Month: November 2019

  • Dəhşətli qətlin “namus”la heç bir əlaqəsi yox imiş

    Ötən gün axşam saatlarında Abşeron rayonunda 20 yaşlı qadın Aytən Fərzalıyeva ana və bacısının qəbri üstündə qardaşı tərəfindən qətlə yetirilib. Artıq faktla bağlı cinayət işi açılıb.

    Qətlə yetirilən həmin qadın bir neçə il öncə Azərbaycan Uşaqlar Birliyinin sığınacağında olub.

    Median.Az bildirir ki, Birlik sədri K.Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında qətlə yetirilən qadın haqda danışıb: “Aytənin anası və bacısı 2014-cü ildə ailə münaqişəsi zəmnində intihar etmişdilər. Aytən də bununla bağlı prokurorluqda ifadə verərək bildirmişdi ki, belə bir hadisənin baş verməsinə səbəbkar atasıdır. Baş verən bu hadisədən sonra Aytən bizim sığınacağa yerləşdirilmişdi. Çox yaxşı qız idi. 2014-2016-cı illərdə bizim sığınacaqda qaldı, sonra dedi ki, yox getmək istəyirəm”.

    “Bir müddət sonra o, Ümid adlı bir oğlanla qeyri-rəsmi münasibətdə oldu, qaynanasının həyətində kirayədə qaldılar. Qadın işə getmək üçün övladına dayə tutmuşdu. Neçə dəfə ona demişdim ki, gəl yanıma, burada qal, uşağa da baxaq. O isə həmişə deyirdi, ümid edirdi ki, öz ayağı üzərində dura biləcək”, – deyə o, əlavə edib.

    K.Ağazadənin sözlərinə görə, qətlə yetirilən qadının atası 4 il idi ki, həbs olunmuşdu, yenicə azadlığa çıxıb: “Qız qardaşı ilə əlaqə yaradaraq ata evində onun da haqqının olduğunu söyləyirdi. Sonradan isə belə bir hadisə baş verdi. Amma bu ölümdə namus söhbəti yoxdur”.

    Birlik sədrinin sözlərinə görə, qətlə yetirilən qadının münasibətdə olduğu adam da hazırda ortalıqda yoxdur.

    Qeyd edək ki, qətlə yetirilən A.Fərzalıyevanın 20 yaşı vardı, onun övladı 8 aylıqdır.

    Xatırladaq ki, 25 noyabr BMT tərəfindən Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur və bu məqsədlə bu gün Gender Əsaslı Zorakılığa Qarşı 16 günlük Fəallıq Kampaniyasına start verilib.

  • Prezidentə təşəkkür məktubu göndərdilər

    BMT Baş katibinin xüsusi nümayəndəsi, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah Əl-Mətuq Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib.

    Median.Az xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri, Bu il noyabrın 14-15-də Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitinin uğurlu təşkili münasibətilə Sizi təbrik etmək istərdim.

    Mən, həmçinin Azərbaycan Respublikasının rəhbərliyinə öz səmimi minnətdarlığımı bildirirəm.

    Fürsətdən istifadə edərək, beynəlxalq ictimaiyyəti Dünya dini liderlərinin II Bakı Sammitində bir araya gətirmək istiqamətində Sizin liderliyinizi və yorulmaz fəaliyyətinizi yüksək qiymətləndirirəm.

    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

    ***

    Əlcəzair Xalq Demokratik Respublikası Ali İslam Şurasının sədri Buabdullah Qulamullahun məktubu:

    “Möhtərəm Prezident. Zati-alinizin rəhbərliyi ilə keçirilmiş Dünya dini liderlərinin II Bakı Sammitinin açılış mərasimində iştirak etməkdən böyük şərəf duydum. Həmçinin mənim üçün şərəf idi ki, bəşəriyyətə xidmət etdiklərinə inanan sadiq insanların iştirak etdiyi tədbirdə Əlcəzair Xalq Demokratik Respublikası adından çıxış etdim. Bu insanlar dinin ötəri və batil dünyəvi məqsədlər naminə təhrif edilməsinə, müqəddəs olanı ləkələyənlərə, dinin ruhaniliyinə xələl gətirənlərə, onu bəşəriyyətə xidmət edən nəcib hədəflərindən uzaqlaşdıraraq özlərinin bəd niyyətlərinə yönəldənlərə etiraz edirlər.

