Median.Az xəbər verir ki, Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində, Tərtər rayon sakini S.Nuriyev idarə etdiyi “Renault” markalı avtomobillə qəsəbə sakini Rauf Həsənovu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Как сообщает Median.Az, сотрудники Сабирабадского РОП в результате оперативно-розыскных мер задержали жителя района А.Талыбова, который 22-го ноября на автомобиле марки “ВАЗ-21074” сбил жителя района А.Зульфугарова и скрылся с места происшествия.
Потерпевший был доставлен в больницу, где ему оказали необходимую медецинскую помощь.
В Сабирабадском РОП по факту ведется расследование.
Median.Az xəbər verir ki, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də rayon sakini Ə.Zülfüqarovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədib, hadisə yerindən yayınan “VAZ-21074” markalı avtomobilin sürücüsü, rayon sakini A.Talıbov saxlanılıb.
26 ноября Президент Азербайджанской Республики Ильхам Алиев принял делегацию во главе с начальником Генерального штаба Вооруженных сил Российской Федерации Валерием Герасимовым.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Как сообщает Median.Az, сотрудники Гаджигабульского РОП в результате оперативно-розыскных мер задержали жителя Балакенского района С.Гаджиева, который 12-го ноября в поселке Наваи украл из автомашины марки “ГАЗель”, принадлежащего жителю Геранбойского района Э.Гасанову 500 манатов и документ.
В Следственном отделе РОП возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.
Median.Az xəbər verir ki, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 12-də Nəvahi qəsəbəsində, Goranboy rayon sakini E.Həsənova məxsus “QAZel” markalı avtomaşından 500 manat və sənəd oğurlayan Balakən rayon sakini S.Hacıyev saxlanılıb.
RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Xarici dövlət nömrəsi olan avtomobillərin ölkə ərazisində qalma müddətinə dair qanunvericilikdə hər hansı bir dəyişiklik olmayıb.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev jurnalistlərin sualına cavabında deyib.
Komitə sədri bildirib ki, sadəcə, əvvəllər bunu gömrük əməkdaşları hesablayırdısa, artıq bunu sistem avtomatik olaraq hesablayır.
“Gömrük Məcəlləsinin 305 saylı qərarının 4.3-cü maddəsində yazılıb ki, qeyri-rezident vətəndaşlar Azərbaycana nəqliyyat vasitəsilə gəldiyi zaman bir gündən 90 günə qədər gəlişinin məqsədi bəyan edilməklə müvəqqəti idxal rejimində heç bir rüsum və vergi ödəmədən daxil ola bilir.
Bundan sonra bir ilə qədər müddətin uzadılması o zaman baş verə bilər ki, Azərbaycanda işlədiyini sənədlər vasitəsilə təsdiq etsin. Bu da Gömrük Məcəlləsinin 258-ci maddəsinə uyğun olaraq təlimat üsulları ilə tənzimlənir”.
Məktəb direktoru 1-ci sinif şagirdinin ölümünə münasibət bildirib.
Median.Az M.Ş. Vazeh adına 16 saylı tam orta məktəbin direktoru Elnurə Yusifova APA-ya bildirib ki, dünyasını dəyişən şagird epilepsiya xəstəsi olub. Bu gün səhər saatlarında şagirdin halı qəfildən pisləşib. Məktəbə təcilli tibbi yardım çağırılıb. X.Hətəmli xəstəxanaya aparılarkən yolda ölüb.
* * * * *
Gəncədə bədbəxt hadisə baş verib.
Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə 16 nömrəli tam orta məktəbdə qeydə alınıb. Belə ki, məktəbin 1-ci sinif şagirdi, 2013-cü il təvəllüdlü Hətəmli Xədicə Rəhim qızının məktəbdə halı pisləşib və o yıxılıb. Məktəbli hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Xalq artisti Flora Kərimova bəzi müöğənniləri sərt şəkildə tənqid edib.
Sənətçi ARB TV-də yayımlanan “Show news” verilişində müğənniləri nitq qüsurlarına görə ələ salıb.
“Bir adam oxuyanda, özünü öndə görüb, amma mahnıda “ç”nı “j,c” deyirsə, özünə hörmətsizlik edir. “Çəmən cöl, çiçəy-çiçəy” – deyir, eşitmir öz sözlərini? Nitqi qüsurlu müğənninin bu səhnədə yeri yoxdur. İstəyir Zeynəb Xanlarova, İlahə Quliyeva, Flora Kərimova, Şövkət Ələkbərova olsun, səhnədə ona yer yoxdur.
Bir şeydə özünü xoşbəxt saya bilər. Amma elə etməsin ki, millətin gözündən düşsün. Onlar bu cür ifa ilə pilləkənləri qalxmırlar, düşürlər. Özümə hörmət edirəm, “mənəm-mənəm” demirəm”.