Month: November 2019

  • В Баку маршрутный автобус попал в ДТП, погибла пассажирка

    В Баку произошло дорожно-транспортное происшествие с участием маршрутного автобуса.

    Как сообщает Median.Az со ссылкой на АПА, авария произошла сегодня в поселке Бина Хазарского района.

    В аварии с участием маршрутного автобуса №160 погиб один человек. Пассажирка Аминова Расмия Зульфугар гызы скончалась по дороге в больницу.

    По факту ведется расследование.

  • İcbari tibbi sığorta haqqında nə biliririk? – Xidmətlər zərfinə nələr daxildir?

    Türkdilli Dövlətlərin İqtisadçıları Birliyinin sədri, AMEA İqtisadiyyat İnstitutunun Elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva icbari tibbi sığortanın tətbiqi barədə Trend-ə müsahibə verib. Müsahibənin əhəmiyyətini nəzərə alaraq təqdim edirik:

    – Rəsmiyyə xanım, 2020-ci il yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tədbiqinə başlanacaq. Ümumiyyətlə, icbari tibbi sığortanın əsas mahiyyəti nədir?

    – İcbari tibbi sığorta əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. Bu sistem sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin edir.

    – Xidmətlər zərfinə nələr daxildir?

    – Xidmətlər zərfi iki hissədən ibarətdir: baza və əlavə hissədən. Xidmətlər zərfinin baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəsinə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir. Xidmətlər zərfinin baza hissəsindən Azərbaycan Respublikasının vətəndaşları, ölkəmizdə daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə edə bilərlər. Xidmətlər zərfinin baza hissəsindən istifadə pulsuzdur. Baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün icbari tibbi sığorta haqqı ödənilməlidir.

    – İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar hansı xidmətləri əldə edə bilərlər?

    – İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar aşağıdakı xidmətləri əldə edəcəklər: Təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti); İlkin səhiyyə (ailə həkimi) xidməti; Ambulator şəraitdə müayinə və müalicə; Stasionar müalicə; Funksional-diaqnostik müayinələr (USM, KT, MRT və s.); Fizioterapevtik xidmətlər; Laborator müayinələr; Hamiləlik və doğuş xidməti; Təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və s.); Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya; Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları, koxlear implantasiya və s.); Müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidə.

    – İcbari tibbi sığorta fondu hansı maliyyə mənbələri hesabına formalaşacaq?

    – İcbari tibbi sığortanın maliyyələşmə mənbələri əsasən dövlət büdcəsinin vəsaitləri, icbari tibbi sığorta haqlarıdır. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanuna əsasən digər mənbələr də (bank kreditləri, icbari tibbi sığorta üzrə sərbəst vəsaitlərin investisiyaya yönəldilməsi nəticəsində əldə olunan gəlirlər və s.) mövcuddur.

    – Hansı kateqoriya vəvəndaşlar üçün güzəştlər nəzərdə tutulur?

    – Xüsusi kateqoriyadan olanlar (18 yaşadək şəxslər, 23 yaşınadək peşə peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər, pensiyaçılar, sosial müavinət almaq hüququna malik şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, ərazai poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində olan qadınlar, Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar) dövlət büdcəsinin vəsitləri hesabına icbari tibbi sığorta təminatına alınacaqlar.

    – İcbari tibbi sığorta haqları ilə bağlı (hansı qrupların nə qədər ödəməli olduğu) haqda nə deyə bilərsini?

    – Milli Məclis və Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan şəxslər, seçkili ödənişli vəzifədə işləyənlər, habelə neft-qaz və dövlət sektorlarında çalışanlar aylıq məvaciblərinin 2%-i, işəgötürənlər isə hesablanmış əməyin ödənişi fondunun aylıq 2%-i məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yeirən fiziki şəxslər, müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər) illik 120 manat ödəməklə icbari tibbi sığortadan yararlana bilərlər.

    – Ölkəmizdə tədbiq olunacaq icbari tibbi sığorta mexanizminin tətbiqi zamanı hansı ölkələrin təcrübəsindən istifadə edilib?

