Month: November 2019

  • Bakıda ağac qaz xəttinin üzərinə aşıb, 8 bina qazsız qalıb

    Ölkə ərazisində əsən güclü külək qaz təsərrüfatına da ziyansız ötüşməyib.

    “Azəriqaz” İstehsalat Birliyindən APA-ya verilən məlumata görə, Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi 25 ünvanında irigövdəli ağac 100 mm diametrində qaz xəttinin üzərinə aşıb. Nəticədə 8 beşmərtəbəli binada qaz təchizatı dayandırılıb.

    Sabunçu rayonu Ramana qəsəbəsi, Südcülük sovxozu yaşayış massivində daş hasar sayğaclara qoşulu bir neçə müxtəlif diametrli qaz xəttinin üzərinə aşıb. Bu hadisə 200 abonentin qaz teminatında fasilə yaranmasına səbəb olub.

    “Azəriqaz” İstehsalat Birliyinin əlaqədar qurumları bu fəsadların aradan qaldırılması üçün xüsusi rejimdə çalışır.

  • Telman Əhmədovun evində külli miqdarda narkotik aşkarlandı

    Şəki şəhər sakini 50 yaşlı Telman Əhmədovun yaşadığı evdə narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə polis idarəsinə məlumat daxil olub.

    DİN Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əhmədov şübhəli şəxs qismində saxlanılıb.

    Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan ayrı-ayrı sellofan torbalarda ümumi çəkisi 4 kiloqramdan artıq, satış məqsədilə saxladığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

    Faktla bağlı T.Əhmədovun barəsində cinayət işi başlanılıb, istintaq aparılır.milli.az

  • Bərdədə partlayıcı vasitənin partlaması ər-arvadı xəstəxanalıq etdi – YENİLƏNİB

    Bərdədə partlayıcı vasitənin partlaması nəticəsində xəsarət alan iki nəfərdən birinin adı məlum olub.

    Bu, Məmmədl Məhəmməd Elgiz oğludur. Digər xəsarət alan isə onun həyat yoldaşıdır.

    ***

    Bərdə rayonunda “aminal” partlayıcı vasitəsinin partlaması nəticəsində iki nəfər xəsarət alıb.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumatına görə, hadisə rayonun Arabaçılar kəndində qeydə alınıb. Hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın əlində “aminal” partlayıcı vasitə ehtiyatsızlıqdan partlayıb.

    Nəticədə gənc oğlan və onun həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Oqtay Güləliyevin son durumundan XƏBƏR VAR

    Hüquq müdafiəçisi Oqtay Güləliyevin son durumundan xəbər var.

    Median.Az modern.az-a istinadən bildirir ki, həkim Adil Qeybulla Oqtay Güləliyevi cərrahi əməliyyat etmiş neyrocərrah Bəhmən Yadigarovla danışdığını deyib.

    “Oqtay Güləliyevi cərrahi əməliyyat etmiş neyrocərrah Bəhmən Yadigarovla danışandan sonra həkimlərin icazəsi ilə Neyrocərrahlıq Xəstəxanasının reanimasiya şöbəsində Oqtay bəyi ziyarət etdim. Kəskin dövr hələ keçməyib. Süni ventilyasiya şəraitindədir. Bununla yanaşı, vəziyyəti stabildir, geriləmə yoxdur, beyin travmasına bağlı komatoz durumdadır. Hemodinamik göstəriciləri stabildir, saturasiyası (toxumaların oksigen təminatı) normaldır”.

    O.Güləliyev oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyunadi Accent” markalı avtomobillə yolu keçərkən vurulub.

    Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, sürücü qəza nəticəsində xəsarət almış piyadanı xəstəxanaya çatdırıb. O.Güləliyev dünən “City Hospital”da əməliyyat olunub.
    Daha sonra onu “City Hospital”dan Respublika Neyrocərrahlıq Xəstəxanasına köçürüblər.
    .
    Faktla əlaqədar Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

  • В Баку два человека пострадали из-за штормового ветра

    В Баку два человека пострадали из-за штормового ветра. Первое ЧП зафиксировано в поселке Баладжары Бинагадинского района.

    Как сообщает АПА, порыв шквального ветра повалил водный чан на Аббасова Амина Рамин оглу 2005 г.р. Пострадавший госпитализирован с тяжелой черепно-мозговой травмой.