    Bakı Bəyannaməsi Sizin dinə və bəşəriyyətə xidmət yolunda istəyinizi və fəaliyyətinizi nümayiş etdirdi. Uca Allah da işlərinizin uğurla başa çatmasına yardımçı oldu.

    Gözəl qonaqpərvərliyə görə Sizə və tədbirin təşkilatçılarına dərin təşəkkürümü bildirirəm. Sizinlə bir daha görüşüb Bakı Bəyannaməsinin ifadə etdiyi prinsiplərə və dəyərlərə sadiq qalaraq birgə işləməkdən şərəf duyardıq.

    Uca Allah Sizə qüvvət versin və müstəqil Azərbaycan Respublikasının qüdrətini daha da artırsın”.

    ***

    Çin Taoist Assosiasiyasının vitse-prezidenti Yuan Jihonqun məktubu:

    “Hörmətli cənab Prezident. Biz – Çin Taoist Assosiasiyasının vitse-prezidenti Yuan Zhihong və baş katibin müavini Liu Shitian bu il noyabrın 14-15-də Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etdik. Mən Sammitin təşkilat komitəsinin səmimi qəbuluna görə Sizə dərin minnətdarlığımı bildirirəm.

    Sammit çox uğurla keçdi, multikultural ünsiyyət və müxtəlif dinlər arasında inteqrasiyanın təşviqində böyük irəliləyiş əldə olundu. Bu, ölkənizin dünyada sülhü qorumaq sahəsində məsuliyyətini əks etdirir.

    Assosiasiyamız ölkənizlə daha da sıx əlaqə saxlamağa, iki ölkənin dini mədəniyyəti arasında ünsiyyət və əməkdaşlığı artırmağa, bütün bəşəriyyətin harmonik inkişafına birlikdə səy göstərməyə və töhfələr verməyə ümid bəsləyir.

    Sonda Assosiasiyamızın Sizə olan dərin hörmət və minnətdarlığını qəbul etməyinizi xahiş edirik”.

    ***

    Ali müfti, Rusiya Federasiyası Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri Şeyxülislam Talqat Səfa Tacuddin Prezident İlham Əliyevə məktub göndərib.

    Məktubda deyilir: “Möhtərəm cənab Prezident. İcazə verin, Dünya dini liderlərinin II Bakı Sammitinin yüksək səviyyədə təşkil edilməsinə və məhsuldar keçirilməsinə, həmçinin Sammitin qonaqlarının və iştirakçılarının səmimi qəbuluna görə Rusiya Federasiyası Müsəlmanları Mərkəzi Ruhani İdarəsi adından və öz adımdan Sizə səmimi təşəkkürümü bildirim.

    Azərbaycan Respublikasında İslam mənəvi irsinin əbədi dəyərlərinin layiqincə bərqərar olması, Azərbaycan xalqının bənzərsiz mədəniyyətinin inkişafı, Rusiya Federasiyası ilə dostluq əlaqələrinin möhkəmlənməsi və inkişafı üçün Sizin fədakar səyləriniz sayəsində hər cür şərait yaradılıb.

    Sizə və bütün Azərbaycan xalqına səmimi ehtiramımı və xoş arzularımı bildirirəm.

    Sizə xoş dualar edir və mehriban qonşular kimi əməkdaşlığımızın davam edəcəyinə ümid bəsləyirəm”.

    ***

    İsveçrənin Cenevrə şəhərinin baş ravvini İzhak Dayanın göndərdiyi məktub:

    “Zati-aliləri. Müsəlman ölkəsi Mərakeşdə doğulmuş baş ravvin olaraq, Sizin himayənizlə Bakıda keçirilmiş Dünya dini liderlərinin II Sammitinin panel müzakirələrində iştirak etmək üçün məni dəvət etdiyinizə görə Sizə böyük məmnunluq hissi ilə minnətdarlığımı bildirirəm.

    Müxtəlif ölkələrin dini liderlərinin, siyasi xadimlərinin və mütəxəssislərinin qatıldığı həmin tədbirdə iştirak etmək mənim üçün həqiqətən də şərəf idi.

    Bu Sammit müxtəlif mədəniyyətlər arasında münasibətlərin təşviqi, dinlərarası dialoqun, eləcə də qarşılıqlı anlaşma və hörmət kimi insani dəyərlərin inkişafı və insan ləyaqətinə hörmətin, həmrəyliyin önəmini vurğulamaq baxımından çox böyük əhəmiyyət kəsb edirdi.

