Month: December 2019

  • Manatın sabaha MƏZƏNNƏSİ

    Dekabrın 10-na manatın məzənnəsi açıqlanıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, 10.12.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.

    Qeyd edək ki, 2019-cu il dekabrın 9-da da USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

  • Aramsız yağışın fəsadları: Sabunçuda həyətlər, yollar su altında qalıb – VİDEO

    Aramsız yağış bu dəfə də paytaxtın müxtəlif yerlərində gölməçələr yaradıb, onlarla ev, həyətyanı sahə su altında qalıb.

    Belə ki, Sabunçu rayonu Əliağa Vahid küçəsində yerləşən əksər evləri su basıb, bəzi sakinlər isə hətta azyaşlı uşaqlarını qohumlarının evlərinə göndərməyə məcbur olublar.

    Ərazidə yerləşən evlərin zirzəmilərində təxminən 40 santimetrə yaxın su var. Sakinlər bildirir ki, hər dəfə yağış yağanda həyətə çıxa bilmirik, uşaqlarımız məktəbə gedə bilmirlər.

    Vətəndaşlar yaşayış evlərindəki vəziyyətlə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb. Onların sözlərinə görə, aidiyyatı qrumların hər birinə müraciət etsələr də, problemlə maraqlanan olmayıb.

    Sakinlərin şikayəti ilə bağlı Sabunçu rayonu Ramanı qəsəbə nümayəndəsi Məhəmməd Əsədovun verdiyi cavab isə belə oldu:

    “Hazırki vəziyyətdə heç bir köməklik edə bilmərik. Bizim nasosumuz da yoxdur su çəkmək üçün. Kanalizasiya sisteminə gəldikdə isə artıq bununla bağlı layihə qəbul olunub, yaxın vaxtlarda həmin yerlərdə də kanalizasiya sistemləri quraşdırılacaq”.

    Görünən odur ki, məsul qurumların problemə laqeyd münasibəti nəticəsində sakinlər hələ bir müddət də bataqlıq adlandırdıqları bu ərazidə yerləşən evlərində nasosla su çəkməli olacaqlar.

  • Ильхам Алиев выразил соболезнования Владимиру Зеленскому – ОБНОВЛЕНО

    Президент Азербайджана Ильхам Алиев направил соболезнования президенту Украины Владимиру Зеленскому в связи с человеческими жертвами в результате пожара в колледже в Одессе.

    Текст письма опубликован АЗЕРТАДЖ.

    В послании говорится:

    “Уважаемый господин Президент,

    Крайне опечален известием о человеческих жертвах в результате пожара, произошедшего в колледже в городе Одесса.

    В связи с этой трагедией от себя лично и от имени народа Азербайджана выражаю глубокие соболезнования Вам, семьям и близким погибших, всему народу Украины, желаю скорейшего выздоровления раненым и пострадавшим”.

    * * * * *

    Президент Азербайджана Ильхам Алиев направил соболезнования президенту Украины Владимиру Зеленскому в связи с человеческими жертвами в результате пожара в колледже в Одессе.

    Текст письма опубликован АЗЕРТАДЖ.

  • İlham Əliyev Vladimir Zelenskiyə başsağlığı verdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib.

    Başsağlığında deyilir:

    “Hörmətli cənab Prezident,

    Odessa şəhərində kollecdə baş vermiş yanğın nəticəsində insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

    Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

  • Турция депортировала во Францию 11 боевиков ИГИЛ

    9 декабря министерство внутренних дел Турции объявило о депортации во Францию 11 граждан этой страны, причастных к террористической группировке ИГИЛ, сообщает издание news.ru.

    О намерении осуществить такую депортацию неделю назад сообщал министр иностранных дел Турции Сулейман Сойлу.

    Высылка из Турции была начата около трех недель назад, несмотря на сопротивление некоторых европейских стран. Многие государства требуют, чтобы боевиков судили там, где они совершали преступления, и оставляли их отбывать наказание на месте.

    Франция в число таких стран не входит. Официальный Париж еще в середине ноября согласился принять своих граждан, состоявших в рядах ИГИЛ.

  • Рэперов HammAli & Navai обстреляли после концерта в Липецке – ВИДЕО

    Еще одно ЧП произошло с известными рэперами HammAli & Navai в Липецкой области. Когда машина с артистами возвращалась после концерта из Липецка в Москву, их обстреляли неизвестные.

    Как пишет издание Super.ru со cсылкой на артистов, сначала их выступление в Липецке сорвали из-за звонка о заложенном взрывном устройстве в клубе, где проходил концерт, а после концерта за их машиной началась слежка. По данным рэперов, от клуба за автомобилем артистов поехала “Лада Приора”, из которой позже они и услышали стрельбу. Звуки стрельбы записала камера видеорегистратора, где слышны хлопки.

