Month: December 2019

  • “Eurohome”da sahibkarların yanan pullarını kim ödəyəcək? – ARAŞDIRMA

    2 gün öncə “Eurohome” ticarət mərkəzində baş vermiş yanğın yenidən ticarət mərkəzlərinin sığorta məsələsini gündəmə gətirdi.

    Baku.ws xəbər verir ki, bu məsələ ilə bağlı hazırda fərqli iddialar mövcuddur.

    Ticarət mərkəzinin sahibi, iş adamı Azay Möhnətov obyektin sığortalı olduğunu, lakin yanğında həmin sənədlərin də yandığını söyləyib.

    “Sığorta sənədləri yanğın olan yerdə olub, biz indi onu araşdırırıq və həmin sənədlənin kopyalarını gətirəcəyik. Hələlik sığorta şirkətlərinin kimə nə qədər kompensasiya ödəyəcəyi məlum deyil. İndi hansı əsasla kimə nə qədər kompensasiya verilməsi məlum deyil, biz onları bilmirik, araşdırılacaq və deyilcək”.


    O, kompensiyaya alternativ olaraq belə bir versiya da irəli sürüb ki, yanğından əziyyət çəkən mağaza sahibləri başqa yerlərdə mağaza ilə təmin olunacaq və kompensasiya qarşılığı olaraq onlardan kirayə haqqı alınmayacaq.

    Lakin, mağaza sahibləri fərqli fikirləri söyləyirlər. Onlar obyektlərin sığortalı olmadığını bildirirlər. Sahibkarların sözlərinə görə, yanğında 100-dən çox mağazaya ziyan dəyib və onların yarısından çoxu isə sığortalanmayıb.

    Rəsmi məlumata görə, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Hadisə zamanı azı 9 nəfər xəsarət alıb. Yanğınla bağlı Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    Kimin haqlı olduğunu demək hələlik mümkün deyil. Çünki ortada heç bir sənəd yoxdur. Amma yüz faiz dəqiq olan bir şey var ki, 100-dən çox sahibkara külli miqdarda ziyan dəyib. Dəymiş ziyanın məbləği dəqiq binməsə də, milyonlara ölçüləcəyini demək mümkündür. Sahibkarların ticarətlərini bərpa etməsi yaxın gələcək üçün real görünmür.

    Yaşanmış acı təcrübədən nəticə çıxarılmır

    Buna bənzər bir neçə hadisə 2019-cu il ərzində baş versə də, hələ ticarət mərkəzləri və sahibkarlar bunlardan dərs çıxarmaq istəmirlər. Məsələn, 26 martda Nizami rayonunda “Diqlas” ticarət mərkəzindəki yanğını xatırlayaq.

    Həmin yanğında ümumilikdə 410-a yaxın sahibkarın mağazası yandı. Ümumi ziyanın dəyərinin 200 milyon manata yaxın olduğu bildirilirdi. Yanğın nəticəsində 4 mərtəbəli ticarət mərkəzi yanaraq kül oldu.


    Yanğından sonra məlum oldu ki, mağazalar sığortalı olmayıb. Əslində beynəlxalq təcrübədə belə bir şey olmasa da, Azərbaycanda sahibkarlara dəstək məqsədilə dövlət büdcəsindən onlara yardım arıldı. Prezidentin sərəncamı ilə yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə 3,0 (üç) milyon manat ayrılıb. Bundan başqa, yanğınla əlaqədar yaradılmış Komissiya sahibkarların başqa obyektlərdə yerləşdirilməsini təmin ediblər. Hətta onlardan bir neçə ay icarə haqqı da alınmayıb.

    Başqa bir hadisə 22 avqustda Dərnəgüldəki taxta bazarında baş vermişdi. Həmin yanğında 22 mağaza yandı. Ümumilikdə isə dəyənən ziyanın 5 milyon manata yaxın olduğu bildirilirdi. Burada da təəssüf ki, mənzərə eyni idi: heç bir obyekt sığortalanmamışdı.


