Month: November 2019

  • В Баку два человека пострадали из-за штормового ветра

    В Баку два человека пострадали из-за штормового ветра. Первое ЧП зафиксировано в поселке Баладжары Бинагадинского района.

    Как сообщает АПА, порыв шквального ветра повалил водный чан на Аббасова Амина Рамин оглу 2005 г.р. Пострадавший госпитализирован с тяжелой черепно-мозговой травмой.

    Еще один человек пострадал из-за урагана на шоссе Бинагади-Хырдалан. Сильный ветер повалил железные ворота на Халилова Галиба Мазахир оглу 1968 г.р.

    Пострадавший доставлен в тяжелом состоянии в горбольницу №1.

  • Bu ştrix kodu olan məhsulları almayın, süni və zərərlidir – Azərbaycanda da var

    Ərzaq məhsullarının üzərində bu ştrix kodlar varsa, ondan yan keçməyiniz məsləhətdir: 6-90 -dan 6-93-ə kimi.
    Bu kod məhsulun Çində istehsal olunur. Amma hər məhsul da kodlu olmur. Xüsusən tərəvəzlər, çəki ilə satılanlarda kod tapa bilməyəcəksiz.

    Hazırda Çin MDB ölkələrinə ən çox qida ixrac edən ölkədir. Ümumiyyətlə, 20 ildən sonra Çİn bütün dünya əhalisinin 20%-ni yedirəcək.
    Median.Az medicina.az-a istinadən bu məhsulların hansı zərər verdiyini araşdırıb.

    Birinci səbəb Çinin hava, su çirklənməsi, ekologiyadır.

    Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, Çinin 70% ərazisində havanın çirklənməsi 5 dəfə artıqdır. Ölkənin 75% çayları, su hövzələri kirlənib. Torpaq sahəsi isə əkinçilik üçün çoxu yararlı deyil.

    Buna baxmayaraq Çİn həm milyardlıq əhalisini doyurmaq, həm də qazanmaq üçün kənd təsərrüfatı məhsulları yetişdirib digər ölkələrə ixrac edir. Bu məhsulların ucuz olması isə Rusiya, MDB dövlətləri kimi ölkələr üçün cəlbedicidir.
    Ən çox nə gətirilir:

    1.Birinci yerdə balıqdır.

    Süni göllərdə yetişdirilən treska, tıxsız balıq və tilapiya. Bu balıqlar cəmi 1 aya çox çirkli sularda hormon və antibiotiklərlə yetişdirilir. Analizlər göstərib ki, Çin tilapiyasında 80% çox fosfor var.
    Bu balıqlar böyrək və qaraciyəri çökdürür, damarları tutur.

    2.Alma şirəsi

    Xüsusən uşaqlar üçün hazır alma şirələrini hətta ABŞ belə Çindən alır. Rusiya və digər ölkələrə Çİn alması etiketsiz gəlir, ona Rusiya, Qazaxıstan etiketi vurulur və başqa adla satılır. Məhz ucuz və pestisidli Çin almasından alma şirələri, alma püreləri hazırlanıb marketlərə paylanılır.

    3.Sarımsaq

    Yəqin ki, marketlərdə eyni ölçüdə, ağappaq və qoxulayanda kəskin sarımsaq qoxusu belə gəlməyən ucuz sarımsaqları ilboyu, hətta soyuq qışda belə görürsüz. Hazırda Azərbaycanda 90% marketlərdə Çin sarımsağı satılır. Onların üzərini xüsusi məhlulla işləyirlər ki, uzun müddət qalsın və çürüməsin.
    Əslində təbii torpaqda yetişən əsl sarımsaq bir müddət sonra çürüyüb, quruyub, cücərməlidir.
    Məlum olub ki, Çin sarımsağının suvarıldığı suda plastik zərrəcikləri və qrunt suları toksinləri var.

    4.Duz

    İndi Avropa bazarlarına da Çin duzu sızıb. Çinlilər qida yox, sənaye duzunu elə formada işləyib dəyişirlər ki, qida duzundan fərqlənmir. Onun tərkibi də plastiklə zəngindir.

    2008-ci ildə Çinin özündə süd ilə bağlı böyük qalmaqal olmuşdu. Südün tərkibində melamin aşkarlanmışdı. Bu maddəyə görə 300 min uşaq zəhərlənmişdi, 7 uşaq isə ölmüşdü. Əgər Çin hökuməti öz vətəndaşlarına belə südü satıbsa, deməli, bu südü digər ölkələrə də satır.

    Ona görə Çin istehsalı sarımsaq, duz, tilapiya balığı, eləcə də şübhəli xarici marka südlərindən, 6-90 kodlu qida məhsullarından uzaq durun.

  • В Шамкире сбитого пешехода переехало несколько автомобилей

    В Шамкире автомобиль сбил пешехода.

    Как передает АПА, инцидент произошел на 412-м километре, у села Сабиркенд.

    По сообщению, автомобиль марки Ford сбил переходившего дорогу Гусейнова Рауфа Гусейн оглу 1956 г.р.. От полученных травм мужчина скончался на месте происшествия.

    Сообщается, что сбитого пешехода переехало несколько автомобилей.

    Полиция выясняет обстоятельства ДТП.

  • В Барде в результате столкновения двух Жигули пострадали 6 человек

    В Бардинском районе произошло дорожно-транспортное происшествие, в результате которого пострадали несколько человек.