    Azərbaycanın birgəyaşayış üçün nümunəvi ölkə olması tədbirdə iştirak edən hər kəsə xoş təəssürat bağışladı.

    Səmimi qonaqpərvərliyinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.

    Gələcəkdə təşkil edəcəyiniz tədbirlərdə iştirak etməyi və Zati-alinizlə şəxsən görüşməyi səbirsizliklə gözləyirəm.

    Sizə dərin təşəkkürümü və ən xoş arzularımı çatdırıram”.

    ***

    İndoneziya Gənc Alimlərin İnkişafı Təşkilatının Mərkəzi Şurasının sədri Anggia Erma Rinidən gələn məktub:

    “Zati-aliləri, cənab Prezident. Bu ilin noyabrın 14-15-də Bakıda keçirilmiş Dünya dini liderlərinin II Sammitində bizimlə birlikdə iştirakınıza görə Sizə minnətdarlığımı bildirirəm. Bu, mənim indiyədək qatıldığım ən maraqlı Sammitlərdən biri idi. İkigünlük tədbir məndə dərin təəssürat və xoş duyğular oyatdı və burada səmimi qonaqpərvərliklə qarşılandım. Bakı mənim yaddaşımda heç vaxt unudulmayacaq gözəl bir şəhər kimi qaldı.

    Tədbirin dünya ölkələrində müxtəlifliyə həsr olunmuş mövzusunu da yüksək qiymətləndirirəm. Şəxsən mən inanıram ki, İndoneziya tədbir zamanı müxtəlifliyi həqiqi mənada nümayiş etdirə bildi. Bu mövzu İndoneziyada yaşayan insanların həyat şəraitini tam şəkildə əks etdirir. Müxtəliflik Allahın bəşəriyyət üçün müəyyən etdiyi bir yoldur. İnsanlara qarşı dözümlülük nümayiş etdirmək icmalarımızın dini liderləri kimi bizim öhdəliyimizdir. Ümid edirəm ki, bu təşəbbüs sayəsində İndoneziya və Azərbaycan bir-birini tamamlaya bilərlər.

    İndoneziya Gənc Alimlərin İnkişafı Təşkilatının Mərkəzi Şurası dünyanın müxtəlif ölkələrində yaşayan müsəlman qadınlarla əməkdaşlıq etməyə ümid bəsləyir. Təşkilatımız təkcə İndoneziyada deyil, həmçinin dünyada gənc müsəlman qadınların ən böyük təşkilatıdır. Onun əsas missiyası İndoneziyada qadınların hüquqlarını qorumaqdan, aləmlərə rəhmət olaraq göndərilmiş fikri inkişaf etdirməkdən və yaymaqdan ibarətdir.

    İki ölkə arasındakı xoş və davamlı əməkdaşlığın gələcəkdə daha da möhkəmlənməsinə və güclənməsinə ümid edirəm.

    Mənə göstərdiyiniz hörmətə və qonaqpərvərliyə görə Sizə bir daha təşəkkür edirəm”.

    ***

    Mardin və Diyarbəkir Mitropoliti Filuksinos Saliba Özmenin təbrik məktubu:

    “Zati-aliləri. Hörmətli Patriarxımız Mor İqnatius II Efrem Kerimi və Antakya Süryani Ortodoks Kilsəsini təmsil etmək üçün noyabrın 14-15-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi münasibətilə Dünya dini liderlərinin Bakıda keçirilən II Sammitində iştirak etmək məndə böyük şərəf və məmnunluq doğurub.

    Sizin müdrik rəhbərliyinizlə Azərbaycan dövlətində yurddaşlar arasında qarşılıqlı hörmət, sevgi və tolerantlıq şəraitindən çox təsirləndiyimi ifadə etmək istəyirəm.

    İnanıram ki, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri ilə birlikdə fəaliyyətiniz mənəvi, mədəni və ictimai baxımdan dünyanın bir çox ölkələri üçün gözəl nümunədir.

    Dini və etnik mənsubiyyət fərqi qoymadan plüralist bir düşüncə ilə insanlığa və ölkənizə xidmətlərinizdə Zati-alinizə Uca Allahdan güc və cansağlığı arzu edirəm”.

    ***
    Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri, Rusiya Müftilər Şurasının sədri, Rusiya Federasiyasının Prezidenti yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü Müfti şeyx Ravil Qaynutdin Prezident İlham Əliyevə məktub ünvanlayıb.

