Month: December 2019

  • Azərbaycanda gəlin ərinin qohumuna qoşulub qaçdı

    Beyləqanda qadın həyat yoldaşının əmisi oğluna qoşulub qaçıb.

    Hadisə rayonun Şahsevən kəndində baş verib.

    Evli qadın L.Əbilova rayon sakini Elvin Əbilovla qaçıb.

    Hadisədən sonra E.Əbilov özünə bıçaq xəsarəti yetirib. Yaralı şəxs xəstəxanaya yerləşdirilib. Ailə yaranmış vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Firuzə İbadova: İlhamə Quliyevanın oğlu Orxan mənə borcunu qaytarmadı

    Bir neçə il öncə Əməkdar artist Firüzə İbadova mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova borc versə də, daha sonra qarşı tərəf aldığı yeddi min manat pulu geri qaytarmayıb.

    Tədbirlərin birinə qatılan sənətçi Oxu.Az-ın əməkdaşı ilə söhbətində həmin məsələnin pərdəarxası məqamlarını gün üzünə çıxarıb:

    “Orxan mənə olan borcunu qaytarmadı. Mənə borclu olan o pulu İlhamə Quliyevanın sənətinə görə Orxana halal etdim. Orxan uşaqdır, cavandır. Neyləyək, belə alındı. Eybi yoxdur. Dünya malı dünyada qalır. Halal xoşu olsun. Hər şeyin üstündən xətt çəkdim. Allah onun qapılarını üzünə açsın. Orxan da qaldı heç nəsiz. İlhamədən ona heç nə qalmadı. İlhamə onu övladlığa götürmüşdü. Heç olmasa ona nəsə verilməli idi”.

    F. İbadova mərhum Xalq artisti İlhamə Quliyevanın taxt-tacına sahib çıxmaq istəyən bəzi ifaçılara da redaksiyamız vasitəsi ilə ikibaşlı mesaj ünvanlayıb:

    “İlhamənin taxt-tacı heç kimə yaraşmır. O taxt-tac yalnız İlhaməyə yaraşırdı. Taxt-tac heç Sultan Suleymana belə qalmadı”.

    Əməkdar artist müsahibəsinin sonunda mənzil şəraiti ilə bağlı yaşadığı çətinlikləri yada salıb, giley-güzar edib:

    “İnsanın həyatında hansısa sıxıntı olanda… Allahın hökmü var. Sınaq. Bu kimi suallar olanda özümdən aslı olmadan qəhərlənirəm. Bu dünya sınaq məkanıdır, “zəmidir”. Ümid edirəm nə vaxtsa, mənim də “zəmim” bəhrəsini verər.

    Bu gün də ayaqdayam. Bu il 65 yaşım tamam olur. Azərbaycan musiqi mədəniyyətində öz səviyyəmi qoruyub saxlayıram. Yəqin ki, bəhrəsi olar. Ev də olar, fəxri ad da olar. Olmasa da, mənim dəyərim tamaşaçılarım və dincləyicilərimdir”.

  • Müdafiə Nazirliyi Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsinə aydınlıq gətirdi

    Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsinin mümkünlüyü barədə Müdafiə Nazirliyinin məlumatının bəzi yerli KİV-lər tərəfindən təhrif edilməsinə Nazirliyin Mətbuat Xidməti tərəfindən münasibət bildirilib:

    Nazirlikdən məlumat verilib ki, çoxmillətli təlimlərin keçirilməsi barədə təklif Türkiyə Baş Qərargahının ikinci rəisi, korgeneral Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı ilk olaraq səsləndirilib:

    “Eyni zamanda, onu da qeyd edək ki, Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsi hazırda Azərbaycan Müdafiə Nazirliyinin yaxın perspektiv fəaliyyət planına daxil deyil”.

    Qeyd edək ki, Müdafiə naziri Zakir Həsənovun Qətərin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşündə Azərbaycan ilə Qətər arasında hərbi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edilmiş, hərbi əlaqələrin inkişafı baxımından hərbi qulluqçuların qarşılıqlı səfərlərinin, həmçinin Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsinin vacibliyi vurğulanmışdı.

  • В России осужден наркоторговец, скрывавшийся на срочной службе в Азербайджане

    Суд в Нижнем Тагиле (Россия) вынес обвинительный приговор азербайджанцу Камилу Гейдарову 1983 года рождения.

    Как передает Тagilcity.ru со ссылкой на прокуратуру, мужчина признан виновным в незаконном сбыте наркотиков в особо крупном размере.

    В феврале 2012 года подсудимый посредством тайника сбыл 2,5 г героина своему знакомому, тот, в свою очередь, сбыл часть наркотического средства жительнице Нижнего Тагила. Женщина на следующий день была задержана, в ходе личного осмотра у нее нашли наркотики. Тагильчанка пожелала изобличить наркосбытчика и принять участие в оперативно-розыскном мероприятии “Проверочная закупка”. В ходе мероприятия был задержан гражданин, купивший наркотики у Гейдарова. При обыске дома у него были найдены остатки наркотического вещества.

