Month: November 2019

  • Ukraynalı televizor pultuna görə kiçik qardaşını öldürdü

    46 yaşlı Odessa sakini qardaşı ilə pultu bölüşə bilmədiyinə görə onu bıçaqla ürəyindən vurub.

    Ukraynanın Milli Poilisi xəbər verir ki, 41 yaşlı kişi yerindəcə dünyasını dəyişib.

    “Qəsdən öldürmə” maddəsi ilə cinayət işi qaldırılıb. Qatil 15 il azadlıqdan məhrum edilə bilər.

  • Минобороны: Азербайджанский солдат всегда держит в страхе врага

    Информация, распространенная армянской стороной, якобы о попытке провокации со стороны подразделений азербайджанской армии на линии фронта в Агдаринском направлении, является ложной и необоснованной.

    Об этом cообщили в пресс-службе Минобороны.

    “Видимо, существующая в последнее время стабильная обстановка на линии фронта не устраивает военно-политическое руководство Армении и, распространяя подобного рода дезинформацию, армянское правительство пытается отвлечь внимание своего народа от имеющихся в стране проблем. С другой стороны, как и всегда, азербайджанский солдат всегда держит в страхе врага”, – отмечается в сообщении оборонного ведомства.

  • Müdafiə Nazirliyi: Azərbaycan əsgərinin xofu düşməni daim qorxu içində saxlayır

    Ermənistan tərəfinin guya Azərbaycan Ordusu bölmələrinin cəbhənin Ağdərə istiqamətində təxribat törətmək cəhdi barədə yaydığı məlumat yalandır, əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görünür son zamanlar cəbhə xəttində mövcud sabit vəziyyət Ermənistanın hərbi-siyasi rəhbərliyini qane etmir və bu cür məlumatları yaymaqla erməni xalqının diqqətini öz ölkəsində mövcud olan problemlərdən yayındırmağa çalışır.

    Digər tərəfdən isə həmişə olduğu kimi Azərbaycan əsgərinin xofu düşməni daim qorxu içində saxlayır.

  • Задержаны 3 человека, ограбившие 2 магазина в Бинагадинском районе

    Как сообщает Median.Az, сотрудники 4-го отделения полиции Бинагадинского РУП в результате оперативно-розыскных мер задержали жителей Апшеронского района А.Гахраманзаде, О.Байрамова и Э.Гасанова, которые войдя в преступный сговор из маркета в 7-м микрорайоне и магазина в поселке М.Расулзаде украли в общей сложности 3080 манатов.

    В Следственном отделе Бинагадинского РУП возбуждено уголовное дело по статье 177.2.2 (кража, совершенная группой лиц по предварительному сговору) УК Азербайджана.

  • Binəqədi rayonunda marketlərdən oğurluq edən 3 nəfər tutulub

    Median.Az xəbər verir ki, Binəqədi RPİ 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 7-ci mikrorayon ərazisindəki marketdən və M.Ə.Rəsulzadə qəsəbəsindəki mağazadan ümumilikdə 3080 manat oğurlayan Abşeron rayon sakinləri A.Qəhrəmanzadə, O.Bayramov və E.Həsənov saxlanılıblar.

    Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Путин рассказал, кем он мечтал стать в юности

    Президент России Владимир Путин рассказал, что в юности он выбирал между многими профессиями, в том числе моряка и летчика. Об этом сообщает ТАСС во вторник, 26 ноября.

    “У меня лично в начале были желания самые разные, как у всех молодых людей – я хотел и моряком, и летчиком (быть). Я внимательное смотрел, изучал, примерял на себя все эти профессии”, – сказал Путин в ходе телемоста со школьниками, принимающими участие в форуме “ПроеКТОрия” в Ярославле.

    По словам главы государства, у него были “очень сложные дискуссии” в тот период жизни с родителями и спортивным тренером относительно призвания.

    Он посоветовал юным россиянам обязательно попробовать свои силы в выбранном направлении. “Ты с удовольствием пойдешь утром заниматься этим делом или нет?” – пояснил глава государства.

    Также российский лидер заметил, что при верном выборе «должно что-то внутри щелкнуть

  • Bakıda şirniyyat sexinin fəaliyyəti dayandırılıb

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

    AQTA-dan Baku.ws-ə verilən məlumata görə, daxil olan məlumat əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şəfəq küçəsi 8 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nağıyev Semur Həsən oğluna məxsus “Balu” şirniyyat sexində 21.11.2019-cu il tarixində aparılmış yoxlama zamanı qida məhsullarının istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən norma, qayda və tələblərə əməl olunmadan şirniyyat məmulatları istehsal edildiyi üçün istehsalın dayandırılması ilə bağlı qərar qəbul edilib. Eyni zamanda istehsal olunan məhsulların satışının qadağan olunması və satılan məhsulların ticarət şəbəkəsindən geri çağrılması ilə əlaqədar “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərar qəbul olunub.

    AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

  • Tünzalə Ağayevanın əcnəbi sevgilisinin kimliyi məlum oldu

    Azərbaycanın Xalq artisti Tünzalə Ağayeva özünün yeni “Sevməli” klipini ictimaiyyətə təqdim edib. Median.Az-ın Sputnik Azərbaycan-a istinadən məlumatına görə, klipdə müğənninin sevgilisi rolunda ukraynalı model Konstantin Çumak çəkilib.

    Kompozisiyanın musiqisini Ağayeva özü yazıb, sözləri isə onun uzun illərdir əməkdaşlıq etdiyi Cavid Şahbazbəyova məxsusdur. Kompozisiyada həmçinin Əliağa Vahidin qəzəlindən də istifadə edilib.

    Klipin çəkilişləri Ukraynada aparılıb, onun rejissoru Əli Fərhaddır.

    Baş rolda müxtəlif ölkələrdə keçirilən moda nümayişlərində və məşhur brendlərin reklam çarxlarında iştirak edən ukraynalı model Konstantin Çumak çəkilib.

    Tünzalə Ağayeva 2001-ci ildə gənc ifaçıların “Bakı payızı” müsabiqəsinin qalibi olub. 2002-ci ildə isə “Türksoy” Beynəlxalq müsabiqəsinin laureatı adını qazanıb. 2003-cü ildə müğənni “Yalta-2003” Beynəlxalq müasir estrada mahnıları müsabiqəsinin Qran-prisini alıb.

    O, bir sıra beynəlxalq musiqi festivallarında, o cümlədən 2006 və 2007-ci illərdə Çexiyada keçirilən “Barevna Planet” Beynəlxalq müasir musiqi festivalında iştirak edib. 2019-cu ildə ona “Xalq artisti” fəxri adı verilib.

  • Prezident: Bugünkü dünyada tanışlıqla, tapşırıqla oxumaq mümkün deyil

    Tələbələrə də sözüm odur ki, bilikli olsunlar. Bugünkü dünyada tanışlıqla, tapşırıqla oxumaq mümkün deyil. Sovet vaxtında belə bir söz var idi: “tapş”, o, instituta “tapşla” daxil oldu. Əvvəllər sovet dövründə əsas məqsəd diplom almaq idi. Evlənmək üçün, yəni, elçiliyə getmək üçün diplomu var, yoxsa yox? Hə varsa, onda markası artır. Diplom heç nədir, bilin. Əgər bilik olmasa, savad olmasa müasir dünyada bu, əhəmiyyətsiz bir şeydir.

    Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasimdəki çıxışı zamanı deyib.

    İndi yeni peşələr açıldığını qeyd edən Prezident əlavə edib:

    “Əvvəlki peşələrin bir çoxu sıradan çıxır. Artıq 20 il bundan əvvəl olan bəzi peşələr yoxdur və olmayacaq da. Bu proses getdikcə gedəcək, biz 4-cü industrial inqilab içərisindəyik. Artıq bilinir ki, hansı peşələr 5 ildən sonra olmayacaq. Amma biz əhalisi artan ölkəyik. Sovet dövründəki 7 milyondan 10 milyona çatıb bizim əhalimiz. Ona görə biz o yeni peşələri gərək mənimsəyək. Gərək imkan yaradaq bizim vətəndaşlara ki, o peşələrə onlar yiyələnsinlər. Ona görə bu sahədə həm müəllimlərin üzərinə böyük vəzifə düşür, həm də tələbələr daim çalışmalıdırlar. Bilik, savad – onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur. Vətənpərvər olmalıdırlar. Bu olmasa, ölkəmizin gələcəyi olmayacaq. Bu olmasa, nə vaxtsa yenə də kiminsə təsiri altına düşüb yenə də müstəqillik arzuları ilə yaşayacağıq. Ona görə gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir – bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin”.

  • Nurməhəmmədovun növbəti görüşünün tarixi bəlli olub

    Qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyasında yüngül çəki üzrə kəmər sahibi Həbib Nurməhəmmədovun növbəti görüşünün tarixi bəlli olub.

    Median.Az-ın  məlumatına görə, 31 yaşlı rusiyalı idmançının amerikalı Toni Ferqyusonla döyüşü 2020-ci il aprelin 18-də baş tutacaq.

    Bu barədə H.Nurməhəmmədovun meneceri Əli Abdeləzizi özünün “Twitter” səhifəsində yazıb.

    O, “Qartal Bruklinə eniş edəcəck” kimi paylaşım da qeyd edib.

    Nurməhəmmədov ötən ay Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə amerikalı Dastin Puaryeni məğlub edərək ikinci dəfə çempion titulunu qoruyub.

    Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. Otuz beş yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub.