Month: December 2019

  • Saxta içkilərlə bağlı xəbərdarlıq: “Ölümcül təsir göstərir”

    Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kustar üsulla hazırlanmış “Chivas Regal12” əmtəə nişanlı spirtli içkilərin təhlükəsi ilə bağlı məlumat yayıb.
    AQTA-dan bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161 a ünvanında olan anbarda “Chivas Regal 12”, “Chivas Regal 18”, “Chivas Regal 21”, “Jameson”, “Grands”, “Jack Daniels” adlı və s. viski, “Nemirov”, “Ruskiy Standart”, “Belyuga”, “Grey Gouse”, “Minsk”, “Qu Quşu”, “Region”, “Grey Cardinal” adlı və s. araq, “Patron”, “Olmega”, “Siera”, “El Chapo” adlı tekila, “Henessy” və “Remy Martini” konyak və başqa növdən olan 10 min ədəddən artıq spirtli içkilərin öz qutularında, səliqəli şəkildə qapaqları ağızlarına taxılı vəziyyətdə boş şüşələri, həmçinin, müxtəlif növ spirtli işçilərin qablaşdırılması üçün nəzərdə tutulmuş qapaqları aşkar olunub.

    “Bu fakt, əslində, hadisənin nə dərəcədə təhlükəli və irimiqyaslı olduğunu göstərir. Eyni zamanda, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyalarına təqdim olunmuş “Chivas Regal 12” sipirtli içki nümunələrinin sınaq nəticələrində yüksək toksiki təsirə malik metil spirtinin həcm payının normadan (0.05%) dəfələrlə yüksək (76,6%) və insan həyatı üçün son dərəcə təhlükəli olduğu aşkar olundu.

    Metil spirti güclü zəhərli maddədir və ilk növbədə sinir və qan-damar sisteminə təsir göstərir, insan tərəfindən təxminən 10 ml miqdarda istehlakı zamanı göz sinirinin və torlu qişanın zədələnməsinə, korluğa gətirib çıxarır. Ümumiyyətlə 80-150 ml-dən çox qəbulu isə ölümcül təsir göstərir.

    Kimsə ucuz olduğu üçün bu içkiləri alıb bayram günündə istifadə etməyi düşünürsə, həmin şəxslər bunun özləri və yaxınları üçün faciə ilə bitəcəyini bilməlidirlər. Belə qanunazidd hallarla üzləşdikdə isə müvafiq qurumlara – Baş Prokurorluğun (102) 498-10-54 nömrəli əlaqə vasitəsinə və ya Qida Təhlükəsizliyi Agentliyinin “1003 – Çağrı mərkəzi”nə məlumat vermək lazımdır.

    Eyni zamanda, hər bir istehlakçı ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirməli və məhsulların mənşə sənədlərini tələb etməlidir”, – məlumatda qeyd olunub.//azvision.az

  • Bakıda əcnəbi qarət edilib

    Bakıda əcnəbi qarət edilib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, Birləşmiş Ərəb Əmirliyinin vətəndaşı, Abdulla Məhəmməd Səbail rayon Polis İdarəsinə müraciət edərək ötən gün Ə. Yaqubov küçəsində taksi kimi xidmət göstərən “Mercedes Vito” markalı avtomobildə içərisində 2300 manat, pasport və digər qiymətli əşyalarının oğurlandığını bildirib.

    Faktla bağlı araşdırma aparılır.

  • Появились видеокадры с момента ДТП в Ширване, в котором погибли четыре человека – ВИДЕО

    Распространены видеокадры ДТП в городе Ширван, в результате которого погибли 4 человека.

    По кадрам видно, как автомобиль марки «Hyundai» потерял управление и врезался в бетонную плиту, сообщает АПА.

    Отметим, что 27 декабря примерно в 11 часов на территории города Ширван автомобиль марки «Hyundai Santafe», за рулем которого находился житель Тертерского района Гадир Шамилов, врезался в бетонную плиту на развилке дороги. В результате аварии водитель и его пассажиры – Парвана Зейналова, Зохра Зейналова и Эйзангюль Дадашова погибли на месте происшествия.

  • Mariya Stadnik: Dünya çempionatına sıx qrafiklə hazırlaşdığım üçün övladlarıma vaxt ayıra bilməmişdim

    Başa vurmaqda olduğumuz 2019-cu il güləşçimiz Mariya Stadnik üçün uğurlu keçdi.

    Oxu.Az xəbər verir ki, qadınlardan ibarət yığmamızın lideri zədə üzündən Avropa çempionatında güləşə bilməsə də, Avropa Oyunlarında və dünya çempionatında uğurlu çıxış edərək, nəyə qadir olduğunu növbəti dəfə nümayiş etdirdi.

