Month: December 2019

  • Рамиз Мехтиев: «Они занимались показухой»

    «Несмотря на то, что с создания Парка высоких технологий АН прошло три года, его работа построена не на уровне современных требований. Они занимались показухой», – сказал президент Академии наук академик Рамиз Мехтиев, выступая на общем собрании Академии наук (АН) Азербайджана, сообщает Report.

    «Недостатки, существующие в сфере научной деятельности, неправильная организация стимулирования исследовательской деятельности научных учреждений привели к тому, что высококвалифицированные кадры, которые могли бы быть полезны стране, уезжают за рубеж, уходят в сферу предпринимательства и в другие сферы. Для устранения этих недочетов структура Академии должна быть полностью перестроена, определены ее цели, приоритеты развития, проведены в связи с этим безотлагательные меры», – сказал президент НАНА.

    По его словам, каждый год государство выделяет большие средства Академии наук, но взамен практически не получает никакой пользы в области развития науки. Поэтому работу Академии в этом направлении необходимо проанализировать и перестроить.

    По его словам, в последние годы на научно-исследовательские работы сотрудников Академии Фонд развития науки при Президенте Азербайджана и Научный фонд SOCAR выделили более 60 миллионов манатов. Однако, никаких конкретных результатов этих исследований не прослеживается.

    Отметив крайне слабое участие отечественных ученых в международных, региональных и финансируемых государством национальных научных проектах, Мехтиев сказал, что Еврокомиссия выделила на международные научные проекты 80 миллионов евро: «И вновь с сожалением отмечу, что азербайджанские ученые не участвовали в этих проектах на должном уровне. Поэтому азербайджанская наука осталась в стороне от ряда современных научных достижений, разработки и применения новых экономических моделей».

  • Bakıda ailə münaqişəsi qanlı bitdi – Bacı qardaşını bıçaqladı

    Dekabrın 27-də Bakının Yasamal rayonunda xoşagəlməz hadisə baş verib: bacı qardaşını qarnından bıçaqlayıb.

    Median.Az xəbər verir ki, bu barədə oxu.az-a rayon polis idarəsindən məlumat veriblər.

    Münaqişə saat 08:00 radələrində Hüseyn Cavid küçəsində yerləşən evlərdən birində baş verib. 1993-cü il təvəllüdlü Fidan Hüseynova 1986-cı il təvəllüdlü İsa Qəmbərovu bıçaqlayıb. Zərərçəkən 1 nömrəli Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Qadın 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

    İlkin məlumatlara görə, qohumlar arasında münaqişə İ.Qəmbərovun bacısına ailə işlərinə müdaxilə etməsini və məsləhətlər verməsini qadağan etməsi səbəbindən baş verib. Onun sözlərinə görə, gənc qadın ərindən boşandığı üçün belə bir haqqını itirib və bu ailənin tamhüquqlu üzvü sayılmır.

    Qardaşından hörmətsizlik görən bacı bıçaq dalınca mətbəxə gedib və sonra otağa qayıdaraq onu vurub.

    Faktla əlaqədar istintaq davam edir.

  • Uşaqlar hədiyyə almaq üçün Şaxta babaya hücum çəkdilər

    Rusiyanın Buryatiya Respublikasında dram teatrında Yeni il şənliyində uşaqlar hədiyyə paylayan Şaxta babanı əziblər.

    Ulan-Ude şəhərində keçirilən şənlikdə uşaqlar hədiyyə almaq üçün şaxta babanı yıxaraq əziblər.

    Şaxta baba rolunu oynayan aktyor Aleksandr Fateyev onun üstünə və boynuna çıxan uşaqlardan qaçaraq canını qurtarıb.

    Teatrın direktoru hadisənin xoş olmadığını deyib və aktyorun belə vəziyyətə düşdüyünə görə təəssüfləndiyini bildirib.

    Valideynlərin də iştirak etdiyi şənlikdə belə vəziyyətin yaranması ictimaiyyətdə birmənalı qarşılanmayıb.

