Month: November 2019

  • Heydər Əliyev Fondu Oqtay Gülalıyevlə bağlı məlumat yayıb

    Hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi hazırda İstanbulun Amerikan Xəstəxanasında davam edir.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, Heydər Əliyev Fondundan APA-ya verilən məlumatda Avrasiya Xəstəxanasında aparılan müalicədən sonra ailəsinin Oqtay Gülalıyevin Amerikan Xəstəxanasına yerləşdirilməsi və orada əlavə tibbi xidmətlərin göstərilməsi ilə bağlı Fonda müraciət etməsi öz əksini tapıb.

    “Daxil olan müraciət İstanbuldakı həkimlər, eyni zamanda Fondun ekspert Şurası tərəfindən müzakirə olunub və Oqtay Gülalıyevin ailəsinin istəyi nəzərə alınaraq o, Amerikan xəstəxanasına yerləşdirilib. Amerikan xəstəxanasında Oqtay Gülalıyevin beynində hematoma təmizlənməsi və şunt əməliyyatı aparılıb, hazırda isə xəstənin səhhətinin bərpası üzrə müvafiq müalicə davam edir”, – deyə məlumatda bildirilir.

    Qeyd olunur ki, səhiyyə, o cümlədən səhhətində ağır durumlar olan şəxslərlə bağlı Fond tərəfindən göstərilən dəstəklər daxili qaydalara əsasən müalicənin gedişinə və dinamikasına uyğun olaraq dəyərləndirilir: “Belə ki, həkimlərin mütəmadi, o cümlədən xəstəxana rejimində olan ağır xəstələrlə bağlı 10-20 gündən bir verilən rəyinə əsasən Fond tərəfindən növbəti göstərilə biləcək kömək barədə qərar verilir.

    Hazırda Oqtay Gülalıyevin müalicəsinə dəstək olan Heydər Əliyev Fondu həkimlərin müntəzəm rəyini, müalicənin gedişatındakı dinamikanı əsas götürərək ailəyə müvafiq köməklik göstərir”.

    Qeyd edək ki, Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva yoldaşının Türkiyədə müalicəsinə göstərilən dəstəyə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

    Xatırladaq ki, Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.

    Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib.

    Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb. Ailəsinin müraciəti nəzərə alınaraq, koma vəziyyətində olan Oqtay Gülalıyevin müalicəsinə dəstək baxımından xaricdən mütəxəssislər cəlb olunub. İstanbuldan dəvət olunmuş həkim Oqtay Gülalıyevin vəziyyəti ilə yerində tanış olub. Ailəsi Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, onun Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb.

    Oqtay Gülalıyevin səhhəti ilə bağlı bundan sonra da yaranan bütün zəruri məsələlərin Heydər Əliyev Fondunun prezidentinin nəzarətində saxlanılacağı və müvafiq dəstəyin göstəriləcəyi bildirilib.

    O, noyabrın 6-da səhər saatlarında xüsusi ambulans təyyarə ilə İstanbula yola salınıb və orada Avrasiya Xəstəxanasına yerləşdirilib.

  • Тяжелое ДТП в Баку: Пострадала беременная женщина

    На улице Ага Нематулла в Наримановском районе столицы произошло ДТП.

    Как сообщает Oxu.Az, в результате ДТП пострадали три человека.

    По информации Минздрава, 25-летняя беременная женщина получила ушиб левой ноги, 26-летний мужчина – ушиб надбровной дуги, и 24-летний мужчина – закрытую черепно-мозговую травму и перелом носа. Все они были доставлены в Клинический медицинский центр №1.

    Состояние пострадавших расценивается как среднетяжелое.

  • Bakıda ağır qəza: Hamilə qadın yaralandı

    Nərimanov rayonu Ağa Neymətulla küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, qəza nəticəsində üç nəfər yaralanıb.

    Səhiyyə Nazirliyi hadisə barədə məlumat yayıb.