    Еще один человек пострадал из-за урагана на шоссе Бинагади-Хырдалан. Сильный ветер повалил железные ворота на Халилова Галиба Мазахир оглу 1968 г.р.

    Пострадавший доставлен в тяжелом состоянии в горбольницу №1.

  • 20-летнюю футболистку убили в драке

    Футболистка сборной Ямайки Тарания Кларк была убита в драке в столице страны Кингстоне. Об этом сообщает The New York Times.

    По информации издания, 20-летнюю Кларк зарезали во время потасовки с другой женщиной из-за мобильного телефона. Футболистку доставили в больницу, где она скончалась. Отмечается, что подозреваемая в убийстве задержана. Ее личность устанавливают.

    Кларк провела три матча в составе сборной Ямайки, в которых забила два мяча. На клубном уровне футболистка выступала за клуб “Уотерхаус”, где была капитаном.

  • 20 yaşlı futbolçu davada bıçaqlanıb öldü

    Yamaykanın qadınlardan ibarət futbol yığmasının üzvü Taraniya Klark paytaxt Kinqstonda baş vermiş davada öldürülüb. Bu barədə “The New York Times” məlumat yayıb.

    Nəşrin məlumatına görə, 20 yaşlı Klark mobil telefon üstdə başqa bir qadınla baş verən qarşıdurmada bıçaqlanıb. Futbolçunu xəstəxanaya çatdırsalar da, onu həyata qaytarmaq mümkün olmayıb.

    Qeyd olunur ki, qətldə şübhəli bilinən şəxs saxlanılıb. Onun şəxsiyyəti müəyyənləşdirilir.

    Klark Yamayka yığmasının tərkibində üç oyun keçirib. Bu oyunlarda iki qol vurmağa nail olub. O, həmçinin kapitanı olduğu “Uoterhaus” klubunda da çıxış edib.

  • Azərbaycanda bələdiyyə sədrinin evinə basqın olub

    Sabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanının evinə basqın olub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaratəpə kəndində baş verib. Belə ki, həmin kəndin sakini, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, Sabirabad rayon Qaratəpə bələdiyyəsinin sədri Fatma Hüseynovanın yaşadığı evə 4 nəfər maskalı şəxs basqın edib.
    Fatma Hüseynova APA-nın Mil-Muğan bürosuna bildirib ki, gecə saat 02.15 radələrində evə daxil olan maskalılar onun bacısı Tamam Hüseynovanın boynundan vuraraq, ayaqlarını, ağzını yapışdırıcı lentlə bağlayıblar. Daha sonra Fatma Hüseynovanın boynundan vuraraq, ona xəsarət yetiriblər. Səsə gələn qardaşı Əlirza Hüseynov tüfənglə göyə atəş açdıqdan sonra maskalı şəxslər evi tərk ediblər.

    Faklta bağlı Sabirabad Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

  • Şəmkirdə avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub – YENİLƏNİB

    Şəmkirdə avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub.

    Median.Az-ın report-a istinadən məlumatına görə, bu, 1956-cı il təvəllüdlü Rauf Hüseynovdur.

    Qeyd edək ki, hadisə Zəyəm qəsəbəsində baş verib.

    Fakt araşdırılır.

    ***

    Şəmkirdə piyadanı avtomobil vurub.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Bakı-Qazax yolunun 412-ci kilometrliyində, rayonun Sabirkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    “Ford” markalı yük maşını yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Daha sonra onun cəsədinin üstündən daha bir neçə nəqliyyat vasitəsi keçdiyindən tanınmaz hala düşüb.

    Faktla bağlı araşdırmalar aparılır. Ölən piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

  • 31-летняя женщина уехала из Лянкарана в Баку и пропала

    Уехавшая из Лянкарана в Баку женщина пропала без вести.

    Как передает Median.Az, 29 октября примерно в 17 часов жительница села Эшля Садыгзаде Рояла Рафаддин гызы 1988 года рождения вышла из дома, сказав родным, что едет в Баку, и до настоящего времени каких-либо вестей от нее нет.

    В полицию с заявлением о пропаже дочери обратилась мать женщины.

    По факту ведется расследование.//oxu.az