Month: November 2019

  • Страшный теракт в Сирии, много погибших и раненых

    В районе сирийского города Рас-эль-Айн взорван заминированный автомобиль, в результате 17 человек погибли, более 20 ранены.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом говорится в сообщении минобороны Турции.

    “Террористическая организация РПК/YPG (Рабочая партия Курдистана/Силы самообороны сирийских курдов) продолжает нападения на гражданских лиц к востоку от Евфрата. Погибли 17 человек и более 20 получили ранения в результате взрыва заминированного автомобиля в деревне Телль-Халиф к западу от Рас-эль-Айна”, – говорится в сообщении турецкого военного ведомства.

  • В Баку автомобиль сбил мужчину

    В Ясамальском районе Баку автомобиль сбил пешехода.

    Как сообщает АПА, ДТП произошло на проспекте Гусейна Джавида.

    42-летний Ильгар Алиев был сбит автомобилем при попытке перейти дорогу в неустановленном месте.

    Пострадавший мужчина доставлен в городскую больницу №1.

  • Daha 100 ailəyə ev verildi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış daha 100 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib.
    Nazirlikdən verilən məlumata görə, mənzillərin sənədlərinin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında sosial cəhətdən həssas qruplara aid vətəndaşlara qayğının artırılması sahəsində aparılan işləri qeyd edib. O, şəhid ailələrinin, müharibə və 20 Yanvar əlillərinin mənzillə təminatı proqramının ildən-ilə gücləndiyini vurğulayıb.

    Nazir müavini diqqətə çatdırıb ki, 2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib. 2019-cu ildə isə şəhid ailələrinə, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan vətəndaşlara 934 mənzil verilməsi nəzərdə tutulub. Onlardan artıq 486 mənzil və fərdi ev verilib. Qalan mənzil və fərdi evlərin də cari ilin sonuna qədər verilməsi təmin ediləcəkdir.

    A.Əliyev bununla da indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7140 mənzil və fərdi evin verildiyini, qarşıdakı dövrdə də bu istiqamətdə tədbirlərin davam edəcəyini bildirib. O, eyni zamanda, 2018-ci ildə 265 müharibə əlilinə nazirlik tərəfindən avtomobil verildiyini, cari ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinin nəzərdə tutulduğunu, onlardan bu il artıq 427 avtomobilin təqdim edildiyini deyib. Nazir müavini indiyədək 6400-dək minik avtomobilinin müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşlara verildiyini qeyd edib. O, həmçinin cari ildə reallaşdırılan sosial paketlərin tərkib hissəsi kimi, şəhid ailələrinə, müharibə əlillərinə yönələn sosial ödənişlərin də əhəmiyyətli şəkildə artırıldığını bildirib.

    Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev şəhid ailələrinin, müharibə və 20 Yanvar əlillərinin sosial müdafiəsi, onların mənzillərlə təminatı sahəsində ardıcıl xarakter alan tədbirlərin ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını vurğulayıb.

    Yeni mənzillərlə təmin olunan vətəndaşlar aparılan güclü sosial siyasətdən, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar diqqət və qayğı ilə əhatə olunduqlarına və hazırda müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edildiklərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.//azvision.az

  • Erməni diplomat beynəlxalq tədbirdə susduruldu

    Kiyevdə erməni diplomat beynəlxalq tədbiri yarımçıq tərk etməyə məcbur olub.

    Azərbaycanın Ukraynadakı Səfirliyindən oxu.az-a verilən məlumata görə, Kiyevdə keçirilən “Silahlı münaqişə şəraitində uşaq hüquqlarının qorunması” mövzusunda beynəlxalq tədbirdə Ermənistanın Ukraynadakı səfiri Tiqran Seyranyanın növbəti təxribatının qarşısı alınıb.

    BMT Uşaq Fondunun, “Uşaqları xilas edin” təşkilatının Ukrayna nümayəndəliklərinin və BMT İnkişaf Proqramının dəstəyi ilə keçirilən beynəlxalq tədbirdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova və səfirliyin əməkdaşı Samir Allahverdiyev də iştirak ediblər.

    Tədbir çərçivəsində söz alan erməni diplomat T.Seyranyan Azərbaycanın Ermənistanı işğalçı dövlət kimi təqdim etməsinə etiraz etsə də, tədbirin Ukraynadan olan moderatoru, 1+1 telekanalının aparıcısı Lidiya Taran çıxışa müdaxilə edərək səfirə mövzudan kənar və yersiz çıxış etdiyini xatırladıb.

