Month: December 2019

  • Mehdiabadda “Chrysler” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, dekabrın 10-u saat 18 radələrində Mehdiabad gənclər şəhərciyinin ərazisində, orada yaşayan A.Məmmədov idarə etdiyi “Chrysler” markalı avtomobillə Bakı şəhər sakini Tamella Fərhadovanı vurub.

    Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

    Binəqədi RPİ-də faktla bağlı araşdırma aparılır.

  • “EuroHome”un sahibindən açıqlama – “Kompensasiya əvəzinə…” – VİDEO

    “Bizim mövqeyimiz yanğından ziyan çəkmiş kirayəçilərin minimum zərər ilə bu problemdən çıxamalarıdır”.

    Median.Az “Marja”ya istinadən xəbər verir ki, bunu jurnalistlərə güclü yanğın hadisəsinin baş verdiyi “EuroHome” ticarət mərkəzinin sahibi, “AF Holdinq” şirkətlər qrupunun prezidenti, iş adamı Azay Möhnətov bildirib.

    Azay Möhnətov, “Başqa sahələrimizdə icarədarları yerləşdirmək üçün dükanlarımız var. İcarədarları tezliklə yerləşdirəcəyik”,- deyib.

    O, “Kompensasiya olacaq?” sualına, “Kompensasiyanı bilmirəm. Biz kompensasiya əvəzində kirayədən pul almayacağıq. Adamları yerləşdirəcəyik, onlar da işləyib öz zərərlərini aradan qaldıracaqlar”.

    Azay Möhnətov bildirib ki, obyektin sığortalanmadığı barədə deyilənlər doğru deyil:

    “Sığorta olunub. Sığorta sənədləri də yanıb, biz indi o sənədlərin kopyalarını əldə etməyə çalışırıq. Axşam bütün kopyalar əlimizdə olacaq”.

  • Dünyanın ən nüfuzlu qadınları – SİYAHI

    “Forbes” jurnalı 2019-cu ilin ən nüfuzlu qadınlarının adlarını açıqlayıb.

    100 nəfərin arasından ilk yeri Almaniyanın kansleri Angela Merkel tutub.

    İkinci yerə BVF-nin direktoru Kristin Laqard layiq görülüb.

    Üçüncü yerə isə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi seçilib.

    Jurnalın məlumatına görə, 2019-cu ilin ən nüfuzlu qadınları arasında son yeri İsveç ekoaktivisti Qreta Tunberq tutub.

  • Bakıda Pakistan vətəndaşı küçədə döyüldü

    Bakıda əcnəbi vətəndaş naməlum şəxs tərəfindən döyülüb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda baş verib.

    Pakistan vətəndaşı, 1978-ci il təvəllüdlü Asoqullah Saxeda Jan Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq bildirib ki, gecə saatlarında Səbail rayonu, M.Hüseyn küçəsi 2 ünvanının qarşısında tanımadığı şəxslər tərəfindən döyülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Yeni açılacaq radio üçün 5 iddiaçı var

    Ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz tezliyinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 5 noyabr 2019-cu il tarixli iclasının qərarı ilə 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək elan olunmuş müsabiqə başa çatıb.

    Milli Televiziya və Radio Şurasından verilən məlumata görə, müsabiqə çərçivəsində 5 iddiaçı Şuraya sənədlərini təqdim edib. Sənədlərin qəbul olunması ardıcıllığı ilə həmin iddiaçıların adlarını təqdim edirik:

    “Real Təhlil və İnformasiya Mərkəzi” MMC
    “TV Media Azerbaijan” MMC
    “Balans Studiyası” MMC
    “İNS ÇM” MMC
    “OMD Azerbaijan” MMC

    “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1 maddəsinə əsasən, Milli Televiziya və Radio Şurası müsabiqənin başa çatmasından sonrakı 30 gün ərzində müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.

  • В Баку обманутый муж жестоко отомстил любовнику жены

    В самом криминальном районе Баку – Бинагадинском – произошел из ряда вон выходящий случай: мужчина жестоко наказал любовника своей жены.

    11 декабря униженный Казанова пожаловался в полицию и в надежде на сочувствие рассказал все, как было.

    Как передаёт Median.Az, об этом oxu.az сообщил источник в правоохранительных органах.

    По полученной информации, инцидент произошел 10 декабря в 21:00 в поселке Бинагади. 24-летний житель Сабирабадского района Э.З. (имя не называем по понятным соображениям) наведался в гости к знакомой. Однако романтическое свидание любовников было прервано неожиданным приходом домой 56-летнего мужа этой женщины.

    Любовник не успел скрыться. Хозяин дома поймал его и, совершив в отношении него действия сексуального характера, отпустил. Униженный, но живой, Э.З. обратился за помощью в 43-е отделение полиции.

    Однако столь нестандартный подход обманутого мужа к вопросам измены и наказания за нее поставил в тупик сотрудников правоохранительных органов. Последние все еще думают, как квалифицировать действия обманутого мужа.

    Отметим, что статья 149 (Изнасилование) Уголовного кодекса предусматривает лишение свободы сроком от 4 до 8 лет.

  • Bakıda xəyanətə uğramış ər arvadının sevgilisindən ağlasığmaz intiqam aldı

    Bakının ən kriminal rayonu olan Binəqədidə kişi arvadının sevgilisini qəddarcasına cəzalandırıb.

    Dekabrın 11-də ləyaqəti alçaldılmış Kazanova polisə müraciət edərək, baş verənləri olduğu kimi danışıb.

    Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Hadisə dekabrın 10-da, saat 21:00 radələrində Binəqədi qəsəbəsində baş verib.

    Sabirabad rayonunun 24 yaşlı sakini E.Z. (aydın səbəblərdən adını çəkmirik) tanışıgilə qonaq gedir. Lakin sevgililərin romantik görüşü qadının 56 yaşlı ərinin qəfil gəlişi ilə yarımçıq qalıb.

    Qadının sevgilisi gizlənməyə imkan tapmır. Ev sahibi onu tutaraq, ona qarşı cinsi xarakterli hərəkət etdikdən sonra buraxıb. Alçalmış, ancaq sağ qalan E.Z. 43-cü Polis Bölməsinə müraciət edib.

    Ancaq aldadılmış ərin ona xəyanət və cəza məsələlərinə belə qeyri-standart yanaşması hüquq-mühafizə orqanlarının əməkdaşlarını çaşqınlığa salıb. Sonuncular hələ də aldadılmış ərin hərəkətlərini necə qeydiyyatdan keçirəcəyini düşünürlər.

    Qeyd edək ki, Cinayət Məcəlləsinin 149-cu (Zorlama) maddəsi ilə dörd ildən səkkiz ilədək həbs cəzası nəzərdə tutulur.

  • Сегодня бакинское метро будет работать на полчаса дольше

    Сегодня в 21:55 на Республиканском стадионе имени Тофика Бахрамова футбольный клуб “Карабах” проведет последний матч в рамках группового этапа Лиги Европы УЕФА.

    Как говорится в сообщении пресс-службы ЗАО “Бакинский метрополитен”, в связи с этим метро будет работать до 00:30.

  • Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək

    “Qarabağ” futbol klubu bu gün saat 21:55-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu keçirəcək.

    “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən bildirilib ki, qarşılaşmanı arenadan canlı izləyəcək tamaşaçılar 00:30-a qədər metropolitenin “Gənclik” stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər.

    Onu da əlavə edək ki, digər stansiyaların girişi adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq.

  • Публикация Мехрибан Алиевой в связи с днем памяти Гейдара Алиева – ВИДЕО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева разместила в Instagram видео, посвященное 16-й годовщине кончины общенационального лидера Гейдара Алиева.

    Видео подготовлено Фондом Гейдара Алиева.