Month: November 2019

  • Жена Зеленская выставила на аукцион скандальное платье с церемонии интронизации императора Японии – ФОТО

    На страничке в Instagram Первая леди Украины Елена Зеленская сообщила, что передала желтое платье, которое она надевала на церемонию интронизации императора Японии, для благотворительного аукциона, передает style.nv.ua.

    За больше чем полгода президентства Владимира Зеленского его супруга Елена появлялась во множестве нарядов украинских дизайнеров, но ни одни из образов не вызвал таких горячих споров, как желтое платье — утренний наряд, в котором она появилась на церемонии интронизации императора Японии.

    «То самое платье, которое я надевала на церемонию интронизации японского императора, которое наделало много шума, послужит доброму делу. Сегодня, накануне Всемирного дня сочувствия, я передаю его в качестве лота для благотворительного гала-ужина Tabletochki Giving Tuesday Dinner, организованного фондом Таблеточки — команды супергероев, которые уже восемь лет стоят на защите детей с онко», — написала Зеленская.

    Напомним два наряда — утренний и вечерний, в которых Елена Зеленская появлялась на церемонии интронизации императора Нарухито, создал украинский дизайнер Иван Фролов. Утренний наряд — желтое платье, вызвал волну критики в комментариях в Instagram из-за выбора цвета. Именно это платье выставила на аукцион супруга Зеленского.

    Дело в том, что для японцев желтый — это цвет золота, символ солнца и божественной власти. Поэтому на подобных церемониях в Японии в желтое могут одеваться только члены императорской семьи.

  • Azərbaycanda zorakılıq qurbanları üçün sığınacaqlar yaradılır

    Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycanda məişət zorakılığı qurbanları üçün yeni sığınacaqların yaradılması ilə bağlı təkliflərə münasibət bildirib.

    Median.Az-ın Sputnik Azərbaycan-a istinadən məlumatına görə, nazir müavini sığınacaqların birbaşa nazirliyin xətti ilə deyil, sosial sifarişlər əsasında yaradılaraq fəaliyyət göstərməsinin daha məqsədəuyğun olduğunu bildirib: “Bəzi sosial problemlərin səmərəli həlli onu tələb edir ki, bu mərkəzləşdirilmiş şəkildə deyil, daha çox vətəndaş cəmiyyəti və desentrə olunmuş tərzdə həllini tapsın. Yəni sosial sifarişlər əsasında, icma əsaslı olsun. Bu daha çox səmərə verə bilər. Prezident iyun ayında xüsusi ehtiyacı olan şəxslərlə bağlı əlavə vəsait ayırdı. Onun vasitəsilə biz xüsusi yeni mərkəzlər yaratdıq, icma əsaslı reabilitasiya mərkəzləri istifadəyə verdik. Onların sayı artıq iki yüzə çatıb. Artıq 8000-ə yaxın vətəndaşımız bu mərkəzlərin xidmətlərindən faydalanır. 2013-cü ildən etibarən sığınacaqlarla bağlı qaydalar var. O qaydalara əsasən artıq 10-dan çox təşkilat akkreditasiyadan keçib. Bundan sonra biz təşviq edəcəyik ki, bu məsələ ilə bağlı müxtəlif təşkilatlar təşəbbüs göstərsinlər. Nazirlik isə daha çox dəstək alətlərindən istifadə etsin”.

    Nazir müavini həmçinin qeyd edib ki, bəzən məişət zorakılığı qurbanları üçün sığınacaqların fəaliyyəti barədə geniş məlumatın verilməməsi məxfiliyi qorumaq məqsədi daşıyır: “Məişət zorakılığı qurbanları ilə bağlı sığınacaqların ünvanlarını ictimaiyyətə açıqlamaq olmur. Çünki, burada məxfilik məsələsi qorunmalıdır. Orada yaşayanlara mühafizə orderi verilir”.yaradilir.html

  • В Гахе 78-летний мужчина погиб, упав с дерева

    В Гахе 78-летний мужчина умер, упав с дерева.

