Month: November 2019

  • Baş məşqçimizin qızı futbolçu ilə evlənir – Toy Miladdan sonradır

    Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç üçün 2019-cu il əlamətdar hadisə ilə yekunlaşacaq.

    Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssisin 25 yaşlı böyük qızı Lana ailə həyatı quracaq.

    Şəxsi həyatını mümkün qədər gizlətməyə çalışan gənc xanım hazırda Kiprin “Enosis” klubunun şimali makedoniyalı futbolçusu Risto Mitrevskiyə ərə gedir. Cütlük Mitrevski hələ Xorvatiyanın “İstra 1961” klubunda oynadığı vaxt (2016/17 mövsümü) tanış olub.

    Bu ilin martında qərar verilən toy mərasimi Milad Bayramından bir neçə gün sonra keçiriləcək. Artıq ilk övladını gözləyən cütlüyün münasibətlərinin hansı ölkədə rəsmiləşdirəcəyi dəqiqləşməyib. Bu məlumatı Xorvatiyanın məşhur “Yutarnyi list” nəşri yayıb. Baxmayaraq ki, Lana sosial şəbəkələrdə sevgilisinin şəkillərini paylaşmamaqla bu münasibətləri gizli saxlamağa çalışıb. O daha çox atası Nikola, anası Sandra və kiçik bacısı Laura ilə olan şəkillərini, eləcə də özünün fitnesdən fotolarını paylaşır.

    Lana Yurçeviç əvvəl “Atlantik Qrup” şirkətinin əsas səhmdarı və baş direktorunun oğlu Emil Tedeski ilə sevgili olub. Onunla Zaqrebdəki İqtisadiyyat və Menecment Məktəbində tanış olub. Lana ötən yayın sonlarında münasibətlər pozulub və onunla Avstraliyada çəkdirdiyi şəkilləri sosial mediadakı hesabından silib.

    Bu cütlüyün niyə ayrıldığının səbəbi bilinməsə də, 23 yaşlı Emil Tedeskinin varlı Mixail Perençeviçin qızı, əvvəlki nikahından üç övladı olan 40 yaşlı Nika ilə evlənməyi planlaşdırdığı müəyyən olunub.

    26 yaşında evlənmiş Nikola Yurçeviç isə bu haqda danışıb: “Bağladığım müqaviləyə əsasən işlədiyim şəhərlərdə onların yaşamaq hüququ olub. Həyat yoldaşım ən böyük dəstəkçimdir. Qadının evin üç küncünü tutduğunun deyilməsinə baxmayaraq, deyə bilərəm ki, o, bütün künclərini tutur. Qızlarım kiçik olanda o onların hər bir problemini həll edib, uşaqlara da, mənə də çox dəstək olub. Onsuz mənə çətin olardı.

    Uşaqlar artıq böyüyüb. Başqa şəhərdə yaşasalar da, biz müntəzəm olaraq ünsiyyətdəyik. Yaxşı münasibətlərimiz var. Onlar yaxşı tələbələrdir, xarici dildə danışırlar. Qızlarım nəzakətli, təvazökar və ünsiyyətcildirlər. Ancaq mediada onların olmadığı kimi təqdim olunması məni üzür.

    Qızlarım insanlara hörmət etmək, pulun dəyərini bilmək, mənəvi və insani keyfiyyətlərə sahibdir. Bu mənim üçün ən vacib şeydir. Ancaq KİV-də olmayan şeyləri yazırlar.

    Manipulyasiyaya qarşı deyiləm. Çünki qızlarım və ailəmin tez-tez ziyarət etdiyi Moskva, İstanbul və London kimi dünya şəhərlərində yaşamaq imkanım olsaydı və böyük klublarda işləsəydim, niyə qızıma bir şey almayım? Bu hədiyyə çanta və ya ayaqqabı ola bilər. 1994-cü ilin saatını qızıma verməklə özümə bəraət qazandırmalıyam? 15 il Malinskdə yaşadıqdan, 25 illik evlilik həyatından sonra biz İbisaya getdiyimizi niyə əsaslandırmalıyıq? Bütün bunlar düzgün təqdim olunmayanda narahat oluram”.