    В октябре этого же года Гейдаров, находясь на Тагилстрое, вновь осуществил сбыт наркотического вещества в особо крупном размере. За наркотик, в состав которого входит героин, он выручил 8 тыс. рублей (213,5 маната – ред.). Впоследствии покупатель был задержан, а наркотик найден у него дома в ходе обыска. Задержанный дал показания на Гейдарова.

    В попытке избежать уголовной ответственности Гейдаров покинул Россию и несколько лет прожил в Азербайджане, где успел пройти срочную службу в армии. По возвращении в Нижний Тагил он был задержан оперативниками. У него дома в ходе обыска были обнаружены наркотики массой 44,81 г.

    Гейдаров приговорен к 10 годам лишения свободы с отбыванием наказания в колонии строгого режима.

  • Bakının ən böyük Yeni il yolkasının yeri dəyişdirildi

    Qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar – Yeni il bayramı ilə əlaqədar paytaxt Bakıda quraşdırılacaq ən böyük Yeni il yolkasının qurulacağı yer məlum olub.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentindən məlumat verilib.

    Məlumata görə, Bakının müxtəlif yerlərində yolkalar quraşdırılacaq: “Rayon icra hakimiyyətləri tərəfindən yeni il yolkaları Bakıdakı park və istirahət mərkəzlərində quraşdırılacaq. Bakının ən böyük yolkası isə bu dəfə Azneft dairəsində qurulacaq. Həmin yolkanın hündürlüyü 34 metr olacaq. Yolkaların quraşdırılmasına dekabrın 15-dən start veriləcək”.

    Xatırladaq ki. ötən il Bakının ən böyük yeni il yolkası paytaxtın Azadlıq meydanında quraşdırılmışdı. Yolkanın hündürlüyü 37 metr diametri isə 16 metr idi.

  • Находящийся в розыске мужчина задержан за попытку кражи

    Как сообщает Median.Az, cотрудники 10-го отделения полиции Гарадагского РУП и полка оперативного реагирования МВД в результате совместной операции задержали жителя Апшеронского района, ранее судимого Т.Мустафаева, который 5-го декабря пытался совершить
    кражу из магазина в поселке Локбатан.

    Во время разбирательства выяснилось что, он находиться в розыске по статье 177 (кража) УК Азербайджана.

    По факту возбуждено уголовное дело.

  • Qaradağda axtarışda olan şəxs oğurluğa cəhd edib

    Median.Az xəbər verir ki, Qaradağ RPİ 10-cu polis bölməsi və DİN Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 5-də Lökbatan qəsəbəsi ərazisindəki mağazadan oğurluğa cəhd göstərən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş T.Mustafayev saxlanılıb.

    Araşdırma zamanı, onun CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması məlum olub.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Житель столицы ранил ножом бывшую жену и ее брата

    Как сообщает Median.Az, 7-го декабря в 7-е отделение полиции Бинагадинского РУП поступила информация о том, что в поселке М.Расулзаде Э.Гырхларов явился в дом бывшей жены А.Гырхларовой. Во время возникшего инцидента он нанес ножевые ранения женщине и ее брату.

    Потерпевшие были помещены в Клинический Медецинский центр.

    Сотрудники Главного управления полиции (ГУП) г.Баку и 7-го отделения полиции в результате совместных оперативных мер задержали Э.Гырхларова.

    В Следстенном отделе Бинагадинского РУП возбуждено уголовное дело по статье 126 (умышленное причинение тяжкого вреда здоровью) УК Азербайджана.

  • Bakı sakini keçmiş arvadını və qardaşını bıçaqlayıb

    Median.Az xəbər verir ki, dekabrın 7-də Bakı şəhər sakini E.Qırxlarovun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yaşayan keçmiş həyat yoldaşı A.Qırxlarovanın evinə gələrək, ona və qardaşına bıçaqla xəsarət yetirməsi barədə Binəqədi RPİ 7-ci polis bölməsinə məlumat daxil olub.

    Zərərçəkmişlər Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

    Bakı ş. Baş Polis İdarəsi (BPİ) və 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qırxlarov saxlanılıb.

    Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

  • Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT – Odunla döydü, bıçaqladı və diri-diri yandırdı

    Ötən gün Astara rayonundə dəhşətli cinayət baş verib.

    1961-ci il təvəllüdlü Cabir Mürvət oğlu Əliyev Şiyəkəran kənd sakini Sadiq Novruz oğlu Əliyevin evində yanaraq ölüb.

    Cabir Əliyevin meyitinə məhkəmə-tibbi ekspertlərinin iştirakı ilə baxış keçirilib.

    Araşdırmalar nəticəsində Sadiq Novruz oğlu Əliyev Astara rayon Prokurorluğunun əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub.

    S.Əliyev dindirilmə zamanı etiraf edib ki, Cabir Mürvət oğlu Əliyevlə şəxsi münaqişə zəmnində mübahisə edib. Mübahisə zamanı onu odun parçası ilə döyüb.

    Daha sonra onu bıçaqlayıb. Daha sonra evə od vurub yandırıb. Özü isə oradan çıxıb.

    Faktla bağlı Astara rayonu Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.