Month: November 2019

  • Müdafiə Nazirliyi: “Ermənistan tərəfinin yaydığı məlumat əsassızdır”

    “Ermənistan tərəfinin guya Azərbaycan Ordusu bölmələrinin cəbhənin Ağdərə istiqamətində təxribat törətmək cəhdi barədə yaydığı məlumat yalandır, əsası yoxdur və dezinformasiya xarakteri daşıyır”.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib.

    “Görünür son zamanlar cəbhə xəttində mövcud sabit vəziyyət Ermənistanın hərbi-siyasi rəhbərliyini qane etmir və bu cür məlumatları yaymaqla erməni xalqının diqqətini öz ölkəsində mövcud olan problemlərdən yayındırmağa çalışır.

    Digər tərəfdən isə həmişə olduğu kimi Azərbaycan əsgərinin xofu düşməni daim qorxu içində saxlayır”.

  • В Гёйчае столкнулись два автомобиля, пострадали 6 человек – ОБНОВЛЕНО

    Установлены личности пострадавших при серьезном ДТП в Гейчайском районе.

    Как передает АПА, в результате столкновения двух автомобилей марки ВАЗ-2107 в селе Быгыр Гейчайского района пострадали жители района – Аббасов Амиршах Аслан оглу 1964 г.р., Аббасова Ганимат Халил гызы 1964 г.р., Мамедов Самир Сабир оглу 1972 г.р., Сейидов Ровшан Азиз оглу 2007 г.р., Мамедзаде Эльмир Самир оглу 2004 г.р. и Сейидов Азиз Вусал оглу 1981 г.р. Пострадавшие с различными травмами доставлены Гейчайскую Центральную районную больницу, двое тяжелораненых помещены в реанимацию

    ***

    В Гёйчайском районе произошло ДТП.

    Как сообщает АПА, сегодня примерно в 18:00 на 207-м километре магистрали Баку-Шамахы-Евлах на территории села Быгыр Гёйчайского района столкнулись два легковых автомобиля марки «ВАЗ 2107».

    В результате аварии пострадали 5 человек.

    Раненые помещены в Гёйчайскую центральную районную больницу.

    По факту проводится расследование.

  • Göyçayda avtomobil qəzasında xəsarət alan 6 nəfərin adları məlum olub – FOTO – YENİLƏNİB

    Göyçayda ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, bu gün axşam saatlarında Göyçayın Bığır kəndi ərazisində iki “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində rayon sakinləri – 1964-cü il təvəllüdlü Abbasov Əmirşah Aslan oğlu, 1964-cü il təvəllüdlü Abbasova Qənimət Xəlil qızı, 1972-ci il təvəllüdlü Məmmədov Samir Sabir oğlu, 2007-ci il təvəllüdlü Seyidov Rövşən Əziz oğlu, 2004-cü il təvəllüdlü Məmmədzadə Elmir Samir oğlu və 1981-ci il təvəllüdlü Seyidov Əziz Vüsal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Yaralılardan ikisinin vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib.

    ***

    Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 207-ci kilometrliyində, Göyçayın Bığır kəndi ərazisində qeydə alınıb. “VAZ 2107” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

    Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan yeni il ərəfəsində milli yeməklərini beynəlxalq yarmarkada təqdim edəcək

    Gələn həftə Rusiyanın Yekaterinburq vilayətində qala-yarmarka açılacaq.

    Milyarder Dimitri Pumpyanskinin həyətindəki “Синара-центра”da açılacaq sərgidə səkkiz ölkənin nümayəndələri öz milli mətbəxlərini təmsil edəcəklər.

    Azərbaycanın da iştirak edəcəyi sərgidə, eyni zamanda Avstriya, Çexiya, Almaniya, Bolqarıstan və Qazaxıstan səfirliklərinin diplomatları və əməkdaşları da iştirak edəcək.