  • Marşrut avtobusu qəzaya uğradı – ölən var

    Bakıda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az apa-ya istinadən xəbər verir ki, hadisə bü gün səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. 160 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusunun iştirakı ilə baş verən qəzada 1 nəfər ölüb. Sərnişin Əminova Rəsmiyyə Zülfiqar qızı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Öldürdüyü kişini yandırıb istisinə qızındı- Bakıda dəhşətli qətl

    Törətdiyi qətl hadisəsinə görə saxlanılan 1986-cı il təvəllüdlü Gəncə şəhər sakini Tuqay Gündüz oğlu Bayramov soyuqdan qızınmaq məqsədilə içki yoldaşını yandırdığını etiraf edib.

    Hadisə haqda hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Daha əvvəl verilən açıqlamada Bakı şəhəri, Nərimanov rayonu Nürəddin Süleymanov küçəsində aparılan tikinti çuxurundan Naxçıvan şəhərində qeydiyyatda olan 1964-cü il təvəllüdlü Adəm Qibləli oğlu Abdullayevin yanmış cəsədinin tapılması barədə məlumat verilmişdi.

    Meyitin ekspertizası zamanı həkimlər çoxlu sayda bıçaq yaraları aşkar ediblər. İlkin məlumata əsasən, qətl hadisəsi başqa ünvanda həyata keçirilib. Cinayətin iştirakçıları öldürülən şəxsi avtomobil vasitəsilə Nürəddin Süleymanov küçəsinə gətirərək, tikinti aparılan ərazidə çuxur yerinə atıb, hadisə yerindən uzaqlaşıblar.

    Fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333 (hərbi hissəni özbaşına tərk etmə) və 334-cü (fərari) maddələri ilə əvvəllər mühakimə edilmiş Tuqay Bayramov saxlanılıb.

    Eyni zamanda, məlum olub ki, qətldən bir müddət öncə A.Abdullayev T.Bayramovla birlikdə spirtli içki qəbul ediblər. Bu məqsədlə onlar yaxınlıqda yerləşən apteklərin birindən tibbi spirt alıblar. Alkoqol qəbulundan sonra tərəflər arasında mübahisə yaranıb. Tərəflər bir-birini təhqir etməyə başlayıb. Mübahisə nəticəsində Tuqay Bayramov bıçağa əl ataraq dostunu öldürüb.

    İlkin istintaq dövründə hadisənin bir neçə şəxs tərəfindən həyata keçirildiyi barədə şübhələr olsa da, saxlanılan şəxs etiraf edib ki, cinayəti tək törədib.

    İzahatının davamında qatil öldürdüyü şəxsin cəsədini sürüyərək, tikinti çuxuruna atdığını deyib. Tuqay Bayramov cəsədi qızınmaq məqsədilə yandırdığını etiraf edərək, bir qədər atəşin yanında durduqdan sonra hadisə yerini tərk edib.

  • Мать Национального героя разоблачила ложь Али Инсанова

    Мать Национального героя Тахира Гасанова, председатель Общественного объединения социальной защиты семей Национальных героев Галиба Будагова выразила протест из-за упоминания ее имени в связи с организацией “партии справедливости”.

    Как передает Median.Az со ссылкой на Trend, Будагова опровергла распространенную о ней информацию.

    «Мое имя упомянули как члена организационного комитета новоучрежденной «партии справедливости». Я, Галиба Будагова не являюсь членом какой-либо партии или организационного комитета какой-либо партии.

    Из-за того, что я долгое время болею, в настоящее время прохожу лечение и не могу даже выйти из дома. Прошу не упоминать мое имя в связи с членством в какой-либо партии», – сказала Галиба Будагова.

    Отметим, что экс-министр здравоохранения Али Инсанов выступил с инициативой о создании «партии справедливость» и заявил, что Галиба Будагова является членом ее организационного комитета.

  • Bakı sakini yeni kombi düzəldib – Evi sutka ərzində 70 qəpiyə qızdırır – VİDEO

    Bakı sakini Həmid Abdullayev suqızdırıcı sobadan kombi kimi istifadə edir. O, bütün evin qızdırılmasında kombidən yox, sadəcə suqızdırıcı sobadan istifadə edir. Nəticədə də həm quraşdırlması ucuz olur, həm də istifadə olunan qaz sərfiyyatı sutkalıq 70 qəpiyə başa gəlir.

    Həmid Abdullayev deyir ki, bu avadanlığın quraşdırlması kombidən daha ucuz başa gəlir. Hazırda mövsümlə əlaqədar bazarda kombinin qiyməti 800-1200 manat arasında olduğu halda, bu avadanlığın hazırlanmasına yalnız 350-400 manat xərc çəkilir. Bununla yanaşı, evin bütün otaqlarını qızdıran bu avadanlığın kombiyə nisbətən qaz və elektrik sərfiyyatı da az olur.

