Month: December 2019

  • DİQQƏT! Bakıda bu yollar bağlandı – SİYAHI

    Bu gün ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

    Bu barədə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə bildirib.

    Verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 08:00-dan tədbir tam başa çatanadək Fəxri Xiyaban istiqamətində Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

    Belə ki, ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində,

    Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından,

    eyni zamanda, Milli Məclisin arxasından, Parlament prospekti istiqamətində, yəni Abbasqulu Abbaszadə, İzzət Nəbiyev və

    Milli Qəhrəman Şövqiyar Abdullayev adına küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.

    Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər.

    Həmçinin mənzil başına çatmaq üçün alternativ yollardan istifadə etmək tövsiyə olunur. Ulu Öndərin məzarını ziyarətə gələnlərdən də, ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunur.

  • Bakıda gənc yoxa çıxdı

    Bakıda, Xəzər rayonunun Türkan qəsəbəsində 25 yaşlı gənc itkin düşüb.

    Median.Az xəbər verir ki, dekabrın 5-də axşam saatlarında Türkan qəsəbə sakini, 1994-cü il təvəllüdlü Y.Məmmədov Qala qəsəbəsində yerləşən iş yerindən çıxıb və itkin düşüb.

    Faktla bağlı araşdırma aparılır.//oxu.az

  • “Azəri-Çıraq-Günəşli” yataqlarından bu vaxtadək 498 milyon ton neft çıxarılıb

    Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından indiyədək 498 milyon ton neft çıxarılıb.

    AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

    SOCAR rəsmisi qeyd edib ki, hazırda respublikada neftin və qazın əsas hissəsi “Azəri-Çıraq-Günəşli” ilə “Şahdəniz” yataqları hesabına əldə olunur. Bu yataqların dərinsulu hissəsində 124 hasilat quyusundan gündəlik 70 min ton neft və 36 milyon kubmetr qaz hasil edilir.

    İşlənmənin əvvəlindən “Azəri-Çıraq-Günəşli” yataqlarından 498 milyon ton neft və 164 milyard kubmetr qaz hasil olunub.

  • Azərbaycanlı sürücü ukraynalını avtomobili ilə sürüdü – VİDEO

    Azərbaycanlı Ukrayna vətəndaşını avtomobili ilə sürüyüb.

    Median.Az-ın TCH-yə istinadən verdiyi xəbərə görə, Vinnitsa şəhərində “Land Rover”i idarə edən 29 yaşlı azərbaycanlı “Lanos” markalı avtomobili vuraraq qaçmaq istəyib.

    Bu vaxt başqa bir sürücü əlini avtomobilin pəncərəsindən içəri salaraq ona mane olmaq istəyib.

    Şəxsin dediyinə görə, azərbaycanlı bu zaman şüşəni qaldıraraq qaza basıb.

    Adamın əli pəncərədən asılı halda bir kilometr yol gedəndən sonra qəfil əyləcə basaraq avtomobili saxlayıb.

    Özünü hadisə yerinə yetirən polis “girovu” xilas edib.

    Hadisəni törədən azərbaycanlı isə saxlanılıb.

  • На аэропортовской дороге столкнулись два автомобиля

    Авария в Баку попала на камеры видеонаблюдения.

    Как передает Avtosfer.az, случай произошел на аэропортовской дороге, вблизи Сабунчинского моста.

    Водитель автомобиля Chevrolet внезапно потерял управление и, выехав на правую полосу, столкнулся с Mercedes.

    В результате аварии автомобилям был нанесен серьезный ущерб. Водители отделались легкими травмами.

  • Aeroport yolunda ağır qəza: İki maşın toqquşdu – ANBAAN VİDEO

    Bakıda baş verən qəza anı kameraya düşüb.

    Avtosfer.az xəbər verir ki, hadisə aeroport yolunda, Sabunçu körpüsünün yanında baş verib.

    “Chevrolet” markalı avtomobil hərəkətdə olarkən qəfildən idarəetməni itirib və sol zolağa doğru istiqamətlənib. Nəticədə, öz zolağı ilə hərəkətdə olan “Mercedes” markalı avtomobilin önünə çıxıb.

    Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Sürücülər isə yüngül bədən xəsarətləri alıblar.

  • Ağstafada dörd nəfəri güllələyib öldürən şəxs məhkəmə qarşısında

    Ağstafa rayonunda bazarda dörd nəfəri güllələyərək qətlə yetirən Elnur Süleymanovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı açıqlanıb.

