Month: December 2019

  • Dolların məzənnəsi sabit qaldı

    Dekabrın 29-na manatın məzənnəsi açıqlanıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, 29.12.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.

    Qeyd edək ki, 2019-cu il dekabrın 28-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

  • Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Mərkəzi Klinikaya köçürüldü

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva reanimasiyaya yerləşdirilən Xalq artisti Fəxrəddin Dadaşovla bağlı tapşırıq verib.

    Bu barədə “Qafqazinfo”ya Xalq artistinin həyat yoldaşı Gülşən Dadaşova və qızı Pərvanə Dadaşova məlumat verib. Birinci xanımın tapşırığına əsasən kaman ustası hazırda müalicə olunduğu 1 saylı Kliniki Tibbi Mərkəzdən (“Semaşko” xəstəxanası) Mərkəzi Klinik Xəstəxanasına köçürülüb.

    Bir qədər əvvəl isə Prezidentin köməkçisi Anar Ələkbərov Fəxrəddin Dadaşova baş çəkib, Xalq artistinin müalicəsi ilə bağlı məsələlərin ölkə rəhbərliyinin nəzarətində olduğunu bildirib.

    Qeyd olunub ki, Xalq artistinin müalicəsi üçün bütün zəruri tədbirlər Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək.

    Xatırladaq ki, F.Dadaşov dekabrın 27-də saat 20:40 radələrində beyin-qan dövranının kəskin pozulması, şəkərli diabet diaqnozu ilə reanimasiyaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

  • Türkiyə XİN-dən erməni terrorçunun azad edilməsinə sərt reaksiya

    28 yanvar 1982-ci ildə Los-Ancelesdə Baş konsulumuz Kamal Arıkanı xain bir hücumla qətlə yetirən terrorçu Xampiq Sasunyanın şərti azadlıq tələbinin bütün təşəbbüslərimizə baxmayaraq, 27 dekabr 2019-cu il tarixində Kaliforniyada baş tutan məhkəmədə qəbul edildiyi bəlli olub.

    Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

    Türkiyə XİN-in bəyanatında rəsmi Ankaranın sözügedən qərarı qınadığı və rədd etdiyi qeyd edilib.

    “Vəzifə başında şəhid edilən diplomatımızın qatilinin azadlığa çıxmasına zəmin yaradan bu qərar beynəlxalq hüquq prinsipləri və ədalət anlayışına ziddir, terrorla mübarizənin əməkdaşlıq ruhuna uyğunlaşmır. Sasunyanın türk düşmənçiliyi bəsləyən ideologiya əsasında planlı və bilərəkdən törətdiyi, məhkumluğu müddətində heç bir peşmanlıq nümayiş etdirmədiyi bu hadisə bəsit bir cinayət deyil, bir nifrət cinayəti və terror aktıdır”, – Türkiyə XİN-dən bildirilib.

  • Məktəb direktorunun kitab yandırması məsələsinə RƏSMİ MÜNASİBƏT

    Ötən gün sosial şəbəkələrdə Şəki rayon Daşüz kənd tam orta məktəbinin şagirdlərinə paylanılan bədii kitabların direktor tərəfindən yandırılması barədə əsassız məlumatlar yayılıb.

    Bununla bağlı Şəki şəhər Təhsil Şöbəsindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 26-da bir qrup şəxs məktəbin ərazisindən kənarda şagirdlərə kitablar təklif edib. Onlardan bəziləri kitabları qəbul edib, digərləri isə həmin kitabları almaqdan imtina edib.

    Qeyd edək ki, bu kitablar arasında Kristin Hannahın türk dilində “Bin ömrüm olsa” adlı romanı, Viktor Hüqonun “Kozetta” əsəri, Kahraman Tazeoğlunun ”Bambaşqa” romanı və s. kitablar olub.

    Dərsliklərin pulla satılması məsələsinə gəldikdə isə bildirilib ki, şagirdlər sentyabrın ilk on günlüyündə məktəb tərəfindən dərsliklərlə tam və pulsuz təmin olunub.

    Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Ümman Dəniz adlı gənc dostları ilə Şəkinin Daşüz kəndində uşaqlara bədii kitablar paylayıb. Lakin kəndin məktəb direktoru – Əmirseyidova Anjelika kitabları toplayıb və məktəbdə yandırıb.


  • Microsoft выпустит новую версию Windows

    Microsoft собирается запустить новый тип подписки на офисный пакет программ. Немецкое издание Windows United сообщает, что в него войдет специальная версия Windows 10.