    Suqızdırıcı soba tez-tez işlədiyindən sıradan çıxmaması üçün ona pult da quraşdırıb. Pult suyun lazımi temperaturda qızdırılmasını tənzimləyir.

  • “Məni terrorçu kimi qələmə verirlər…” – Oqtay Gülalıyevi maşınla vuran sürücü ilk dəfə danışdı

    Bir ay öncə – oktyabrın 29-da avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyev hələ də komadadır. Ailə üzvlərinin dediyinə görə, onun hazırda müalicə aldığı Türkiyə xəstəxanasının həkimləri də komadan nə vaxt çıxacağını bilmirlər. Qeyd edək ki, hüquq müdafiəçisinin müalicə xərclərini Heydər Əliyev Fondu üzərinə götürüb.

    Hadisə ilə bağlı müxtəlif versiyalar səslənib. Bunun ehtiyatsızlıqdan baş verən yol qəzası olduğunu deyənlər də olub, qəsdən törədildiyini iddia edənlər də. Hüquq müdafiəçisinin yaxınları, ictimai-siyasi fəallar bu olayla bağlı fikirlərini mediada, sosial şəbəkələrdə paylaşır.

    Bugünlərdə Repressiya və İşgəncələr Əleyhinə Komitə sözügedən avtomobil qəzasının müəmmalı olduğunu bəyan edib və hadisə ilə bağlı beynəlxalq araşdırma aparılması istənilib.

    Median.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bu istiqamətdə müzakirələrdə qarşı tərəfin fikri bəlli deyildi. “Azadlıq” Radiosu hadisəni törətmiş «Hyundai» markalı, 90-PZ-543 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Kənan Abdullayevin də olayla bağlı fikirlərini, O.Gülalıyevin qəsdən vurulması, onun xəstəxanaya gec çatdırılması və s. ittihamlara münasibətini öyrənib.

    35-yaşlı K.Abdullayev Mingəçevirdəndir, amma Bakıda yaşayır və burada taksi fəaliyyətiylə məşğul olduğunu deyir. Üçyaşlı bir qızı var. Cinayət Məcəlləsinin 263.1-1 (yol hərəkəti qaydalarını pozma – zərərçəkmişin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ona qarşı ittiham irəli sürülüb.

    K.Abdullayev özü haqqında sosial şəbəkələrdə yazılanlardan məyus olduğunu deyir:

    – Görürəm ki, hamı sui-qəsd, təxribat yazır, qəsdən törədildiyini bildirir, məni terrorçu kimi qələmə verirlər. Bu hadisədə sui-qəsd yoxdur. Hadisə vaxtı Oqtay müəllimin dostları da ordaydı. Onu «Semaşko»ya çatdıranda da ordaydılar. Özləri də gördülər ki, burada sui-qəsd yoxdur. Sadəcə, ehtiyatsızlıqdan olub. Özləri də deyirdilər ki, ehtiyatsızlıqdandır. Sonradan bu sui-qəsd söhbətləri niyə ortaya çıxdı, heç nə başa düşmədim. Heç kim də gəlib məndən heç nə soruşmadı, fikrimi bilmək istəmədi.

    – Hadisə necə baş verdi?

    – Sadəcə, görmədim. Maşının kor bucağı deyilən yer olur. Dönəndə fikirli oldum, görmədim. Özüm də dərhal mindirib xəstəxanaya aparmışam. Bu qədər şişirtmək, yalan yazmaq… Təxribat, təxribat, sui-qəsd… Dediyim kimi, sırf ehtiyatsızlıqdan olan bir hadisəni insanlar niyə bu qədər təhrif edir, anlaya bilmirəm.

    – Öncədən Oqtay Gülalıyevlə tanışlığınız vardımı?

    – Xeyr, olmayıb. Mən hadisədən sonra onu tanımışam. Onu xəstəxanaya aparanda soruşdum ki, «kimsiniz, müəllimə oxşayırsız»? Çünki kostyumda, qalstukda idi. Dedi, adım Oqtaydır. Soruşdu ki, məni tanıyırsız? Dedim, yox, tanımıram. Dostları da bilir, onlardan da soruşdum, dedilər, Oqtay Gülalıyev belə-belə insandır.