    Bunlardan başqa, “Sədərək” və “Bin” ticarət mərkəzlərində də dəfələrlə güclü yanğınlar olub və bir çox sahibkara ziyan dəyib. Amma hələ də bu hadisələrdən nəticə çıxarmaq istəməyən iş adamları və sahibkarlar var. Hadisə baş verdikdən sonra çıxılmaz vəziyyətdə qalırlar və günahkar axtarmağa başlayırlar.

    Məsələn, “Eurohome”dakı yanğından sonra mağaza sahibləri Bakı-Sumqayıt yolunu bağlayıblar və dəymiş ziyanı qarşılanmasını tələb ediblər. Sual olunur ki, dəymiş ziyanı kim ödəməlidir? Bunun bir cavabı var ki, bu, yalnız sığortalanmış əmlak sahiblərinə ödənilir. Növbəti sual yaranır? Həmin mağaza sahibləri obyektlərini sığortalamışdı? Maraqlısı budur ki, sahibkarlar sığortalanmadığını deyir, ticarət mərkəzi sahibi Azay Möhnətov isə sığortalandığını deyir. Ən yaxşısı araşdırmanın nəticəsini gözləməkdir.

    Qanunvericilik

    2011-ci ildən etibarən tətbiq edilən “İcbari sığortalar haqqında” Qanuna görə, Azərbaycanda istər hüquqi, istər sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslərin, istərsə də vətəndaşların əmlakı məcburi qaydada sığortaya cəlb olunmalıdır. İnzibati Xətalar Məcəlləsində sığorta olunmamağa görə həm fiziki, həm də hüquqi şəxslər üçün cərimə müəyyən edilib.

    Qanuna əsasən, sığorta yalnız daşınmaz əmlakın özünə şamil olunur. Bu zaman daşınmaz əmlak deyəndə onun konstruksiyası, tavanı, döşəməsi, elektrik xətləri və.s nəzərdə tutulur. “İcbari sığorta” haqqında qanunun tələbinə uyğun olaraq daşınmaz əmlakını sığorta etdirən sahibkarlar hansısa sığorta hadisəsi baş verdikdə dəymiş ziyanın qarşılanmasını tələb edə bilər.

    Sığorta daşınmaz əmlakın içərisində olan mallar, mebel, avadanlıq və s. isə icbari sığortaya aid deyil. Bunların sığortalanması sahibkarların öz seçiminə aid olan məsələdir.

    Sığorta bazarı üzrə ekspert Xəyal Məmmədxanlı modern.az-a açıqlamasında başqa bir problemə diqqət çəkib:

    “Burada da başqa bir problem ortaya çıxır. Bu kimi ticarət mərkəzlərindəki sahibkarların bütün malları rəsmi uçotdan kənardır. Onların heç birinin mağazasında nə qədər mal olduğuna dair rəsmi sənəd yoxdur. Əsasən vergidən yayınma hallarında buna rast gəlinir. Bu da sığorta şirkəti üçün başqa bir problem yaradır. Çünki şirkətin həmin malları sığotalaması üçün mütləq şəkildə rəsmi uçot və hesabat sistemi olmalıdır. Hadisə zamanı sığorta şirkəti binanın içərisində neçə manatlıq malın zərər gördüyünü müəyyənləşdirə bilmir”.


    Onun sözlərinə görə, bu cür obyektlərin əksəriyyətində bir çıxarış olur:

    “Ticarət mərkəzlərindəki ayrı-ayrı mağazalarla heç icarə müqaviləsi bağlanmır. Bəzi hallarda iri şirkətlər ticarət mərkəzini rəsmi müqavilə bağlamağa məcbur edirlər. Əksər hallarda çoxu qeyri-rəsmi işləyir. Bu baxımdan sahibkar istəsə belə, rəsmi müqaviləsi olmadığından, sığorta müqaviləsi bağlaya bilmir. Əgər orada müəyyən olunsa ki, ərazi sığortalanmayıb və Fövqəladə Hallar Nazirliyi ticarət mərkəzi barədə tədbir görməyib, bu halda nazirliyin də məsuliyyəti yaranır. Əgər sığorta müqaviləsi aşağı məbləğə bağlanıbsa, burada sahibkar özü günahkardır”.

