Month: December 2019

  • Məhşur baş redaktor Azərbaycan vətəndaşlığından imtina edəcək – ŞOK QƏRAR

    “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz Azərbaycan vətəndaşlığından imtina edəcəyini bildirib.

    Yeniavaz.com xəbər verir ki, bu barədə o, öz feyzbuk səhifəsində yazıb: “Əziz dostlar! Çox az qalıb,Cənab prezidentimə müracət edib məni vətəndaşlıqdan çıxartmağını xahiş edəcəm. Səbəblərini müracitimdə bildirəcəm”.

  • Rusiya pomidor idxalına qadağa qoyur – Azərbaycana təsiri olacaqmı?

    Rusiya gələn ilin aprelindən etibarən pomidor idxalı qadağan etməyi planlaşdırır. Lakin bu qadağa yalnız büdcə hesabına dövlət və bələdiyyə ehtiyacları üçün xaricdən alınan pomidor məhsullarına şamil ediləcək.

    Bu isə o deməkdir ki, Rusiya artıq növbəti ildən etibarən dövlət vəsaiti hesabına büdcə təşkilatlarının ehtiyacları üçün xaricdən pomidor alınmasına son qoyacaq. Bununla əlaqədar olaraq büdcə hesabına dövlət və bələdiyyə ehtiyacları üçün xaricdən alınan malların siyahısına müvafiq düzəliş ediləcək.

    Ölkənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsəsən, belə bir addımın atılmasında məqsəd yerli istehsalı dəstəkləmək və istixana tərəvəzçiliyini inkişaf etdirməkdir.

    Azərbaycanda neftdən sonra ən çox valyuta gətirən sahələrdən biri məhz pomidor ixracıdır. Pomidor ixracının böyük hissəsinin də məhz Rusiyanın payına düşdüyünü nəzərə alsaq, qonşudakı bu qərarın bizə təsir edib-etməyəcəyi sual doğurur.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə Sputnik Azərbaycan-a açıqlamasında öncə Azərbaycanın pomidor ixracı potensialından söz açıb: “Ötən il Azərbaycandan Rusiyaya 172 min ton pomidor ixrac olunub ki, bu da ümumi dəyərdə 177 milyon dollar təşkil edib. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan bu ölkəyə 139,5 min ton pomidor ixrac edilib ki, onun da dəyəri 147 milyon dollar olub”.

    F.Fikrətzadənin sözlərinə görə, bu gün Azərbaycan pomidorunun 99 faizi Rusiyaya satılsa da, bu qərar ölkəmizə demək olar ki, təsir etməyəcək: “Çünki burada söhbət büdcə hesabına dövlət və bələdiyyə ehtiyacları üçün xaricdən alınan mallardan gedir. Bu cür təşkilatlar bizim pomidorun alıcılığında 2-3 faizlik paya sahibdirlər. Bu isə o deməkdir ki, həmin qərar digər istehlak bazarına təsir etməyəcək”.

    Mərkəz rəhbəri idxalla bağlı rəqəmlərdən də danışıb: “2018-ci ildə ölkəmizə pomidor idxalı 990 ton, cari ilin 10 ayında isə bu rəqəm 284 ton olub. Bu isə o deməkdir ki, biz daha çox pomidor ixracatçısıyıq. İdxal isə sürətlə aşağı düşür”.

    “Bilirsiniz ki, artıq Azərbaycan pomidor idxalına əlavə rüsum tətbiq edib. Bütün məhsullara rüsum 15 faiz olsa da, biz pomidorun hər kilosuna əlavə rüsum təyin etmişik ki, bu da Azərbaycana başqa ölkələrdən pomidor idxalına maneə yaradır və yerli istehsala daha çox dəstək verir”, – deyə o əlavə edib.

    Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr aylarında istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 0,1 faiz artaraq 189,2 min ton olub.

  • Скончался Эльшад Мамедов

    Скончался сын азербайджанского прозаика, публициста и драматурга, Заслуженного работника культуры Азербайджана Алтая Мамедова Эльшад Мамедов.

