Month: November 2019

  • Binalara istilik vaxtından tez verilə bilər

    Bakı şəhərində istiliyin veriməsi ilə bağlı hazırlıq işləri yekunlaşıb.

    Median.Az bildirir ki, bu sözləri axar.az-a açıqlamasında Azəristiliktəchizat ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib. O, qazanxanaların tam hazr vəziyyətə gətirildiyini və istənilən vaxt istiliyin verilməsinin mümkün ola biləcəyini bildirib.

    R.Əliyev havaların soyuması ilə əlaqədar olaraq istiliyin vaxtından tez verilib-verilməməsinə də münasibət bildirib:

    “İstilik təchiaztı müqavilələrlə tənzimlənir. Hansısa təşkilat müraciət edib ödənişə zəmanət verdiyi halda ayrıca qazanxanası varsa, məsələyə baxıla bilər. Dağlıq rayonlarda artıq noyabrın 1-dən etibarən istilik mövsümünə start verilib. Amma ümumilikdə Bakı şəhərində və digər ərazilərdə noyabrın 15-dən etibarən istiliyin verilməsi nəzərdə tutulub. Düzdür, ötən il xəstəxanalar, internat məktəbləri, doğum evlərinin müraciəti əsasında həmin müəssisələrə istilik vaxtından tez verilmişdi. Yəni kəskin soyuma baş verdiyi halda istiliyin vaxtından əvvəl verilməsi mümkün ola bilər”.

    R.Əliyev Xırdalanda bəzi yerlərdə istiliyin verilməsinə də aydınlıq gətirib:

    “Xırdalanda istilik verilən ərazilər mərkəzi istilik sistemlərinə bağlı deyil. Mənzil-tikinti korporativlərinin fərdi qazanxanaları hesabına sözügedən ərazidə istiliyin verilməsi təmin olunub”.

  • США ввели новые санкции против Ирана

    Американский Минфин объявил о новых санкциях против Ирана.

    Как передает Median.Az со ссылкой на РИА Новости, под ограничительные меры попал Генштаб иранских Вооруженных сил.

    Кроме того, в санкционном списке фигурируют девять имен. Одно из них — Моджтаба Хаменеи 1969 года рождения — может принадлежать сыну аятоллы Али Хаменеи.

    В 2015 году Иран и международная “Шестерка” (Россия, США, Франция, Германия, Великобритания и Китай) достигли Совместного всеобъемлющего плана действий. Сделка предусматривала снятие санкций против Тегерана в ответ на ограничение иранской ядерной программы.

    Однако в 2018 году президент Дональд Трамп объявил об одностороннем выходе из соглашения и восстановлении жестких санкций против Ирана.

  • Bakıda 31 yaşlı qadın tanışı tərəfindən zorlanıb

    Bakıda zorlama hadisəsi baş verib.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

    Abşeron rayonu, Məhəmmədi qəsəbə sakini, 1988-ci il təvəllüdlü V. Fətəliyeva polisə ərizə ilə müraciət edərək bildirib ki, tanışı Hasil adlı şəxs Sabunçu rayonu, E.Saratov küçəsi ev 36-ya apararaq orada onunla zorla cinsi əlaqədə olub.

    Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsində araşdırma aparılır.

  • Putin 10 generalı qovub, 16 nəfərə general rütbəsi verdi

    Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Dövlət İstintaq Komitəsinin bir neçə əməkdaşını işdən azad edən sərəncam imzalayıb.

    “RİA Novosti” xəbər verir ki, sənədin mətni hüquqi mühafizə orqanlarının internet portalında dərc edilib.

    Əmrə əsasən, bu dövlət qurumlarında çalışan 10 general vəzifələrindən azad edilib.

    Eyni zamanda, Putin Daxili İşlər Nazirliyinin 16 zabitinə general-mayor və general-leytenant rütbələri verib.

  • Вилаят Эйвазов уволил майора полиции, мучавшего граждан

    Приказом министра внутренних дел, генерал-полковника Вилаята Эйвазова в 18-м отделении полиции Управления полиции Наримановского района была проведена проверка.

    Как сообщает Oxu.Az, по итогам проверки старший следователь 18-го отделения полиции Управления полиции Наримановского района, майор полиции Анар Байрамов был освобожден от занимаемой должности и зачислен в распоряжение за то, что он мучал граждан и допускал волокиту.

  • Bakıda 35 yaşlı kişi sevgilisinin evindən itkin düşdü

    Bakıda 35 yaşlı şəxs itkin düşüb.

