Month: November 2019

  • Uşağın beynini necə inkişaf etdirək?

    Beyni inkişaf etdirməyin müxtəlif yolları var. Müəxəssislərin fikrincə, yaxşı olar ki, valideynlər uşaqlarının beyninin inkişafına kiçik yaşlardan başlasınlar.

    Median.Az xəbər verir ki, uşağın beynini inkişaf etdirəcək 5 möhtəşəm üsul mövcuddur:

    – Onu video-lentə alın, əvvəl səsini dinlədin, sonra həmin görüntünü izlədin. Övladınızın beyin inkişafında bu misilsizdir. Bu videolarda o özünü seyr edərək, harada səhv olduğunu tədricən sezə biləcək. Məsələn, şeir söyləyəndə – daha gözəl necə edə biləcəyini özü görə biləcək.

    – Mütaliə etməsinə və xəyal qurmasına şərait yaradın. Mütaliənin beyin inkişafında gördüyü işlərin həcmi inanılmazdır. Övladınız düşüncələri oxuyaraq, düşünməyi öyrənər. “Xəyallar elmdən üstündür” deyən Eynşteynə qulaq asaraq, onu da xəyal qurmağa sövq edin. Xəyal qurmaq uşaqda yaradıcı zəkanı inkişaf etdirir.

    – Ondan hekayələr qurmasını istəyin. Övladınızın hekayələr danışması fərdi inkişaf baxımından əla fürsətdir. Ondan günün necə keçdiyini söruşun. Danışmaq beyni inkişafı etdirən ən əla üsuldur. Fkirlərini, duyğularını, istəklərini dilə gətirməkdə ürəkləndirilən uşaqların beyin inkişafı sürətlənir.

    – Ondan danışdıqlarının rəsmlərini çəkməsini istəyin. Uşaq danışdıqlarını kağız üzərinə köçürəndə beynin bir çox nöqtəsini xəbərdar etmiş olur və bu da inkişafa dəstək verən yaradıcı bir amildir.

    – Ona özünü sevmək və özünə hörmət etmək məsələsində daim dəstək olun. Özünü sevən və hörmət edən uşaqların beyin inkişafı çox sürətli olur. Onda uşağınız inandığı şeyləri etməkdə və anlamaqda hər zaman uğur qazanacaq.//axar.az

  • Siqaret qadağası: Cərimə 10 min avroya qaldırıldı

    Avstriyada bu gündən etibarən bütün restoran və barlarda siqaret çəkilməsi tam qadağan edilib.

    Median.Az xəbər verir ki, qadağanın təkcə siqaretə yox, həmçinin qəlyan və elektron siqaretə də aid edildiyi vurğulanıb. Qadağanın pozulmasına görə qadağanı pozan şəxslə bərabər müəssisə də cərimə ediləcək.

    Yeni qaydaya əsasən, qadağa ilk dəfə pozulduqda şəxs 100 avro, ikinci dəfə pozulduqda isə 1000 avro cərimələnəcək. Əgər qadağaya dəfələrlə əməl edilməzsə, cərimə 10 min avroya qədər yüksələcək.//axar.az

  • Bərdədə yol qəzasında 6 nəfər xəsarət alıb

    Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

    Median.Az-ın report-a istinadən verdiyi məlumata görə, hadisə Soğanverdilər kəndi ərazisində qeydə alınıb.

    “VAZ-2106” və “VAZ-21010” markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Onlar – 1991-ci il təvəllüdlü Hüseynov Əli Allahverdi oğlu, 1988-ci il təvəllüdlü Aslanova Səbinə Zakir qızı, 2011-ci il təvəllüdlü Aslanov Röyal Emin oğlu, 2010-cu il təvəllüdlü Aslanov Elxan Emin oğlu, 2005-ci il təvəllüdlü Bayramov Vahid Daşqın oğlu və 1992-ci il təvəllüdlü Abışov Ağamurad Əsəd oğludur.

    Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılblar. Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirir.

