Month: December 2019

  • В Гарадагском районе за кражу 20.000 манатов задержан житель столицы

    Как сообщает Median.Az, сотрудники Гарадагского РУП в результате оперативно-розыскных мер задержали жителя столицы А.Гейдарова, который 6-го декабря вместе с “поддельником” украли из дома на территории района 20.000 манатов.

    Личность соучастника преступления установленна, ведется его розыск.

    В Следственном отделе Гарадагского РУП возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Qaradağda evdən 20.000 manat oğurlayan şəxs tutulub

    Median.Az xəbər verir ki, Qaradağ RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-da rayon ərazisindəki evdən 20.000 manat oğurlayan Bakı şəhər sakini Ə.Heydərov saxlanılıb.

    Cinayətdə iştirak edən əvvəllər məhkum olunmuş daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

    Qaradağ RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Yol qəzaları ilə bağlı qorxunc statistika açıqlandı – HƏYƏCAN TƏBİLİ

    11 ay ərzində baş verən yol qəzaları nəticəsində təkcə Bakıda 167 nəfər həyatını itirib.

    Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov məlumat verib.

    Onun sözlərinə görə, bu ilin 11 ayı ərzində təkcə Bakıda 167 nəfər yol-nəqliyyat hadisələrinin qurbanı olub:

    “Bu istiqamətdə çoxsaylı maarifləndirmə tədbirləri aparsaq da, təəssüf ki, yol qəzalarında həyatını itirən insanların sayı yenə də çoxdur. Təəssüf doğuran məqamlardan biri isə yol qəzalarında daha çox piyadaların ölməsidir. Qəzaların 50 faizi isə yolun piyadalar üçün təyin olunmayan hissəsindən keçən şəxslərə görə baş verib.

    2019-cu ilin yanvar-noyabr ayları ərzində Bakı şəhəri ərazisində 488 yol yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalarda 167 nəfər ölüb, 438 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Daha dəqiq desək, piyada vurulması ilə nəticələnən yol qəzalarının sayı 294 olub. Həmin qəzalarda isə 107 nəfər ölüb, 187 nəfər isə müxtəlif xəsarət alıb” .

    V.Əsədov onu da əlavə edib ki, bu göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb:

    “Ötən ilin eyni dövrü ilə müqayisə etdikdə, piyadaların avtomobillərlə vurulması ümumi yol qəzalarının 64 faizini təşkil edir. Bu, artıq həyəcan təbilinin çalınması deməkdir. Yol qəzalarının böyük əksəriyyəti axşam saatlarında və işıqlandırma ilə bağlı problem olan yollarda, eləcə də, piyadalar üçün nəzərdə tutulmuş yerüstü və yeraltı keçidlərin yaxınlığında qeydə alınıb.

    Biz dəfələrlə piyadalara müraciət edərək bildiririk ki, əvvəlcə öz təhlükəsizliyinizə görə, daha sonra isə yol hərəkəti qaydalarına və ətrafdakı digər insanların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə qaydalara əməl etsinlər. Yolu keçərkən qulaqcıqlardan istifadə etmək olmaz”.

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovun sözlərinə görə, aparılan təbliğat işləri, yol hərəkəti iştirakçılarının maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə baxmayaraq, bəzi piyadalar yol hərəkəti qaydalarına əməl etmirlər.

    Elə buna görə də, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi nöbəti dəfə piyadalara müraciət edib. Bununla yanaşı, piyadalara tövsiyə olnur ki, yolda hərəkət zamanı qulaqcıqlardan istifadə etməsinlər, geyimlərinin üzərində işıqqaytarıcı elementlərin olmasına diqqət etsinlər.

  • Nazir müavinindən direktorlara və təhsil şöbələrinin müdirlərinə – XƏBƏRDARLIQ

    Təhsil Nazirliyi şagirdlərin dərsə davamiyyəti zəif olan məktəblərdə məsuliyyətsiz direktorlar və təhsil şöbələrinin müdirləri barədə ciddi addımlar atacaq.

    “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

    Onun sözlərinə görə, bu gün təhsil sahəsində narahatedici əsas məsələlər təhsil ictimaiyyəti ilə müzakirə olunur:

    “Bu müzakirələrin içərisində şagirdlərin dərsə davamiyyəti də diqqətimizi çəkən aktual məsələlərdəndir. Bu dərs ilindən etibarən Təhsil Nazirliyi tərəfindən elektron şagird yerdəyişməsi sistemi fəaliyyətə başlayıb və həmin sistemdə bu gün biz, oxuduğu məktəbdən asılı olmayaraq başqa məktəbə keçid edən şagird haqqında məlumatı görürük”.

    M.Vəliyeva bildirib ki, mərkəzi məktəblərdən ucqar məktəblərə gedən şagirdlərin ailəsi ilə birlikdə köçdükdə dərsə davamiyyətinə yerli təhsil idarəetmə orqanı nəzarət edir:

    “Bununla bağlı Təhsil Nazirliyi tərəfindən yerli təhsil idarəetmə orqanlarına, təhsil şöbələrinin müdirlərinə, o cümlədən, məktəb rəhbərlərinə ciddi şəkildə tapşırıq verilib ki, məktəblərdə, xüsusən 10-11-ci siniflərə qəbul olunan şagirdlərin dərsə davamiyyəti məsələsi xüsusi nəzarətə götürülsün. Şagirdlər və valideynlərlə bu barədə söhbətlər aparılsın”.

  • Пользователи Instagram снова могут “взламывать” закрытые профили – ФОТО

    В социальной сети Instagram появилось приложение Postegro, позволяющее просматривать скрытые учетные записи.

    Как передает Report, ранее подобная функция была доступна при помощи приложения Ghosty, которую заблокировали в прошлом месяце.

    Новое приложение Postegro доступно в Play Store.

    После загрузки приложения на телефон необходимо принять условия конфиденциальности, а затем открыть профиль Instagram внутри данного приложения. После этого пользователь может просматривать фото и видео в закрытых профилях.

  • “Instagram”da bağlı profilləri “qıran” tətbiq yenidən təqdim edilib – FOTO

    “Instagram” sosial şəbəkəsində bağlı profillərdə olan məzmunlara baxmaq üçün proqram yenidən istifadəçilərə təqdim edilib.

    “Report”un məlumatına görə, bir vaxtlar bağlı hesablara “Ghosty” adı ilə fəaliyyət göstərən proqramla baxmaq mümkün idi.

    “Ghosty” proqramı bloklanandan sonra istifadəçilər “Postegro” adı ilə yenidən “Play Store”da mövcud olan proqramla bağlı profillərdə olan məzmunlara baxa biləcəklər.

    Tətbiq telefona yükləndikdən sonra proqramın şərtlərini qəbul edib, “Instagram” hesabını həmin proqramın daxilində açmaq tələb olunur. Bundan sonra hesabı bağlı olan istənilən istifadəçinin profilindəki foto və videoları görmək olur.

  • Задержаны бывшие сотрудники сети маркетов OBA – СПИСОК

    Арестованы четверо бывших сотрудников сети маркетов OBA.

    Как передает Report, бывшие работники маркета, расположенного в поселке Нардаран Сабунчинского района, присвоили деньги, вырученные с продажи продуктов питания.

    В ходе проведенной полицейскими операции арестованы Рамиз Гусейнов, Гусейн Рзаев, Али Джавадов и Фазиль Тагиев.

    В отношении задержанных возбуждено уголовное дело.

  • OBA marketlər şəbəkəsinin keçmiş əməkdaşları tutuldu – SİYAHI

    OBA marketlər şəbəkəsinin dörd keçmiş əməkdaşı həbs edilib.

    Report xəbər verir ki, marketlər şəbəkəsinin Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən mağazasında ərzaq məhsullarını sataraq pulları mənimsəyən keçmiş əməkdaşları saxlanılıb.

    Polislər tərəfindən kecirilən əməliyyat zamanı mağazanın işdən çıxarılmış keçmiş işçiləri Ramiz Hüseynov, Hüseyn Rzayev, Əli Cavadov və Fazil Tağıyev saxlanılıblar.

    Onların barəsində cinayət işi açılıb.

  • Госкомстат: в ноябре инфляция в Азербайджане составила 0,5%

    Инфляция в Азербайджане в ноябре 2019 года составила 0,5% против 0,4% в октябре.

    Как передает “Интерфакс-Азербайджан” со ссылкой на Госкомитет статистики, за отчетный период цены на продовольственные товары, напитки и табак выросли на 0,9%, на непродовольственные товары – на 0,2%, услуги населению подорожали на 0,1%”.

    Среднегодовая инфляция в Азербайджане на конец ноября составила 2,6% (на конец октября 2019 года – 2,6%). В том числе среднегодовая инфляция по продовольственным товарам – 3,8%, по непродовольственным товарам – 1,2%, услугам – 2,1%.

    Правительство Азербайджана на 2019 год прогнозирует среднегодовую инфляцию на уровне 3,2%.

    В 2018 году среднегодовая инфляция в Азербайджане составила 2,3%.

  • Azərbaycanda inflyasiya göstəriciləri açıqlanıb

    2019-cu ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 102,6 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 103,8 faiz, qeyri-ərzaq malları üzrə 101,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 102,1 faiz təşkil edib.

    Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

    Noyabr ayında oktyabr ayına nisbətən istehlak qiymətləri indeksi 100,5 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 100,9 faiz, qeyri-ərzaq malları üzrə 100,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 100,1 faiz təşkil edib.

    2019-cu ilin noyabr ayında əvvəlki ayla müqayisədə, düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, təzə balığın, kolbasa məmulatlarının, südün, pendirin, yoqurtun, kəsmiyin, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, bananın, almanın, armudun, üzümün, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, qəhvənin, çayın, meyvə şirəsinin qiymətlərində bahalaşma, qatılaşdırılmış şəkərli südün, xamanın, portağalın, naringinin, heyvanın, narın, kivinin, xurmanın, şabalıdın, kələmin, balqabağın, yerkökünün, soğanın, kartofun qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

    Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    Noyabr ayında oktyabr ayına nisbətən qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, toz şəklində sintetik yuyucu vasitələrin, divar kağızlarının, kərpicin, kəsilmiş taxtanın, nitro və sulu boyaların, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, soyuducuların, kondisionerlərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, mobil telefonların, noutbuk və planşet tipli kompüterlərin, televizorların, sementin qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

    Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    2019-cu ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmiri, təmizlənməsi və kirayəsi, ayaqqabıların təmiri, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin, mənzillərin icarə haqqının qiymətləri bahalaşıb, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb.

    Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.