    По данным источника, в подписку Microsoft 365, кроме уже доступных программ пакета Office, войдет Windows 10. Эксперты подчеркивают, что обладатель подписки получит особую, расширенную версию операционной системы. Какие возможности и дополнительные программы будут в нее включены, не сообщается. Релиз обновленной подписки должен произойти летом 2020 года.

    Инсайдеры предположили, что в новом пакете Microsoft 365 появится опция отключения рекламы. На данный момент рекламные блоки отображаются для всех обладателей стандартной лицензии ОС.

    В Microsoft 365 входят популярные офисные программы, также обладателям подписки доступен один терабайт памяти в облачном хранилище OneDrive. Лицензия на операционную систему Windows приобретается отдельно.

  • Пярвин Абыева: Я не в Баку, о драке ничего не знаю

    Как сообщал oxu24.com, прошлой ночью в одном из ночных клубов в Баку произошла массовая драка. В момент происшествия в клубе находились актриса Пярвин Абыева и ее бойфренд – экс-полицейский.

    Корреспондент oxu.az связался с Пярвин Абыевой и поинтересовался подробностями инцидента.

    “На всех сайтах появилась информация о том, что в ночном клубе произошла драка и я там была. Но это неправда. Я ничего не знаю об этом инциденте. Меня вообще нет в Баку. Это нелогично – упоминать мое имя, не разобравшись”, – сказала она.

  • Adı kütləvi davada hallandırılan Pərvin Abıyeva: “Mən Bakıda deyiləm”

    Oxu24.com-un yaydığı məlumata görə, ötən gecə Bakıda yerləşən klubların birində kütləvi dava baş verib. Davada məşhur aktrisa Pərvin Abıyeva və işdən çıxarılan polis sevgilisinin də olduğu bildirilib.

    Oxu.az-ın əməkdaşı hadisənin təfərrüatını öyrənmək üçün Pərvin Abıyeva ilə əlaqə saxlayıb.

    O, sözügedən məsələyə bu cür reaksiya verib:

    “Bütün saytlarda gecə klubunda baş verən davada mənim də olduğum barədə məlumatlar yayılıb. Bu, həqiqəti əks etdirmir. Mənim bu davadan xəbərim belə yoxdur. Heç Bakıda da deyiləm. Araşdırmadan mənim adımı davalarda hallandırmaq heç bir məntiqə sığmır”.

  • İranda əyləncə məclisində iştirak edən 60 nəfər saxlanıldı

    İranın paytaxtı Tehranın Pişva mahalında keçirilən əyləncə məclisinə qatılan 60 nəfər saxlanılıb. Əyləncə məclisində narkotik maddələrdən də istifadə edilib.

    “Hürriyet” xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun mahal üzrə komandiri Səməd Sultani deyib.

    Sultani sözügedən şəxslərin “Bəsic” milisləri tərəfindən saxlandığını və ev sahibinin əvvəllər narkotik maddə alverinə görə məhkum edildiyini qeyd edib.

  • Uşaqlar hədiyyə almaq üçün Şaxta babaya hücum çəkdilər

    Rusiyanın Buryatiya Respublikasında dram teatrında Yeni il şənliyində uşaqlar hədiyyə paylayan Şaxta babanı əziblər.

    U-f.ru-nun xəbərinə görə, Ulan-Ude şəhərində keçirilən şənlikdə uşaqlar hədiyyə almaq üçün şaxta babanı yıxaraq əziblər.

    Şaxta baba rolunu oynayan aktyor Aleksandr Fateyev onun üstünə və boynuna çıxan uşaqlardan qaçaraq canını qurtarıb.

    Teatrın direktoru hadisənin xoş olmadığını deyib və aktyorun belə vəziyyətə düşdüyünə görə təəssüfləndiyini bildirib.

    Valideynlərin də iştirak etdiyi şənlikdə belə vəziyyətin yaranması ictimaiyyətdə birmənalı qarşılanmayıb.

  • Народный артист Азербайджана помещен в реанимацию

    Народный артист Азербайджана, профессор Национальной консерватории, исполнитель на кеманче Фахраддин Дадашов помещен в реанимацию.

    Как передаёт Median.Az со ссылкой на Qafqazinfo, в настоящее время народный артист находится в отделении реанимации Объединенной городской больницы №6 имени А.Д.Меликова с 20:40 27 декабря.

    У Ф.Дадашова констатировали острое нарушение мозгового кровообращения и сахарный диабет.

    Его состояние оценивается как стабильно тяжелое.