    Məktubda deyilir: “Hörmətli cənab Prezident! Dünya dini liderlərinin İkinci Bakı Sammitinin gözəl təşkili və keçirilməsi münasibətilə Sizə çoxmilyonlu Rusiya müsəlmanları ümməti adından və şəxsən öz adımdan dərin ehtiramımı və təşəkkürümü bildirmək istəyirəm.

    Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri və Bakı Sammitinin iştirakçısı kimi qeyd etməliyəm ki, bu əlamətdar tədbir ən yüksək dünya standartları səviyyəsində keçirildi. Dünya dini liderləri, aparıcı ekspertlər, görkəmli alimlərlə görüşmək və konfessiyalararası və sivilizasiyalararası dialoqun ümdə problemlərini müzakirə etmək üçün yaradılmış nadir imkana görə də Sizə səmimi təşəkkürümü bildirirəm. Sammitdən aldığımız ən gözəl təəssüratlar Azərbaycana xas olan misilsiz qonaqpərvərlik və xoşniyyətlilik rəylərini daha da artırdı.

    Cənab Prezident, Sizin rəhbərlik etdiyiniz bu illər ərzində ölkədə bərqərar olmuş dövlət-din əməkdaşlığının bütün xalq naminə xüsusi ab-hava yaratmasını sevinclə qeyd edirəm. Mənim İslamda din qardaşım və yaxın dostum Şeyxülislam Allahşükür Paşazadə bizim hər görüşümüzdə bunu qeyd edir və biz Sizin bütün xalqlar arasında sülh və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş əməlisaleh işlərinizi xatırlayaraq Sizə dua edirik.

    Dünya dini liderlərinin II Bakı Sammiti Sizin Azərbaycanda tolerantlığı və multikulturalizmi inkişaf etdirmək mövqeyinizin dəyişmədiyini təsdiqlədi. Azərbaycan ümumbəşəri əhəmiyyət kəsb edən bu istiqamətlərdə inamla dünya liderinə çevrilir.

    Cənab Prezident, icazə verin, dünya miqyaslı və dünya əhəmiyyətli tədbirin təşkilinə görə, Sizə və Sizin timsalınızda qonaqpərvər, əməksevər və çox tolerant Azərbaycan xalqına bir daha təşəkkür edim.

    Sizə əmin-amanlıq, Allahın şəfqət və mərhəmətini diləyirəm. Amin”.

  • Mingəçevirdə minik avtomobili yolu keçmək istəyən piyadanı vurub

    Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Asan Xidmət Mərkəzinin qarşısındakı piyada keçidində qeydə alınıb.

    ”Ford” markalı yük maşını arxadan piyada keçidində gözləyən “Opel”

    markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən “Opel” markalı avtomobil qarşısındakı piyada keçidindən keçən şəhər sakini Mustafayeva Jalə Muğdət qızını vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

    Yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda həbs olunan pakistanlılarla bağlı ABŞ-a sorğu göndərildi

    Bakı Ağır Cinayətlər Məhkəməsində Pakistan vətəndaşları – 1982-ci il təvəllüdlü Asif Muhammad Anjum və 1985-ci il təvəllüdlü Khani Shah Navazın ABŞ-a təhvil verilməsi ilə bağlı Azərbaycanın Ədliyyə Nazirliyinin təqdimatı əsasında məhkəmə prosesi keçirilib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun nümayəndələri, ABŞ və Pakistanın Bakıdakı səfirliklərinin əməkdaşları iştirak ediblər.

    Təqsirləndirilən Khani Shah Navazının vəkili vəsatət verərək müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması istəyib.

    Məhkəmə vəsatəti təmin etməyib.

    Prosesdə Ədliyyə Nazirliyinin nümayəndəsi çıxış edərək bildirib ki, təqsirləndirilən şəxslərin ABŞ ərazisində olmadan texniki vasitələrlə kibercinayətkarlıq törədiblər.

    Ədliyyə Nazirliyinin nümayəndəsi bəzi məsələlərlə bağlı ABŞ-ın Ədliyyə Nazirliyi ilə danışıqlar aparıldığını deyib: “Bəzi məsələrlə bağlı biz sorğular göndərmişik. Sorğuların cavab alınması təxminən 1 ay çəkir. Bu səbəbdən məhkəmənin 1 ay təxirə salınmasını xahiş edirik”.

    Təqsirləndirilən şəxslər məhkəmədən onları Paktistana təhvil verilməsi ilə bağlı qərar çıxarılmasını xahiş ediblər.

