Month: December 2019

  • Lənkəranda evdən qızıl əşyalar oğurlayan şəxs tutulub

    Median.Az xəbər verir ki, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən dekabrın 1-də rayon ərazisindəki evdən 850 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Nərimanabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş İ.Qasımov saxlanılıb.

    ŞRPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • ANS ÇM-in yerləşdiyi tezliyi bu şirkətlər almaq istəyir – SİYAHI

    Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan etdiyi müsabiqəyə qatılan şirkətlərin sayı artıb.

    Bunu “report”a açıqlamasında MTRŞ-nin Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.

    Onun sözlərinə görə, daha bir şirkət sənədlərini MTRŞ-a təqdim edib: “Bununla da Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan etdiyi müsabiqəyə sənədlərini təqdim edən şirkətlərin sayı 5-ə çatıb.

    Müsabiqə müddəti tam başa çatandan sonra müraciət edən şirkətlərin adları açıqlanacaq. Müsabiqənin vaxtının uzadılması isə gözlənilmir”.

    MTRŞ iddiaçıların adlarını rəsmi şəkildə açıqlamayıb.

    Qeyd edək ki, sözügedən tezlik üzrə MTRŞ-a müraciət edən şirkətlərin 4-nün adı mətbuata məlum olub. Belə ki, həmin şirkətlər “Balans Studiyası”,”İNS ÇM” MMC, “Real Təhlil İnformasiya Mərkəzi” MMC şirkətləri və “TV Media Azərbaycan”dır.

    Xatırladaq ki, sənəd qəbuluna noyabrın 12-dən başlanılıb və dekabrın 12-dək davam edəcək. Sabah saat 18:00-da sənəd qəbulu başa çatacaq.

    Müsabiqənin nəticələrinə görə qalib elan ediləcək və lisenziya alacaq iddiaçı müvafiq dövlət orqanı ilə müqavilə bağlamaqla Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində həmin tezlikdən istifadə etməklə yayım apara biləcək.

  • Azərbaycanlı deputat ABŞ-a köçdü

    “Zeynəb Xanlarova hazırda Amerikada yaşayır. Azərbaycana az-az gəlir. Gələndə də gələcək planları barədə bizə məlumat vermir”.

    Median.Az modern.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Milli Məclisinin deputatı, Xalq artisti Zeynəb Xanlarovanın köməkçisi Mələk Bayramova xanım sənətçinin 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılıb-qatılmayacağı barədə danışarkən deyib.

    Deputatın köməkçisi bildirib ki, Zeynəb Xanlarovanın yenidən deputat seçilmək istəyindən xəbəri yoxdur: “Yaxşı olar ki, bu barədə Zeynəb Xanlarovanın özünə müraciət edəsiniz”.

    Qeyd edək ki, dekabrın 28-də Zeynəb Xanlarovanın 83 yaşı tamam olacaq. O, uzun illərdir Azərbaycan Milli Məclisinin deputatıdır. Belə ki, Xanlarova 1985-ci ildən indiyə kimi deputat mandatı daşıyır.

    Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

  • Ильхам Алиев назначил заместителя заведующего отделом по вопросам внешней политики Администрации Президента

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о назначении Нусрета Сулейман оглу Сулейманова заместителем заведующего отделом по вопросам внешней политики Администрации Президента.

    Об этом сообщает АПА.

    Отметим, что помощником Президента – заведующим отделом по вопросам внешней политики Администрации Президента является Хикмет Гаджиев.

  • İlham Əliyev onu Hikmət Hacıyevin müavini təyin etdi

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini vəzifəsinə təyinat olub.

    APA-nın məlumatına görə, Prezident İlham Əliyevin sərəncamı ilə Nüsrət Süleyman oğlu Süleymanov Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini təyin edilib.

    Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdir.

  • Состоялось заседание коллегии Министерства обороны

    11 декабря под руководством министра обороны генерал-полковника Закира Гасанова состоялось заседание коллегии Министерства обороны по итогам готовности азербайджанской армии в 2019-м учебном году.

    Об этом говорится в сообщении пресс-службы Минобороны.

    Вначале минутой молчания была почтена память Общенационального лидера Гейдара Алиева, а также шехидов, павших за независимость и территориальную целостность страны.

    Заместитель министра обороны – командующий отдельной общевойсковой армией генерал-лейтенант Керем Мустафаев выступил на заседании с докладом о реформах, проведенных в текущем году по поручению Верховного главнокомандующего Вооруженными силами в сфере армейского строительства, боевой деятельности, оснащении вооружением и военной техникой, материально-техническом и медицинском обеспечении азербайджанской армии, кадровых реформах, боевой и морально-психологической подготовке личного состава, улучшении социально-бытовых условий военнослужащих, а также достигнутых результатах.

