada təqdim olunur”.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə bunu Azərbaycan Radiosunun yaranmasının 93 illiyinə həsr olunmuş tədbirdə Milli Teleziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

    O, Azərbaycan özəl televiziyalarında ailə dəyərlərinim təhrif olunmuş formada təqdim olunmasından narahat olduğunu bildirib: “Elə təəssürat yaratmasın ki, Azərbaycanda televiziya və radio sahəsində hər şey normaldır. Özəl televiziyaların yayım siyasəti tamamilə kommersiya maraqlarına xidmət edir. Dövlət büdcəsindən maliyyələşən televiziyaların fəaliyyətində isə əsas dövlətin daxili və xarici siyasətinin təbliğatı, xalqın dəyərlərinin, Azərbaycanın ədəbi dilinin qorunub saxlanılması, inkişaf etdirilməsi və s məsələlər dayanır. Bunlar özəl kanalların fəaliyyətində özünü ciddi göstərmir”.

    N.Məhərrəmli özəl televiziya kanallarında baş verən nöqsanların daha çox reytinq xatirinə olduğunu vurğulayıb: “Çox təəəssüflər olsun ki, reytinq xatirinə fəaliyyət çox ciddi səhvlərə gətirib çıxarır. Özəl telveiziya kanallarında verilişlərin bayağılığı, süniliyi Milli Televiziya və Radio Şurasının sədri kimi məni çox narahat edir”.

  • МЧС спасло оказавшихся в беспомощном состоянии в море двух рыбаков

    Министерство по чрезвычайным ситуациям (МЧС) спасло оказавшихся в беспомощном состоянии в море 2 рыбаков.

    Как сообщает Median.Az со ссылкой на МЧС, в Центр управления в кризисных ситуациях поступила информация о том, что в море недалеко от поселка Джорат города Сумгайыт (примерно в 1 км от берега) 2 человека (рыбака) находятся в беспомощном состоянии в деревянной лодке.

    Рыбаки были спасены спасателями Государственной службы по контролю за маломерными судами и спасению на водах МЧС, а лодка взята на буксир и доставлена на берег.

  • “Toy günüdür… əl çalın” — 2 həftə əvvəl ömür-gün yoldaşını itirən Teymur Mustafayev – VİDEO

    İki həftə əvvəl 60 illik ömür-gün yoldaşını itirən Xalq artisti Teymur Mustafayev gözlənilməz addım atıb.

    Median.Az baku.ws-ə istinadən xəbər verir ki, ATV-nin “Gündən günə” verilişinə qonaq olan xanəndə proqramda toy mahnıları ifa edib.

    Onun məşhur “Toy olsun, bayram olsun” mahnısını oxuması televiziya tamaşaçıları tərəfindən bəyənilməyib. Xalq artistinin bu hərəkəti tənqidlərlə qarşılanıb.
    Xatırladaq ki, Teymur Mustafayevin həyat yoldaşı Təbərrik Mustafayev oktyabrın 21-də uzun xəstəlikdən sonra vəfat edib.

  • Bakıda daha iki marşrut xəttinin hərəkət istiqaməti dəyişəcək

    Bakıda təmir işi ilə əlaqədar iki marşrut xəttinin hərəkət istiqaməti dəyişdiriləcək.

    Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, dəyişiklik Abbasqulu Abbaszadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olacaq. Bununla bağlı 3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək.

    3 nömrəli marşrut Parlament prospekti – İzzət Nəbiyev küçəsi – Mikayıl Müşfiq küçəsi, daha sonra öz xətti üzrə hərəkət edəcək.

    31 nömrəli marşrut isə “İçərişəhər” metro stansiyası istiqamətində Badamdar şosesi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə, Badamdar qəsəbəsi istiqamətində Mikayıl Müşfiq küçəsi – Badamdar şosesi daha sonra öz xətti üzrə işləyəcək.//milli.az

  • Goranboyda piyadanı maşın vurub öldürdü

    Goranboy rayonunun Muzdurlar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 3-də saat 21 radələrində Goranboy rayonunun Muzdurlar kəndi ərazisində Tovuz rayon sakini Röyal Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb.

    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.//milli.az

  • Döydülər, pulunu götürdülər, qalığını qaytardılar: Bakıda “vicdanlı soyğunçular” axtarılır

    38 yaşlı Bakı sakini Mehman Hüseynov noyabrın 2-də, günorta saatlarında qeyri-adi soyğunçuluq hadisəsinin qurbanı olub.

    Median.Az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Saat 12: 00-da Dərnəgül qəsəbəsi ərazisində bir nəfər gəncə Rail və Ziya adlı şəxslər tərəfindən hücum edilib. Belə ki, onu zorla “Nissan” markalı maşına mindiriblər.

    Avtomobilin salonunda təcavüzkarlar M.Hüseynovu döyərək onu bıçaqla hədələyib və Nərimanov rayonu ərazisi, Əhməd Rəcəbli küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinə aparıblar. Burada quldurlar M.Hüseynovdan 50 manat götürüblər.

    Təcavüzkarlar zərərçəkənin gözü qarşısında onun pulu ilə yanacağın ödənişini ödəyib və 30 manatı M. Hüseynova qalıq olaraq geri veriblər.