    Hakim isə bunun mümkünsüz olduğunu bildirib.

    Məhkəmə Ədliyyə Nazirliyinin vəsatətini təmin edilib və proses dekabrın 26-a qədər təxirə salınıb.

    Qeyd edək ki, Pakistan vətəndaşları haqqında Amerikanın Nyu-York ştatının məhkəməsi qərar çıxarıb. Onlar şəxsi məlumatların ələ keçirilməsi, dələduzluq, oğurluq kimi əməlləri törətməkdə ittiham edilirlər.

    ABŞ tərəfindən beynəlxalq axtarışa verilən bu şəxslər bir neçə ay əvvəl Azərbaycanda saxlanılıblar.

  • Участник дуэта HammAli & Navai поедет за невестой в Азербайджан

    На минувшей неделе участники популярного российского рэп-дуэта HammAli & Navai (Александр Алиев и Наваи Бакиров) встретились со студентами в МГИМО, в рамках Недели Азербайджана, передает «Москва-Баку».

    В аудитории присутствовала преимущественно женская аудитория. Девушки задавали музыкантам вопросы о творчестве, доходах, и конечно же, не обошлось без вопросов о личной жизни музыкантов. Оба парня рассказали о своих семьях и традициях, а также сделали признания, с кем готовы связать свою жизнь. Как признался Наваи Бакиров, невесту он уже встретил, а вот второй участник дуэта Александр обмолвился, что собирается за девушкой своей мечты в Азербайджан и она должна быть похожа по характеру на его маму. У Александра есть все шансы, так как скоро дуэт выступит в Баку с концертом. 14 декабря группа HammAli & Navai прилетит в «Страну огней», чтобы дать уже второй в этом году концерт для своих бакинских фанатов.

  • Astarada yaşayış evi tamamilə yanıb

    Astarada yanğın hadisəsi baş verib.

    Median.Az-ın report-a istinadən verdiyi xəbərə görə hadisə Ovala kəndində baş verib.

    Kənd sakini Bəylər Məcidova məxsus evdə yanğın baş verib. Əsasən taxta konstruksiyadan ibarət olan üç otaqlı yaşayış evi tamamilə yanaraq kül olub. Yanğın zamanı ev sahibəsi və üç uşağı evdə olub. Xoşbəxtlikdən onlar arasında xəsarət alan olmayıb.

    Bildirilir ki, ev qəfil alovlandığından ailə üzvləri evi tərk edərək qonşuları köməyə çağırıblar. Lakin yanğın evi əhatə etdiyindən alovu söndürmək mümkün olmayıb.

    Hadisənin qısaqapanmadan baş verdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Toya hazırlaşan 3 uşaq anası faciəvi şəkildə öldü

    Gəncə şəhərində bədbəxt hadisə nəticəsində 3 uşaq anası dünyasını dəyişib.

    Median.Az-ın Baku.ws-ə istinadən verdiyi məlumata əsasən hadisə şəhərin İsaq Cəfərov küçəsində qeydə alınıb. 1989-cu il təvəllüdlü İsayeva Şəfiqə Niyazi qızı dəm qazından boğularaq dünyasını dəyişib.

    Qadın bir neçə saat sonra yaxınlarından birinin toy məclisinə hazırlaşırmış.

    Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

  • Milli Qəhrəman anası Əli İnsanovu ifşa etdi

    Milli Qəhrəman Tahir Həsənovun anası, Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri Qalibə Budaqova “Haqq Ədalət Partiyası” adlı təşkilatla bağlı adının hallanmasına etiraz edib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, Q.Budaqova barəsində yayılan məlumatları təkzib edib: “Mənim adımı yeni yaradılan “Haqq Ədalət Partiyası” təşkilat komitəsinin üzvü kimi hallandırıblar. Mən Qalibə Budaqova heç bir partiyanın və heç bir partiyanın təşkilat komitəsinin üzvü deyiləm.

    Mən uzun müddətdir ki, xəstəyəm və müalicə altında olduğum üçün heç evdən belə çıxa bilmirəm. Xahiş edirəm mənim adımı heç bir partiya üzvlüyü ilə hallandırmasınlar”.

    Xatırladaq ki, sabiq səhiyyə naziri Əli İnsanov “Haqq və Ədalət Partiyası” yaratmaqla bağlı təşəbbüs irəli sürüb və Qalibə Budaqovanın da həmin “partiya”nın təşkilat komitəsinin üzvü olduğunu bəyan edib.