  • В Баку ограблен иностранец

    В Баку ограблен иностранец.

    Как сообщает АПА, гражданин Объединенных Арабских Эмиратов Абдулла Мухаммад обратился с заявлением в Сабаильское районное управление полиции и указал, что вчера на улице А.Ягубова в автомобиле марки «Mercedes Vito», функционирующем как такси, у него украли 2300 манатов, паспорт и другие ценные вещи.

    По факту проводится расследование.

  • BNA bir yol nişanını 1840 manata rəsmiləşdirib — Fantastik QİYMƏTLƏR

    Bakı Nəqliyyat Agentliyi (BNA) 2020-ci ildə Bakıda piyadalar üçün 500 yeni yol nişanı quraşdıracaq. Bir yol nişanının bir ədədi dövlətə 1840 manata (1082 ABŞ dollarına) başa gələcək.

    Median.Az marja.az-a istinadən xəbər verir ki, dövlət satınalma reyestrinə əsasən, müqavilə dekabrın 24-də “MG Construction” MMC-yə verilib.

    Müqavilənin ümumi dəyəri 920 min manatdır.
    Şirkətin veb saytında (mgconstruction.az/shop-2/) onun istehsalında yol nişanlarının olması barədə məlumat yoxdur.

  • Gürcüstandan Azərbaycana “donuz qrip”i təhlükəsi (ŞƏRH)

    Gürcüstanda “donuz qripi” adlandırılan H1N1 virisundan iki nəfər ölməsi həmsərhəd ölkələrdə narahatlığa səbəb olub. Gürcüstanla Azərbaycan arasında sıx gediş-gəlişin olmasını nəzərə alsaq, qonşu ölkədə “donuz qripi”ndən ölüm hadisəsinin baş verməsi bizi də təlaşlandırır.

    “Sputnik Azərbaycan” ölkəmizdə H1N1 virisu ilə bağlı epidemik durumu araşdırıb.

    Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev açıqlamasında bildirib ki, Azərbaycanda “donuz qripi” ilə bağlı heç bir narahatlığa əsas yoxdur. İ.Ağayev sərhəddən keçənlər arasında “donuz qripi”nə şübhəli şəxslərin dərhal müayinədən keçirildiyini və nəzarətdə saxlanıldığını söyləyib:
    “Bu gün sərhəd və gömrük keçid məntəqələrinin hər birində karantin şöbələri fəaliyyət göstərir. Ölkəmizə infeksion xəstəliklərin yayıldığı ölkələrdən daxil olan bütün nəqliyyat vasitələri dezinfeksiya edilir. Yüksək temperatur, halsızlıq müşahidə edilən şəxslər müayinədən keçirilirlər. Hətta ölkə ərazisində hər hansı polikilinikaya və xəstəxanaya yüksək temperatur, qrip əlamətləri ilə bağlı müraciət edən şəxs varsa belə, insanlardan analiz götürülərək laborator şəraitdə yoxlanılır. Amma indiyədək belə narahatlıq doğuracaq hadisə aşkarlanmayıb. Ona görə də, əhali arasında Gürcüstanda yayılmış H1N1 virisu ilə bağlı panika yaratmağa ehtiyac yoxdur. Ölkəmizdə H1N1 virisu ilə bağlı aşkarlanma qeydə alınmayıb”.

    Qeyd edək ki, Gürcüstanda “donuz qripi”ndən iki nəfərin öldüyünə dair məlumat yayılıb. Ölümə məhz H1N1 virusunun səbəb olması laborator yoxlamalarla təsdiq olunub. Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib. Onun sözlərinə görə, ölümə məhz H1N1 virusunun səbəb olması laborator yoxlamalarla təsdiq olunub. Mərkəz rəhbəri qeyd edib ki, hazırda ölkədə A və B tipli qrip virusu yayılıb. O qeyd edib ki, qripə yoluxma halları illik müqayisədə azdır.