    Hadisə yerindən verilən məlumata görə, 25 yaşlı hamilə qadın sol ayağın əzilməsi, 26 yaşlı kişi sol qaşüstü nahiyəsinin əzilməsi və 24 yaşlı kişi qapalı kəllə-beyin və burun sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

    Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

  • Azərbaycanda ana 11 yaşlı oğlunu 100 manata satdı – FOTO

    Azərbaycanda ana 11 yaşlı oğlunu 100 manata satıb.

    Median.Az sonxeber.az-a istinadən xəbər verir ki, Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verilişində axtarılan Səyyad Bayramovla bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

    Verilişə müraciət edən və adını açıqlamasını istəməyən şəxs bildirib ki, anası Səyyadı 11 yaşında Fazilə satıb: “Səyyad mənə demişdi ki, anası 6 yaşı olanda başqa bir insana satmışdı. O, kişi də Səyyada işgəncələr verib, ac saxlayıb. Dəfələrlə acından ürəyi gedib. Anası sonra onu Fazilə 100 manata satıb. Fazil Səyyada hər gün işgəncə verir və döyür. Saat 5-dən gecə saat 12-yə kimi işlədir. Əgər bir heyvana bir şey olsa, onu ölümünə döyür. İllərdir ki, ana övladından xəbərsizdir. Fazilə heç kim heç nə edə bilmir. Onun arxasında vəzifəli şəxs durur”.

    Aparıcı bildirib ki, bu, Fazildən birinci şikayət deyil: “Onlarla insan Fazildən şikayət edir. Səyad tapılıb anasına təhvil verilməli idi. Amma Fazilə təhvil verilib”.

    Səyad valideynlərindən imtina etdiyini söyləyib: “Qardaşım məni hər gün döyürdü. Onları görmək istəmirəm. Bilirəm ki, onlar məni başqasına satmaq istəyir. Mən Fazildən heç bir pislik görməmişəm”.

  • Azərbaycanda iki qanun ləğv edilir

    Azərbaycanda iki qanun ləğv edilir.

    Median.Az APA-ya istinadən xəbər verir ki, “İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunların ləğv edilməsi barədə qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq.

    Layihənin qeyd hissəsində bildirilir ki, “Tibbi sığorta haqqında” qanunda “İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda nəzərdə tutulmuş sığorta haqqından ayırmaların icbari tibbi sığortanın maliyyə mənbələri sırasından çıxarılması təklif edilir.
    “Tibbi sığorta haqqında” qanunda yuxarıda qeyd olunan dəyişikliklər təklif edildiyindən adıçəkilən qanunların ləğvi nəzərdə tutulur.

    Sənəd Milli Məclisin dekabrın 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

  • Bu şəxslərin maaşı artırıldı – ŞAD XƏBƏR

    “Bakı Metropoliteni” QSC-də çalışan əməkdaşların əməkhaqları artırılıb.

    Median.Az modern.az-a istinadən bildirir ki, bununla bağlı Maliyyə nazirinin 15 noyabr 2019-cu il tarixli məktubuna əsaslanaraq, Əmək Məcəlləsinin 158-ci maddəsinin 1-ci bəndinə və “Bakı Mertopoliteni” QSC üzrə “2019-2021-ci illər üçün Kollektiv Müqavilə”nin 3.1-ci və 3.2.1-ci bəndlərinə müvafiq olaraq verilən əmrdə deyilir:

    1. “Bakı Metropoliteni” QSC-də çalışan işçilərin aylıq (vəzifə) maaşları 1 noyabr 2019-cuil tarixindən 10 faiz həcmində artırılsın və Maliyyə Departamenti noyabr ayı üzrə əməkhaqlarının artımının hesablanmasını təmin etsin.

