Month: November 2019

  • Videosu çəkilib, sosial şəbəkədə yayılan gənclə bağlı açıqlama: Qonşunu söyübmüş

    Azərbaycanda yeniyetməyə sillə vurub, təhqir edən şəxs polis bölməsinə çağırılıb.

    Median.Az xəbər verir ki, Daxili İşlər Nazirliyindən Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, sözügedən hadisə ilə bağlı həmin yeniyetmənin atası Bərdə rayon Polis Şöbəsinə müraciət edib. Aparılan araşdırma zamanı yeniyetmənin öz qonşuluqlarında yaşayan ailə barədə qeyri-etik sözlər işlətdiyi müəyyiənləşib. Həmin anı videoya çəkən şəxs də azyaşlını bu formada təhqir edib. Hazırda faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

  • “Türkmən qızla cinsi əlaqədə oldum, dostlarım məndən üz çevirdi” – QİÇS xəstəsindən etiraflar

    “Temperaturum düşmürdü. Nə edəcəyimi bilmədim. Təcili yardıma zəng etdim və məni xəstəxanaya çatdırdılar. Analiz verdim. Bir müddət sonra mənə zəng gəldi və xəstəxanaya çağırdılar. Deyilən ünvana gəldikdə qapının üstündə “QİÇS-lə Mübarizə Mərkəzi” yazısını oxudum. Özümü ələ almağa çalışdım. İİV (insanda immunçatışmazlığı virusu) daşıyıcısı olduğum məlum oldu. Xəbəri eşidəndə şoka düşdüm”.

    Median.Az bildirir ki, bunu oxu.az-ın müxbiri ilə söhbəti zamanı İİV daşıyıcısı olan Rauf Həsənov (ad şərtidir) deyib.

    O, bu virusu daşıyan pasiyentlərdən sadəcə biridir. Həyatda hər kəs şanslı doğulmur. Bəzən həyatın ağır sınaqları ömrün gənc illərinə təsadüf edir.

    İİV-lə balı daha ətraflı məlumat almaq üçün Respublika QİÇS-lə Mübarizə Mərkəzinə yollandıq.

    Qeydiyyat şöbəsinə yaxınlaşırdım. Öyrəndim ki, hər kəs mərkəzə gəlib anonim şəkildə analiz verə bilər. Həmin şəxsdən götürülən qanın üzərinə xüsusi kod yazılır. Mən də qan analizi verdim.

    Məqsədim insanlara çağırış etmək, sağlamlığa diqqət yönəltməkdir.

    Sıra nömrəmi və kodumu götürdüm. Otağa daxil olanda məndən qan nümunəsi alındı və götürülən qan nümunələri laboratoriyaya aparıldı…

    Üçüncü mərtəbəyə qalxırıq. Burada müalicə alan və mənimlə həmsöhbət olan R.Həsənov müsahibə zamanı həyat hekayəsini danışmaq istəsə də, səsi çox çətinliklə eşidilirdi.

    Onu anlamaqda çətinlik çəksəm də, bunu ona hiss etdirməməyə çalışırdım. “Niyə zəif səslə danışırsınız?”, – deyə soruşdum.

    Düzü, ağlıma dərmanlar səbəbindən belə zəif tonda danışdığı gəlmişdi. Amma o, düşdüyü vəziyyəti və yaşadığı hadisəni dəfələrlə danışmağa cəsarəti çatmadığını etiraf etdi.

    Qeyd etmək lazımdır ki, QİÇS-in müayinəsi, uçota salınması və müalicəsi könüllü xarakter daşıyır. Bu müayinənin məhkəmə orqanlarının qərarı ilə aparılması istisnadır.

    2011-ci ildə Səhiyyə nazirinin əmri ilə respublikada ərazi tibb müəssisələrinin bazasında QİÇS-in müayinəsi və könüllü məsləhət-stasionar məntəqə şəbəkələri yaradılıb. Bu şəbəkə 48 məntəqədən ibarətdir.

    Hazırda “İİV-lə mübarizə üzrə 2016-2020-ci illər üçün Tədbirlər planına” uyğun olaraq, belə məntəqələrin digər administrativ ərazilərdə təşkili nəzərdə tutulub və artıq Ucar və Neftçala rayonlarda belə təşkilatlar yaradılıb.

    Əhalinin əsas qruplarının müayinəyə cəlb edilməsi üçün fəal tədbirlər həyata keçirilir. Əhalinin əsas qruplarına daxildir: inyeksion narkotik istifadəçiləri, kişi ilə cinsi əlaqədə olan kişilər, transgenderlər, seks-biznesinin işçiləri və məhkumlar.