  • Azərbaycanda DƏHŞƏT: Pula görə sevgilisinin üstünə benzin töküb yandırdı – VİDEO

    Azərbaycanda kişi pula görə sevgilisini yandırıb.

    Median.Az xəbər verir ki, Əflatun Ələkbərov adlı şəxs qeyri-rəsmi nikahda yaşadığı Tovuz rayonunun Əlibəyli kəndi yaşayan Nişanə Bayramovanın üstünə benzin tökərək yandırıb.

    Hadisə 15 noyabr 2018-ci ildə baş verib. Sevgililər arasında münaqişə pul üstündə düşüb. Belə ki, Əflatun Nişanənin qazandığı pul ilə özünə avtomobil alıb. Qadın pulu geri istədikdə dava düşüb və nəticədə bu cinayət baş verib.

    Qadının üzü, əlləri, sinəsi, çiyinləri, bir sözlə açıqda olan bədən hissələri ağır dərəcəli bədən xəsarətləri alıb. N.Bayramova yanıq xəsarətlərinin plastik əməliyyat yolu ilə aradan götürülməsi üçün “Səni axtarıram” proqramına çıxıb. Xoşqədəm Hidayətqızı ona kömək edəcəyinə söz verib.

    Nişanənin üzünü və bədənini yandıran Əflatun bu cinayəti törətdiyinə görə 11 il 3 ay azadlıqdan məhrum edilib.//Baku.ws

  • Qardaşını itirən Vəfa: “Yollarımız çox tez ayrıldı” – FOTO

    “Yollarımız çox tez ayrıldı. Tək təsəllim getdiyin yerin buradan daha gözəl olmasıdır, qardaşım”.

    Median.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Vəfa Zeynalova bu sözləri artıq dünyada olmayan qardaşına ünvanlayıb.

    Tanınmış aktrisanın “İnstaqram” hesabındakı bu paylaşıma çoxsaylı başsağlı gəlib.

    Qeyd edək ki, aktrisanın xərçəng xəstəliyindən əziyyət çəkən qardaşı bir neçə gün vəfat edib.

  • YAP Milli Məclisə seçkilərdə səlahiyyətli nümayəndələrinin adlarını açıqladı – SİYAHI

    2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Mərkəzi Seçki Komissiyasının (MSK) qərarının tam mətni açıqlanıb.

    Baku.ws xəbər verir ki, qərarla aşağıdakı şəxslər Yeni Azərbaycan Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınıblar:

    Səlahiyyətli nümayəndələr:

    Əli Cavad oğlu Əhmədov

    Rahil Səhrab oğlu Şükürov

    Sevinc Qurban qızı Abdullayeva

    Ramiz Cahandar oğlu Göyüşov

    Seyidməmməd İlhami oğlu Məmmədzadə

    Hacı Əhməd oğlu İbrahimov

    Namiq Məcid oğlu Əhmədov

    İlham Rəsul oğlu Məmmədov

    Rasim Əmir oğlu Nəbiyev

    Tağı Məhəmməd oğlu Əhmədov

    İlqar Fərzulla oğlu Quliyev

    Şahin Sücəddin oğlu Quliyev

    Nurulla Nurulla oğlu Məmmədov

    Vaqif Məhərrəm oğlu Novruzov

    Namiq Ehtibar oğlu Gəncəyev

    Xeyrulla İman oğlu Hümbətov

    Sübhan Eynur oğlu Əmirov

    Aynur Baba qızı Abbaszadə

    Ramil Vaqif oğlu Vəlibəyov

    Rəşad Ağəli oğlu Abbasəliyev

    Ramidə Dursun qızı İbrahimova

    Bəxtiyar Əli oğlu Qasımov

    Zəfər Rafiq oğlu Bayramov

    Zəkiyyə Balağa qızı Musayeva

    Vüqar Səməndər oğlu Seyidov

    Salman Məhyəddin oğlu Əbdülov

    Mayıl Qəşəm oğlu Kərimov

    Aygün Əkbər qızı Əhmədli

    Yeganə Məhəmmədəli qızı Qurbanova

    Hacısultan Əmirçoban oğlu Ramaldanov

    Mehman Elman oğlu Rzayev

    İbrahim Həsən oğlu Cəfərov

    Hüseyn Tağı oğlu Budaqov

    Orxan Bəxtiyar oğlu Əhmədov

    Elnarə Laqət qızı Yusifova

    Vasif Yusif oğlu Səfiyarov

    İlahə Arif qızı Əliyeva

    Emin Baloğlan oğlu Əliyev

    Ülvi Tofiq oğlu Salmanov

    Emil Şakir oğlu Fətiyev

    Cavanşir Nəriman oğlu Yusubov

    Vidadi Mürsəl oğlu Qarayev

    Rafiq Vaqif oğlu Əliyev

    Şahin Abbas oğlu Yusifov

    Kamil Sambur oğlu Sultanov

    Əhməd Baloğlan oğlu Baloğlanov

    Hüseyn Ağahüseyn oğlu Kərimov

    Tahirə Hidayət qızı İbrahimova

    Teymurşah Hümmət oğlu İşıqov

    Fazil Sultanəli oğlu Rəhmətov

    Niyazi Ağakişi oğlu Ağayev

    İsmayıl Hüseyn oğlu İbrahimov

    Elmar Ağakişi oğlu Əhmədov

    Fazil Sabir oğlu Məhərrəmov

    Ülvi Cəlil oğlu Fərzəliyev

    Vüqar Aslan oğlu Astanov

    Qalib Həmzə oğlu Rəhbəri

    Nail Əligüllah oğlu Xanməmmədov

    Aqşin Əhmədağa oğlu Əliyev

    Əjdər Hüsən oğlu Niftiyev

    Hafiz Məşi oğlu Cavadov

    Əfrahim İsmayıl oğlu Hüseynov

    Nadejda İvanovna Jitkova

    Səfalı Bayramalı oğlu Paşayev

    Aygün Balağa qızı Quliyeva

    Mahir Xanış oğlu Mirzəyev

    Möhübbət Hacıbaba oğlu Babayev

    Böyükağa Salam oğlu Axundov

    Əlimərdan Ələkbər oğlu Əliyev

    Əliziyə Arif oğlu Ağayev

    Rauf Həbib oğlu Hüseynov

    Cəlil Yüzbaşı oğlu Baxşıyev

    Qasım Əlibaba oğlu Qasımov

    Orucəli Seyfəddin oğlu Qasımov

    Müşfiq Arzuman oğlu Səfərov

    Rövşən Nağı oğlu Əhmədov

    Nazim Əlaslan oğlu Bünyatov

    Aydın Mirzəli oğlu Rəşidli

    Fərid Əzizağa oğlu Əliyev

    Sevil Kazım qızı Əhmədova

    Füzuli Tahir oğlu Abdullayev

    Ləman Amil qızı Hacıyeva

    Tural Zayıt oğlu Əhmədov

    Elnur Tahir oğlu İmranlı

    Fərid Əli oğlu İsmayılov

    Rəmzi Tehran oğlu Şirinov

    Səba Həsən qızı Məmmədova

    Faqət Nəcəb qızı Şadlinskaya

    Kamil Abbas oğlu Məmmədov

    Əzra Müzəffər qızı Həşimova

    Elçin Şəmil oğlu İsmayılov

    Şövqi Aşır oğlu Həsənov

    Azər Həkim oğlu Qəhrəmanov

    Yusif Ələkbər oğlu Mehdiyev

    Namiq Savalan oğlu Məmmədov

    Gündüz Çankay oğlu Bayramov

    Xəyyam Abil oğlu Vəliyev

    Rüstəm Vaqif oğlu Nağıyev

    Arifə İsrafil qızı Abbasova

    Sevda Dəmir qızı Səfərova

    Ömər Tacəddin oğlu Osmanov

    Nadir Ramiz oğlu Hüseynov

    Ehtiram Ehtibar oğlu Yusifov

    Famil Şamil oğlu Rəhimov

    Natiq Şükür oğlu Allahverdiyev

    Rafiq Abduləli oğlu Rasulov

    Cahangir Şükür oğlu Nəbiyev

    Yusif Hacıbala oğlu Şükürlü

    Abil Adil oğlu Ağasəfov

    Mehman Nəriman oğlu Ramazanov

    Səyyad Məcid oğlu Mirzəyev

    Elməddin Heydər oğlu Abbasov

    Arif Aydın oğlu Fərzəliyev

    Xaliq Arif oğlu Musayev

    Azər İngilis oğlu Süleymanov

    Qənaət Fərəş oğlu Əsgərov

    Elmir Zakir oğlu Rzayev

    Nərmin Füzuli qızı Hüseynzadə

    Kənan Elxan oğlu Hüseynli

    Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:

    Siyavuş Dünyamalı oğlu Novruzov.

  • В Баку сотрудник ДПС оторвал “ногу” водителю-нарушителю – ВИДЕО

    В Баку задержан водитель грузового автомобиля.

    Как передает Median.Az, преследуемый сотрудниками дорожной полиции водитель грузового автомобиля был остановлен рядом со станцией метро “20 Января”.

    Как видно на видео, сотрудники ДПС, остановив нарушителя, подбегают к автомобилю, чтобы извлечь водителя из салона, однако тот оказывает сопротивление. Один из полицейских, взяв за ногу нарушителя, пытается стянуть его из кабинки автомобиля. В это время у водителя отрывается протез ноги.

    Позже становится известно, что водитель-нарушитель является инвалидом.//Baku.ws

    Представляем вам данные кадры:

  • Bakıda sürücü “ayağını” çıxarıb polisi vurmaq istədi – VİDEO

    Bakıda yük avtomobilinin sürücüsü polis əməkdaşları tərəfindən yaxalanıb.

    Baku.ws-in əldə etdiyi görüntülərdən göründüyü kimi, YPX-dan qaçan sürücü 20 Yanvar dairəsi yaxınlığında tıxaca düşüb.

    Dərhal avtomobildən düşən polis əməkdaşı yük maşının sürücüsünü saxlamaq istəyib. Qapını açan polis sürücünün ayağından tutub və onu yük avtomobilindən düşürməyə cəhd edib. Ancaq sürücünün protez ayağı polisin əlində qalıb.

    Məlum olub ki, yük avtomobilinin sürücüsü əlildir. Qayda pozan və polisin saxla əmrinə tabe olmayan sürücü saxlanılıb.

  • KamAZ-ın təkərləri altında can verən şagirdlərlə bağlı ürək dağlayan faktlar – VİDEO

    Dekabrın 10-da saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindən Sulutəpə qəsəbəsi istiqamətində faciəvi şəkildə vəfat edən iki gənclə bağlı bəzi təfərrüatları əldə etmişik.

    Baku.ws xəbər verir ki, “KamAZ 53212” markalı 17-BC-869 dövlət qeydiyyat nişanlı yük maşınının vurduğu Tural Mustafa oğlu Cabbarlı və Dilarə Bəxtiyar qızı Sultanlı orta məktəbin 11-ci sinif şagirdləri olublar.