    Как передает местное бюро АПА, инцидент произошел сегодня вечером в селе Гах-Ингилой.

    Житель села Сандро Гашиашвили получил тяжелые травмы, упав с орехового дерева. Мужчина скончался по дороге в больницу. Районная прокуратура выясняет обстоятельства инцидента.

  • Bakıda məktəbli qız dənizə düşdü – Son anda xilas edilib

    Bakıda dənizə düşən məktəbli qız xilas edilib.

    Median.Az Trend-ə istinadla xəbər verir ki, hadisə bu gün Dənizkənarı Bulvarda baş verib.

    Bulvar ərazisində Nəsimi rayon sakini 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı dənizə düşüb.

    Ətrafda olan polislərin köməyi ilə qız sudan çıxarılıb. Yeniyetmə qız təcili tibbi yardım vasitəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

  • Рафаэль Агаев готов покорить Мадрид и снова завоевать GW

    Азербайджанские каратисты примут участие в турнире в рамках серии Премьер-лига Каратэ-1 в Мадриде (Испания), сообщает azerisport.com.

    Азербайджан будет представлен на очередном этапе самого престижного турнира Всемирной федерации каратэ (WKF) 17 спортсменами.

    В турнире выступят: Фирдовси Фарзалиев (60 кг), Рафиз Гасанов, Турал Агаларзаде (оба – 67 кг), Рафаэль Агаев (75 кг), Панах Абдуллаев, Тургут Гасанов (оба – 84 кг), Асиман Гурбанлы, Шахин Атамов (оба – +84 кг), Нурана Алиева (50 кг), Илаха Гасымова (55 кг), Фарида Абиева (61 кг), Ирина Зарецка (68 кг) и Фарида Алиева (+68 кг), а также Роман Гейдаров (ката), Турал Балджанлы, Исмаил Гулиев и Ровшан Алиев (командное ката).

    Турнир стартует 29 ноября. После завершения турнира будут объявлены обладатели почетной награды Grand Winners. Среди конкурентов на эту медаль есть Агаев и Зарецка. (АФК)

    Отметим, что Рафаэль Агаев завоевал эту медаль по итогам прошлого года.

  • “…Elçiliyə getmək üçün diplomu var, yoxsa yox?” – Prezident

    “Mən də müəllim olmuşam. İnstitutu bitirəndə mən bir xarici ölkəyə təyinat aldım, ancaq ondan imtina etdim, xaricə getmək istəmədim. Qaldım institutda, aspiranturaya daxil oldum, dissertasiya müdafiə etdim və 23 yaşımda dərs verməyə başlamışdım, özü də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda, 23 yaşında, 5 il ərzində. Ona görə müəllim peşəsi mənim üçün yad peşə deyil. Mən də müəllim olmuşam, müəllim kimi sizi salamlayıram”.

    Median.Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimində çıxışı zamanı deyib.

    Dövlət başçısı çıxışında müəllim və tələbə heyətinə səslənib:

    “O ki qaldı müəllimlərin fəaliyyətinə, mən onların fəaliyyətini çox yüksək qiymətləndirirəm. Müəllim peşəsi çox şərəfəli, məsuliyyətli, çox ağır peşədir. Müəllim hər zaman tələbə qarşısında öz biliyini göstərməlidir. Tələbələr də indi hər şeyi görürlər, hər şeyi seçə bilirlər. Ona görə müəllimlər daim öz biliklərini artırmalıdırlar. Mən deyim ki, biz müasir dövrdə köhnə baqajla yaşaya bilmərik. Ona görə indi internet dövrüdür, hər bir məlumatı əldə etmək üçün imkanlar var. Daim müəllimlər yeniliklərə baxsınlar, onların peşəsində hansı proseslər gedir, dünyada hansı proseslər gedir, texnoloji inkişaf nədən ibarətdir ki, tələbələrə keyfiyyətli biliklər versinlər. Ona görə müəllim peşəsi şərəflidir, hörmətlidir, ancaq, eyni zamanda, müəllimlər də daim öz üzərlərində işləməlidirlər.

