Month: November 2019

  • В Microsoft доказали выгоду от четырехдневной рабочей недели

    В японском отделении компании Microsoft провели эксперимент по переводу сотрудников на четырехдневную рабочую неделю и выяснили, что их продажи выросли на 40 процентов по сравнению с тем же периодом год назад, пишет Bloomberg.

    Дополнительным выходным днем стала пятница. Часть сотрудников отработала так весь август, при этом 92 процента опрошенных по итогу заявили, что им это понравилось.

    Участники эксперимента, как оказалось, стали проводить меньше встреч, а также чаще выбирать общение онлайн, использовали на 23,1 процента меньше электроэнергии и напечатали на 58,7 процента меньше страниц.

    В совокупности это привело к росту эффективности на 16 процентов по сравнению с пятидневной рабочей неделей. Зимой компания намерена повторить эксперимент. Сотрудникам не будут специально выделять оплаченный рабочий день, но позволят взять отпуск по собственной инициативе. Отмечается, что далеко не все работники пока понимают, как можно работать в условиях четырехдневной рабочей недели. Многих также беспокоит возможное недовольство клиентов.

  • “MOL Group” şirkəti “Azəri-Çıraq-Günəşli” və Bakı-Tbilisi-Ceyhanın səhmlərini satın alır

    Macarıstanın “MOL Group” şirkəti “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi layihəsində səhmlərin 9,57 faizinin və Bakı-Tbilisi-Ceyhan boru kəmərində səhmlərin 8,9 faizinin alınması ilə bağlı “Chevron Global Ventures Ltd” və “Chevron BTC Pipeline Ltd” şirkətləri ilə saziş imzalayıb.

    Trend bu barədə Macarıstan şirkətinə istinadən məlumat verir.

    Qeyd olunur ki, sazişin ümumi məbləği 1,57 milyard dollara bərabərdir. Bu əməliyyat başa çatdıqdan sonra MOL “Azəri-Çıraq-Günəşli” layihəsində üçüncü ən iri tərəfdaş olacaq.

    Sazişin 2020-ci ilin ikinci rübündə qüvvəyə minəcəyi gözlənilir.

  • Vilayət Eyvazov vətəndaşları incidən polis mayorunu işdən çıxardı

    Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yoxlama keçirilib.

    Median.Az xəbər verir ki, yoxlama nəticəsində vətəndaşların haqlı narazılığı dinlənilərək 18-ci Polis Şöbəsinin Baş təhqiqatçısı, polis mayoru Anar Bayramov vətəndaşları incitdiyinə və süründürməçiliyə yol verməsinə görə vəzifəsindən azad olunaraq sərəncama göndərilib.//oxu.az

  • ABŞ İranın Baş Qərargahına qarşı sanksiya tətbiq edib

    Vaşinqton İran Silahlı Qüvvələrinin Baş Qərargahını, habelə İranın ali dini lideri Ayətullah Əli Xameneinin oğlu Mujtaba Xamenei və yüksək səviyyəli digər İran nümayəndələrinin də daxil olduğu ölkənin doqquz vətəndaşını qara siyahıya salmaqla Tehrana qarşı sanksiya siyahısını genişləndirib.

    APA xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin saytında yayılıb.

    Xüsusilə siyahıda İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Hüseyn Bağeri, eləcə də bir sıra generallar, ruhanilər və rəsmilər yer alıb.

  • В Баку изменят направление двух маршрутных линий

    В связи с проведением ремонтных работ в Баку будет изменено направление движения двух маршрутных линий.

    Как сообщили в Бакинском транспортном агентстве, изменение связано с проведением ремонтных работ на улице Аббасгулу Аббасзаде.

    В связи с этим будет временно изменено направление движения маршрутных автобусов №3 и 31.

    Маршрутный автобус №3 будет следовать по маршруту проспект Парламента-улица Микаила Мушвига, а затем по своему обычному маршруту.

    Маршрутный автобус №31 будет следовать в направлении станция метро “Ичеришер”-Бадамдарское шоссе-улица Микаила Микаила Мушвига, а затем по своему обычному маршруту.

  • Əli Həsənov: “Teleradio fəaliyyəti ilə məşğul olan insanlar Azərbaycan dövlətinin milli, tarixi, mədəni salnaməsini yaradırlar” – FOTOSESSİYA

    Noyabrın 4-də Azərbaycanda Radio və televiziya işçilərinin peşə bayramı günü münasibəti ilə Akademik Opera və Balet Teatrında tədbir keçirilib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, tədbirdə dövlət və hökümət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak ediblər.

    Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə müşaviri Əli Həsənov çıxış edərək Azərbaycanda Radio və Televiziya günü münasibəti ilə teleradio işçilərini təbrik edib. O, teleradio fəaliyyətinin Azərbaycanın mədəniyyətinin güzgüsü olduğunu bildirib: “Onlar Azərbaycan mədəniyyəti və incəsənətinin salnaməsini yaradır və onun ən yaxşı nümunələrini dünyada tanıdırlar. Azərbaycan incəsənəti, mədəniyyəti, musiqisi, teleradionun laboratoriyalarında yaranır və inkişaf edir, faktiki olaraq Azərbaycan radio və televiziyası filarmonik rol oynayıb. Biz siyasətçilər teleradioya həmişə Azərbaycan siyasi-ictimai salnaməsini yaradan bir qurum kimi baxmışıq”.

    Ə.Həsənov ümummili lideri Heydər Əliyevin teleradio işçilərinə böyük önəm verdiyini də vurğulayıb: “Müstəqillik illərində teleradio sahəsi xüsusi inkişaf edən sahəyə çevrilib. Teleradiolarımız ən müasir texnoloji yeniliklərlə təmin olunublar. Hazırda onlar nəinki Cənubi Qafqazın, hətta dünyanın ən qabaqcıl teleradio kampaniyaları ilə rəqabət aparmaq qabiliyyətindədirlər. Azərbaycanda 300-dən artıq qəzet-jurnal, 50-dən artıq televiziya və radio fəaliyyət göstərir. Hələ mən Azərbaycan əhalisinin sosial şəbəkədə aktivliyini demirəm. Azərbaycan əhalisinin 82 faizi sosial şəbəkə istifadəçisidir. Vətəndaşlarımız ölkədə və dünyada baş verən hadisələri birbaşa sosial şəbəkədən izləyirlər. Əsl söz, mətbuat azadlığı bu deməkdir. Bunun əsasını bildiyiniz kimi Heydər Əliyev qoymuşdu. Məlumdur ki, 1998-ci ildə bütün teleradio vasitələri üzərindən nəzarət götürüldü”.

    O, 2003-cü ildən əksər televiziyaların HD sisteminə keçibdiyini diqqətə çatdırıb: “Bir sözlə teleradio fəaliyyəti ilə məşğul olan insanlar Azərbaycan dövlətinin milli, tarixi, mədəni salnaməsini yaradırlar. Bu bayram günündə mən sizin hər birinizi təbrik edir və yaradıcılıq uğurları arzulayıram”.

    Milli Teleziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə Azərbaycanda radionun yaranmasından 93, televiziyanın yaranmasından isə 63 il keçdiyini qeyd edib: “Bu dövr ərzində televiziya və radio böyük inkişaf yolu keçib. Azərbaycan Televiziyası xalqın məlumatlandırılmasında və ən əsası düzgün məlumatlandırılmasında öncül rol oynayır”.

    N.Məhərrəmli müstəqillik illərində özəl radio və televiziyaların yaranmağa başladığını nəzərə çatdırıb: “Bu kanal və radiolar Azərbaycanın teleradio məkanına zənginlik gətirdi, bu sahədə çalışan insanlar da çoxaldı. Bu illərdə digər bir cəhət yeni mexanizmlərin yaranması oldu. Bu illər ərzində kabel, internet, peyk, mobil yayım növləri fəaliyyətə başladı. Bu gün Azərbaycanın teleradio palitrası olduqca zəngindir”.

    O, Azərbaycanda ixtisaslaşmış sahə kanallarının fəaliyyət göstərdiyini də bildirib: “Onların içərisində Mədəniyyət, İdman, Real TV və ARB24 kanallarını xüsusi ilə qeyd etmək istəyirəm, göründüyü kimi sahə kanallarının yaranması çox ciddi uğurdur. Sadaladığım bu televiziya kanallarında xalqı narahat edən şou xarakterli verilişlər də yoxdur. Hələ Ulu öndər Heydər Əliyevin dövründə bu sahəyə böyük diqqət ayrılırdı. İlham Əliyev də bu sahədə böyük işlər görür, həm televizya işçilərinin mənzil təminatı, həm serialların çəkilişinə dövlət tərəfindən ayrılan vəsaiti qeyd etmək istəyirəm. Bu sahədə gələcəkdə bir sıra işlər görüləcək”.

  • “Azərbaycanda rəqibim yoxdur” — QALMAQALLI AÇIQLAMA VERDİ

    “Eurovision” təmsilçilərimizdən olan müğənni Dilarə Kazımova qalmaqala səbəb olacaq açıqlama verib.