    На заседании коллегии, проведенном с участием руководящего состава министерства, командиров и начальников штабов воинских объединений и соединений, а также должностных офицеров, с докладом об итогах служебной и боевой деятельности в 2019 году и предстоящих основных задачах в 2020-м учебном году выступил Закир Гасанов.

    Министр обороны, особо отметив оценку, данную Президентом Азербайджана Ильхамом Алиевым азербайджанской армии, а также его внимание и заботу, рассказал об успехах, достигнутых под руководством Верховного главнокомандующего за последние годы.

    Генерал-полковник З.Гасанов, проанализировав проведенные в текущем году мероприятия, довел до внимания вопросы боевой подготовки, морально-психологического состояния личного состава и всестороннего обеспечения системы обороны, дал соответствующие поручения командному и начальствующему составу в связи с выполнением основных задач, стоящих перед армией в 2020 году.

    Согласно приказу министра обороны, военнослужащие, отличившиеся в выполнении задач, стоящих перед азербайджанской армией в 2019-м учебном году, повышении уровня боевой и мобилизационной подготовки, а также укреплении воинской дисциплины, были награждены и им были вручены ценные подарки.

    В завершение был обсужден и принят проект решения заседания коллегии.

  • Zakir Həsənov komandir-rəis heyəti qarşısında tapşırıqlar qoydu

    Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2019-cu tədris ilində Azərbaycan Ordusunun hazırlığının yekunlarına dair Müdafiə Nazirliyi Kollegiyasının geniş iclası keçirilib.

    Nazirlikdən verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    İclasda Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordunun komandanı general-leytenant Kərəm Mustafayev Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığına əsasən, cari il ərzində ordu quruculuğu sahəsində aparılan islahatlar, Azərbaycan Ordusunun döyüş fəaliyyəti, silah və texnika ilə təchizatı, maddi-texniki və tibb təminatı, kadr islahatları, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, həmçinin əldə edilən nailiyyətlər barədə məruzə ilə çıxış edib.

    Nazirliyin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən məsul zabitlərin iştirak etdiyi kollegiya iclasında Müdafiə naziri general-polkovnik Zakir Həsənov 2019-cu ildə xidməti döyüş hazırlığının yekunları və 2020-ci tədris ilində qarşıda duran əsas vəzifələr barədə yekun çıxışı edib.

    Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Ordusuna verdiyi qiyməti, göstərdiyi diqqət və qayğını xüsusi qeyd edən Müdafiə naziri Ali Baş Komandanın rəhbərliyi ilə son illər ərzində əldə edilən nailiyyətlərdən danışıb.

    General-polkovnik Z.Həsənov cari ildə həyata keçirilən tədbirlərin təhlilini apararaq döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı məsələlərini diqqətə çatdırıb, qoşunların döyüş qabiliyyətinin artırılması məqsədilə 2020-ci ildə icra olunacaq fəaliyyətlərlə əlaqədar komandir-rəis heyəti qarşısında tapşırıqlar qoyub.

    Müdafiə nazirinin əmrinə əsasən, 2019-cu tədris ilində Azərbaycan Ordusunun qarşıda qoyulmuş tapşırıqların yerinə yetirilməsi, döyüş və səfərbərlik hazırlığının yüksəldilməsi, həmçinin hərbi intizamın möhkəmləndirilməsində yüksək nəticələr əldə etmiş hərbi qulluqçular təltif edilib və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

    Sonda kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul olunub.

  • Арестован отец, избивавший родных детей

    В Бакинской городской прокуратуре продолжаются необходимые следственные мероприятия по уголовному делу, возбужденному по факту пыток малолетних Гулу и Гусейна, которым они подвергались со стороны отца и мачехи.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом глава пресс-службы Генпрокуратуры Эльдар Султанов написал на своей странице в Facebook.

    В информации говорится, что в ходе следствия появились обоснованные подозрения в том, что житель Агджабединского района Хагани Акперов вместе с Нураной Акперовой в своем доме в поселке Забрат регулярно избивали и совершали другие насильственные действия в отношении Гулу Акперова и Гусейна Акперзаде.

    Судебно-медицинская экспертиза подтвердила, что полученные малолетними детьми телесные повреждения были нанесены им в период проживания с отцом и мачехой.