    – Dediyinizdən belə anlaşılır ki, Oqtay Gülalıyev xəstəxanaya aparılanda danışırmış…

    – Əlbəttə. Hətta xəstəxanaya aparanda dedi ki, «düşür məni, hər şey normaldır, xəstəxanaya getməyə ehtiyac yoxdur». Mən özüm apardım ki, yoxlansın, lazımi yardım göstərilsin.

    -Deyirsiniz ki, hadisə vaxtı dostları da yanında olub. Yayılan videoda onun yolu tək keçdiyi görünür…

    – Bəli, yolu tək keçirdi. Amma dostu yolun o biri tərəfində onu gözləyirmiş.

    – Dostunun kimliyini, adını xatırlayırsınızmı? Çünki onunla da danışdığınızı deyirsiniz…

    – Xeyr, adı yadımda deyil. «Semaşko»da da mənə dedi ki, «yolun o biri tərəfində Oqtay müəllimi gözləyirdim, qəza olanda yaxınlaşdım, gördüm ki, Oqtay müəllim yerdə uzanıb». Onu xəstəxanaya mən öz maşınımda aparmışam, amma xəstəxanaya çatana qədər dostu mənimlə telefonla danışıb. Zəng eləyib soruşurdu ki, hardasız, çatmısız və s.

    – Belə iddialar da var ki, hadisədən sonra xəstəxanaya gec çatdırılıb. Bu barədə nə deyə bilərsiniz?

    – Mən qəzadan sonra yarım saata aparıb çatdırmışam. Deyirlər ki, guya axşam saat 9-da aparmışam. Niyə olmayan şeyləri danışırlar, yazırlar, başa düşə bilmirəm. Axşam saat 6-ya 20 dəqiqə işləmiş qəza olub. Oqtay müəllim ayağa qalxana, maşına minənə qədər bir qədər vaxt keçdi. Təxminən 6-nın yarısında aparmışam. 7-yə uzağı 5-10 dəqiqə işləmiş artıq xəstəxanada idik. Xəstəxananın kamera görüntüləri var, onlara baxmaq olar. Mənim dostum orada olub, Oqtay müəllimin öz dostları… Bunu sübut eləmək elə də çətin deyil axı. Yəni, saat 9-da aparıb çatdırmağım yalandır.

    Biz Oqtay bəyin ayılmasını, özünə gəlməsini gözləyirik. Vəkilim də vəsatətlər qaldırıb, müstəntiq məktublar göndərib. Bu işin obyektiv araşdırılmasına çalışırlar. Biz də kamera görüntülərinin çıxarılmasında, hətta sosial şəbəkələrdə yayılmasında maraqlıyıq. Bakı Nəqliyyat Agentliyində də, başqa orqanlarda da yəqin ki, o görüntülər var. Çıxıb gəldiyim yerdən, hadisə yerinə qədər baxa bilərlər. Bunları bilmədən, görmədən haqqımda niyə yalan yayırlar?

    Xatırladaq ki, hadisə ilə bağlı istintaq araşdırmaları Nəsimi Rayon Polis İdarəsində aparılır. Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğunun mətbuat xidmətlərinin oktyabrın 31-də yaydığı birgə açıqlamasında hadisənin qəsdən törədilməsi barədə fikirlərin əsassız olduğu bilirilib.

  • “2 milyard manat əlavə vəsait büdcəyə köçürülüb” – DGK sədri

    Bu gün Dövlət Gömrük Komitəsinin rəhbərliyi və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzvləri arasında “Gömrük sistemində aparılan islahatlar, biznes əməkdaşlığı və perspektivlər” mövzusunda görüş keçirilib.

    Median.Az xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, Baş İdarə rəisləri, Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qros, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının sədri Teybə Quliyeva və Palatanın üzvləri iştirak edib.

    Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının sədri Teybə Quliyeva görüşdə çıxış edərək bu ilin iyulunda Palata üzvləri və Dövlət Gömrük Komitəsinin rəhbərliyi arasında keçirilən görüşün müsbət nəticələrindən, əməkdaşlığın gücləndirilməsi istiqamətində faydalı əməkdaşlıqdan danışıb.

    Fransanın Azərbaycandakı səfiri Zakari Qros görüşün keçirilməsində göstərilən dəstəyə görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkürünü bidirib və Komitənin iki ölkə, eyni zamanda, Avropa ilə iqtisadi münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsində körpü rolu oynadığını vurğulayb.