    Faktla bağlı araşdırma aparılır

  • İsmayıllıda “BMW” aşıb, sürücü ölüb, anası xəsarət alıb – FOTO – VİDEO – ƏLAVƏ OLUNUB

    İsmayıllıda minik avtomobili yoldan çıxaraq çaya aşıb.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə İsmayıllı-Qəbələ yolunun Xanagah kəndi ərazisindən keçən hissəsində, Ax-Ox çayı üzərindəki körpüdə qeydə alınıb. İsmayıllı şəhər sakini, 1993-cü il təvəllüdlü Əmirzadə Əmralı Ağasəməd oğlu idarə etdiyi 90-SR-979 dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq çay yatağına aşıb.

    Hadisə zamanı sürücü Əmralı Əmirzadə və anası, 1963-cü il təvəllüdlü Əmirova Cəmilə Nəcməddin qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, Ə.Əmirzadə xəstəxanada dünyasını dəyişib.

    Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

  • МЭПР: Высота волн на Каспии достигла 7 метров – ОБНОВЛЕНО

    Обнародована наблюдаемая в Азербайджане фактическая погода.

    Как сообщили Report в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов, по данным на 20:00 скорость северо-западного ветра в Баку достигала 35 м/с, в Сумгайыте и Пираллахи 34 м/с, на Нефтяных камнях 31 м/с, а высота волн на Каспии достигла 7 метров.

    В Халтане, Гырызе, Хыналыге, Шахдаге выпал снег.

    ***

    Министерство экологии и природных ресурсов (МЭПР) распространило информацию о фактической погоде.

    Как сообщили АПА в министерстве, по данным Национального департамента гидрометеорологии на 16:00 скорость северо-западного ветра увеличилась в Нафталане до 34 м/сек, Пираллахы – 33 м/сек, Тертере – 30 м/сек, Сумгайыте и Баку – 28 м/сек, на баильском склоне – 24 м/сек, в Хачмазе и на острове Гум – 24 м/сек, Дашкесане – 23 м/сек; Барде – 22 м/сек, Чилове – 21 м/сек, Агдаме и Набране – 20 м/сек, Зардобе – 18 м/сек, Бине и Забрате – 17 м/сек, Гёйтепе и Шабране – 16 м/сек, Нефтяных камнях – 23 м/сек. По информации станции «Нефтяные камни», высота волн достигла 5 метров.

    Сообщается, что в Сумгайыте, Баку, Бине, Забрате, Нахчыване, Шаруре, Шахбузе, Ордубаде, Гяндже, Шамкире, Товузе, Агстафе, Балакене, Огузе, Габале, Исмаиллы, Мерезе, Алтыагадже, Губе, Гусаре, Халтане, Кюрдамире, Агсу, Кишчае, Хыналыге, Шабране и Загатале выпали осадки в виде дождя.

    С 07:07 до 15:53 в Загатале выпало 37.7 мм осадков.

    В Дашкесане, Гядабее, Гырызе, Сарыбаше и Шахдаге выпал снег.

  • ETSN: Xəzərdə dalğanın hündürlüyü 7 metrə çatıb – FAKTİKİ HAVA – YENİLƏNİB

    Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a bildirilib ki, saat 20:00-a olan məlumata görə şimal-qərb küləyi arabir Bakıda 35 m/s, Sumqayıt və Pirallahıda 34 m/s, Neft daşlarında 31 m/s-dək güclənib, dalğanın hündürlüyü 7 metr olub.

    Sumqayıt, Bakı, Binə, Maştağa, Zabrat, Pirallahı, Naxçıvan, Ordubad, İsmayıllı, Mərəzə, Altıağac, Xaçmaz, Quba, Qusar, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Biləsuvar, Lənkaran, Neftçala, Şabran, Nabranda yağış yağıb.

    Xaltan, Qırız, Xınalıq, Şahdağda qar yağıb.

    Qeyd: ölkə ərazisinndə qeyri-sabit, yağıntılı hava şəraitinin noyabrın 4-ü gündüzədək davam edəcəyi, güclü şimal -qərb küləyinin 3-ü səhər saatlarından tədricən mülayimləşəcəyi gözlənilir.

    ***

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti faktiki hava şəraitini açıqlayıb.