    Х.Акперов и Н.Акперова были привлечены в качестве подозреваемых по делу.

    Отец мальчиков арестован решением суда, а в отношении мачехи, учитывая, что она находится на 16-й неделе беременности, была избрана мера пресечения в виде взятия под надзор полиции.

    Следствие по делу продолжается.

  • Bakıda övladlarına işgəncə verən ata həbs edildi, ögey ana polis nəzarətinə verildi

    Paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar – Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları faktı ilə bağlı Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov öz “Facebook” səhifəsində məlumat verib.

    Bildirilib ki, aparılmış istintaqla Ağcabədi rayon sakini Xəqani Əkbərovun Nuranə Əkbərova ilə köməksiz vəziyyətdə olan övladları Qulu Əkbərov və Hüseyn Əkbərzadəni Zabrat qəsəbəsində yaşadıqları evdə mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə fiziki ağrılar yetirdiyi müəyyənləşdirilib.

    Belə ki, 2019-cu ilin oktyabr ayında Q.Əkbərova alın və burun nahiyələrinin ikinci dərəcəli termiki yanıqları, mexaniki asfiksiyaya səbəb olmayan boyun nahiyyəsinin stranqulyasiya şırımı, sol said nahiyəsinin sıyrığı, sol bazu sol dirsək oynağı və sol baldır nahiyyələrinin qançırları kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurma olduğu üzə çıxıb.

    H.Əkbərzadəyə isə sağ ayağın dərialtı hematoması ilə müşayiət olunan sağ ayaqda V ayaq-daraq sümüyünün yerini dəyişən qapalı sınığı, sol budun, sol baldırın və sol ayağın dərialtı hematomaları, sağ yanaq-çənə nahiyəsinin, hər iki bazunun, sol dirsək oynağı nahiyəsinin sağ saidin, döş qəfəsinin, sağ budun, sağ diz və sağ aşıq-baldır oynağı nahiyələrinin qançırları, sol əlin III barmağının, sağ budun və sağ baldırın II dərəcəli termiki yanıq yaraları kimi, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Azyaşlıların aldıqları bədən xəsarətlərinin əmələ gəlmə müddətlərinin ataları və analıqları ilə birlikdə yaşadıqları vaxta uyğun gəlməsi məhkəmə-tibbi ekspertizasının rəyləri ilə bir daha təsdiq olunub.

    İstintaq zamanı azyaşlılar Ailə, qadın və uşaq problemləri üzrə Dövlət komitəsinin, Sabunçu rayon İcra Hakimiyyəti başçısının yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndələrinin, 371 saylı orta məktəbin ixtisaslaşmış müəllim-psixoloqu və xalasının iştirakı ilə ataları və analıqları tərəfindən işgəncələrə məruz qalmaqla çoxsaylı bədən xəsarətləri yetirilməsi barədə ifadə veriblər.

    X.Əkbərov və N.Əkbərova iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlara Cinayət Məcəlləsinin 127.2.2, 133.2.3 və 133.2.4-cü maddələri ilə ittiham elan olunub, X.Əkbərov barəsində məhkəmənin qərarı ilə həbs, N.Əkbərovanın 16 həftəlik hamilə olması nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə azyaşlılar barəsində əlavə komissiyon məhkəmə-tibbi və kompleks məhkəmə psixatrik və psixoloji ekspertizaları təyin edilmiş, bundan başqa onların “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən azadlıq və şəxsi toxunulmazlıq hüquqlarının təmin edilməsi məqsədi ilə atası X.Əkbərovun valideyn hüququndan məhrum edilməsi üçün əsaslar olduğu halda müvafiq tədbir görülməsini təmin edilməsi məqsədilə Ailə, qadın və uşaq problemləri üzrə Dövlət komitəsinə, Sabunçu və Ağcabədi rayon İcra Hakimiyyətlərinə müraciət olunub.

    Eyni zamanda, azyaşlıların müalicə və sosial reabilitasiyasının həyata keçirilməsi, onların mövcud vəziyyətə adaptasiyasının təmin edilməsi və psixoloji durumlarının korreksiya olunması məqsədilə peşəkar mütəxəssislər cəlb edilib.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • В Астаре за сбыт метадона задержан житель района

    Как сообщает Median.Az, сотрудники Астаринского РОП на основании полученной оперативной информации при реализации 4 таблеток метадона подставному лицу задержали жителя села Тангаруд С.Гасымова.

    При личном обыске у него изъяли дополнительно 447 грамм метадона.

    В Следственном отделе РОП возбуждено уголовное дело.