    Sonra görüşdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, gömrük sistemində də həyata keçirilən innovativ islahatların ticarətin asanlaşdırılmasına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, beynəlxalq tranzitin inkişafına, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunmasına, kölgə iqtisadiyyatının aradan qaldırılmasına münbit şərait yaratdığını bildirib. Bu ilin 10 ayı ərzində Azərbaycanla Fransa arasında ticarət dövriyyəsini statistik rəqəmlərlə diqqətə çatdıran Komitə sədri qarşılıqlı ticarət münasibələrinin sürətli inkişafını da islahatların nəticəsi kimi qiymətləndirib.

    Çıxışının sonunda Komitə sədri islahatlar dövründə kölgə iqtisadiyyatının, haqsız rəqabət mühitinin aradan qaldırılması hesabına gömrük orqanları tərəfindən 2 milyard manat əlavə vəsaitin dövlət büdcəsinə köçülüməsinin təmin edildiyini, təmsilçilik institutunun inkişaf etdirilməsi istiqamətində xüsusi layihələrin tətbiq olunduğunu bildirib, eyni zamanda, Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi istiqamətində görülən işlərdən və bu sistemin faydalarından danışıb.

    Daha sonra sahibkarların təklifləri dinlənilib, onların sualları ətraflı cavablandırılıb.

  • Prezident Abel Məhərrəmovu təltif edib

    Bu gün Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin (BDU) əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, BDU-nun 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə təltif olunanlar arasında universitetin sabiq rektoru Abel Məhərrəmov da var. O, 2-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb.

    Qeyd edək ki, A.Məhərrəmov hazırda BDU-nun “Üzvi kimya” kafedrasının rəhbəridir.

  • Перед грузинским парламентом проходит массовая акция – ОБНОВЛЯЕТСЯ

    Массовая акция перед зданием грузинского парламента продолжается.

    Как сообщает Report, проспект Руставели перед зданием парламента перекрыт для передвижения автомобилей.

    Демонстранты принесли к парламенту железную клетку, в которую поместили фотографию председателя правящей партии “Грузинская мечта” Бидзины Иванишвили.

    По словам участников акции, это ждет Б.Иванишвили, если он продолжит обманывать народ и не выполнит данных обещаний.

    На акцию также принесли чучело, символизирующее Б.Иванишвили.

    ***

    В Тбилиси перед зданием грузинского парламента началась массовая акция.

    Как сообщает Report, на данный момент началось совместное шествие оппозионных лидеров и группы участников акции от Площади Первой Республики до здания парламента.

    Требование оппозиционеров и общественных активистов заключается в проведении парламентских выборов 2020 года по пропорциональной системе.

    К акции также присоединились представители регионов. К протестующим примкнут студенты Тбилисского государственного университета имени Иванэ Джавахишвили.

    Организаторы митинга заявили, что блокируют вход в парламент и не допустят участие депутатов на завтрашнем заседании.

    На территорию вокруг парламента привлечено множество полицейских.

  • Gürcüstan parlamentinin qarşısında kütləvi aksiya keçirilir – YENİLƏNİR

    Gürcüstanın parlament binası qarşısında kütləvi aksiya davam edir.

    Median.Az report-a istinadən xəbər verir ki, binanın önündəki Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.

    Aksiyaçılar parlamentin qarşısına dəmir qəfəs gətiriblər. Qəfəsdən hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin fotoşəkli asılıb.

    Etirazçılar bildiriblər ki, B.İvanişvili xalqı aldatmaqda davam etsə və vədlərini yerinə yetirməsə, o, belə qəfəsə düşəcək.

    Aksiyada həmçinin B.İvanişvilinin fotoşəklinin olduğu müqəvva başıaşağı salladılıb.

    ***

    Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında kütləvi aksiya başlayıb.

    Median.Az report-a istinadən xəbər verir ki, hazırda müxalifət liderləri bir qrup aksiya iştirakçısı ilə birgə Birinci Respublika Meydanından parlamentə qədər yürüş edir.

    Müxalifətçilər və ictimai fəalların təşkil etdikləri aksiyanın tələbi 2020-ci il parlament seçkilərinin proposional sistem üzrə keçirilməsidir.

    Aksiyaya bölgələrdən də iştirakçılar qatılıb. İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin tələbələri də yürüş edərək aksiyaya qoşulacaqlar.

    Mitinq təşkilatçıları parlamentə girişləri bloklayacaqlarını və deputatların sabahkı iclasda iştirak etmələrinə imkan verməyəcəklərini elan ediblər.

    Parlament ətrafına çox sayda polis əməkdaşları cəlb olunub.