    2. “Bakı Metropoliteni” QSC üzrə “Əməyin Ödənilməsi sistemi, tarif (vəzifə) maaşları, onlara əlavələrin tətbiq edilməsi qaydaları haqqında Əsasnamə”nin tərkib hissəsi olan əlavələrdə qeyd olunan tarif ( vəzifə) maaşları artım nəzərə alınmaqla təsdiq edilsin.
    3. “Bakı Metropoliteni” QSC üzrə qəbul edilmiş “2019-2021-ci illər üçün Kollektiv Müqavilə”nin 3.2.16 bəndinə müvafiq olaraq xidmət illərinə görə işçilərin yeni mükafat ölçüləri ilə əvvəlki mükafat ölçülərinin məbləği arasında yaranmış əlavə məbləğlərə dair siyahı təsdiq edilsin.

    4. Bakı Metropoliteni” QSC-nin 10 yanvar 2019-cu il tarixli 15 saylı əmrinə əsasən? yeni əməkhaqqı sisteminə keçidlə bağlı əməkhaqlarında azalma fərqi yaranan işçilərin yeni siyahısı 1 noyabr 2019-cu il tarixinə təsdiqlənsin.

    5. “Bakı Metropoliteni” QSC üzrə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə ödənilən aylıq ödəncin miqdarı 10 faiz artırılsın.

    “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-aın sorğusuna cavab olaraq, metropolitençilərin əməkhaqlarının artırıldığını təsdiqləyib.

  • В Азербайджане может быть обсужден вопрос оплаты труда домохозяек

    Домохозяйки играют важную роль в укреплении семьи. Важно усилить их материальное обеспечение.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом заявил журналистам заместитель министра труда и социальной защиты населения Азербайджана Анар Керимов.

    По его словам, до сих пор 30% пособий направлялось не напрямую женщинам, а для поддержки детей.

    “В Азербайджане в настоящее время существует почти 14 таких социальных пособий. По-моему, если структуры выступят с таким предложением (оплачивать труд домохозяек – ред.), этот вопрос может быть обсужден, так как рассмотрение госбюджета на будущий год еще продолжается. Министерство открыто для предложений”.

    А.Керимов заявил, что к вопросу выдачи пособий домохозяйкам следует относиться системно:

    “Пособия и стипендии в основном выдаются уязвимым слоям населения, безработным, которые не могут получать пенсии. К этому делу нужен системный подход. Следует согласовать их с другими пособиями и пр. Кроме того, нужно изучить передовой опыт”.

    Отметим, что председатель Государственного комитета по проблемам семьи, женщин и детей Хиджран Гусейнова на пресс-конференции 22 ноября подняла вопрос оказания государством помощи домохозяйкам.

  • Месси поиграл с маленьким сыном – ВИДЕО

    В субботу “Барселона” одержала волевую победу над “Леганесом” (2:1).

    Как передаёт Median.Az со ссылкой на Sportbox.ru, после непростого матча лидер команды Лионель Месси проводит время с семьей.

    Его жена Антонелла Рокуццо в истории Instagram сняла, как обладатель пяти “Золотых мячей” играет с младшим сыном Чиро.
    Задача Bottle Flip Challenge – подкинуть бутылку так, чтобы она приземлилась и встала вертикально.

    Чиро – младший из трех сыновей Лео. Сейчас ему год и девять месяцев.

    Отметим, что 32-летний аргентинец в этом сезоне сыграл в восьми матчах Ла Лиги, в которых забил восемь голов.

  • В Гяндже скончалась первоклассница

    В Гяндже умерла ученица школы №16 имени М.Ш.Вазеха.

    Как сообщили oxu.az в учебном заведении, первокласснице Хатамли Хадидже Рагим гызы сегодня в 12:30 внезапно стало плохо, у нее начались судороги.

    “В момент инцидента около девочки находились ее бабушка, учительница и школьная медсестра. Ребенок скончался по дороге в больницу”, – заявили в школе.

    Отмечается, что Х.Хатамли страдала эпилепсией и на уроки всегда приходила с бабушкой.

  • В Геранбойском районе “Renault” сбил насмерть пешехода

    Как сообщает Median.Az, на территории села Гызылгаджилы Геранбойского района автомобиль марки “Renault”, управляемый жителем Тертерского района С.Нуриевым сбил насмерть жителя поселка Рауфа Гасанова.

    В Геранбойском РОП по факту ведется расследование.