    Bu qrupların İİV infeksiyasına yoluxma riski daha yüksəkdir. Əhalinin bu qruplarına xüsusi diqqət yetirilməsi QİÇS-lə mübarizədə uğurlu tədbirlərin həyata keçirilməsi üçün həlledici əhəmiyyətə malikdir.

    Müsahibim dörd dil bilir və ABŞ-da təhsil alıb:

    “Fransız, ingilis, rus, ispan dillərini bilirəm. 2009-cu ildə ABŞ-da təhsil almışam. Daha sonra müxtəlif yerlərdə tərcüməçi kimi fəaliyyət göstəmişəm”.

    O deyir ki, xəstəliyə düçar olmasında iki ehtimal göstərilir:

    “Türkiyəyə getmişdim. Orada türkmən qızla qorunmamış cinsi əlaqədə oldum. Həmin müddətdə diş həkimində müalicə alırdım. Onun üçün İİV-ə yoluxmamı iki səbəbi əsas göstərilir. Çəkim 120 kilo idi, amma Azərbaycana qayıtdıqdan bir müddət sonra çəkim 60 kilo idi.

    Xəstəliyimi biləndə şok oldum. Sentyabrın 26-dan mərkəzdə müalicə alıram. Hazırda çəkim 74 kilodur. Mən kiməsə yox, özümə əsəbiləşirəm. Amma bu xəstəliklə tam dolğun həyat yaşaya biləcəyimə ümidliyəm.

    Ailəm, ətrafım xəstəliyimdən xəbərdardırlar. Amma bəzi dostlarım xəstəliyimi biləndən sonra məndən üz çevirdilər. Onların içərisində 10 illik dostluq əlaqəm olanlar var idi”.

    Mərkəzdə qan nümunələri toplandıqdan sonra laboratoriyaya daxil olur. Analizlərin cavabı üç saata yaxın vaxtda bilinir. Gün ərzində laboratoriyaya yoxlanmaq üçün 400-500 qan nümunəsi daxil olur.

    Müsbət cavab çıxan qan nümunələrinin arxivdə saxlanılması üçün -80 dərəcəlik soyuduculardan istifadə edilir. Həmin nümunələr ömür boyu dondurulub-saxlanılır.

    Öyrəndik ki, 2006-ci ildən xəstələr antiretrovirus terapiyasına cəlb olunur. Mərkəzdə xəstələr pulsuz dərman preparatları ilə təmin edilirlər.

    2019-cu ilin altı ayı ərzində (ötən il bu rəqəm 656 olub) İİV-ə yeni yoluxma halları 354 nəfər olub. Onlardan 343 nəfəri Azərbaycan vətəndaşıdır, digərləri isə əcnəbilərdir. Yoluxma yolları əsasında cinsi yoluxmalar 72 faiz təşkil edir. Əvvəlki illərlə müqayisə edən zaman 10 faiz narkotik istifadəçiləri qeydə alınıb. 2018-ci il ərzində anadan uşağa yoluxma qeyd edilməyib.

    Yeri gəlmişkən, Mərkəzdə 6502 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 4568-i kişi, qalanı qadındır. QİÇS mərhələsində olanların sayı 1757, İİV-dən ölənlərin sayı isə 1076 nəfər olub.

    Mərkəzin Anonim Müayinə və Məsləhət Kabinetində 30 ildir həkim işləyən Elmira Rəfibəyli deyir ki, anonim müayinə zamanı buraya gələn şəxsin ad-soyadı, yaşadığı yer və harada işlədiyi soruşulmur:

    “Bizə anonim müayinəyə gələn şəxslərə bir neçə sual ünvanlayırıq ki, məlumat alaq və öz hesabatımızı verək. Mən onlara sual verən zaman bəzən deyirlər ki, cavab vermək istəmirlər.

    Onlara izah edirəm ki, mənə sənin xəstəliyin lazımdır. Həmin şəxs mənə nə deyirsə, mən ona inanıram. Qan nümunəsi götürürəndə xəstəyə demək olmaz ki, sən QİÇS xəstəliyinə tutulmusan. Deyirik ki, sizdə İİV olmasından şübhələnirik”.