    Median.Az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmə prosesi dekabrın 20-nə təyin edilib.

    Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

    Hadisə iyunun 17-si saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndi ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının bazarında baş verib.

    E.Süleymanov odlu silahla bazarında satıcı işləyən Sadıxlı kənd sakinləri – Şərqiyyə Musayevanı, oğlanları Novruz və Şəmiddini, həmçinin Ağgöl kənd sakini Zeynəb Cəlilovanı odlu silahla qətlə yetirib, daha üç nəfəri isə ağır yaralayıb. Hadisə zamanı ayağından güllə yarası alan 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayevin ayağı amputasiya olunub.

    İlkin araşdırmalarla bu ağır cinayətin Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə törədilməsi, bu zaman onun “Kalaşnikov” markalı avtomat silahdan istifadə etməsi müəyyən olunub.

    Təxirəsalınmaz istintaq, əməliyyat-axtarış və qabaqlayıcı profilaktik tədbirlər nəticəsində E.Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könülü gələrək təslim olmuş, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim edib.

    Ağır cinayəti törətməkdə şübhəli bilinən Elnur Süleymanova Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Həmin hadisənin ağırlıq dərəcəsi və geniş rezonans doğurması nəzərə alınaraq, eyni zamanda cinayətin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə Respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlarından ibarət qrup Ağstafa rayonuna ezam olunub.

    E.Süleymanova Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma), 206.1-ci (qaçaqmalçılıq), 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə cinayət işi başlanıb.//oxu.az

  • Ильхам Алиев и Мехрибан Алиева посетили могилу Гейдара Алиева – ФОТО

    Прошло 16 лет со дня кончины архитектора и основателя современного независимого Азербайджана, всемирно известного политического деятеля, общенационального лидера азербайджанского народа Гейдара Алиева.

    Как передает АЗЕРТАДЖ, 12 декабря Президент Азербайджанской Республики Ильхам Алиев, Первый вице-президент Мехрибан Алиева и члены семьи прибыли на Аллею почетного захоронения и посетили могилу общенационального лидера азербайджанского народа Гейдара Алиева.

    Депутаты Милли Меджлиса, министры, руководители комитетов, компаний и управлений, представители общественности республики также прибыли на Аллею почетного захоронения.

    Президент Ильхам Алиев возложил венок к могиле общенационального лидера.

    Прозвучал государственный гимн Азербайджана.

    Глава государства Ильхам Алиев и члены его семьи возложили цветы к могиле супруги общенационального лидера, выдающегося ученого-офтальмолога, академика Зарифы Алиевой.

    Была также почтена память известного государственного деятеля Азиза Алиева и профессора Тамерлана Алиева, к их могилам возложили цветы.

    В церемонии посещения могилы общенационального лидера Гейдара Алиева приняли участие премьер-министр Али Асадов, председатель Милли Меджлиса Огтай Асадов, глава Администрации Президента Самир Нуриев и другие официальные лица.

  • İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət etdi

    Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il keçir.

    AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

    Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəliblər.

    Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.

    Azərbaycanın dövlət himni səslənib.

    Dövlətimizin başçısı İlham Əliyev və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

    Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

    Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Əli Əsədov, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və digər rəsmi şəxslər iştirak ediblər.

  • Мужчина нашел на пляже бутылку с посланием из прошлого века

    Житель американского города Провинстаун, штат Массачусетс, гулял по пляжу и нашел бутылку с посланием из прошлого века.

    Как передает “Лента.ру”, об этом сообщает газета Bangor Daily News.

    26 ноября Джошуа Мендес (Joshua Mendes) обнаружил на побережье стеклянную бутылку из-под кока-колы, внутри которой лежала записка от 11-летней Дженни Браун (Jenny Brown), датированная 14 мая 1983 года. Девочка, проживавшая в небольшом городке Джонспорт, указала свой почтовый адрес и попросила того, кто найдет бутылку, отправить ей письмо.

    Вместе с 73-летним отцом Полом (Paul) Мендес решил найти Браун в соцсетях, однако попытки не увенчались успехом.

    “Она была еще школьницей. Джонспорт – такой маленький городишко, знаете ли”, – рассуждает Пол.

    Теперь семья ищет способ связаться с автором послания. Они не стали писать по указанному адресу, поскольку предположили, что за эти годы Браун могла переехать.