Month: November 2019

  • Rusiyanın Xalq artistinin nikahdan kənar azərbaycanlı oğlunu anası Bakıya göndərir

    Moskvada 19 yaşlı Teymur Əkbərovun özünü Rusiyanın Xalq artisti Nikolay Tsiskaridzenin nikahdan kənar oğlu olduğunu elan etməsindən sonra qalmaqallı məsələnin ətrafında söz-söhbət bitmir-tükənmir. Teymur daha bir açıqlaması ilə gündəmə damğa vurub. O bildirib ki, anası onun ağzını bağlamaq üçün istirahətə yollamağa çalışır.

    StarHit xəbər verir ki, Teymur Əbərov Nikolay Tsiskaridze ilə görüşmək istəyir, ancaq uşağın anası bunun qarşısını müxtəlif yollarla almağa çalışır.

    Yaxın aylarda sənətçi çıxış etmək üçün paytaxta gələcək. Teymur isə bu şansı əldən vermək istəmir, onu səhnədə görməyi xəyal edir.

    Gəncin sözlərinə görə, anası bu görüşün əleyhinədir və onu bu dəfə Bakıya istirahətə göndərmək istəyir.

    “Anam mənə dedi ki, mən uçub istirahət etməliyəm. Bizim küsülü olduğumuzu nəzərə alsaq, onun bu istəyi mənim üçün çox qəribə səsləndi. Məni evdən qovdu və sonra tətil təşkil etmək qərarına gəldi. Mənim Bakıya uçmağım üçün bilet aldı, baxmayaraq ki, ümumiyyətlə ora getməməli idim”,- deyə Əkbərov müsahibəsində söyləyib.

    Gənc oğlan atası ilə münasibətləri düzəltməyə çalışır. Artıq Sankt-Peterburqa çıxış etmək üçün gedib, lakin məşhur balet ustasını görə bilməyib. Tsiskaridzenin özü bu qalmaqallı hadisəyə münasibət bildirməkdən boyun qaçırır.

    Qeyd edək ki, gənc azərbaycanlı aktyor ulduz atası ilə görüşmək istəyir və məşhur balet ustası ilə qohumluğunu təsdiqləmək üçün DNT testindən keçməyə hazırdır.

    Məşhur gürcü balet artisti Nikolay Tsiskaridze isə 45 yaşına qədər qeyri-qanuni övlad sahibi olacağını təsəvvürünə belə gətirməyib. Telefon əlaqəsi zamanı onun köməkçisi söylənilən fikirlərə gülüşlə reaksiya verib. Balet ulduzu isə danışmaqdan imtina edib.

  • Azərbaycanda qar səbəbindən turistlər yolda qaldı

    Qubaya yağan qar səbəbindən turistlər yolda qalıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, Quba rayonunun Xınalıq kəndindən Quba şəhəri istiqamətində hərəkət edən içərisində altı nəfər əcnəbi turistin, sürücü və bələdçinin olduğu “Hyundai” markalı mikroavtobus yağan qar nəticəsində hərəkətini davam etdirə bilməyib.

    Yolda qalan turistlər FHN-nin “112” xidmətinə məlumat veriblər. Məlumatla əlaqədar bələdçi ilə telefon əlaqəsi saxlanılıb. Quba rayon DYMH-nin xilasediciləri, Quba Yol İstismar İdarəsinin əməkdaşları və texnikası hadisə yerinə cəlb olunub. Turistlər üçün Xınalıqdan iki ədəd “NİVA” markalı avtomobil ayrılıb.

    Hazırda turistlər Quba rayonuna gətirirlər. Onların üçü İspaniya, ikisi Rusiya və biri isə BƏƏ vətəndaşıdır.

  • В Сабирабаде произошло ДТП, есть пострадавший

    В Сабирабадском районе произошло ДТП, в результате которого пострадал один человек.

    Как сообщает АПА, авария произошла на территории села Шахрияр. Автомобиль сбил жителя лагеря №1 села Шахрияр Ахмедова Салима Муртуз оглу. Пострадавший с черепно-мозговой травмой помещен в отделение реанимации Ширванской центральной городской больницы.

    По факту проводится расследование.

  • “Azərişıq” əhaliyə müraciət etdi

    Hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.

    Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. T.Mustafayevin sözlərinə görə, yerlərə əlavə texnika cəlb edilib:

    “Müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ölkənin hər yerində gücləndirilmiş iş rejiminə keçib. Belə ki, regionlara, xüsusən də dağlıq və dağətəyi ərazilərə əlavə mal-material, maşın-mexanizmlər cəlb edilib. Bu isə elektrik enerjisinin baş verə biləcək kəsintisi və qəzaların qarşısını ən qısa müddətdə almağa imkan verir”.