    “Sputnik Gürcüstan”ın yaydığı məlumata görə, Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin elmi direktoru Paata İmnadze də keçirdiyi mətbuat konfransında qrip hücumlarının – H1N1 virusunun Gürcüstanda daha tez-tez baş verdiyini təsdiqləyib. O bildirib ki, Gürcüstanda qrip epidemiyası təhlükəsi yoxdur. Son bir həftəyə görə, belə hadisələrin sayı 100 min nəfərə 190 nəfərdir: “Gürcüstan üçün hər 100 min nəfərə 450-550 hal epidemioloji təsir sayılır. Ötən il eyni dövrdə 100 min nəfərə 220 hadisə, pik dövrdə isə 280 hadisə qeydə alınmışdı. Epidemiya barədə danışmaq olmaz, qrip əsasən uşaqlar arasında yayılır, xəstəxanaya yerləşdirmə gənc uşaqların üzərinə düşür, böyüklər üçün xəstəxanalar həddən artıq yüklənmir”.

    Məlumat üçün bildirək ki, ötən ilin dekabr-yanvar aylarında Gürcüstanda H1N1 virusu geniş yayılmışdı. Bu virusdan ölənlərin sayı 22 nəfər olub.

  • Bakıda yataqxana binasında ali təhsil müəssisəsi

    Müasir dünyanın inkişaf etməsində universitetlərin rolunun daha çox olduğunu desək yanılmarıq. Bəzən elə universitetlər olur ki, müasir standartlara bir o qədər də cavab vermir. Hazırda Azərbaycanda da bu tipli universitetlər və akademiyalar fəaliyyət göstərməkdədir.

    Haqqında söz açacağımız ali təhsil müəssisəsi Bakının Binəqədi rayonu, Azadlıq prospekti 181 ünvanında yerləşən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasıdır. Sözügedən akademiyanın aşağı mərtəbələrində tələbələrə müxtəlif ixtisaslar üzrə fənlər tədris olunur. Yuxarı mərtəbələr isə, yaşayış binası kimi fəaliyyət göstərir. Bəs görəsən ali təhsil müəssisəsinin bu cür şəraitdə fəaliyyət göstərməsi standartlara nə dərəcədə uyğundur?

    Məsələ ilə bağlı təhsil eksperti Etibar Əliyev modern.az-a bunları söyləyib:

    “Bu akademiyanın adı heç bir yerdə çəkilmir. Hesab edirəm ki, akademiyanın adının özündə bir absurdluq var. Bura tələbələr ən aşağı balla qəbul olurlar. Hətta burada təkrar ixtisaslar mövcuddur. Digər tərəfdən, akademiyanın maddi-texniki bazası olduqca zəifdir. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ölkə üçün elə də önəmli hesab olunmur. Bu cür akademiya, bağlanan özəl universitelər səviyyəsində mütəxəssislər hazırlayır. Mən şəxsən belə universitetlərin fəaliyyətini müsbət qiymətləndirmirəm. Biz hər bir universiteləri təhlil etdiyimiz zaman, ilk öncə onun uğurlarına da diqqət edirik. Nəticədə məlum oldu ki, bu akademiyanın heç bir uğuru yoxdur. Düşünürəm ki, vahid idarəçilik sisteminin bərqərar olunması üçün, universitetlərin hər biri Təhsil Nazirliyinə tabe olsa, daha məqsədəuyğun olar”.

    Modern.az-ın əməkdaşı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə əlaqə saxlayıb. Akademiyadan verilən məlumata görə, binanın yuxarı mərtəbələri tələbə yataqxanasıdır. Ancaq burada məcburi köçkünlər məskunlaşıb.

  • Медаль “За отвагу” вручена семье военного пилота Рашада Атакишиева – ФОТО

    По поручению министра обороны заместитель министра обороны – командующий Военно-воздушными силами генерал-лейтенант Рамиз Таиров навестил семью пилота МиГ-29 Военно-воздушных сил Азербайджана полковник-лейтенанта Рашада Атакишиева, потерпевшего крушение во время учебно-тренировочных полетов.