    Nə Belarusda, nə də Qazaxıstanda Stadnikə batan tapıldı. Mariya Minskdə dörd il əvvəl Bakıda qazandığı titulu qorudu. Daha sonra isə Nur-Sultanda 10 illik həsrətə son qoyaraq, ikinci dəfə dünya çempionu oldu. Bununla həm də Tokio Olimpiadasına lisenziyanı təmin etdi.

    Titullu güləşçimiz mundialdan sonrakı hazırlıq prosesi, 2020-ci il üçün planları, Olimpiya Oyunları və rəqibləri ilə bağlı Azərbaycan Güləş Federasiyasına açıqlama verib:

    “Dünya çempionatına sıx qrafiklə hazırlaşdığım üçün övladlarıma vaxt ayıra bilməmişdim. Əlbəttə, qələbəni dərhal qohumlarla, sənə yaxın olan insanlarla qeyd etmək istəyirsən. Bu üzdən mundialdan sonra dərhal evimə yollandım. Bu payız ailəmlə yaxşı istirahət etmək imkanı əldə etdim. Bununla belə, məşqlərimi də davam etdirirdim. Ancaq bu, təlim-məşq toplanışı səviyyəsində hazırlıq deyildi. Psixoloji cəhətdən də istirahətə, bərpa prosesinə ehtiyac var idi. Çünki Olimpiadaya qədər bizi növbəti ağır qrafik gözləyir. Dekabrda Bolqarıstanda dağlıq ərazidə təlim-məşq toplanışı keçdik. Bu da fiziki hazırlığın yüksəldilməsinə xidmət edirdi. Gələn il ilk yarışım fevralda keçiriləcək Avropa çempionatı olacaq. Ondan sonrakı plan və qatılacağım yarışlar hələ bəlli deyil. Allaha şükürlər olsun ki, artıq zədələr baxımından problemim yoxdur.

    Hər yarışdan sonra çıxışımı təhlil edir, səhvləri, çatışmazlıqları müəyyənləşdirir, nəyin üzərində işləməli olduğumuzu aydınlaşdırırıq. Açığı, Nur-Sultanda formamın zirvəsində deyildim. Fikrimcə, karyeram boyunca ideal səviyyəyə Rio Olimpiadasında çatmışdım. Həm fiziki, həm də psixoloji cəhətdən yüz faiz hazırlıqlı idim.

    Tokio Olimpiadasında Yaponiyanı Eri Tosaka və ya Yui Susakinin təmsil edəcəyi ilə bağlı hər hansı düşüncəm yoxdur. İstənilən güləşçiylə görüşə qələbə üçün çıxacağam. Rəqibin fərqi yoxdur. Sadəcə, qalib gəlmək istəyirəm, vəssalam. Olimpiadaya hələ səkkiz ay var. Kimsə zədələnə, hansısa səbəbdən formada ola və ya olmaya bilər. Bütün rəqibləri qiymətləndirmək lazımdır. Olimpiya Oyunlarına həm fiziki, həm psixoloji, həm də taktiki cəhətdən tam hazır olmalısan. Təbii ki, idman xoşbəxtliyi də sənin tərəfində olmalıdır. Hazırda üzərimdə təzyiq hiss etmirəm. Tokio-2020 mənim üçün sonuncu yarış olmaya da bilər”.

  • Минобороны России увеличит скорость гиперзвуковых ракет

    Специалисты в области российского гиперзвукового вооружения продолжают отрабатывать технологии по увеличению скорости полета ракет до более чем 10 Махов.

    Как рассказал заместитель министра обороны России Алексей Криворучко “Красной звезде”, такие работы ведутся “широким фронтом” и направлены на расширение областей применения, номенклатуры вооружения и улучшение его тактико-технических характеристик.

    По словам Криворучко, сейчас создаются образцы гиперзвукового вооружения, которые будут применяться как с воздушных (комплекс “Кинжал”), так и с наземных и морских (“Циркон”) носителей.

    Несколько дней назад президент России Владимир Путин, выступая на расширенном заседании коллегии Минобороны РФ, заявил, что Россия ведет работы по созданию наземного варианта гиперзвуковой ракеты наземного и морского базирования “Циркон”. Ее принципиальным отличием является значительно большая (до 8 Махов) скорость полета.

  • Mariya Stadnik: Dünya çempionatına sıx qrafiklə hazırlaşdığım üçün övladlarıma vaxt ayıra bilməmişdim

    Başa vurmaqda olduğumuz 2019-cu il güləşçimiz Mariya Stadnik üçün uğurlu keçdi.