    “Azərişıq” rəsmisi abunəçilərdən xahiş edib ki, baş verə biləcək hər hansı hadisənin qarşısını almaq üçün çağrı mərkəzi ilə əlaqə saxlasınlar:

    “Məlum hava şəraiti hər növ fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən istehlakçılardan xahiş edirik, ehtiyatlı olsunlar və elektrik enerjisinin təchizatında yaranan hər hansı problem, yaxud qəza ilə üzləşdikdə 24 saat fəaliyyət göstərən 199 saylı “Çağrı mərkəzi” ilə əlaqə saxlasınlar”.//oxu.az

  • Səhiyyə Nazirliyinin şöbə müdiri işdən çıxarılıb? – AÇIQLAMA

    Səhiyyə Nazirliyi şöbə müdirinin işdən çıxarılması ilə bağlı mediada yayılan məlumata aydınlıq gətirib.

    Nazirlikdən verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun işdən çıxarılması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.//oxu.az

  • Житель Сумгайыта за одну ночь угнал и ограбил 4 автомобиля

    Как сообщает Median.Az, в ночь на 1-е ноября в информационный центр 102 МВД поступила информация о том что, с Московского проспекта угнан автомобиль марки “Mercedes”, принадлежащий жителю столицы О.Исмайылову.

    Сотрудники 19- и 20-го отделения полиции Насиминского РУП в результате оперативно-розыскных мер задержали жителя г.Сумгайыт Э.Гадирова, который бросил угнанную машину на улице А.Мустафаева в аварийном состоянии.

    Во время разбирательства выяснилось что, в ту же ночь задержаннный на улицах Я.Везирова и Н.Меликова украл из внедорожника “Range Rover” видеорегистратор, из автомобиля “KİA” кошелек, где находилось 700 манатов и из автомобиля марки
    “Ford” 2 сумки.

    В Насиминском РУП ведется расследование.

  • Bakıda maşınları qarət edən və qaçıran şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, noyabrın 1-nə keçən gecə Moskva prospektindən Bakı şəhər sakini O.İsmayılova məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub.

    Nəsimi RPİ 19-cu polis şöbəsi və 20-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil A.Mustafayev küçəsində qabaq sağ şüşəsi sınmış vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçıran Sumqayıt şəhər sakini E.Qədirov saxlanılıb.

    Araşdırma zamanı onun həmin gecə Y.Vəzirov və N.Məlikov küçələrində “Range Rover” markalı avtomobildən videoqeydiyyat qurğusu, “KİA” markalı avtomobildən, içərisində 700 manat olan pulqabı və “Ford” markalı avtomobildən 2 ədəd çanta oğurlaması müəyyən edilib.

    Nəsimi RPİ-də araşdırma aparılır.

  • Bakıda yağan yağış fəsadlar yaratdı – VİDEO

    Bakıya iki gündür yağan yağış şəhərin nəqliyyat sistemi ilə yanaşı, su kanalizasiya şəbəkəsini də iflic vəziyyətə salıb.

    Xətai rayon Mirzə Davud küçəsində vəziyyət hər şeyi aydın şəkildə izah edir.

    Sakinlərin Baku.tv-yə göndərdikləri videolarda küçənin kanalizasiya xətlərinin partlaması, yaranan gölməçələr səbəbindən isə insanların hərəkətinin mümkünsüz olduğu görünür.

  • Bakıda taksi sürücüsü zolağı dəyişmək istədi, qəza baş verdi – ANBAAN VİDEO

    Bakıda baş verən qəza anı kameraya düşüb.

    Avtosfer.az xəbər verir ki, hadisə Rəsulzadə qəsəbəsində baş verib. Avtobus dayanacaqda saxlayıb sərnişin düşürüb.

    Bu zaman avtobusun arxasında olan taksi sürücüsü zolağı dəyişmək istəyib. Dönmə işıqlarını yandırsa da, digər zolaqla hərəkətdə olan avtomobil onu vurub.
    Taksi sürücüsü zolağa tam keçməsə də, arxadan gələn avtomobilin ona yol verəcəyinə əmin olmadan yola çıxıb.

    Görüntüləri təqdim edirik:

  • В Азербайджане уволен высокопоставленный чиновник

    В Имишлинском районе уволен высокопоставленный чиновник, передаёт Median.Az со ссылкой на АПА.

    Согласно сообщению, заведующий Имишлинским районным отделом Государственного фонда социальной защиты (ГФСЗ) при Министерстве труда и социальной защиты населения Интигам Алиев освобожден от занимаемой должности.

    Соответствующий приказ подписал министр труда и социальной защиты населения Сахиль Бабаев.