    Как сообщили в Министерстве обороны, поздравив семью покойного пилота с наступающими праздниками от имени руководства Министерства обороны, заместитель министра отметил, что за время службы в Азербайджанской Армии Р.Атакишиев показал себя профессиональным, образцовым офицером, патриотом своей страны, и его заслуги всегда высоко оценивались.

    По указанию Верховного Главнокомандующего Вооруженными Силами Ильхама Алиева, медаль Азербайджанской Республики “За отвагу”, которой был награжден полковник-лейтенант Р. Атакишиев посмертно за заслуги, проявленные при выполнении воинского долга по защите Родины, 28 декабря, в канун праздника была вручена его семье.

    После вручения награды генерал-лейтенант Р.Таиров поинтересовался заботами семьи военного пилота и представил праздничные подарки. Члены семьи Р.Атакишиева выразили признательность главе государства и руководству Министерства обороны за оказанные внимание и заботу.//oxu.az

  • “Şücaətə görə” medalı hərbi pilot Rəşad Atakişiyevin ailəsinə təqdim olunub

    Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin ailəsinə baş çəkib.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mərhum pilotun ailə üzvlərini qarşıdan gələn bayramlar münasibətilə nazirliyin rəhbərliyi adından təbrik edən R.Tahirov bildirib ki, R.Atakişiyev Azərbaycan Ordusunda xidmət etdiyi müddətdə peşəkar, nümunəvi, vətənpərvər zabit kimi tanınıb və onun xidmətləri həmişə yüksək qiymətləndirilib.

    Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən göstərdiyi xidmətlərə görə ölümündən sonra təltif olunduğu Azərbaycan Respublikasının “Şücaətə görə” medalı dekabrın 28-də bayram ərəfəsində polkovnik-leytenant R.Atakişiyevin ailəsinə təqdim edilib.

    Medalı təqdim etdikdən sonra general-leytenant R.Tahirov hərbi pilotun ailəsinin qayğıları ilə maraqlanıb və bayram hədiyyələrini təqdim edib.

    R.Atakişiyevin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

  • Королевские машины Queen: коллекция Фредди Меркьюри – ФОТО

    Автоколлекция Фредди Меркьюри, солиста группы Queen, отличается той же харизматичностью, эклектичностью и экстравагантностью, как и ее хозяин, сообщает “За рулем”.

    Daimler Limousine DS420


    Когда Фредди купил эту машину, у него даже не было водительских прав. Поэтому за руль музыкант не садился, а пользовался услугами водителя. Этот лимузин, без всяких оговорок, — королевская машина, так как модель была весьма популярна среди европейских аристократов, включая правящие семьи.

    Lincoln Town Car


    Седан, созданный для стильных и комфортных поездок. Автомобиль Фредди использовал для повседневных поездок во время визитов в Нью-Йорк. Он купил его специально для того, чтобы не брать машины напрокат.

    Rolls-Royce Silver Shadow


    Одной из моделей Rolls-Royce, которая привлекла внимание Фредди, была Silver Shadow (Серебряная тень). Он владел этим автомобилем до 1991 года. То есть практически до самой смерти. Фредди выбрал модель с серым салоном, украшенным деревом, а главными достопримечательностями автомобиля являлись кассетная аудиосистема и телефон.

    Range Rover Convertible


    Одним из самых необычных автомобилей в коллекции Фредди был кабриолет Range Rover, который больше подходит для приключений. Автомобиль, оснащенный мощным двигателем V8, принадлежал фирме Spinney Music, которая входила в состав компании Mercury. Им также пользовался менеджер группы Queen Джим Бич.

    Mercedes-Benz 420SEL


    Это один из любимых автомобилей Фредди, которым он пользовался ежедневно, начиная с 1986 года. Проданный через несколько лет после смерти музыканта (в 1996 году), автомобиль оказался в руках безалаберного человека, который не позаботился о машине должным образом и бросил ее гнить под открытым небом. Но нашелся человек, который выкопал просевший в грунт автомобиль и восстановил его.