    Orada ənənəvi Milad şirniyyatı – zəncəfilli qurabiyə olacaq. Bundan başqa, bəzi diplomatlar şəhər əhalisinə ət yeməkləri də təqdim etmək niyyətindədir – məsələn, almanların təqdim edəcəyi Bavariya sosislərini, bolqarların quzu ətini tapa bilərsiniz.

    Azərbaycan konsulluğunun təqdim edəcəyi yemək çeşidləri demək olar ki, tamamilə milli ət yeməklərindən ibarət olacaq.

    “Momenty”nin xəbərinə görə, 5 dekabrda təşkil olunacaq sərgi yeməkləri dadmaq istəyən hər kəs üçün açıq olacaq.

  • Polad Bülbüloğlu 60-dan çox ölkənin səfirini Moskvaya topladı — FOTO

    Moskvadakı diplomatik korpusun duayeni, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təşəbbüsü ilə Dövlət Tretyakovskaya Qalereyasında xarici diplomatlar üçün təntənəli qəbul keçirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, qəbul Rusiya Xarici İşlər Nazirliyinin və “Qazprombank”ın dəstəyi ilə baş tutub.

    Qəbul çərçivəsində Tretyakovskaya Qalereyasında görkəmli rus rəssamı Vasili Polenovun sərgisi baş tutub. Sərgidə rəssamın 150-dən çox əsəri nümayiş etdirilib.

    Qəbulda Rusiyada akkreditə olunan 60-dan çox ölkənin səfirləri iştirak edib.
    Mərasimdə çıxış edən səfir Polad Bülbüloğlu bildirib ki, bu gün mədəniyyət məbədində müxtəlif ölkələri və qitələri təmsil edən səfirlər toplaşıb: “Bu gün bu məbəddə hansısa fikir ayrılığı, problemlər ikinci plana keçib. Birinci planda insanları bir-birinə yaxınlaşdıran mədəniyyət və incəsənətdir. Fikrimcə, bu məqam bu axşamın başlıca yekunudur”.

    Dövlət Tretyakovskaya Qalereyasının baş direktoru Zelfira Terequlova incəsənətin insanlar arasında hər zaman körpü olduğunu və bundan sonra da olacağını söyləyib: “Rus incəsənəti dünyada hələ sonacan qiymətləndirilməyib. Bu gün burada dünyanın hər bir nöqtəsindən diplomatların iştirakı onu göstərir ki, rus incəsənətinin, mədəniyyətinin universal əhəmiyyəti var”.

    Tədbirin fəxri qonağı qismində çıxış edən Rusiya Prezident Administrasiyasının xarici siyasət idarəsinin rəisi İqor Neverov Moskvadakı diplomatik korpusun duayeni, Azərbaycan səfiri Polad Bülbüloğluna bu təşəbbüsə görə təşəkkürünü bildirib: “Rusiya mədəniyyətinə, incəsənətinə marağın böyük olması sevindirici haldır”.

  • Zelenskinin xanımı qalmaqala səbəb olan libasını satışa çıxardı – Foto

    Ukraynanın birinci xanımı Yelena Zelenskaya qalmaqala səbəb olan açıq-sarı rəngli libasını hərraca çıxarıb.


    Bu barədə prezident Vladimir Zelenskinin xanımı İnstaqram səhifəsində yazıb. Onun sözlərinə görə, Yaponiya imperatoru ilə görüşdə geyindiyi və “səs-küy yaradan” libas daha xeyirxah məqsədlərə xidmət edəcək. Libasın satışından gələn gəlir onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım fondna veriləcək.

    Xatırladaq ki, Yaponiya qanunlarına görə, imperatorla görüş zamanı ondan başqa heç kəs zoğalı, qızılı-sarı və açıq-sarı rəngli libas geyinə bilməz. Ancaq Yelena Zelenskaya protokol qaydalarını pozaraq açıq-sarı libasda imperatorun görüşünə getmişdi. Bu isə etirazla qarşılanaraq, imperatora hörmətsizlik əlaməti kimi qəbul edilmişdi. /qafqazinfo.az/

  • Bibiheybət yolunda təmir işlərinə başlanıldı – VİDEO

    Ötən gün çökən Bibiheybət yolunda bərpa işlərinə başlanılıb. Təmir işləri ilə paralel olaraq Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin əməkdaşları da ərazini monitorinq edirlər.
    kspertlər isə bildirir ki, yeni yol inşa edilərkən mütləq qaydada əlavə xüsusi istinad divarı tikilməldir.

    Nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə,yol yenidən təşkil olunan zaman mütləq qaydada əlavə istinad divarları tikilməlidir.

    Qeyd edək ki,badamdar sürüşmə zonasında vəziyyət stabil-gərgin olaraq qalır. Ərazidə sürüşmənin qarşısının alınması üçün sürüşmə ərazisinin üst hissəsindəki mənzillərin daş beton çəpərləmələri sökülür.Bununla yanaşı mənzillərin həyətəndəki bəzi obyektlər də sökülüb. Bundan başqa sürüşmənin qarşısının alınması üçün çoxpilləli teraslar da yaradılacaq.

  • В Баку приостановлена деятельность еще одного кондитерского цеха

    В Баку приостановлена деятельность еще одного кондитерского цеха.

    Об этом сообщили в Агентстве продовольственной безопасности Азербайджана (АПБА).

    Было отмечено, что в ходе проверки, проведенной 21 ноября в принадлежащем физическому лицу Нагиеву Семуру Гасан оглу кондитерском цехе «Балу» по адресу: г.Баку, Сабунчинский район, поселок Бакиханово, улица Шафаг, 8, был выявлен ряд нарушений, с учетом которых приняли решение приостановить деятельность цеха из-за несоблюдения при производстве кондитерских изделий установленных норм, правил и требований.

    В то же время было принято решение «О применении ограничительных мер» в связи с запретом на продажу производимой продукции и ее изъятием из торговой сети, передает Report.

    АПБА продолжит принимать меры по защите здоровья населения и обеспечению безопасных продуктов питания и впредь будет принимать самые жесткие меры для предотвращения незаконных действий, направленных на нарушение прав потребителей.

  • Azərbaycanda deputat qəzaya düşdü

    Xəbər verdiyimiz kimi, bu gün Bakının Nərimanov rayonunun Ağa Neymətulla küçəsindən zəncirvari avtomobil qəzası baş verib.
    Yeniavaz.com xəbər verir ki, hadisə şahidlərinin qafqazinfo-ya verdiyi məlumata görə, qəzada iştirak edən maşınlardan biri – 10-XJ-003 dövlət nömrə nişanlı, “Lexus” markalı avtomobil millət vəkili Elman Məmmədova məxsus olub.

    Hadisə ilə bağlı qafqazinfo-ya açıqlama verən millət vəkili Elman Məmmədov məlumatı təsdiqləyib: “Bakı Dövlət Universitetinin yubiley tədbirindən çıxıb o istiqamətdə hərəkət edirdim. Oradakı parkın yanından keçirdim. Maşının sürəti 15-20 km/saat idi. Arxadan gəlib maşınımı vurdular, mən də qarşıdakı avtomobilə dəydim. Zəncirvari qəzanı törədən arxada olan 3-cü maşının, “Mecedes” markalı avtomobilin sürücüsü olub. Maşınım da qarşıdakı “Jiquli”yə dəydi. Mənim sürücüm yoxdur, avtomobili özüm idarə edirəm”.

    Qeyd edək ki, Səhiyyə Nazirliyi də məlum qəzayla bağlı məlumat yayıb. Nazirliyin yaydığı məlumatda bildirilir ki, hadisə yerindən 25 yaşlı hamilə qadın sol ayağın əzilməsi, 26 yaşlı kişi sol qaşüstü nahiyəsinin əzilməsi və 24 yaşlı kişi qapalı kəllə-beyin və burun sümüyünün sınığı diaqnozu ilə KTM-ə çatdırılıblar. Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

  • “Nə qədər yalan-böhtan yaysalar yapışmır bizə” – Dövlət başçısı

    “Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür”.
    Median.Az
    xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxışı zamanı deyib.