    Həkimin sözlərinə görə, İİV-lə bağlı analiz vermək üçün çox qadın gəlir:

    “Onlar həyat yoldaşlarına inamları olmadığı üçün analiz verdiklərini bildirirlər. Biz də sənədlərdə “həyat yoldaşına inanmır” sözlərini əlavə edirik. Analiz zamanı adları anonim olsa da, nümunə qanların üzərinə kod yazılır.

    Laboratoriyadan xəstəliyin müsbət cavabı alındıqda biz həmin şəxsə təklif edirik ki, anonimliyini pozsun. Belə olduqda ona, ailəsinə, uşaqlarına, subaydırsa, cinsi partnyoruna kömək edə bilərik. 99 faiz anonimliyi pozur. Kim istəmirsə, vaxt ötdükdən sonra yenə bu mərkəzə gələcək və pulsuz müayinədən keçəcək”.

    Daha sonra Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin müdiri Afət Nazirlinin otağına üz tuturuq.

    Onunla söhbət zamanı bildirir ki, İİV-ə yoluxmanın müalicə sxemləri var:

    “Bütün dünyada bu sxemlərdən istifadə olunur. Bəzən deyirlər ki, filankəsin qanında QİÇS aşkarlandı. Bu, düzgün deyil. Qanda QİÇS törədən virus aşkar olunur. QİÇS dördüncü mərhələdir. Bəzən insanlar, eyni zamanda, həkimlər İİV adını eşidəndə qorxurlar.

    Bir dəfə bizim mərkəzin xəstəsinin vəziyyəti ağır olan zaman təcili tibbi yardım çağırdıq. Təcili yardım həkimi mənim otağıma əlcəklə, xüsusi geyimlə daxil oldu.

    Mən təccübləndim. Çünki yoluxmanın üç yolu var. Bunlar cinsi, narkotik vasitəsinin şprislə vurulması və anadan uşağa keçmə yoludur. Həkim olaraq bu cür davranmaq düzgün deyil”.

    Qeyd edək ki, “QİÇS-lə Mübarizə Mərkəzi”nin əməkdaşları tərəfindən insanların bu xəstəlikdən vaxtında məlumatlı olmaları üçün müxtəlif aksiyalar, maarifləndirmə tədbirləri görülür.

    Həkim bildirib ki, İİV-ə yoluxma beş il ərzində 650-700 arasındadır.

    Həmsöhbətim deyir ki, insanlar, xüsusilə də gənclər sağlamlıqlarının qayğısına qalsınlar, diqqətli olsunlar. Çünki həyat insana bir dəfə verilir.

    Onu xoşbəxt və sağlam yaşamaq isə öz əlimizdədir…

  • Mübariz Mənsimov Oktay Gülalıyevin müalicəsini öz üzərinə götürdü

    Bir neçə gün əvvəl Bakıda avtomobillə vurulan hüquq müdafiəçisi Oktay Gülalıyevin vəziyyəti ağır olaraq qalır. Hüquq müdafiəçisinin müalicəsinin davam etdirilməsi üçün sosial şəbəkədə yardım kampaniyasına başlanılmışdı.

    Sosial şəbəkədə aparılan dəstək kampaniyasına ilk reaksiya verənlərdən biri də Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov olub. Mübariz Mənsimov öz feysbuk səhifəsində status yazaraq hüquq müdafiəçisinin müalicəsini öz üzərinə götürdüyünü qeyd edib: “Əlimdən gələn köməyi göstərməyə hazıram. Lakin bunu heç kim öz tərəfinə çəkməsin. Oqtay bəyin ailəsi ilə əlaqə yaradacaqlar və nəyə ehtiyacları olduqları ilə maraqlanacaqlar. Allah Oqtay bəyə yar və yardımcı olsun!”
    /azxeber.com/

  • В поселке Маштага “Opel” сбил насмерть пешехода

    Как сообщает Median.Az, 2-го ноября примерно в 3 часа ночи в поселке Маштага автомобиль марки “Opel”, управляемый жителем столицы Э.Мамедшарифовым сбил насмерть жителя поселка Фархада Ахмедова.

    В Сабунчинском РУП по факту ведется расследование.

  • Maştağada “Opel” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, noyabrın 2-i gecə saat 3 radələrində Maştağa qəsəbəsində, Bakı şəhər sakini E.Məmmədşərifov idarə etdiyi “Opel” markalı avtomobillə qəsəbə sakini Fərhad Əhmədovu vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    Sabunçu RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanlı güləşçi dünya çempionatına erməni üzərində qələbə ilə başladı

    Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

    Altıncı yarış günündə son dörd yunan-Roma güləşi üzrə idmançımız mübarizəyə qoşulub.