    Qadınlardan ibarət yığmamızın lideri zədə üzündən Avropa çempionatında güləşə bilməsə də, Avropa Oyunlarında və dünya çempionatında uğurlu çıxış edərək, nəyə qadir olduğunu növbəti dəfə nümayiş etdirdi.

    Nə Belarusda, nə də Qazaxıstanda Stadnikə batan tapıldı. Mariya Minskdə dörd il əvvəl Bakıda qazandığı titulu qorudu. Daha sonra isə Nur-Sultanda 10 illik həsrətə son qoyaraq, ikinci dəfə dünya çempionu oldu. Bununla həm də Tokio Olimpiadasına lisenziyanı təmin etdi.

    Titullu güləşçimiz mundialdan sonrakı hazırlıq prosesi, 2020-ci il üçün planları, Olimpiya Oyunları və rəqibləri ilə bağlı Azərbaycan Güləş Federasiyasına açıqlama verib:

    “Dünya çempionatına sıx qrafiklə hazırlaşdığım üçün övladlarıma vaxt ayıra bilməmişdim. Əlbəttə, qələbəni dərhal qohumlarla, sənə yaxın olan insanlarla qeyd etmək istəyirsən. Bu üzdən mundialdan sonra dərhal evimə yollandım. Bu payız ailəmlə yaxşı istirahət etmək imkanı əldə etdim. Bununla belə, məşqlərimi də davam etdirirdim. Ancaq bu, təlim-məşq toplanışı səviyyəsində hazırlıq deyildi. Psixoloji cəhətdən də istirahətə, bərpa prosesinə ehtiyac var idi. Çünki Olimpiadaya qədər bizi növbəti ağır qrafik gözləyir. Dekabrda Bolqarıstanda dağlıq ərazidə təlim-məşq toplanışı keçdik. Bu da fiziki hazırlığın yüksəldilməsinə xidmət edirdi. Gələn il ilk yarışım fevralda keçiriləcək Avropa çempionatı olacaq. Ondan sonrakı plan və qatılacağım yarışlar hələ bəlli deyil. Allaha şükürlər olsun ki, artıq zədələr baxımından problemim yoxdur.

    Hər yarışdan sonra çıxışımı təhlil edir, səhvləri, çatışmazlıqları müəyyənləşdirir, nəyin üzərində işləməli olduğumuzu aydınlaşdırırıq. Açığı, Nur-Sultanda formamın zirvəsində deyildim. Fikrimcə, karyeram boyunca ideal səviyyəyə Rio Olimpiadasında çatmışdım. Həm fiziki, həm də psixoloji cəhətdən yüz faiz hazırlıqlı idim.

    Tokio Olimpiadasında Yaponiyanı Eri Tosaka və ya Yui Susakinin təmsil edəcəyi ilə bağlı hər hansı düşüncəm yoxdur. İstənilən güləşçiylə görüşə qələbə üçün çıxacağam. Rəqibin fərqi yoxdur. Sadəcə, qalib gəlmək istəyirəm, vəssalam. Olimpiadaya hələ səkkiz ay var. Kimsə zədələnə, hansısa səbəbdən formada ola və ya olmaya bilər. Bütün rəqibləri qiymətləndirmək lazımdır. Olimpiya Oyunlarına həm fiziki, həm psixoloji, həm də taktiki cəhətdən tam hazır olmalısan. Təbii ki, idman xoşbəxtliyi də sənin tərəfində olmalıdır. Hazırda üzərimdə təzyiq hiss etmirəm. Tokio-2020 mənim üçün sonuncu yarış olmaya da bilər”.

  • Rusiya daha güclü raket yaradır

    Rusiyanın “Xəncər” və “Tsirkon” hipersəsli komplekslərinin raketlərinin maksimal sürətinin 10 Maxdan (1 Max = 1226,5 km/saat (340 metr/saniyə)) yuxarı artırılacağı planlaşdırılır.

    Bu barədə Rusiyanın Müdafiə nazirinin müavini Aleksey Krivoruçko “Krasnaya Zvezda” qəzetinə danışıb.

    O qeyd edib ki, kritik texnologiyaların inkişafı uçuş sürətinin artmasını vacib edir və bunun təmin edilməsi məqsədilə işlər davam etdirilir.

    Qeyd edək ki, bundan öncə Rusiya prezidenti “Tsirkon”un maksimal sürətinin saatda təxminən 11 min kilometr təşkil edəcəyini deyib. “Xəncər” isə onun 2018-ci ilin mart ayında təqdim etdiyi aviasiya raket kompleksidir.