    Prezident bildirib ki, bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir:

    “Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz. Nə qədər çalışsalar, nə qədər əlləşsələr, nə qədər yalan-böhtan yaysalar yapışmır bizə. Çünki xalq bizi dəstəkləyir və sonuncu rəy sorğuları onu göstərir. Əhalinin mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir. Əhalinin mütləq əksəriyyəti bizə alternativ görmür və kim ola bilər bu alternativ? Hətta havadarları artıq onlardan üz döndərmişlər. Biz bunu dəqiq bilirik. Mən indi bu auditoriyada bəzi operativ məlumatları da bölüşə bilərəm sizinlə, Azərbaycan xalqı ilə”.

    Ölkə başçısının sözlərinə görə, indi anti-Azərbaycan dairələr, xaricdəki dairələr artıq açıq deyirlər ki, bizdə ənənəvi müxalifət yoxdur, ayrı-ayrı satqın dəstələr var ki, onların da kitabı bağlanıb, onlara ümid bəsləmək olmaz.

    “Ona görə onlara pul təminatı da azalıbdır, ona görə çabalayırlar. Əsas hədəf gənclər olmalıdır. Onlar gəncləri əsas hədəf seçiblər və gəncləri yoldan çıxarmaq istəyirlər, onların beyinlərini zəhərləmək istəyirlər, onları xalqa qarşı, Vətənə qarşı, ənənəvi dəyərlərə qarşı qaldırmaq istəyirlər. Alınmır və alınmayacaq. Çünki Azərbaycan gəncləri vətənpərvərdir, Vətəni sevəndirlər, Vətənə bağlıdırlar. Ancaq o niyyət var və biz bunu bilməliyik, müəllimlər də bilməlidirlər. Müəllimlər tələbələrə nəinki biliklər verməlidirlər, onları tərbiyə də etməlidirlər. Ümumiyyətlə Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var. Bizi istəməyən qüvvələr, o cümlədən erməni lobbi qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər, xüsusilə bu gün ki, azad internet mövcuddur. Azərbaycanda internet istifadəçilərinin faiz nisbəti 80-ni keçib. Azərbaycanda azad, demokratik cəmiyyət formalaşıb, azad media var. Ona görə istənilən yalanı ortalığa atmaq olar. Ondan sonra bu yalan ətrafında müzakirələr təşkil olunur, bu yalan artıq bir real fakt kimi təqdim edilir və gənclərin beyinlərini zəhərləmək istəyirlər. Biz buna imkan verə bilmərik. Gənclər özləri də bilməlidirlər, tarixi yaxşı bilməlidirlər. Əgər tarixi yaxşı bilsələr, görərlər ki, tariximizdə heç vaxt heç bir kənar qüvvə, heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib, əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlərimizi talamaq istəyib, bizi alçaltmaq istəyib. Əgər belə olmasaydı, bizim çoxəsrlik tariximizin böyük hissəsi müstəmləkəçilik tarixi olmazdı. Bir daha demək istəyirəm ki, bizim müstəqillik dövrlərimiz Azərbaycan xalqının tarixində çox məhduddur. Məhz ona görə ki, aldanmışıq, əzilmişik. Buna imkan vermək olmaz və verməyəcəyik, biz möhkəm dayanmışıq. Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Qoy, ləkələsinlər, qoy, yalan-uydurma yaysınlar, bizə yapışmır. Əsas odur ki, biz öz həyatımızı ləyaqətlə yaşayaq. Ləyaqətli insanlar kimi, Vətənə bağlı olan insanlar kimi, mərd insanlar kimi yaşayaq, quraq, yaradaq, bütün yad qüvvələrə cavabımızı verək və öz inkişaf yolumuzu davam etdirək”, – deyə Prezident İlham Əliyev çıxışında qeyd edib.