    – Ölkəmizdə icbari tibbi sığorta mexanizmi formalaşdırılarkən beynəlxalq təcrübə öyrənilmişdir. Əsasən iki ölkənin – Fransa və Latviya təcrübəsindən istifadə edilmişdir.

    – İcbari tibbi sığortanın əsas üstünlükləri nədir? Əhalini sağlamlığı və keyfiyyətli səhiyyə xidməti baxımından əhəmiyyəti nədir?

    – İcbari tibbi sığorta əhalinin sosial müdfiəsinin gücləndirilməsi nöqtəyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. İcbari tibbi sığortanın bir sıra üstünlükləri vardır. Belə ki, o, dünyada səhiyyənin maliyyələşməsinin ən mütərəqqi üsullarından hesab olunur. İcbari tibbi sığorta səhiyyə sistemində şəfafflığı, tibbi xidmətlərin keyfiyyətini artırır, tibbi personalın əmək haqlarını yüksəldir, əhalinin sağlamlığı daha etibarlı şəkildə qorunur, əhalinin tibbi xidmətlərə xərclədiyi vəsaitlərin payını azaldır və s.

  • Cəlilabad sakini özünü güllələdi

    Noyabrın 24-də saat 23 radələrində Cəlilabad rayonunun Soyuqbulaq kənd sakini O.Sadıqov evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində ayaq nahiyəsindən xəsarət alıb.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, xəstəxanaya yerləşdirilən O.Sadıqovun vəziyyəti orta-ağırdır.

    Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-16“ markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.//ölkə.az

  • Bakıda narkoşəbəkənin üzvləri həbs edildi — FOTO

    Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha bir narkoşəbəkənin üzvləri həbs ediliblər.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Xətai rayonu Köhnə Günəşli qəsəbəsində keçirilən əməliyyat zamanı əvvəlcə qəsəbə sakini Solmaz Salmanova saxlanılıb. Onun üzərində şəxsi axtarış aparıl 13,141 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb.

    Qeyd edək ki, Solmaz Salmanova tutulana qədər yaşadığı qəsəbə ərazisində narkotik vasitələrin satışı ilə məşğul olurmuş. O, ifadəsində heroini Şövqi və Nicat adlı şəxslərdən aldığını bildirib.

    Baş İdarə əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilərək narkoşəbəkinin digər üzvləri dəstənin başçısı Rusiya Federasiyası vətəndaşı Şövqi Babayev və onun yaxın qohumu Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Quliyev də polislər tərəfindən tutulublar. Nicat Quliyev saxlanılan zaman onun üzərindən 21,699 qram çəkidə narkotik vasitə heroin aşkar edilib.
    Şövqi Babayevin üzərində şəxsi axtarış aparılan zaman isə 107,806 qram heroin, 101,501 qram qurudulmuş marixuana, 39,855 qram psixotrop maddə metamfetamin və 1 ədəd elekron tərəzi aşkar edilərək götürülüb.

    İstintaq zamanı müəyyən edilib ki, Şövqi Babayev əldə etdiyi narkotik vasitələrin satışını Solmaz Salmanov və Nicat Quliyev vasitəsilə təşkil edirmiş.

    Faktla bağlı hər üç şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbirləri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.

  • Назначен руководитель Аппарата Кабинета Министров

    Назначен руководитель Аппарата Кабинета Министров.

    Как передает Median.Az, об этом АПА сообщил глава пресс-службы Кабинета Министров Ибрагим Мамедов, соответствующее распоряжение подписал премьер-министр Али Асадов.

    Согласно распоряжению, Руфат Тофиг оглу Мамедов назначен руководителем Аппарата Кабинета Министров.

    Р.Мамедов до этого занимал пост заместителя министра экономики.

  • Salyanda təcili yardım maşını qəzaya uğradı

    Dünən axşam saatlarında Salyan şəhərində təcili yardım maşını qəzaya uğrayıb.