  • Можно ли застраховать неприватизированную квартиру?

    Страховые компании не имеют права отказывать гражданам в обязательном страховании неприватированных квартир.

    Как передаёт Median.Az, об этом Trend сообщил эксперт в области страхования Кямран Бабаев.

    Он отметил, что в пункте 2 статьи 35 закона об обязательных видах страхования говорится о том, что «страхование недвижимости является обязательным в отношении принадлежащих физическим и юридическим лицам строений, жилых и нежилых помещений, жилых домов, зданий и квартир”.

    Исключением являются лишь недвижимость, идущая под снос, недостроенная и находящаяся в аварийном состоянии, а также признанная в соответствии со статьей 180 Гражданского Кодекса Азербайджана как самовольно построенная.

    Согласно статье 37 того же закона, недвижимость обязаны застраховать не только владельцы квартир, которым они принадлежат на права собственности, но и лица, осуществляющие фактическое владение недвижимостью.

    “Так, ордер или договор купли-продажи квартиры являются документом, подтверждающим фактическое владение имуществом лицом, следовательно, страховые компании не имеет право отказывать гражданам в страховании в подобных случаях” – подытожил Бабаев.

  • Şəhit pilotun medalı ailəsinə təqdim olunub – FOTO

    Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin ailəsinə baş çəkib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, mərhum pilotun ailə üzvlərini qarşıdan gələn bayramlar münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edən nazir müavini bildirib ki, R.Atakişiyev Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində peşəkar, nümunəvi, vətənpərvər zabit kimi tanınıb və onun xidmətləri həmişə yüksək qiymətləndirilib.

    Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən göstərdiyi xidmətlərə görə ölümündən sonra təltif olunduğu Azərbaycan Respublikasının “Şücaətə görə” medalı dekabrın 28-də bayram ərəfəsində polkovnik-leytenant R.Atakişiyevin ailəsinə təqdim edilib.

    Medalı təqdim etdikdən sonra general-leytenant R.Tahirov hərbi pilotun ailəsinin qayğıları ilə maraqlanıb və bayram hədiyyələri təqdim edib. R.Atakişiyevin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Dövlətimizin Başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.




  • Azərbaycanda bazarda qızıl alverçiləri arasındakı davanın – TƏFƏRRÜATI

    Ağcabədi rayonunda bazarda dava etməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Uğur Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az teleqraf.com-a istinadən xəbər verir ki, Uğur Rüstəmov Ağcabədi rayonunun mərkəzi bazarında Etibar Abışovdan qarşılıqlı razılığa əsasən 280 manat dəyərində iki cüt sırğa və bir ədəd klondan ibarət qızıl-zinət əşyaları satın alıb. O, həmin əşyaları bazarda qızıl satışı ilə məşğul olan digər satıcı Hümbət Əsgərova satmaq istəyib. Amma Hümbət Əasgərov qızılları ondan almayıb.

    Bu səbəbdən o, qızıl əşyalarını istəmədiyini Etibar Abışova söyləyib və geri qaytarmaq istəyib. Etibar Abışov isə satdığı qızılın dəyəri olan pulu qaytarmaq istəməyib.

    Onlar bu səbəbdən mübahisə ediblər. Mübahisə zamanı səsə toplaşmış çoxlu sayda şəxslərə əhəmiyyət verməyən Uğur Rüstəmov ucadan nalayiq ifadələr işlədib. Yumruq-təpiklə Etibar Abışovun bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, ona bədən xəsarəti yetirib.

    İstintaq orqanı tərəfindən Uğur Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

    Ağcabədi rayon Məhkəməsinin hökmü ilə Uğur Rüstəmov 2 min manat miqdarında cərimə cəzasına məhkum olunub.

    Hökmdən narazı qalan Uğur Rüstəmov apelyasiya şikayəti verib. O, barəsində olan cinayət işinə xitam verilməsini istəyib.

    Uğur Rüstəmovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

    Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

    Məhkəmə Uğur Rüstəmovun şikayətini qismən təmin edib və onun barəsində olan cərimə cəzasını 1000 manata qədər azaldıb.

    Uğur Rüstəmov bu qərarla da razılaşmayıb. O, barəsində olan cinayət təqibinə xitam verilməsi üçün kasasiya şikayəti verib.

    Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət dekabrın 24-də məhkəməyə daxil olub. Hələlik iş araşdırılması üçün hakim icraatına verilməyib.

    Yaxın günlərdə bu iş Ali Məhkəmədə hakim icraatına veriləcək və araşdırma başlanacaq.