    Tələbələrə də sözüm odur ki, bilikli olsunlar. Bugünkü dünyada tanışlıqla, tapşırıqla oxumaq mümkün deyil. Sovet vaxtında belə bir söz var idi: “tapş”, o, instituta “tapşla” daxil oldu. Əvvəllər sovet dövründə əsas məqsəd diplom almaq idi. Evlənmək üçün, yəni, elçiliyə getmək üçün diplomu var, yoxsa yox? Hə varsa onda markası artır. Diplom heç nədir, bilin. Əgər bilik olmasa, savad olmasa müasir dünyada bu, əhəmiyyətsiz bir şeydir. Bilik olmalıdır. Çünki indi yeni peşələr açılır. Əvvəlki peşələrin bir çoxu sıradan çıxır. Artıq 20 il bundan əvvəl olan bəzi peşələr yoxdur və olmayacaq da. Bu proses getdikcə gedəcək, biz 4-cü industrial inqilab içərisindəyik. Artıq bilinir ki, hansı peşələr 5 ildən sonra olmayacaq. Amma biz əhalisi artan ölkəyik. Sovet dövründəki 7 milyondan 10 milyona çatıb bizim əhalimiz. Ona görə biz o yeni peşələri gərək mənimsəyək. Gərək imkan yaradaq bizim vətəndaşlara ki, o peşələrə onlar yiyələnsinlər. Ona görə bu sahədə həm müəllimlərin üzərinə böyük vəzifə düşür, həm də tələbələr daim çalışmalıdırlar. Bilik, savad – onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur. Vətənpərvər olmalıdırlar. Bu olmasa ölkəmizin gələcəyi olmayacaq. Bu olmasa nə vaxtsa yenə də kiminsə təsiri altına düşüb yenə də müstəqillik arzuları ilə yaşayacağıq. Ona görə gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir – bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin”.

  • “Uşaq pulu” bərpa edilir? – Nazirlik RƏSMƏN AÇIQLADI/VİDEO

    Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycanda uşaqlara “uşaq pulu”nun verilə bilməsi ilə bağlı təkliflərə münasibət bildirib.

    Median.Az xəbər verir ki, A.Kərimov bildirib ki, hazırda Azərbaycanda uşaqlarla bağlı ailələrə 14 növ sosial müavinət verilir: “İl ərzində bunun üçün 494 milyon manat ayrılır. Bu müavinətlər 585 min uşağı əhatə edir”.

    Nazir müavini əlavə edib ki, təkcə bu il ərzində ölkədə ünvanlı sosial yardımdan 160 min uşaq faydalanıb: “Prezident İlham Əliyev də vurğulayır ki, dövlət vəsaitindən səmərəli, ünvanlı şəkildə istifadə olunmalıdır. “Uşaq pulu” isə ünvanlılıq prinsipinə tam cavab vermir”.//publika.az

  • Число жертв землетрясения в Албании увеличилось до 18 – ОБНОВЛЕНО-4

    Число жертв разрушительного землетрясения в Албании возросло до 18.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщил портал издания Albanian Daily News.
    Землетрясение магнитудой 6,4 произошло во вторник неподалеку от столицы Албании Тираны. По данным сейсмологов, за ним последовала череда афтершоков магнитудой выше 5. Президент Илир Мета посетил раненых в центральном госпитале Тираны и назвал ситуацию драматической. Согласно последним данным, пропавшими без вести в городе Дуррес в Албании остаются полтора десятка человек.

    “Как минимум 18 человек погибли, еще больше пропало без вести и более 600 пострадали при сильнейшем землетрясении утром во вторник”, – сообщило издание.

    Влиятельный албанский канал Top channel указывает на неофициальную цифру в 20 погибших, ссылаясь на данные своих журналистов с мест обрушения зданий. Власти продолжают поиск пропавших под развалинами.