    Median.Az virtualaz.org-a istinadən xəbər verir ki, “BMW” markalı minik maşını Ələt-Astara yolundan stansiyasına qayıdan “UAZ” markalı təcili yardım maşınına çırpılıb.

    Hadisə nəticəsində təcili yardım maşınında olan tibb bacısı – 53 yaşlı Kifayət Feyzi qızı Həsənova xəsarət alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş olduğundan evə buraxılıb.

    Faktla bağlı aradırma aparılır.

  • Sumqayıtın girişində böyük tıxac yaranıb – FOTO

    Abşeron rayonunun Saray qəsəbəsindən Sumqayıt istiqamətdə yolda böyük tıxac yaranıb.
    Median.Az
    -ın azvision.az-a istinadən məlumatına görə, tıxac Sumqayıtın girişinə, “Daş bazarı” adlanan əraziyədək müşahidə edilir.

    1 saata yaxındır ki, həmin yolda nəqliyyat vasitələrinin hərəkəti dayanıb. İnsanlar piyada getmək məcburiyyətində qalıblar.

    Tıxaca iki avtomobilin toqquşması nəticəsində baş verən yol qəzası səbəb olub.

  • Prezident Nərgiz Paşayevanı təltif etdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, təltif edilənlər arasında professor, AMEA-nın vitse-prezidenti Nərgiz Paşayeva da var.

    Prezident elmin inkişafındakı xidmətlərinə görə, onu “Şöhrət” ordeni ilə təltif edib.

  • Nazirlər Kabineti Aparatına yeni rəhbər təyin edilib

    Nazirlər Kabinetinin Aparatı rəhbəri vəzifəsinə təyinat olub.

    Median.Az Trend-ə istinadən bildirir ki, Rüfət Tofiq oğlu Məmmədov Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib.

    R.Məmmədov bu təyinatadək İqtisadiyyat nazirinin müavini olub.

  • Şəmkirdə ferma gözətçisinin əl qolunu bağlayıb quldurluq edən şəxslər saxlanıldı – FOTO

    Noyabr ayının 19-u gecə saatlarında Şəmkir rayonunun Bayramlı kəndində Mikayıl Həsənova məxsus fermada quldurluq törədən şəxslər saxlanılıb.

    Median.Az-ın Baku.ws-ə istinadən verdiyi məlumata əsasən, aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, quldurluq hadiəsini Gəncə şəhər sakinləri əvvəllər dəfələrlə məhkum olunmuş Rəşad Vəliyev, Roman Moskalyov və Bakı şəhər sakini Oleq Sinsin adlı şəxslər törədib.

    Cinayətkar dəstə hadisə zamanı gözətçi Məhəmməd Kazımova soyuq silahla hədə-qorxu gələrək əl qolunu bağlayıb və o bir müddət yardımçı tikilidə gizlədilib. Daha sonra qulduqluq yolu ilə əldə etdikləri mal-qaranı elə hadisə yerindəcə tanışları Tovuz rayon sakini Feyruz İbrahimova 2 min manata satıblar.

    Sonuncu isə həmin heyvanları həmyerlisi Elməddin Zeynalovun maşını ilə yaşadıqları rayona aparıb. Orada isə Ayaz Cəfərovun və qeyrilərinin köməkliyi ilə satmaq istəyiblər. Araşdırmalarla həmin şəxslərin bundan əvvəl də digər rayonlarda anoloji cinayətlər törətdiyi və Feyruz İbrahimov vasitəsi ilə satdıqları müəyyən edilib. İlkin istintaq zamanı müəyyən edilib ki, adı çəkilən şəxslər Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisindən 60 baş bir, 80 baş bir olmaqla xırda buynuzlu heyvanları Tovuz rayonunda 2 baş iribuynuzlu heyvanları gizli oğurlayaraq Feyruz İbrahimova satıblar. Həmçinin qrupun üzvü Rəşad Vəliyev Tovuz rayonunda bir mənzildən qızıl zinət əşylarını gizli talayıb.

    Faktla bağlı araşdırma aparılır. Dəstənin digər üzvlərinin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam edtirilir.