    Median.Az bildirir ki, lent.az-a açıqlama verən ifaçı şou-biznes aləmində rəqibsiz olduğunu deyib:

    “Öz yaşıdlarımın arasında rəqibim yoxdur. Bu belədir. Mən yalnız dünya ulduzlarının səhnələrinə, kliplərinə baxıram. Onlardan müsbət nələrsə özüm üçün götürürəm. Deyə bilmərəm ki, Azərbaycanda sevdiyim müğənni yoxdur. Sevilən və bəyəndiyim müğənnilərimiz çoxdur, amma mənim rəqibim deyillər”.

    Qeyd edək ki, D.Kazımova 2014-ci ildə Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edib.

  • Мужчина решил на спор съесть 50 яиц и умер

    Житель Индии Субхаш Ядав (Subhash Yadav) умер из-за употребления большого количества яиц, он потерял сознание на 42-м. Об этом сообщает газета Daily Mail в понедельник, 4 ноября.

    42-летний мужчина поехал с другом на базар, где между ними возникла ссора. Разрешить спор они решили в ходе своеобразного поединка. В соответствии с договоренностью, съевшему 50 яиц полагалось две тысячи рупий (48,3 маната – ред.).

    Ядав потерял сознание после того, как управился с 41-м яйцом. Его срочно госпитализировали в больницу, через пару часов он скончался. Медики установили, что смерть наступила в результате осложнений, вызванных перееданием.

  • Hökməlidə avtobus piyadanı vurub öldürdü

    Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 3-də saat 12 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Yalçın Məlikov idarə etdiyi “İsuzu” markalı xətt avtobusu ilə yolu keçən qəsəbə sakini Gülcahan Məmmədovanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

    Abşeron RPİ tərəfindən araşdırma aparılır.//Baku.ws

  • Bəzi məscidlərimizdə donuz saxlanılır – Akademik

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Küveytin vəqflər və islam işləri nazirliyinin nəzdində fəaliyyət göstərən “İslam Araşdırmaları və Quran elmləri” departamentinin direktoru, doktor Fəhd Əl-Canfavi ilə görüşüb.

    AMEA-nın Tarix İnstitutundan verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə institutun elmi katibi, dosent İradə Əliyeva, “Qarabağ tarixi” şöbəsinin müdiri, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının məsul redaktoru, dosent Güntəkin Nəcəfli və eyni adlı kitabın ərəbcə nəşrinin məsul redaktoru, şərqşünas, dosent Gülnur Mahmudova daxildir.

    Görüşdə Yaqub Mahmudov Azərbaycan ilə Küveytin dost və qardaş ölkələr olduğunu bildirib. O deyib ki, Azərbaycanın xarici siyasətində islam ölkələri mühüm yer tutur: “Sovet dövründə Azərbaycan islam ölkəsi olduğu üçün çox ağır günlər yaşayıb. Sovet imperiyası Azərbaycanda islam dini ilə bağlı olan hər şeyi məhv etməyə çalışıb. O zaman məscidlər bağlanıb, görkəmli islam alimləri və din xadimləri məhv edilib, Qurani-Kərim tonqallarda yandırılıb. Bu qanlı tədbirlərə baxmayaraq xalqımız islamı qoruyub saxlaya bilib”.

    Yaqub Mahmudov çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyev xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında mühüm rol oynayıb: “Sovetlər dönəmində dağıdılmış Bibiheybət məscidinin bərpası Ulu Öndərin təşəbbüsü ilə həyata keçirilib. Hazırda ölkəmizdə yüzlərlə məscid var. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva məscidlərin bərpası ilə bağlı məsələlərə xüsusi diqqət yetirir”.

    Görüşdə Yaqub Mahmudov deyib ki, müasir Ermənistan Respublikasının ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Erməni vandalları İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində 300-dən çox məscidi yerlə yeksan ediblər. Hazırda erməni vandalizmi işğal altında olan Qarabağ torpağında da davam edir. Orada məscidlərimiz və digər tarixi abidələrimiz məhv edilib, bəzi məscidlərimizdə isə donuz saxlanılır.

    Görüşdə erməni vandalizmini özündə əks etdirən video-çarx nümayiş etdirilib.

    Yaqub Mahmudov “İslam Araşdırmaları və Quran elmləri” departamentində Tarix İnstitutunun ərəb dilindəki nəşrlərinin – “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “Çuxursəd hakimləri və İrəvan xanları” və “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” kitablarının təqdimatını keçirib. Tədbirin sonunda həmin kitablar departamentə hədiyyə edilib.//kult.az