    Onlar barədə bəzi məlumatları əldə etmişik.

    Tural Mustafa oğlu Cabbarlı Biləcəri qəsəbəsində yerləşən Seymur Məmmədov adına 301 saylı tam orta məktəbin 11-ci sinifində təhsil alırdı.

    Məktəbin direktor müavini Təranə Paşayeva BAKU.WS-ə açıqlamasında bildirib ki, Tural Cabbarlı nümunəvi şəgirdlərdən olub.


    “O, həm dərslərini yaxşı oxuyurdu, həm də nizamlı şagirdlərimizdən idi. Davranış qaydalarında da nümunəvi idi. Dərslərini də yaxşı oxuyurdu.

    Hadisədən çox kədərlənmişik. İndi də özümə gələ bilmirəm, sanki yuxudayam, inanmağım gəlmir”, – deyə Təranə Paşayeva bildirib.


    Tural Cabbarlı ailənin ikinci övladı olub. Ondan böyük qardaşı xaricdə təhsil alır.

    Qeyd edək ki, Dilarə Bəxtiyar qızı Sultanlı Füzuli rayon 48 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olub. O, bu məktəbə 10-cu sinifdən daxil olub.

    Əvvəllər isə Biləcəri qəsəbəsində yerləşən 314 nömrəli tam orta məktəbdə təhsil alıb.

    Məktəbin direktoru Nadir Əliyev Baku.ws-ə açıqlamasında bildirib ki, Dilarə Sultanlı oxuduğu dövrdə çox bacarıqlı şagirdlərdən olub. Həm dərslərində, həm də nizam-intizamda nəticələri əla olub.


    Dilarə Sultanlının hazırda təhsil aldığı 48 nömrəli tam orta məktəbdən də onun barəsində xoş sözlər söylədilər. Bildirildi ki, Dilarə Sultanlı çox yaxşı şagird olub. Dərslərində bacarıqlı olub, nizam-intizamlı şagirdlərdən olub.

    Qeyd edək ki, Dilarə Sultanlı ailənin yeganə övladı olub.

  • Gəncədə toyuq emalı sexində iyrənc mənzərə – FOTO

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyin əməkdaşları Gəncə şəhəri, 1-ci mikrorayon, Fərhad Əliyev küçəsində fəaliyyət göstərən toyuq emalı sexinə yoxlama keçiriblər.

    AQTA-dan oxu.az-a bildirilib ki, yoxlama zamanı müəssisənin antisanitar şəraitdə, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət etmədən və qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi müəyyən olunub.

    Məlum olub ki, müəssisə yüksək riskli məhsullar qrupuna daxil olan toyuq ətini (budunu) emal edərək müxtəlif dönərxanalara paylanması zamanı normativ sənədlərin tələblərinə əməl etmir.

    Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

  • İtən təyyarənin axtarışları zamanı meyitlər tapıldı

    Antarktida yolunda itkin düşən Çili HHQ-nin təyyarəsinin axtarışları zamanı meyitlər tapılıb.

    Lenta.ru-nun məlumatına görə, bu barədə “Cooperativa” radiostansiyası xəbər yayıb.

    Respublika HHQ axtarış ərazisində təyyarənin hissələri və qəza qurbanlarının cəsədlərinin qalıqlarını tapdıqlarını təsdiqləyiblər.

    Meyitlər pilotlarla əlaqənin kəsildiyi yerdən 40 km kənarda aşkarlanıb.

    Qeyd edək ki, dekabrın 10-da Çili HHQ-nin nəqliyyat təyyarəsinin radarlardan itdiyi bildirilmişdi. Hava gəmisinin göyərtəsində 38 nəfər olub.

  • Bakıda sakinlər səhəri qorxu ilə açdı – 70 nəfər xilas edildi

    Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində 2 otaqlı mənzildə yanğın olub.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 95 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 10 m² sahədə yanıb.

    Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 70 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.