  • Axtarışda olan 4 min 458 nəfər sərhəddə sax­la­nılıb

    Bu il saxta və özgə­sinə məxsus sənədlərlə dövlət sərhədindən keçməyə cəhd edən 505 nəfər, axtarışda olduğuna görə 4 min 458 nəfər sax­la­nılıb.

    Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, bu barədə DSX rəh­bərliyinin, DSX Sərhəd Nəzarətinin vəzifəli şəxslərinin və sərhəd nə­zarəti məntəqələrinin rəislərinin iştirakı ilə dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar xidməti müşavirədə deyilib.

    Xidməti müşavirədə general-polkovnik Elçin Quliyev Azərbay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Ko­man­danı cənab İl­ham Əliyevin rəhbərliyi altında görülmüş işlər nəti­cəsində son illər ərzində xarici ölkələrlə so­sial-iqtisadi münasi­bətlərin inkişafı, qar­şılıqlı faydalı ticarət əlaqə­lə­rinin geniş­lən­di­rilməsi və ölkə­mizə turizm axının artması ilə əla­qə­dar dövlət sərhədindən buraxılış məntəqə­lərin­dən keçən şəxslərin və nəqliyyat vasitələrinin sayının ciddi artımı şə­rai­tində DSX-nin sər­həd nəzarətinin xidməti fəaliyyə­tinin daha da güc­ləndirilməsinin mü­hüm əhəmiyyət kəsb etməsini qeyd edib.

    Dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyətinin statis­tik göstəricilərində müsbət dinamikanın müşahidə olunması, bu nai­liy­yətlərin əldə olunma­sında həyata keçirilmiş islahatların və struktur dəyişikliklərin mühüm rol oynaması vurğulanıb. Belə ki, cari ildə 15 milyon 612 min 117 şəxs (2018-ci il ilə nisbətdə 11% artım) və 1 milyon 960 min 403 nəqliyyat vasitəsi (2018-ci il ilə nisbətdə 12% artım) dövlət sərhədindən buraxılıb.//baku.ws

  • В Москве уроженец Азербайджана изрезал бывшую жену ножом при ребенке – ВИДЕО

    В Москве возле одного из жилых домов на Волгоградском проспекте 27-летний мужчина – уроженец Азербайджана напал с ножом на свою экс-супругу — он подкараулил ее, пока та гуляла с их общим малолетним ребенком, передает Газета.ру.

    Сначала мужчина попытался вырвать его из рук бывшей жены, однако она стала защищаться — в результате злоумышленник несколько раз ударил ее ножом в живот. По данным СМИ, пара развелась год назад, однако мужчина продолжал терроризировать бывшую возлюбленную.

    В Москве мужчина несколько раз ударил 28-летнюю экс-супругу ножом в область живота. Об этом сообщили в столичном управлении Следственного комитета.

    По предварительным данным следствия, вечером 24 ноября 2019 года возле жилого дома на Волгоградском проспекте мужчина подбежал к девушке, которая возвращалась с ребенком с прогулки, и нанес ей удары ножом.

    После этого предполагаемый злоумышленник скрылся с места происшествия. Девушка сумела дойти до подъезда и позвать на помощь, пишут СМИ. Свидетели вызвали ей скорую — москвичке незамедлительно оказали медицинскую помощь, сейчас ее жизни и здоровью ничего не угрожает.

    По факту случившегося Следственным комитетом возбуждено уголовное дело по части 2 статьи 111 УК РФ «Умышленное причинение тяжкого вреда здоровью». Правоохранители проводят комплекс следственных действий, направленный на установление местонахождения подозреваемого. Расследование продолжается.

    Как пишет «360», бывшие супруги — граждане Азербайджана, которые развелись около года назад. По данным анонимного источника телеканала, 28-летняя потерпевшая гуляла во дворе с малолетним ребенком. Ее бывший муж следил за ними, находясь около продуктового магазина.

    Спустя какое-то время предполагаемый злоумышленник подбежал к экс-супруге и попытался вырвать ребенка из ее рук, однако женщина не позволила этого сделать. Тогда он толкнул ее, после чего несколько раз ударил ее ножом в живот.

    По неподтвержденным данным, ранее пострадавшая уже подавала заявление в полицию на экс-возлюбленного. После этого мужчину задержали, однако через несколько часов отпустили. Также стало известно, что разыскиваемый уроженец Азербайджана употребляет наркотики.