Lənkəranda evdən qızıl əşyalar oğurlayan şəxs tutulub

Median.Az xəbər verir ki, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən dekabrın 1-də rayon ərazisindəki evdən 850 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Nərimanabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş İ.Qasımov saxlanılıb.

ŞRPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *