Month: December 2019

  • Sosial müavinətlə bağlı dəyişiklik gəlir: Pis və ya yaxşı olmasına özünüz qərar verin

    Pensiya hüququ əldə edə bilməyən şəxslərin yaşa görə sosial müavinət almaq hüququ var. Hazırda kişilərdə əmək pensiyası üzrə yaş həddi 64,5, qadınlarda isə 61,5 olduğu halda, sosial müavinətlərin təyin edilməsi zamanı kişilərin 67, qadınların isə 62 yaşını tamamlaması tələb olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu yaş həddinin azaldılması və pensiya yaşı ilə bərabərləşdirilərək sosial müavinət təyin edilməsi barədə qanunvericiliyə dəyişiklik büdcə paketi ilə birlikdə Milli Məclisə təqdim olunub və təsdiq edilib.

    İqtisadçı-ekspert Vüqar Bayramov sosial müavinət ilə bağlı yaş həddinin azaldılması və pensiya yaşı ilə bərabərləşdirilməsi məsələsini Sputnik Azərbaycan-a şərh edib.

    İqtisadçı bildirib ki, yaşa görə sosial müavinət əmək pensiyası almaq hüququ olmayan vətəndaşlara təklif edilən sosial yardımdır: “Sosial müavinət ilə bağlı yaşın pensiya yaşına uyğunlaşdırılmasına ehtiyac var idi. Azərbaycan qanunvericiliyinə əsasən, hazırda kişilər üçün pensiyaya çıxma yaşı 64 il 6 aydır, qadınlar üçün isə 61 il 6 aydır. Bundan əvvəl kişilər üçün pensiyaya çıxma yaşı 64 il, qadınlar üçün isə 61 il idi. Hər il pensiya yaşı 6 ay artırılır. Amma sosial müavinətin təyin edilməsinə görə, kişilərin 67, qadınların isə 62 yaşını tamamlaması tələb olunur”.

    “Bundan öncə biz pensiya yaşı ilə sosial müavinət yaşının eyniləşdirilməsini təklif etmişdik. Hazırda pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da 28 min 800 manat minimum pensiya kapitalı olmalıdır. Yəni ikisindən biri imkan verir ki, vətəndaş əmək pensiyası alsın. Əgər vətəndaş 25 il işləməyibsə və 28 min 800 manat kapital yığa bilməyibsə, o zaman pensiya hüququ əldə edə bilmir və 67 yaşında sosial müavinət alır”, – deyə o qeyd edib.
    Ekspert bildirib ki, amma indi sosial müavinət yaşı pensiya yaşı ilə bərabərləşdirilir: “Yəni bu o deməkdir ki, vətəndaşın 65 yaşında pensiya yaşı tamam olandan sonra onun əmək pensiyası ala bilmə məsələsinə baxılır. Əgər əmək pensiyası ala bilirsə, ona əmək pensiyası təyin edilir. Pensiya ala bilməsə, bu zaman sosial müavinət təyin ediləcək. Yaşa görə sosial müavinət bu ilin aprelin 1-dən etibarən 130 manatdır. Bu məbləğin də artırılmasını təklif edirik. Çünki xüsusən pensiya yaşına çatmış vətəndaşlar üçün 130 manat kiçik rəqəmdir. Bunun mərhələli şəkildə artırılıb minimum pensiya (hazırda 200 manatdır) həddinə çatdırılmasını təklif edirik”.

    “İndiki halda sosial müavinət minimum pensiyanın 65 faizidir. Sosial müavinətin minimum pensiyanın 85-90 faizinə çatdırılmasına ehtiyac var. Gələcəkdə minimum pensiya məbləği artdıqca sosial müavinətin də artırılmasına ehtiyac var ki, xüsusən pensiya yaşına çatmış vətəndaşların xərclərini ödəmək mümkün olsun”, – deyə ekspert əlavə edib.

    Qeyd edək ki, “Sosial müavinətlər haqqında” qanuna görə, sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. Bu qanun Azərbaycanda sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir.

  • Azərbaycanlı deputatların polis və prokuror övladları – SİYAHI

    Xəbər verdiyimiz kimi, bu ayın əvvəlində müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Milli Məclisin buraxılması haqqında qərar qəbul olundu və fevral ayının 9-da ölkədə növbəti parlament seçkiləri keçiriləcək.

    Median.Az yeniavaz.com-a istinadən xəbər verir ki, səlahiyyətləri sona çatan, lakin hələ də millət vəkili statuslarını saxlayan Milli Məclis üzvlərinin bir çoxu 4 illik fəaliyyətləri dövründə dəfələrlə mətbuatın və sosial şəbəkələrin müzakirə mövzusuna çevrildilər. Onlar daha çox işlətdikləri ifadələrə görə gündəmə gəlsələr də, bəzi deputatlar hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan övladları və digər yaxınlarına görə müzakirə olundular.

    Təxminən 2 aydan sonra millət vəkili statusunu itirəcək deputatların hüquq-mühafizə orqanlarında işləyən yaxınlarının siyahısını təqdim edirik:

    – Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri olan Səttar Möhbalıyevin oğlu və eyni zamanda da bu yaxınlarda vəzifədən azad olunan Prezidentin köməkçisi Əli Həsənovun kürəkəni – İsfəndiyar Möhbalıyev Xəzər rayonu Polis İdarəsinin rəisidir

    – Millət vəkili Aqil Abbasın oğlu – Tuncay Abbasov Suraxanı Rayon Polis İdarəsinin 30-cu bölməsinin rəisidir

    – Deputat Elman Məmmədovun oğlu – polkovnik-leytenantı Elşad Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi

    – Millət vəkili, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğlu – Xəlil Bayramov Qaradağ rayon 10-cu Polis Bölməsinin rəisi

    – Deputat Çingiz Qənizadənin oğlu – Elgiz Qənizadə Binəqədi rayon prokurorunun müavini

    – Deputat Flora Qasımovanın oğlu – polis polkovniki Elsevər Mirzəyev Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəis müavini

    – Millət vəkili Sahib Alıyevin qardaşı – Bayram Alıyev Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi

    – Milli Məclisin üzvü Vahid Əhmədovun oğlu – Zəfər Əhmədov Qaradağ rayonunun prokuroru

    – Deputat İmamverdi İsmayılovun oğlu – polis mayoru İlkin İsmayılov Sumqayıt Şəhər Yol polisinin imtahan-qeydiyyat şöbəsinin rəisi

    – Millət vəkili Hüseynbala Mirələmovun oğlu – polis-polkovniki Fərid Mirələmov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi olub.

  • Зеленский дал первое интервью российскому телеканалу

    Президент Украины Владимир Зеленский дал первое полноценное интервью российским тележурналистам.

    Как передает Median.Az, об этом сообщает РИА Новости.

    Его обещают показать в это воскресенье, 15 декабря, на канале «Россия 1» в программе «Москва. Кремль. Путин». Корреспондент также записал реакцию окружения украинского лидера на его разговор с Зеленским.

    «Главное, что мы все начали общаться», — заявил Зеленский корреспонденту.

    Зеленский ранее говорил, что не хотел бы общаться с российскими журналистами. Во время пресс-конференции 10 октября президент пояснил, что у него нет времени отвечать всем СМИ, которые «настроены не тепло к независимости Украины».

    Тем не менее еще 25 сентября в Нью-Йорке на полях Генассамблеи ООН Зеленский несколько минут общался с журналистами телеканала «Россия 1». Второй ведущий «60 минут» Евгений Попов успел задать украинскому лидеру вопрос о встрече в «нормандском формате».

  • Bu antivirus istifadəçiləri izləyirmiş

    Pulsuz “Avast” antivirus proqram təminatı istifadəçilərin məlumatını toplayaraq onları satırmış.

    Median.Az “ictnews”a bu haqda şirkətin baş direktoru Ondrej Vlçekə istinadən “Forbes” nəşri yazıb.

    Onun sözlərinə görə, Çexiyanın populyar 400 milyon istifadəçisinin məlumatları həqiqətən satılırdı, ancaq ilk öncə ad, URL ünvan və başqa şəxsi informasiya silinirdi. Vlçek dəqiqləşdirib ki, istifadəçilərin internetdəki aktivliyi “Avast” brauzerinin genişlənmələrinin köməyi ilə izlənilib, bundan sonra “Jumpshot” şirkəti anonim məlumatları təhlil edirdi.

    Bu səbəbdən bir neçə brauzer “Avast”ı casus proqram təminatı kimi tanıyıb. Şirkətin proqram təminatı, hətta “Mozilla” və “Opera” genişlənmələr mağazasından silinib.

  • Bakı-Məşhəd istiqamətində birbaşa uçuşlar başlayır

    16 dekabrdan etibarən İranın Məşhəd şəhəri ilə Azərbaycanın Bakı şəhəri arasında birbaşa aviareyslər təşkil olunacaq.

    Median.Az xəbər verir ki, bu barədə virtualaz.org-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

    Səfirlik bildirir ki, İran İslam Respublikası qardaş və dost Azərbaycan Respublikası ilə əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə Məşhəd-Bakı və əks istiqamətdə birbaşa uçuşlar təşkil olunacaq.

    Bu planın icraçısı “Bakustar” şirkətidir. “Bakustar” şirkəti Azərbaycan Respublikasının bütün sərnişinlərinə öz aviaxidmətlərini təklif edir.

    Məlumatda o da vurğulanır ki, qeyd olunan aviareys həftədə iki dəfə-1-ci və 4-cü günlər həyata keçiriləcək.

  • В Липецке вычислили лицо, «заминировавшее» здание во время концерта «HammAli & Navai»

    Сотрудники органов вычислили анонима, который в воскресенье, 8 декабря, «заминировал» в Липецке (РФ) культурно-развлекательный центр «Мегаполис».

    Напомним, ЧП случилось после 9 часов вечера, практически под конец концерта рэп-дуэта «HammAli & Navai». В правоохранительные органы позвонил неизвестный, сказав, что КРЦ заминирован.

    К «Мегаполису» стянулись спецслужбы, спасатели, полицейские и медики. Всех, кто находился в здании, вывели на улицу. Люди стояли на морозе без верхней одежды. Здание проверили. Никаких взрывоопасных предметов там не нашли.

    Как сообщили «КП-Липецк» в пресс-службе регионального УМВД России, телефонным террористом оказался 19-летний парень. Возбуждено уголовное дело по ч.2 ст.207 УК РФ «Заведомо ложное сообщение об акте терроризма».

    Кстати, по словам реперов, после концерта их машину обстреляли, когда они ехали мимо села Становое Липецкой области. Об этом они сообщили в полицию. А также поделились с подписчиками в Инстаграм, что запишут песню про улицы и перестрелки. На это, судя по всему, их вдохновили липецкие приключения.

  • E-imzanın şəxsiyyət vəsiqələrinə tətbiqi üzrə aparılan hazırlıq işləri tamamlanıb

    Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinə elektron imza (e-imza) sertifikatlarının inteqrasiyası üzrə aparılan hazırlıq işləri başa çatdırılıb.

    Median.Az xəbər verir ki, bunu “APA-Economics”ə “Idrak Technology Transfer” şirkətindən deyiblər.
    Şirkətdən bildirilib ki, bunun üçün nəzərdə tutulan proqram təminatı hazırlanıb.
    “Layihədə iştirakçı qismində çıxış edən müvafiq dövlət qurumları tərəfindən qərar verildikdən sonra inteqrasiya işlərinə başlanılacaq”, – deyə şirkətdən bildirilib.

    Hazırda şəxsiyyət vəsiqələrinə daxil ediləcək sertifikatlar üçün vacib olan sertifikat sorğusunun Milli Sertifikat Xidmətləri Mərkəzinin (MSXM) sınaq mühitində yaradılması təmin edilərək həmin sertifikatların MSXM-də qurulacaq infrastruktura uyğunlaşdırılması üçün sertifikat profili müəyyənləşdirilir. Yeni qurulacaq Mərkəzdə tətbiq ediləcək alqoritm seçimi üzərində araşdırmalar nüfuzlu beynəlxalq strukturların apardıqları sertifikatlaşdırma sınaqları nəzərə alınmaqla davam etdirilir.

  • Yol polisindən piyadaların vurulmasının qarşısını alacaq yenilik

    Piyadaların təhlükəsizliyini tam təmin etmək üçün Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumatverici lövhələr hazırlayıb.

    BDYPİ-dən bildirilib ki, magistral yollarda olan piyada keçidlərindən 200 və 400 metr əvvəl quraşdırılan lövhələrdə qeyd edilib ki, qarşıda piyada keçidi var və diqqətli olun.

    BDYPİ əməkdaşları ilk olaraq bu cür məlumatverici lövhələri Bakı-Sumqayıt və Bakı-Şamaxı yolu üzərində quraşdırıblar. Məqsəd sürücülərə piyada keçidinə az qaldığını bildirmək və sürəti şəraitə uyğunlaşdırmalarına kömək etməkdir.

    Sürücülər və piyadalar da bu cür nişanların yol kənarında quraşdırılmasının yaxşı olduğunu deyirlər. Onlar belə nişanların piyada vurulması hallarının azalmasında əhəmiyyətli olduğunu bildirirlər.

    Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, bu cür məlumatverici lövhələr dünya təcrübəsində də var və effektlidir. Belə nişanlar ilk dəfə Rusiyada hazırlanıb və onlar də uğurlu nəticə əldə ediblər.

    BDYPİ-nin Yol Patrul Xidməti Alayının komandir müavini Xosrov Nəcəfovun sözlərinə görə, ölkə yollarında bu ilin 11 ayında baş vermiş ağır qəzaların 60 faizi piyada vurulması ilə nəticələnib. Belə hadisələrin qarşısını almaq üçün hələlik 100-ə yaxın piyadalar üçün məlumatverici lövhələr hazırlanıb.

    Xosrov Nəcəfov onu da bildirib ki, gələcəkdə məktəblilər, mal-qaranın keçidiyi ərazilər və digər məlumatverici lövhələrin də hazırlanması planlaşdırılır.//Baku.ws

  • В Геранбое автомобиль сбил школьника

    В Геранбое произошло дорожно-транспортное происшествие.

    На дороге Баку-Газах на территории села Борсунлу Геранбойского района автомобиль марки Hyundai сбил школьника, передает АПА.

    Пострадавший помещен в реанимационное отделение Центральной районной больницы.

    Ведется расследование.

  • Abşeron rayonunda üçmərtəbəli evdə yanğın baş verib

    Abşeron rayonunda yaşayış evində yanğın baş verib.

    Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Görədil kəndində ümumi sahəsi 510 kvm olan üçmərtəbəli mansarda tipli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kvm sahədə yanıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.