Median.Az xəbər verir ki, Nərimanov RPİ 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan R.Tağıyev saxlanılıb.
Araşdırma aparılır.
Əsrlər boyu insan yaddaşı haqqında müxtəlif ehtimallar və suallar insanları düşündürüb. Onlardan biridə yaddaşımızın nə zamansa dolub-dolmaması ilə əlaqədardır. Artıq insanları düşündürən bu sualın cavabı tapılıb.
Median.Az medicina.az-a istinadən xəbər verir ki, amerikalı professor P.Reber bildirib ki, insanın yaddaşının dolması mümükündür. Professorun sözlərinə görə, insanların ömrü yetmədiyi üçün bu halla üzləşən olmayıb. Lakin faktiki olaraq yaddaşımızın dolması fikri doğrudur. Unutmaq olmaz ki, insan beyni təxminən 2 kvardilliyon bayt həcmində yaddaşa malikdir. Əgər insan beyni yüksək keyfiyyətli və daimi olaraq videoyazı qeydə alan kamera olsaydı onun yaddaşı bizə 300 il bəs edərdi. Məsələn həyatınız boyu öyrənəcəyiniz dillərin sayı yaşadığınız illər və göstərdiyiniz səylə ölçülür.
Bu limit yaddaşda yox həyatın uzunluğundadır. “Mənim beynim çox yüklənib” deyən insanlar sadəcə olaraq ondan istifadə etməyi bacarmırlar. Onları da anlamaq asandır. Təsəvvür edin ki, yaddaşında milyonlarla mahnı olan hər hansı bir qadjetdən yaxşı axtarış sistemi olmadan özünüzə lazım olan mahnını tapmaq çətindir. Axtarış sistemi isə öz üzərində işləyən və daim öyrənən insanlarda yaranır.

Sabunçu rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Zabrat qəsəbəsində qeydə alınıb.
“Mercedes” markalı minik avtomobili 50 yaşlı Bayramov Ədilxan Ziyəddin oğlunu vurub. Hadisəni törədən sürücü ərazidən yayınıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

İtaliya A seriyasında çıxış edən “Yuventus” klubunun türk futbolçusu Merih Demiralın adı “Barselona” ilə hallanır.
“Spor Arena” xəbər verir ki, Turin klubunun “Barselona”dan İvan Rakitiçi transfer etmək istəməsi Merih Demiralın katalon klubuna keçidinə səbəb ola bilər.
Məlumata görə, İvan Rakitiçi yanvar ayında heyətinə cəlb etmək istəyən “Yuventus” Merih Demiral və ya Ruqanini “Barselona”ya təklif edib.
Jerar Pikenin yaşının çox olması səbəbilə gənc və uzun müddət çıxış edə biləcək bir müdafiəçiyə ehtiyacı olan “Barselona”nın italyanların təklifinə müsbət baxdığı qeyd olunur.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Kərimova Həqiqət Əsədulla qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
AVRO-2020-nin Bakıda keçiriləcək oyunları üçün Uelsdən Bakıya çarter reysləri təşkil olunacaq.
Bu barədə Böyük Britaniyanın “Air Charter Service” şirkətinin kommersiya direktoru Metyu Perton “Business Airport” portalına bildirib. Onun sözlərinə görə, Avropa çempionatının püşkatmasında sonra çox sayda sifariş alıblar: “Püşkatmadan bəri telefonlarımız susmur. Əsasən də futbol federasiyaları və azarkeşlər tərəfindən zənglər olur. Aralarında 4 günlük fərq olacaq matçlara yetişmək üçün uzaq məsafə qət etmək lazımdır. Kardiffdən Bakıya qədər olan məsafə 2500 mildir (4000 km). Romandan Azərbaycanın paytaxtına isə 2000 mil (3200 km) təşkil edir. Biz artıq qarşıdakı pley-off görüşləri üçün çarter reysləri təşkil edəcəyik. Avropa çempionatının final mərhələsi üçün isə artıq 40 çater reysi bron edilib”.
Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Uels yığması hər iki oyunda qalib gəlib (2:1, 2:0).
Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels – İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.
AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.
Böyük Britaniya təmsilçilərindən Şotlandiya və Şimali İrlandiya pley-off mərhələsində çıxış edəcəklər. Bu komandalar müvafiq olaraq İsrail və Bosniya və Herseqovina ilə qarşılaşacaqlar.

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 69,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,77 dollar/barel çoxdur.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,71 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,41 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 66,9 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,79 dollar/barel çoxdur.
Gəncə şəhərində 68 yaşlı qadın yanıb.
Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. 1951-ci il təvəllüldü Məryam Məmmədova yanıq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər qadının üz və döş qəfəssinin 2-3 cü dərəcəli yanığı diqanozu qoyublar. Hələlik yaşlı qadının hansı şəraitdə xəsarət alıdığı məlum deyil. İkin məlumata görə, qadın özünü yandırıb.
Faktla bağlı Kəpəz rayon Polis Şöbəsində araşdırma başlanılıb, hadisənin təfərrüatları dəqiqləşdirilir.
Встреча лидеров «нормандской четверки» началась в Елисейском дворце в Париже, передает РИА Новости.
По правую руку от президента России Владимира Путина за круглым столом сидит французский лидер Эммануэль Макрон, по левую – канцлер Германии Ангела Меркель, а напротив – президент Украины Владимир Зеленский.
Обновленная «четверка» (за три года с последнего саммита успела смениться половина состава, новые участники – Макрон и его украинский коллега Зеленский) обсудит перспективы урегулирования на востоке Украины.
В Кремле заявили, что Москва не ждет многого, но надеется на конкретный разговор. Лидеры могут принять итоговый документ, но он вряд ли будет обязывающим.
Ранее Зеленский рассказал, что хочет поднять вопрос обмена удерживаемыми по формуле «всех на всех», а также ситуацию с восстановлением контроля Киева над границей с Россией. Он также выразил желание обсудить конкретные сроки обмена пленными и условия по проведению выборов в Донбассе. Кроме того, украинский президент надеется договориться о полном прекращении огня в Донбассе.
Переговоры между лидерами «четверки» стали возможны после принятия Киевом формулы Штайнмайера и разведения сил в районе Станицы Луганской, а также населенных пунктов Золотое и Петровское.
Первая встреча лидеров России, Франции, Германии и Украины состоялась 6 июня 2014 года, позднее этот формат так и стал называться «нормандским». Важнейшей встречей «квартета» считается саммит в Минске в феврале 2015 года, где были закреплены «минские договоренности».

Tərtərdə güllələnmə hadisə baş verib.
Hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
Belə ki,Tərtər şəhər Səməd Vurğun küçəsində yaşayan 32 yaşlı Behbudov Mənsur Oktay oglu ağzından güllələnib.
Onun kim tərəfindən və nə səbəbdən güllələndiyi məlum deyil.
Yaralı Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb, vəziyyəti ağır olduğu üçün Gəncə şəhərində özəl klinikalardan birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