    Как передает Oxu.Az, инцидент был зафиксирован в селе Соганвердиляр.

    В результате столкновения автомобилей ВАЗ-2106 и ВАЗ-21010 пострадали 6 человек:

    Гусейнов Али Аллахверди оглы, 1991 года рождения,
    Асланова Сабина Закир гызы, 1988 года,
    Асланов Роял Эмин оглы, 2011 года рождения,
    Асланов Эльхан Эмин оглы, 2010 года рождения,
    Байрамов Вахид Дашгын оглы, 2005 года рождения
    Абышов Агамурад Асад оглы, 1992 года рождения.

    Раненые были доставлены в Бардинскую центральную районную больницу. По словам медиков состояние их оценивается, как средне-тяжелое.

    По факту ведется расследование.

  • Binəqədidə ər arvadını bıçaqlayıb

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    Report xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

    Belə ki, 1988-ci il təvəllüdlü Gülsüm Tamarova ailə münaqişəsi zəminində həyat yoldası tərəfindən bıçaqlanıb. Yaralı təcili yardımın köməyi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı onun qarın boşluğunda kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

    Hadisənin təfərrüatı polis tərəfindən araşdırılır.

  • Şamaxıdakı qəzalı məktəb söküləcək

    Şamaxıdakı 2 saylı tam ortab məktəbin qəzalı vəziyyətdə olan binasının yaxın günlərdə sökülməsi planlaşdırılır.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, layihə-simeta sənədləri hazırlandıqdan sonra söküntü-tikinti işlərinə başlanılacağı bildirilir.

    Bununla əlaqədar 2 saylı tam orta məktəbinin şagirdləri növbəti dərs günlərində təhsillərini qonşu məktəbin binasında davam etdirəcəklər. Uşaqların sayının çox olması səbəbindən yeni məktəb tikilənə qədər dərslər iki növbəli keçrilcək.
    Xatırladaq ki, Prezident İlham Əliyevin Şamaxıdakı qəzalı məktəbin vəziyyəti ilə bağlı açıqlamasından sonra müvafiq qurumlar hərəkətə keçib. Bu gün Baş Nazir Əli Əsədov, Fövqəladə Hallar naziri Kamaləddin Heydərov, Təhsil naziri Ceyhun Bayramov, Maliyyə naziri Samir Şərifov və Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev hadisə yerində olublar.

    Qeyd edək ki, Şamaxı şəhər 2 saylı tam ortab məktəb binası üç mərtəbədən, iki korpusdan, 94 sinif otağından ibarətdi. Məktəbin qəzalı vəziyyətdə olan korpusu 1985-ci ildə, digər hissəsi 2005-ci ildə tikilib.1000-dən məktəblinin təhsil aldığı elm ocağında siniflərin, tavan, döşəmə və divarları qəzalı vəziyyətə düşüb.

  • Azərbaycanlıların piştaxta davası qanla bitdi

    Moldovanın paytaxtı Kişinyov şəhərinin Mərkəzi bazarında bıçaqlanma ilə müşayiət olunan davada 47 yaşlı kişi xəsarət alıb.

    Hüquq-mühafizə orqanlarının məlumatına görə, davaya çevrilən qalmaqal saat 10-da başlayıb. İki azərbaycanlı satıcı piştaxtanı bölüşə bilmədikləri üçün onlardan biri digərinə mətbəx bıçağı ilə hücum edib. 47 yaşlı kişi bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

    Həkimlərin sözünə görə, əməliyyat olunan kişinin vəziyyəti orta ağırdır.

    Hadisədə şübhəli bilinən 30 yaşlı kişi artıq sorğu-sual olunub. Faktla bağlı araşdırma aparılır.

  • “Qayğısız, unudulmaz günlərim” — Firəngiz Mütəllimova

    Xalq artisti Firəngiz Mütəllimova arxiv fotosunu izləyiciləri ilə bölüşüb.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa şəklə “Ən qayğısız, gözəl, unudulmaz günlərim. Şuşada keçən günlərim” şərhini yazıb.

    Mütəllimovanın fotosuna 4 minə yaxın bəyəni gəlib.

  • В Барде произошел взрыв, пострадала супружеская чета

    В Бардинском районе в результате взрыва взрывчатого вещества аммонал пострадали два человека.

    Как передает Oxu.Az, инцидент зафиксирован в селе Арабачылар.

    Взрывчатое вещество аммонал взорвалось по неосторожности в руках у Мамедли Мухаммеда Эльгиз оглу.

    В результате взрыва мужчина и его супруга получили различные травмы.

    Супружеская пара размещена в районную больницу.

    По факту ведется расследование.

  • Xocasəndə minik maşını yolda dayanmış yük maşınına çırpılıb, yaralılar var – FOTO

    Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, avtoqəza Xocasən qəsəbəsində qeydə alınıb.

    “Toyota” markalı minik maşını yolun kənarında dayanmış “MAZ” markalı yük maşınına çırpılıb. Nəticədə 3 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

    Əraziyə polis əməkdaşları cəlb olunub. Yük maşınının sürücüsünün yolun hərəkət zolağında avtomobili saxlayıb getməsi ilə əlaqədar araşdırma aparılır. Yol qaranlıq və yağışlı olduğundan qəza şəraiti yaranıb.