Month: November 2019

  • Ильхам Алиев наградил Народного артиста

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о награждении Ялчина Васиф оглу Адыгезалова орденом “Шохрат”.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, Я.Адыгезалов удостоен награды за заслуги в развитии музыкального искусства в Азербайджане.

    Я.Адыгезалов является дирижером, профессором кафедры дирижирования Бакинской музыкальной академии, Народным артистом Азербайджанской Республики.

    4 ноября Я.Адыгезалову исполняется 60 лет.

  • İlham Əliyev Xalq artistini təltif etdi

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Yalçın Vasif oğlu Adıgözəlovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Yalçın Vasif oğlu Adıgözəlov “Şöhrət” ordeni ilə təltif edilib.

    Qeyd edək ki, Y.Adıgözəlov dirijor, Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Azərbaycan Respublikasının Xalq artistidir.

    Noyabrın 4-də Y.Adıgözəlovun 60 yaşı tamam olur.

  • Дорожная полиция сделала предупреждение водителям

    По информации Министерства экологии и природных ресурсов, сегодня со второй половины дня ожидается резкое изменение погодных условий на территории страны, и в частности, на Абшеронском полуострове ожидаются сильный ветер и дождь.

    Как заявили в Главном управлении государственной дорожной полиции, в связи с плохой погодой для предотвращения возможных аварий и нежелательных явлений на дорогах ГДП обратилась к водителям и владельцам транспортных средств. ГДП доводит до сведения водителей и владельцев транспортных средств, что перед поездкой нужно еще раз проверить техническое состояние автомобиля, устранить выявленные недостатки и по мере возможности управлять автомобилем в светлое время суток.

    Водителям следует выбирать скорость вождения в соответствии с погодными условиями, при наличии на пути автомобиля луж с водой снижать скорость, не обгонять другие машины без необходимости, не совершать резкие маневры и резкое торможение.

    Лицам с небольшим водительским опытом было бы целесообразнее не садиться за руль в таких погодных условиях, отметили в Управлении.

  • Yol polisindən hava şəraitinin kəskin dəyişməsi ilə bağlı – XƏBƏRDARLIQ

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gün günün ikinci yarısından etibarən ölkə ərazisində, xüsusilə Abşeron yarımadasında hava şəraitinin güclü külək və yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.

    Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan hava şəraiti ilə əlaqədar yollarda yarana biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərin və nəqliyyat vasitələrinin sahiblərinin diqqətinə çatdırır ki, yola çıxmazdan əvvəl ilk növbədə nəqliyyat vasitələrinin texniki vəziyyətinə bir daha diqqət yetirsinlər, aşkar olunan nasazlıqları aradan qaldırsınlar və mümkün qədər günün işıqlı vaxtlarında yola çıxmağa üstünlük versinlər.

    Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha diqqətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

    Sürücülər, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməli, su gölməçələri olduqda sürəti azaltmalı, zərurət olmadan ötmə əməliyyatı aparmamalı, qəfil manevrlər və kəskin tormazlama etməməlidirlər.

    Sürücülük təcrübəsi az olan şəxslərin belə hava şəraitində nəqliyyat vasitəsini idarə etməkdən çəkinmələri daha məqsədəmüvafiq olardı.

  • У жителя Шекинского района изъяли 4 кг. марихуаны

    Как сообщает Median.Az, сотрудники Шекинского РОП в результате проведенной операции задержали жителя города Т.Ахмедова, у которого в доме обнаружили свыше 4-х кг. марихуаны.

    По факту возбуждено уголовное дело.

  • Şəki sakinindən 4 kq. marixuana götürülüb

    Median.Az xəbər verir ki, Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini T.Əhmədovun yaşadığı evdən 4 kq-dan artıq marixuana götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • ABŞ “Tik-Tok” sahibinə qarşı cinayət işi açıldı

    ABŞ-ın Xarici İnvestisiya Komitəsi (XİK) “Tik-Tok”la bağlı araşdırmalara başlayıb və cinayət işi açılıb.