    Nazirlikdən APA-ya bildirilib ki, saat 16:00-a olan məlumatına görə, şimal-qərb küləyi arabir Naftalanda 34 m/s, Pirallahıda 33 m/s, Tərtərdə 30 m/s, Sumqayıt və Bakıda 28 m/s, Bayıl yamacında 24 m/s, Xaçmaz və Qum adasnda 24 m/s, Daşkəsəndə 23 m/s; Bərdədə 22 m/s, Çilovda 21 m/s, Ağdam və Nabranda 20 m/s, Zərdabda 18 m/s, Binə və Zabratda 17 m/s, Göytəpə və Şabranda 16 m/s, Neft daşlarında 23 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5 metr olub.

    Məlumata görə, Sumqayıt, Bakı, Binə, Zabrat, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qəbələ, İsmayıllı, Mərəzə, Altıağac, Quba, Qusar, Xaltan, Kürdəmir, Ağsu, Kişçay, Xınalıq, Şabran və Zaqatalada yağış yağıb.

    Saat 07:07-dən saat 15:53-dək Zaqatalaya 37.7 mm yağıntı düşüb.

    Daşkəsən, Gədəbəy, Qırız, Sarıbaş və Şahdağa qar yağıb.

  • Bakıda əməkhaqqı və muzdlu işçilərin sayı artıb

    2019-cu ilin yanvar-avqust aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 68 min 876 nəfər artaraq 773 min 647 nəfərə çatıb.

    Median.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb. Ən çox işçi sayı Nəsimi rayonunda qeydə alınıb – 166 min 894 nəfər. Ən az muzdlu işçi isə Pirallahıda olub. Bu rayonda onların sayı 7 min 862 nəfər təşkil edib.
    2019-cu ilin yanvar-avqust aylarının ilkin məlumatlarına əsasən, əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 4,4 faiz artaraq 822,2 manat olub. Ən yüksək orta aylıq əməkhaqqı Pirallahı rayonunda qeydə alınıb. Burada həmin göstərici 1.593,3 manat olub. Ən aşağı orta aylıq əməkhaqqı isə Binəqədi rayonunda olub – 479,5 manat.//ölkə.az

  • Lənkəranda ağac aşaraq elektrik xətlərini sıradan çıxardı: 3 bina işıqsız qalıb

    Lənkəran şəhərində güclü külək səbəbindən binalardan 3-ü işıqsız qalıb.

    Median.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Lənkəran şəhərində “1-ci mikrorayon” kimi tanınan ərazidə baş verib. Belə ki, Zərifə Əliyeva küçəsi 78/18 ünvanında yerləşən binanın qarşısındakı iri gövdəli çinar ağacı güclü külək səbəbindən aşıb. Oradan keçən 2 işıq dirəyinə ziyan dəyib və elektrik xətləri sıradan çıxıb. Nəticədə həmin küçədə yerləşən 18, 19 və 22 saylı binalar işıqsız qalıb.

    Hazırda ərazidə fəsadın aradan qaldırılması üçün “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən müvafiq işlər görülür.

  • В Исмаиллы автомобиль упал в реку, есть погибший и пострадавшая – ФОТО

    В Исмаиллы легковой автомобиль сошел с дороги и упал в реку.

    Как сообщает АПА, ДТП произошло на участке автомагистрали Исмаиллы-Габала, проходящем через территорию села Ханагях, на мосту через реку Ах-Ох. Легковой автомобиль марки «BMW» (90-SR-979), за рулем которого находился житель города Исмаиллы Амирзаде Амралы Агасамед оглу (1993 г.р.), потерял управление и в результате этого упал в реку, сойдя с дороги.

    Водитель А.Амирзаде и его мать, Амирова Джамиля Наджмеддин гызы (1963 г.р.) с травмами различной степени тяжести были доставлены в Исмаиллинскую центральную районную больницу. Несмотря на усилия врачей, А.Амирзаде скончался в больнице.

    По факту следственным отделом Главного управления государственной дорожной полиции проводится расследование.

  • Lənkərandan Bakıya gələn 31 yaşlı qadın yolda itkin düşdü

    Lənkərandan Bakıya gələn qız itkin düşüb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Əşlə kəndində baş verib.

    Kənd sakini, 1988-ci il təvəllüdlü Sadıqzadə Röyalə Rəfaddin qızı oktyabrın 29-da yaşadığı evdən Bakıya getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

    Faktla bağlı araşdırma aparılır.