    Yanacaqdoldurma məntəqəsindən ayrıldıqdan sonra Rail və Ziya qurbana qaçmağa imkan verib. M.Hüseynov dərhal polisə müraciət edib.

    Hazırda müstəntiqlər vicdan soyğunçularını saxlamağa çalışır. “Nissan” markalı avtomobilə sahib olan təcavüzkarların şəxsiyyəti artıq müəyyən olunub.

  • Ильхам Алиев: Сносят исторические здания, а на их месте строят уродливые многоэтажки

    «У Баку свой редкий, самобытный исторический архитектурный облик. Это наше большое богатство, и к каждому историческому зданию относятся с большим вниманием. Ремонт этих зданий должен проводиться так, чтобы не портился их исторический вид».

    Об этом сказал президент Азербайджана Ильхам Алиев на встрече с главой Исполнительной власти Баку Эльдаром Азизовым, сообщает Median.Az со ссылкой на АЗЕРТАДЖ.

    Вместе с тем глава государства отметил, что в некоторых случаях исторические здания сносятся, а на их месте строят уродливые многоэтажные здания.

    «Этого нельзя допускать. Архитектура Баку – наше национальное богатство. Ичеришехер охраняется со стороны ЮНЕСКО. Могу сказать, что немногие города в мире могут гордиться такими древними городами, как Ичеришехер. Это наше большое богатство», – сказал Ильхам Алиев.

    В то же время глава государства заявил, что должны быть облагорожены все места в городе.

    «В некоторых местах отсутствует уличное освещение. В поселках остаются грунтовые дороги. Я уже дал по этому поводу серьезные поручения Агентству Азеравтойол, вы тоже контролируйте это. То есть каждое место в городе является родным для нас. Город Баку состоит не только из центра. Мы создаем инфраструктуру Баку, в первую очередь, для граждан, и лишь затем для туристов и иностранных гостей. Конечно, они должны себя комфортно чувствовать в Баку. Но в первую очередь мы должны решить проблемы жителей города. Поэтому соберите глав исполнительной власти районов и проведите совещание как по благоустройству, так и по хозяйственным работам.

    Должен быть положен конец негативным явлениям. Положите конец волоките, коррупции и равнодушному отношению к гражданам. Кто не сможет исправить свою работу, нам придется расстаться с такими людьми, и это для них станет легким наказанием. Мы должны развивать город. Еще раз хочу сказать, что Баку – один из самых красивых городов мира, и в дальнейшем будут предприняты дополнительные шаги по развитию города», – сказал глава государства.

  • Bakıda kafedə tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır

    Bakıda kafedə tanışını bıçaqlamaqda təqsirləndirilən Eldar Ordaxanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, E.Ordaxanov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib.

    Qeyd edək ki, hadisə bu il aprelin 28-də saat 01:20 radələrində paytaxtın Nizami rayonunda qeydə alınıb. 1993-cü il təvəllüdlü Ordaxanov Eldar Əli oğlu M.Əliyev küçəsində yerləşən kafenin qarşısında aralarında yaranmış mübahisə zamanı tanışı, 1988-ci il təvəllüdlü Alıxanov Nicat Dostəli oğluna bıçaqla qarın nayihəsinə kəsilmiş-deşilmiş xəsarətlər yetirib. N.Alıxanov 3 saylı şəhər xəstəxanasına çatdırılıb və həyatını xilas etmək mümkün olub.

    Hadisəni törədən E.Ordaxanov saxlanılıb.

  • Появилось изображение нового здания кинотеатра «Баку», которое будет построено в Москве – ФОТО

    Появилось изображение нового здания кинотеатра «Баку», которое будет заново построено в столице России Москве.

    Как сообщает АПА, продолжаются работы по перестройке расположенного на улице Усиевича 12/14 здания кинотеатра «Баку», снос которого продолжается уже несколько дней.

    На сайте комплекса строительной политики правительства Москвы помещены кадры с изображением современного облика реконструируемого здания кинотеатра «Баку».

    Реконструкция проводится Открытым акционерным обществом «Эдисонэнерго», ее планируется завершить в третьем квартале 2020 года.

    На месте кинотеатра «Баку» будет построен одноименный Многофункциональный общественный центр. Пять этажей здания будут надземными, а два – подземными.

    В центре на территории площадью 2000 кв. м будет вновь функционировать кинотеатр «Баку».

    Современный кинотеатр «Баку» будет состоять из 5 залов. Кроме того, здесь планируется открытие Центра азербайджанской культуры.

    Отметим, что кинотеатр «Баку» был построен в Москве в 1974 году по проекту архитекторов И.Волкова, Э.Смолиной и Л.Фадеевой. В оформлении здания использованы мотивы традиционной азербайджанской архитектуры. В кинотеатре было три зала – на 600, 70 и 60 мест.

  • Sumqayıtda qadını maşın vurub

    Sumqayıt şəhərinin Sahil küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 3-də saat 9 radələrində Sumqayıt şəhərinin Sahil küçəsində şəhər sakini Tərlan Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Həcər Şəbiyevanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

    Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.//Baku.ws