    Как передает Median.Az, Эльшад Мамедов посвятил значительную часть своей творческой деятельности Государственному драматическому театру имени Джафара Джаббарлы в Гяндже в должности заведующего литературным отделом. Он проработал там почти 20 лет.

    Его комедия “Дверь” долгие годы была одним из популярных произведений в репертуаре театра.

    Он также сыграл важную роль в формировании деятельности Театра поэзии Низами в Гяндже.

    С 1997 года Э.Мамедов занимал различные должности в Исполнительной власти города Гянджи, в дальнейшем его карьера была полностью связана со сферой землеотводов, общественных связей и социальных инвестиций в проектах Основного экспортного нефтепровода Баку-Тбилиси-Джейхан и Южно-Кавказского газопровода.

    Последним произведением Эльшада Мамедова стало либретто “Радуга моей любви” на основе рассказа великого Низами Гянджеви.

    Церемония прощания с усопшим проходила в Гяндже.//oxu.az

  • Bu məhsullar bahalaşdı (SİYAHI)

    Bu ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 102,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 103,8 faiz, qeyri-ərzaq malları üzrə 101,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 102,1 faiz təşkil edib.

    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak qiymətləri indeksi 100,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 100,9 faiz, qeyri-ərzaq malları üzrə 100,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 100,1 faiz olub.

    2019-cu ilin noyabr ayında əvvəlki ayla müqayisədə düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, təzə balığın, kolbasa məmulatlarının, südün, pendirin, yoqurtun, kəsmiyin, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, bananın, almanın, armudun, üzümün, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, qəhvənin, çayın, meyvə şirəsinin qiymətlərində bahalaşma, qatılaşdırılmış şəkərli südün, xamanın, portağalın, naringinin, heyvanın, narın, kivinin, xurmanın, şabalıdın, kələmin, balqabağın, yerkökünün, soğanın, kartofun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    Cari ilin noyabr ayında oktyabr ayına nisbətən qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, toz şəklində sintetik yuyucu vasitələrin, divar kağızlarının, kərpicin, kəsilmiş taxtanın, nitro və sulu boyaların, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, soyuducuların, kondisionerlərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, mobil telefonların, noutbuk və planşet tipli kompüterlərin, televizorların, sementin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    2019-cu ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmiri, təmizlənməsi və kirayəsi, ayaqqabıların təmiri, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin, mənzillərin icarə haqqının qiymətləri bahalaşmış, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.//qaynarinfo.az

  • “Azərişıq” ASC abonentin artıq sərfiyyat yazılması ilə bağlı şikayətinə münasibət bildirib

    “Azərişıq” ASC sosial şəbəkələrdə və bəzi KİV-lərdə qurum tərəfindən abunəçilərin sayğaclarının müəyyən edilmiş müddətdə (30 gün) oxunmaması və bu səbəbdən də artıq sərfiyyat yazılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

    “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Report”a açıqlamasında bildirib ki, abonentin yaydığı məlumat həqiqəti əks etdirmir.

    Onun sözlərinə görə, şikayət edən abunəçinin iddiasının əksinə olaraq onun sayğacının son oxunma müddəti daha tez olub:

    ““Azərişıq” ASC-nin proqram təminatı imkan verir ki, istehlakçıya aid bir neçə məlumatın təhlili ilə kim olduğu müəyyənləşsin. Şəkildə görünən bildiriş istehlakçı Nigar Zeynalovaya aiddir. Xətai Rayonu, Əhmədli Qəsəbəsi, Zığ yolu ünvanında qeydiyyatdadır. İstehlakçı ilə hesablaşma aparılan sayğacın oxunma vaxtı hər ayın 8-9-u aparılmaqdadır. Noyabr ayında göstərici ayın 7-si və oxunma tsiklinin vaxtı 29-gün olub (oktyabr ayında 9-u oxunduğu üçün). Abonentin dili ilə desək burada “Azərişıq” a ziyan dəyib. Lakin buna belə baxmaq doğru deyildir.