    Bunlar Əsgər Əlizadə (-60 kq), Namaz Rüstəmov (-67 kq), Sənan Süleymanov (-72 kq) və Arif Niftullayevdir (-97 kq). Artıq Namaz Rüstəmov ilk görüşünü keçirib. O, təsnifat görüşündə Rusiyanı təmsil edən erməni Alen Mirzoyanla qarşılaşıb. İdmançımız 3:5 hesabı ilə uduzsa da, təkrara baxıldıqdan sonra Namazın iki xal qazandığı görünüb. Nəticədə hakim daha iki xalı idmançımıza verib. Hesab 5:5 olduğundan və belə başa çatdığından, son xal prinsipinə əsasən idmançımız qalib elan edilib.

    Qeyd edək ki, bu gün Zaur Əliyev (-55 kq) bürünc medal görüşünə çıxacaq.
    /oxu.az/

  • Прогноз погоды на завтра

    Министерство экологии и природных ресурсов (МЭПР) обнародовало прогноз погоды на 3 ноября.

    Как сообщили в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов, завтра в Баку и на Абшеронском полуострове будет переменная облачность, местами ожидаются дожди, днем в основном без осадков.

    Сильный северо-западный ветер днем сменится на умеренный северо-восточный ветер. Температура воздуха на Абшеронском полуострове составит ночью 8-10, днем 11-13 градуса тепла, в Баку ночью 8-10, днем 11-13 градуса тепла.

    Атмосферное давление повысится с 767 мм ртутного столба до 773 мм ртутного столба, относительная влажность ночью 80-90%, днем 60-70%.

    В районах Азербайджана местами ожидаются кратковременные дожди. Ночью и утром в некоторых восточных районах возможны ливни. Днем в основном без осадков. Местами туман. Будет дуть временами усиливающийся западный ветер.

    Температура воздуха составит ночью 7-12, днем 14-19 градусов тепла, в горах ночью 1-6, днем 7-11 градусов тепла.

  • Bakıda avtomobildən oğurluq etməkdə şübhəli bilinən qadın tutuldu

    Bakıda avtomobildən oğurluq etməkdə şübhəli bilinən gənc qadın tutulub.

    Bu barədə oxu.az-a Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

    Oğurluq oktyabrın 31-də saat 17:00 radələrində Telnova küçəsində törədilib. Belə ki, 1966-cı il təvəllüdlü Maarif Əliyevə məxsus “Mercedes” markalı avtomobildən 250 manat oğurlanıb. Oğru avtomobilin qapısının kilidlənməməsindən yararlanıb.

    Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 34-cü polis bölməsinin əməkdaşları şübhəli bilinən 1982-ci il təvəllüdlü E.Büniyatovanı saxlayıblar.

    Müşahidə kameraları sayəsində qadın saxlanılıb.

    Hazırda faktla bağlı araşdırma aparılır. Əgər saxlanılan şəxsin digər avtomobil oğurluqları ilə əlaqəsi ortaya çıxarsa, həbs olunacaq. Əks təqdirdə, inzibati cəza – cərimə cəzası alacaq.

  • Самолет Москва-Баку совершил экстренную посадку

    Пассажирский самолет, совершавший рейс Москва-Баку, экстренно сел на запасном аэродроме в российской столице.

    Как передаёт Median.Az со ссылкой на РЕН ТВ, инцидент произошел вечером 1 ноября.

    Причиной стала трещина на лобовом стекле воздушного судна, принадлежащего “Азербайджанским авиалиниям” (AZAL).

    В AZAL подтвердили oxu.az данную информацию. В компании сообщили, что после инцидента из Баку в Москву отправили дополнительный самолет, который привез пассажиров в Баку.

  • Moskvadan Bakıya uçan təyyarə təcili eniş etdi

    Moskva-Bakı reysini həyata keçirən təyyarə Rusiyanın paytaxtındakı ehtiyat aerodromda eniş edib.

    Ren.tv xəbər verir ki, buna səbəb təyyarənin qabaq şüşəsində yaranmış nasazlıq olub. İnsident noyabrın 1-də baş verib.

    Hava gəmisi “Azərbaycan Hava Yolları”na aid olub.

    AZAL-dan oxu.az-a məlumatı təsdiqləyiblər. Şirkətdən saytımıza verilən açıqlamada bildirilib ki, insidentdən sonra Bakıdan Moskvaya əlavə təyyarə göndərilib və həmin hava gəmisi sərnişinləri Bakıya çatdırıb.