    Moderator bildirib ki, tədbirdə uşaqların münaqişələrdə hüquqlarının qorunmasına dair mövzu müzakirə olunur və erməni diplomatın mövzudan kənar məsələlərə toxunması yolverilməzdir.

    Daha sonra söz alan T.Cahangirova deyib:

    “Ermənistanın Ukraynadakı səfiri mövzudan kənar məsələlərə toxunduğundan bildirməliyəm ki, Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr mövcuddur. Ermənistan bu günə qədər bu qətnamələri icra etmir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 193 azərbaycanlı körpə və uşaq erməni vandalları tərəfindən qətlə yetirilib, 61 uşaq itkin düşüb, 27-si isə hələ də əsirlikdədir. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, son dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. Təkcə Xocalı soyqırımı nəticəsində qətlə yetirilən 613 dinc sakin arasında 63 uşaq, 106 qadın olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Xocalı hadisələri zamanı 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb”.

    Bundan sonra erməni diplomat yenə də çıxış etmək istəsə də, moderator ona söz verməyib. Səfir buna etiraz əlaməti olaraq tədbiri yarımçıq tərk edib. Ukrayna ombudsman Aparatı baş verən insidentə görə, Azərbaycan nümayəndə heyətindən üzrxahlıq edib.

    Qeyd edək ki, tədbirin açılış mərasimində Ukrayna Ali Radasının sədri Dmitriy Razumkov, Ukraynanın ombudsmanı Lyudmila Denisova da çıxış edərək münaqişə zonalarında uşaqların hüquqlarına dair məruzə ediblər.

    Beynəlxalq tədbirdə daha sonra Bosniya və Herseqovina, Serbiya, Moldova, Gürcüstan ombudsman Aparatının nümayəndələri də çıxış ediblər.

  • Qax sakini ağacdan yıxılaraq ölüb

    Qaxda 78 yaşlı kişi ağacdan yıxılaraq ölüb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə axşam saatlarında rayonun Qax-İngiloy kəndində baş verib.

    Kənd sakini, 78 yaşlı Sandro Qaşaişvili qoz ağacından yıxılaraq müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. S.Qaşaişvili Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

    Faktla bağlı Qax rayon Prokurorluğunda araşdırma aparılır.

  • У азербайджанских борцов новый тренер – ФОТО

    Назначен новый главный тренер сборной Азербайджана по пауэрлифтингу.

    Как сообщает Oxu.Az, это Азер Мустафаев.

    Его первым испытанием станет пятой по счету чемпионат мира в категориях WRPF, WEPF, WAF и WSF. Чемпионат мира пройдет в России.

    Отметим, что до этого главным тренером сборной был Шамси Байрамов, но его назначение носило неофициальный характер.

  • Millimizdə yeni baş məşqçi təyinatı – FOTO

    Azərbaycanın pauerliftinq milli komandasında yeni baş məşqçi təyinatı olub.

    Median.Az-ın oxu.az-a istinadən xəbərinə görə, bu, əməkdar məşqçi Azər Mustafayevdir.

    Onun ilk ciddi sınağı 4-8 dekabr tarixlərində keçiriləcək WRPF, WEPF, WAF və WSF-in birgə keçirdiyi sayca beşinci dünya çempionatında olacaq. Həmin dünya çempionatı Rusiyanın paytaxtı Moskvada keçiriləcək.


    Qeyd edək ki, əvvəl baş məşqçi statusunda Şəmsi Bayramov gedirdisə, onun təyinatı qeyri-rəsmi xarakter daşıyırdı.

    Bundan başqa, Hafiz Verdiyev Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin köməkçisi təyin olunub.

  • Подробности зверского убийства в Баку: приемщик пластика был зарезан из-за тысячи манатов

    Житель Нахчывана Адам Абдуллаев был убит в корыстных целях.

    Об этом Oxu.Az сообщили в правоохранительных органах.

    23 ноября в строительном котловане на улице Нураддина Сулейманова было обнаружено обгоревшее тело Адама Гиблели оглу Абдуллаева 1964 года рождения. Во время обследования тела патологоанатомы зафиксировали на теле множество ножевых ранений.

    По факту по горячим следам был задержан житель Гянджи Тугай Гюндуз оглу Байрамов 1986 года рождения, ранее судимый по статьям 333 (Самовольное оставление воинской части) и 334 (Дезертирство) Уголовного кодекса АР.