    Hər ay əvvəlki ayın sayğac indeksi ilə fərq tapılır və sərfiyyat ona görə hesablanır. Bayram və qeyri iş günlərinə düşdüyü zaman 1-2 gün fərq ola bilir. Lakin bu gecikmədən abonent Nigar Zeynolavaya heç bir ziyan dəyməyib. İstehlakçı 32-gün ərzində 528 kVts istifadə edərək 300 kVts-güzəşt limitini 228 kVts keçib. Bir aylıq (30-gün olanda) sərfiyyatı ortalama olaraq 495 kVts-dır. Belə olan halda limiti 195 kVts keçmiş sayılır.

    Növbəti sayğac oxunmasında ona təqdim ediləcək bildirişdə göstərilən əvvəlki ayın göstəricisi ilə fərqi görəcəkdir. Elektrik enerji sərfiyyatı təqvim günlərinə uyğun olaraq hesablanır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarına uyğun olaraq elektrik enerjisinin sərfiyyatı sonuncu sərfiyyat göstəricisindən əvvəlki sərfiyyat göstəricisi çıxılaraq 300 kVt/saata qədər 7 qəpikdən, 300 kVt/saatdan sonrakı sərfiyyat isə 11 qəpikdən hesablanır. Hesablama avtomatik olaraq bazada aparılır. Burada insan faktoru yoxdur.

    “Azərişıq”ASC-nin əməkdaşı sadəcə elektrik sayğacının sərfiyyat göstəricisini bazaya daxil edir. Yəni, aylıq sərfiyyat tam dəqiqliklə hesablanır və verilən bildiriş-xəbərdarlıqda öz əksini tapir”.

  • Tərtərdə kişinin ağzından güllələnməsinin təfərrüatı məlum oldu

    Tərtərdəki silahlı insidentdə şübhəli bilinərək, saxlanılan şəxslərdən odlu silahdan əlavə, psixotrop dərmanlar da götürülüb.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, dekabrın 9-da Tərtər şəhəri Səməd Vurğun küçəsində odlu silahdan açılan atəş nəticəsində 32 yaşlı Behbudov Mansur Oqtay oğlu yaralanıb.

    Cinayətkar yaxın məsafədən zərərçəkmişin ağzına atəş açıb. Güllə xəsarəti alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb, daha sonra Gəncə şəhərində yerləşən özəl klinikalardan birinə köçürülüb. M. Behbudovun vəziyyəti hələ də ağır olaraq qiymətləndirilir.

    Faktla bağlı dekabrın 10-u gecə saatlarında, paytaxtda gizlənməyə çalışan iki nəfər şübhəli şəxs saxlanılıb. Hadisə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd kimi qiymətləndirilib.

    Lakin Oxu.Az-ın müxbirinin araşdırması nəticəsində məlum olub ki, hadisəyə görə üç nəfər saxlanılıb. Onlardan ikisi Tərtər, biri isə Bakı şəhər sakinidir.

    Təqsirləndirilənlər – qarət və soyğunçuluqda ittiham olunaraq cəza çəkmiş 1996-cı il təvəllüdlü Ağazadə Sənan Zahid oğlu, hərbi qulluqçular arasında nizamnamədən kənar münasibətlərə daxil olaraq hədə-qorxu yolu ilə soyğunçuluq həyata keçirmiş 1988-ci il təvəllüdlü Hüseynov Sərvər Fərman oğlu və Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Heydərzadə Mikayıl İlham oğludur.

    Sonuncu saxlanılan zaman şübhəli şəxslərin əyləşdiyi “Priora” markalı avtomobili idarə edib.

    Avtomobil polislər tərəfindən Binəqədi rayonu Azadlıq prospektində saxlanılıb. Əməliyyatçılar avtomobildə apardıqları axtarış nəticəsində lüləsi kəsilmiş ov tüfəngi, 29 ədəd metandienon psixiatrop dərman həbləri və 11 ədəd deksametazon həbi aşkar ediblər.

    İlkin istintaq araşdırmalarından sonra məlum olub ki, kişilər arasında insident şəxsi münasibətlərə aydınlıq gətirilərkən baş verib. Lakin lüləsi kəsilmiş ov tüfənginin hansı məqsədlə əldə olunması faktı istintaq tərəfindən araşdırılmalıdır. Əvvəllər soyğunçuluqda ittiham olunan şəxslərin bu dəfə silahlı basqın planlaşdırdıqları istisna olunmur.

    Cinayət faktı ilə əlaqədar istintaq davam etdirilir.

  • “Qarabağ” və “Düdelanj”ın oyunu başlayıb – YENİLƏNİB

    UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin altıncı turu çərçivəsində keçirilən “Qarabağ” – “Düdelanj” oyunu başlayıb.

    Report xəbər verir ki, Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçirilən görüşü Estoniyadan olan hakimlər briqadası idarə edir.

    Baş hakimi Kristo Tohverdi olan oyunun yan xətt hakimləri Silver Koiv və Sten Klaasendir. Juri Frişer isə dördüncü hakim funksiyasını yerinə yetirir.

    Matç hər iki komanda üçün formal xarakter daşıyır. 1/16 final şansları itən “Qarabağ”la “Düdelanj” yalnız sonuncu olmamaq üçün mübarizə aparacaq.

    ***

    UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin altıncı turu çərçivəsində “Qarabağ” – “Düdelanj” klubları arasında keçiriləcək qarşılaşma üçün komandaların start heyətləri açıqlanıb.

    UEFA-nın rəsmi saytının məlumatına görə, bu gün saat 21:55-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşdə “Qarabağ”ın heyətində Şahruddin Məhəmmədəliyev, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rəşad Sadıqov, Miçel Madeyra, İsmayıl İbrahimli, Qara Qarayev, Abdulla Zubir, Mahir Əmrəli və Dani Kontana yer alıblar.

    “Düdelanj”ın ilk onbirliyində Conatan Juber, Tom Şnell, Mario Pokar, Daniel Sinani, Dominik Stols, Thibaut Lesquoy, Mikael Qaros, Antoine Bernye, Məhəmməd Buçuari, Sabir Bouqrine və Loren Mendinin adları var.

    Matçı Estoniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Kristo Tohver olacaq.

  • На Ясамале загорелись электрические счетчики

    В жилом здании в Ясамальском районе произошел пожар.

    Как сообщила пресс-служба Министерства по чрезвычайным ситуациям, загорелись 12 счетчиков на электрощите на лестничной площадке на втором этаже здания. В ходе пожара 15 жителей здания, включая 3 малолетних детей, были эвакуированы пожарными в безопасное место.

    Квартиры были защищены от огня. Пожар потушен.

  • Yasamalda yanan elektrik sayğacları təhlükə yaratdı – 15 nəfər təxliyə edildi

    Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın həyəcanı yaşanıb.

    Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 12 ədəd sayğac yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 3-ü azyaşlı olmaqla 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

    Mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • “Карабах” и “Дюделанж” назвали составы

    УЕФА назвал стартовые составы команд матча “Карабах” – “Дюделанж” в рамках шестого тура группового этапа Лиги Европы сезона 2019-2020, который начнется сегодня в 21:55 на Республиканском стадионе имени Тофига Бахрамова.

    Как передает официальный сайт УЕФА, стартовые составы выглядят следующим образом.

    “Карабах”: Шахруддин Магомедалиев, Бадави Гусейнов, Рашад Садыхов (к), Максим Медведев, Аилтон, Гара Гараев, Исмаил Ибрагимли, Мичел, Абделла Зубир, Дани Кинтана, Махир Эмрели.

    “Дюделанж”: Жонатан Жубер (к), Кобе Коолс, Том Шнелль, Доминик Штольц, Тибо Лескуа, Мишель Гарос, Антуан Бернье, Адель Беттаеб, Шарль Моррен, Мохамед Бушуари, Сабир Бугрен.

    Главным арбитром будет эстонец Кристо Тохвер.

    Ему помогут соотечественники Сильвер Коив и Стен Клаасен. Функции четвертого арбитра исполнит Юрий Фришер.