Month: December 2019

  • Ərdoğanla Putin arasında telefon danışığı olub

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

    Bu barədə Türkiyə Prezidenti Administrasiyasının açıqlamasında bildirilir.

    Qeyd edilir ki, dövlət başçıları Suriyada yaranmış vəziyyəti, həmçinin ikitərəfli əlaqələri müzakirə ediblər.

  • Əli ət maşınında qalan uşaq təcili Xaçmazdan Bakıya göndərildi

    Xaçmazda iki yaşlı uşağın əli ətçəkən maşında qalıb.

    2017-ci il təvəllüdlü Pərdiyev Toğrul Ramil oğlunun əli ətçəkən maşında sıxılı vəziyyətdə qalıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri həkim nəzarəti altında azyaşlının əlini ət maşınından çıxarıblar.

    Hazırda onun vəziyyəti ağır olduğundan paytaxtdakı xəstəxanaların birinə göndərilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Qaxda vəzifəli şəxs vəfat etdi

    Qaxda 62 yaşlı məktəb direktoru qəflətən dünyasını dəyişib.

    Qax şəhər 5 saylı tam orta məktəbin direktoru, YAP Qax rayon Təşkilatı Qadınlar şurasının sədri, 1957-ci il təvəllüdlü Sevil Musa qızı Əsgərova bu gün axşam saatlarında qəflətən dünyasını dəyişib.

    Qeyd edək ki, 62 yaşlı Sevil Əsgərova 10 ildən çox idi ki, şəhər 5 saylı orta məktəbə rəhbərlik edirdi.

    O, həm də 5 ildən artıq bir müddət idi ki, YAP Qax rayon Təşkilatı Qadınlar şurasının sədri idi.

  • В доме жителя Саатлы обнаружили почти 1 кг. марихуаны

    Как сообщает Median.Az, сотрудники Саатлинского РОП на основании полученной оперативной информации задержали жителя города Э.Агаева, у которого в доме обнаружили 975 грамм марихуаны.

    В Следственном отделе РОП возбуждено уголовное дело.

  • Saatlı sakinindən 1 kq. yaxın marixuana götürülüb

    Median.Az xəbər verir ki, Saatlı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini E.Ağayevin evindən 975 qram marixuana aşkar edilib.

    RPŞ İstintaq bölməsində cinayət işi başlanılıb.

  • Bakıda kişi arvadını cinsi əlaqədə olarkən tutdu – Gördüm otağın işığı yanır… – VİDEO

    Çeçenistandan “Bizimləsən”ə zəng edən Ruslan adlı azərbaycanlı həyat yoldaşının ona xəyanət etdiyin bildirib.

    Median.Az Milli.az-a istinadən xəbər verir kRuslan arvadını evində polis zabiti ilə cinsi əlaqədə olarkən tutduğunu deyib:

    “2019-cu il Azərbaycana gəldim. Üçüncü ay (Mart) gecə özüm evdə onları yaxaladım.

    17-dən 18-ə keçən gecə işə getdim. Elə oldu ki, işimiz alnmadı. Mən geri qayıtdım. Haradasa 23:40 olardı evin qarşısına çatdım. Baxdım gördüm ki, evin işığı yanır. Yaxınlaşıb qapını açmaq istədim. Qapı içəridən bağlı olduğuna görə aça bilmədim. Yan tərəfə keçəndə gördüm ki, bizim yataq otağımızın işığı yanır. Mən açarı salıb qapını açmaq istədim, aça bilmədim və mən başladım qapını dağıtmağa. Bu zaman evin içində başladılar ora-bura qaçmağa. Mən qlozokdan görürdüm. Bir də yadıma düşdü ki, evin arxasında mətbəxdən çölə pəncərə var. O tərəfə gedəndə gördüm ki, artıq pəncrə açıqdır. İnsan evdən qaçıb. Mən mətbəxin pəncərəsindən evə girmişəm. Evə girdim gördüm ki, orada kişi ayaqqabısı, şalvar, telefon, kurtka var. Bu (arvadı) da orada”

    Qeyd edək ki, Ruslan övladını 9 aydır görmədiyini bildirib. Şikayətçi övladını həyat yoldaşından almaq üçün Zaurdan kömək istəyib.

    Sözügedən rüsvayçılıqla bağlı daha ətraflı videoda:

  • Mikayıl Cabbarov: Ölkə iqtisadiyyatına sərmayə yatırın

    Azərbaycan-Rusiya İşgüzar Şurasının fəaliyyəti iki ölkənin iqtisadi və siyasi əlaqələri üçün mühüm əhəmiyyət daşıyır.

    “Report” xəbər verir ki, bunu Şuranın Bakıda keçirilən iclası zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

    “Əldə etdiyimiz nəticələr üzərində çalışırıq. Həmin nəticələr də Azərbaycanla Rusiya arasındakı ticarət dövriyyəsinin, bütövlükdə iqtisadi və siyasi əlaqələrin sürətlə artdığını göstərir. Həm Şuranın, həm də onun işgüzar tərəfdaşlarının fəaliyyətinə hər cür dəstək verməyə hazırıq”, – deyən nazir Şura qarşısındakı problemlərdən xəbərdar olmaq istədiklərini də qeyd edib.

    “Bu problemlər həm təbii, həm də süni ola bilər. Onları birlikdə həll etməyə hazırıq. Mən sizi və sizin işgüzar tərəfdaşlarınızı Azərbaycan iqtisadiyyatına fəal şəkildə, cəsarətlə sərmayə yatırmağa çağırıram. Çünki Azərbaycan hökuməti sizi sözdə yox, əməldə dəstəkləyəcək”, – M.Cabbarov bildirib.

    Nazir Şuranın fəaliyyətini şaxələndirməyin də əhəmiyyətini vurğulayıb: “İlk növbədə, bu, Şuranın əhatə etdiyi bazarların coğrafiyasına aiddir. Rusiya bazarında uğurla çalışırsınızsa, deməli, başqa bazarlarda da uğur qazana bilərsiniz. Həmçinin malların da çeşidi genişləndirilməlidir. Bu gün Azərbaycan mallardan çox xidmətlər ixrac edir”.

  • Ибрагимович получил предложение из АПЛ

    Шведский нападающий Златан Ибрагимович, который в конце декабря получит статус свободного агента, получил предложение из английской Премьер-лиги.

    Согласно информации Daily Express, заинтересованность в услугах 38-летнего бомбардира проявляет “Эвертон”.

    “Ириски” предложили контракт форварду с зарплатой 4,7 миллиона евро за сезон.

    Ранее СМИ сообщали, что главным претендентом на Ибрагимовича является “Милан”, за который он выступал с 2010 по 2012 год.

    В минувшем сезоне МЛС шведский бомбардир провел 31 поединок, отметившись 31 забитым мячом и восемью результативными передачами.

  • Azərbaycanlı müğənni ata oldu

    Müğənni Elnarə Xəlilov ata olub.

    Şairə Aysel Nəcəfli ilə evli olan ifaçının oğlu dünyaya gəlib.

    Qeyd edək ki, cütlüyün toyu bu ilin martında olmuşdu.

    Onu da bildirək ki, bu ifaçının ikinci övladıdır. E.Xəlilov bir dəfə evli olub və boşanıb.

  • В Ленкорани мужчина украл из дома золотые украшения

    Как сообщает Median.Az, сотрудники Ленкораньского РОП в результате оперативно-розыскных мер задержали жителя поселка Нариманабад, ранее судимого И.Гасымова, который 1-го декабря на территории района украл из дома золотые украшения на сумму
    850 манатов.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.