    Əvvəlcə Çinin “ByteDance” şirkəti tərəfindən yaradılan və adı “Musical.ly” olan tətbiqetmə “Tik-Tok” tərəfindən bir milyard dollara alınarkən bu barədə XİK-dən icazə alınmayıb. Bu səbəbdən tətbiqin ABŞ-ın milli təhlükəsizliyinə xələl gətirə biləcəyinə risk olduğu üçün komitə araşdırmalara başlayıb. İlk olaraq satış zamanı imzalanan müqavilə incələnib.

    “Tik-Tok” elan edib ki, onun üçün istifadəçilərin etibarından üstün heç nə ola bilməz.

    Bir müddət öncə ABŞ-ın bir neçə millət vəkili və Florida ştatının senatoru Marko Rubio Çində yerləşən bir şirkətin ABŞ vətəndaşlarından ibarət istifadəçilərin məlumatlarını əldə etməsinin təhlükəli olduğunu bildirirərək, “Tik-Tok”a cinayət işi açılmasına çağırış etmişdilər.

  • Moskvada iki azərbaycanlı saxlanıldı: Paxlava sataraq İŞİD-i silahla təmin edirmiş

    Moskvada yaşayan iki azərbaycanlı – Rasim Baxşıyev və Elşad Yaqubov şirniyyat mağazası sahibindən terror maliyyəçisinə çevriliblər.

    Məlumata görə, onlar Rusiyanın paytaxtında paxlava və digər şirniyyatlar bişirib sataraq qazanc əldə ediblər.

    Bir müddət sonra isə bir tanışları onlara Türkiyədə silah satmağı təklif edib və əlavə edib ki, bunun üçün lisenziya almağa da ehtiyac yoxdur. Həmin şəxs iki azərbaycanlıdan silah, durbin və termal kameralar istəyib, bunların ov üçün lazım olduğunu deyib.

    R.Baxşıyev və E.Yaqubov Moskvada silah mağazalarından qanuni olaraq silah-sursat alaraq Türkiyəyə göndəriblər. Ortaqları isə bu silahları Suriyaya keçirib. Rusiya ordusunun Suriyada keçirdiyi əməliyyat nəticəsində həmin silahlar aşkar olunub və beləliklə cinayətin üstü açılıb. İstintaq zamanı məlum olub ki, azərbaycanlılar bir il ərzində Türkiyəyə, dolayı yolla Suriyaya 30 milyon rubl dəyərində silah göndəriblər.

    R.Baxşıyev və E.Yaqubov Moskvada saxlanılıb və hər şeyi etiraf edərək istintaqla əməkdaşlıq ediblər. Lakin onlar silahların Suriyaya göndərilməsindən məlumatsız olduqlarını bildiriblər.

    Məhkəmə hər iki şəxsin altı il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.

  • Азербайджанский борец начал чемпионат мира с победы над армянином

    В Будапеште (Венгрия) продолжается чемпионат мира по борьбе U-23.

    В шестой день соревнований греко-римский борец из Азербайджана Намаз Рустамов (-97) провел первую встречу на турнире.

    В квалификационной встрече его соперником был представляющий Россию армянин Ален Мирзоян.

    Н.Рустамов уступил со счетом 3:5, но после просмотра повтора судьи присудили азербайджанскому спортсмену два очка. Счет сравнялся, и по принципу последнего очка победу отпраздновал наш соотечественник.

    Отметим, что Заур Алиев (-55 кг) сегодня проведет встречу за бронзовую медаль.

  • Təbrizdə 80 min adam “Azərbaycan”, “Türkiyə” dedi, hərbi salam verdi -VİDEO

    Dünən İran çempionatında keçirilən “Traktor” – “İstiqlal” (2:4) matçında futbol tarixinə damğa vuracaq görüntülər meydana gəlib.

    Median.Az qaynarinfo-ya istinadən xəbər verir ki, Təbriz klubunun 80 min azarkeşi Türkiyənin “Barış Pınarı” əməliyyatına dəstək əlaməti olaraq eyni anda “Azərbaycan”, “Türkiyə” qışqırıb, hərbi salam veriblər.

    Oyundan əvvəl isə stadiona Türkiyə bayraqları ilə daxil olmaq istəyən 6 nəfər İran polisi tərəfindən saxlanılıb.

    Qeyd edək ki, bir neçə gün əvvəl “Traktor”un bir futbolçusu qol vurduqdan sonra əsgər salamı verdiyi üçün İran Futbol Federasiyası tərəfindən cəzalandırılmışdı.