    Median.Az bildirir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

    Rayonun Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 28, mənzil 26-da yaşayan Heydərova Bahar İdris qızı polisə ərizə ilə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan və qeyri-rəsmi münasibətdə olan 1984-cü il təvəllüdlü Gülməmmədov Cavid Valeh oğlu oktyabrın 30-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.//ölkə.az

  • В Баку мужчина чуть не взорвал нагрянувших с обыском сотрудников прокуратуры

    Житель Баку чуть не взорвал сотрудников Главного управления по борьбе с коррупцией при генеральном прокуроре. Инцидент произошел в минувшую субботу в 15:30 в Хатаинском районе Баку.

    Об этом Oxu.Az сообщили хорошо информированные источники в правоохранительных органах.

    Сотрудники прокуратуры нагрянули с обыском в квартиру Афсуна Раджабова 1986 года рождения, обвиняемого в мошенничестве по статье 178 Уголовного кодекса. В это время в квартиру А.Раджабова явился его деверь Натиг Гасымов 1992 года рождения. Но правоохранители не впустили его, так как проводился обыск. Тогда Н.Гасымов достал из-за пазухи ручную гранату и, выдернув чеку, пригрозил взорвать ее. Находившимся на месте сотрудникам 36-го отделения полиции удалось предотвратить взрыв. Они уговорили Н.Гасымова не снимать палец с рычага боеприпаса, и в таком состоянии отвезли его на территорию поселка Говсан. Здесь Н.Гасымов бросил гранату в озеро, и таким образом она была обезврежена.

    По факту в отношении Н.Гасымова было возбуждено уголовное дело по статье 228 (Хулиганство) УК АР.

    Следственные мероприятия по фактам продолжаются.

  • Bakıda kişi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin işçilərini partlatmaq istədi

    Bakı sakini Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin işçilərini qumbara ilə partlatmaqla hədələyib.

    Hadisə ötən şənbə saat 15:30 radələrində Bakının Xətai rayonunda baş verib.

    Bu barədə Oxu.Az-a məlumatlı hüquq mühafizə mənbələri məlumat verib.

    Prokuroturanın işçiləri Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Əfsun Rəcəbovun mənzilinə basqın edib.

    Bu zaman Ə. Rəcəbovun mənzilinin qapısının ağzında 1992-ci il təvəllüdlü qaynı Natiq Qasımov görünüb. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış aparıldığı üçün onu içəri buraxmayıblar.

    N.Qasımov bu zaman bir əl qumbarası çıxararaq onun qoruyucu milini çəkib buraxıcı düyməsini basaraq partladacağını deyib.

    36-cı polis bölməsinin əməkdaşları partlayışın qarşısını ala bilib. Onlar N.Qasımovu barmağını sursatın buraxıcı düyməsini çıxarmamağa inandıra bilib və bu vəziyyətdə onu Hövsan kəndi ərazisinə aparıblar.

    Burada N.Qasımov əl qumbarasını gölə atıb və bununla da zərərsizləşdirilib.

    N.Qasımova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

    Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

  • Bakı-Quba yolunda baş verən qəzada 5 nəfər xəsarət alıb

    Bakı-Quba yolunda baş verən qəzada bir neçə nəfər xəsarət alıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, magistral yolda iki avtomobilin toqquşması zamanı Quba rayon sakinləri – 1984-cü il təvəllüdlü Məmmədov Bəxtiyar Fazil oğlu, 1995-ci il təvəllüdlü Vəliyeva Xəyalə Vasil qızı, Vəliyev Rafael Nemət oğlu, 1964-cü il təvəllüdlü Vəliyeva Hüriyyə Şıxbaba qızı və 2013-cü il təvəllüdlü Əmrahov Nihad Xəyal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

    İlkin tibbi yardım göstərilən yaralılar ambulator müalicəyə buraxılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Aktyor səhnədə öldü

    Rusiyada aktyor tamaşa zamanı ölüb.

    Median.Az bildirir ki, tamaşada mələk rolunu oynayan aktyor Andrey Semyonov qəfildən ölüb.

    Teatrda “Çox sadə bir hekayə” adlı bir tamaşa oynanılan zaman sənətçi qan laxtalanması səbəbindən dünyasını dəyişib.
    Xatırladaq ki, Semenov debüt olaraq 1992-ci ildə Nikolay Qoqolun “Evlənmə” pyesində səhnəyə çıxıb. Ümumilikdə, sənətçi müxtəlif əsərlərdə 30-dan çox rolda oynayıb.