  • Messi Neymara mesaj yazdı

    İspaniya mətbuatı yazır ki, Antuan Qrizmann “Barselona”da özünü rahat hiss etmir.
    Onun çoxdandır PSJ-dən Kataloniya klubuna gəlmək istəyən Neymarla yerini dəyişəcəyi söylənilir.


    Median.Az xəbər verir ki, “Barselona”nın lideri Lionel Messi braziliyalı futbolçunun kluba qayıtmasını arzulayır. Yazılanlara görə, argentinalı ulduz hələ “Liverpul”la yarımfinal görüşündən sonra Neymara mesaj göndərib. O, dostunun kluba qayıtmasını çox istədiyini bildirib.

    “Biz birlikdə Çempionlar Liqasının qalibi olarıq. Mən iki il sonra gedəcəyəm. Onda mənim yerimi tuta bilərsən”, – Messi “WhatsApp”da belə yazıb.

    İspaniya mətbuatı iddia edir ki, Neymar onda “Barselona”ya qayıtmaq üçün əlindən gələni əsirgəməyib. Transfer baş tutmayıb. Üstəlik, Marko Verratti və Kilian Mbappe onu PSJ-də qalmaq üçün yola gətirə bilib.

  • Azərbaycanda binaların sənədləşməsində son durum

    Prezident İlham Əliyevin imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli fərmanının icrası istiqamətində işlər davam etdirilir.

    “Yenio Sabah” xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) açıqladığı son məlumata əsasən, bu çərçivədə 542 mənzil kooperativindən, MMC-dən və Azərbaycanda fəaliyyət göstərən şəxslərdən 900 binanın koordinatları barədə müvafiq qurumlara məlumatlar verilib.

    Həmçinin 218 inşaatçıdan Bakıdakı binaların istismarına icazə verilməsi haqqında aktlar təqdim edilib. Vətəndaşlar tərəfindən ilin əvvəlindən verilən əmlakın özəlləşdirilməsinə dair 10 min sənəddən 9,5 mini artıq icra edilib.

    Ümumilikdə, görülmüş tədbirlər nəticəsində ötən yeddi ayda ümumi sahəsi 4 milyon 531 min 2 kvadratmetr olan 46 min 651 mənzilli, ümumilikdə 893 girişli 233 binaya (kompleksə) dair müsbət rəy verilib. 218-i Bakıda, 8-i Abşeron rayonunda, 1-i Sumqayıtda, 4-ü Gəncədə, 1-i Mingəçevirdə, 1-i isə Zərdab rayonunda yerləşən bu binalara dair sənədlər komplektləşdirilib, onların istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon, Sumqayıt Şəhər, Gəncə Şəhər, Mingəçevir Şəhər və Zərdab Rayon İcra hakimiyyətlərinə təqdim olunub.

    Aparılmış müayinələr nəticəsində aşkarlanan çatışmazlıqların aradan qaldırılması üzrə işlərin Fərmanda müəyyən olunmuş vaxtda başa çatdırılmasının təmin edilməsi, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün birgə fikir mübadiləsinin aparılması məqsədilə mövcud çatışmazlıqları qalan yaşayış binalarının sifarişçilərinin və həmin binalarda yaşayan sakinlərin bir qisminin iştirakı ilə oktyabrın 28-də, 30-da və noyabrın 1-də FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində görüşlər keçirilib.

    Fərmanın icrası ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi də açıqlama yayıb. Bildirilir ki, Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib. Fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tədbirlərini davam etdirir. Belə ki, 2019-cu il noyabr 1-nə olan məlumata görə 293 yaşayış binası üzrə 17104 mənzil, oktyabr ayında isə 60 yaşayış binası üzrə 2504 mənzil təbii qazla təmin olunub.

    Xatırladaq ki, bu il fevralın 19-da Prezident İlham Əliyev “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman imzalayıb.

    Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzalanıb.

    Sənəddə 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları müəyyənləşdirilib.

    Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikasında əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Ölkənin sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən inşaat sektorunda əhəmiyyətli inkişaf müşahidə olunur, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsi çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilir. Bununla belə, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılıb ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edib.