    Согласно предварительной информации, незадолго до убийства А.Абдуллаев и Т.Байрамов вместе распивали спиртное. Для этого в ближайшей аптеке они купили медицинский спирт. После распития алкоголя между мужчинами произошел конфликт – пьяные собутыльники принялись оскорблять друг друга. Затем Т.Байрамов, который вел беспорядочный образ жизни, схватился за нож и убил приятеля. После Т.Байрамов дотащил тело до котлована и сжег его.

    Между тем в ходе расследования выяснилось, что преступление было совершено Т.Байрамовым в корыстных целях. Последний зарабатывал тем, что собирал пластиковые бутылки и сбывал их А.Абдуллаеву. Узнав о том, что у приемщика пластика есть деньги, Т.Байрамов спланировал убийство. После расправы убийца похитил у жертвы около 1 тысячи манатов и банковские карты.

    Чтобы избавиться от тела, Т.Байрамов обратился за помощью к родному брату, имя которого нам пока неизвестно. Вместе они дотащили тело до котлована, где и сожгли его. Второй участник преступления также задержан.

    Следствие по факту продолжается.

  • Əvvəl bıçaqladı, sonra izi itirmək üçün yandırdı – Bakıdakı dəhşətli qətlin təfərrüatı

    Naxçıvan sakini Adəm Abdullayev şəxsi mənfəətə görə öldürülüb.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Noyabrın 23-də Nurəddin Süleymanov küçəsində tikinti çuxurunda 1964-cü il təvəllüdlü Adəm Qibləli oğlu Abdullayevin yanmış cəsədi aşkar edilib. Cəsədin müayinəsi zamanı patoloq-anatomlar çoxlu sayda bıçaq yarası qeydə alıblar.

    İsti izlərlə Gəncə sakini, əvvəllər Cinayət Məcəlləsinin 333-cü maddəsi (Hərbi hissəni icazəsiz tərk etmə) ilə məhkum edilmiş 1986-cı il təvəllüdlü Bayramov Hacı Tuqay Gündüz oğlu saxlanılıb.

    İlkin məlumatlara görə, qətldən bir müddət əvvəl A.Abdullayev və T.Bayramov birlikdə spirtli içki qəbul ediblər. Buna görə, onlar yaxınlıqdakı apteklərin birindən tibbi spirt alıblar. Alkoqol qəbulundən sonra kişilər arasında münaqişə baş verib – sərxoş içki yoldaşları bir-birini təhqir etməyə başlayıblar. Nəticədə nizamsız həyat tərzi sürən T.Bayramov yoldaşını bıçaqlayıb. Daha sonra T.Bayramov meyiti çuxura qədər sürüyərək orada yandırıb.

    İstintaq nəticəsində məlum olub ki, cinayət şəxsi mənfəət məqsədilə törədilib. Çünki T.Bayramov plastik butulkalar toplayaraq, onları A.Abdullayevə satmaqla pul qazanırmış. Alıcısının pulu olduğunu bilən T.Bayramov onu öldürməyi planlaşdırıb. Cinayət hadisəsindən sonra qatil qurbanından min manat və bank kartları oğurlayıb.

    Cəsəddən qurtulmaq üçün T.Bayramov hələlik adı məlum olmayan qardaşına kömək üçün müraciət edib. Onlar birlikdə meyiti çuxura doğru sürüyərək orada yandırıblar. Cinayətin ikinci iştirakçısı da tutulub.

    Faktla bağlı istintaq davam edir.

  • Putin: Mən də dənizçi və ya pilot olmaq istəyirdim

    Gələcək peşəmlə bağlı valideynlərim və məşqçimlə “çox çətin diskussiyalar” aparmışıq.

    “RİA Novosti” xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “ProyeKT Oriya” Ümumrusiya peşəkar naviqasiya forumunda çıxışı zamanı deyib.

    “Əvvəllər mənim ən fərqli arzularım var idi. Bütün gənclər kimi mən də dənizçi və ya pilot olmaq istəyirdim. Bütün bunlara diqqətlə baxır, öyrənir və öz üzərimdə sınayırdım”, – Putin bildirib.

    Putin həmçinin ölkədəki müxtəlif təhsil müəssisələrində olduğunu da qeyd edib.

    “Gəlir, oturur, koridorda gəzirdim, ətrafda nə baş verdiyinə baxırdım. Bütün bunları öz üzərində yoxlamalı və bununla ömür boyu məşğul olacaqsanmı hiss etməlisən. Səhərlər öz işinlə məmnuniyyətlə məşğul olacaqsan, yoxsa yox? Öz işini tapdıqdan sonra gənc insan nəticəyə nail olmaq üçün çox çalışmağa hazır olmalıdır”, – Putin söyləyib.