    После случившегося артисты написали заявление в полицию. Как сообщили в пресс-службе УМВД России по Липецкой области, сотрудники ОМВД по Становлянскому району зарегистрировали заявление по факту дорожного происшествия. Со слов заявителей в непосредственной близости от их автомобиля были слышны хлопки, похожие на выстрелы. Пострадавших нет. Проводится проверка.

  • Azərbaycanlı repçilərə Rusiyada silahlı hücum

    Rusiyada yaşayan azərbaycanlı repçilər onlara atəş açılması ilə bağlı polisə müraciət ediblər.

    27 yaşlı Aleksandr Əliyev və 24 yaşlı Nəvai Bəkirov (HammAli & Navai) Moskvadan Lipetskə konsert verməyə gəliblər.

    “Meqapolis” mədəniyyət-əyləncə mərkəzinin qarşısında keçirilən konsertin gedişində polisə binada mina alması barədə məlumat daxil olub.

    Bununla bağlı hadisə yerinə xüsusi-mühafizə, hüquq-mühafizə xidmətinin əməkdaşları və tibb işçiləri cəlb olunub.

    Üst geyimlərini belə geyinə bilməyən 500-ə yaxın tamaşaçı küçəyə çıxarılıb.

    Axtarış nəticəsində binada partlayıcı əşya tapılmayıb.

    Repçilər onlara məxsus “Mercedes-Benz” markalı avtomobillə əyləncə mərkəzini tərk elədikdən sonra, “LADA Priora” markalı avtomobillə onları təqib edərək atəş açıblar.

    İnsident nəticəsində xəsarət alan olmayıb.

    Qeyd edək ki, Əliyev Bakıda, Bəkirov isə Samarada doğulub. Onların hər ikisi azərbaycanlıdır.
    /oxu.az/

  • Bakıda ögey anaları tərəfindən işgəncə verilən azyaşlıların nənəsi danışdı – VİDEO

    Qapını qıraraq uşaqları onlardan aldıq.

    Bu sözləri valideynləri tərəfindən işgəncəyə məruz qalan uşaqların nənəsi Tamaşa İbrahimova deyib.

    O bildirib ki, 15 gündür uşaqlara onlar baxır:

    “Qapını, pəncərəni qırıb, uşaqları oradan çıxarmışıq. Onları gətirəndən həkimlərdəyik. Xəqani və Nuranə mənim nəvələrimi bu hala salıb”.

    Qeyd edək ki, azyaşlı Qulu və Hüseyn adlı qardaşların anası onlar körpə olan vaxt vəfat edib.
    Himayəsində qaldığı ataları, Ağcabədi rayon sakini Xəqani Kazımov isə Nuranə adlı qadınla ailə qurub. Daha sonra Nuranə adlı qadın uşaqlara müxtəlif işgəncələr verib.

    ///Oxu.Az

  • Yığmamız Minskdə Belarus millisi ilə birgə məşqlərə başladı

    Yunan-Roma güləşi üzrə yığmamız ölkə xaricində növbəti təlim-məşq toplanışına başlayıb.

    Millimiz bu gündən Belarusun paytaxtı Minskdə yerli komandayla birgə hazırlığa start verib.

    Dekabrın 25-dək davam edəcək təlim-məşq toplanışında baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Murad Bazarov (-60 kq), Murad Məmmədov, Taleh Məmmədov (hər ikisi -63 kq), İslambəy Dadov, Namaz Rüstəmov, Rəsul Çunayev (hamısı -67 kq), Sənan Süleymanov, Ülvi Qənizadə (hər ikisi -72 kq), İslam Abbasov (-87 kq), Orxan Nuriyev, Zamir Məhəmmədov (hər ikisi -97 kq) və Beka Kandelaki (-130 kq) iştirak edəcək.

    Qeyd edək ki, komanda Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovun rəhbərliyi altında Minskə yollanıb.

  • Bakıda ticarət mərkəzində qadın özünü bıçaqlayıb

    Bakıda ticarət mərkəzində qadın özünü bıçaqlayıb.

    Median.Az trend-ə istinadən xəbər verir ki, hadisə Sədərək Ticarət Mərkəzində baş verib.

    Həmin mərkəzdə alış veriş edən Qaradağ rayonu, Lökbatan qəsəbə sakini Mahmudova Həqiqət Lələkişi qızı kəsilmiş-deşilmiş xəsatərlə xəstəxanaya yerləşdirilib.

    İlkin araşdırmalar zamanı məlum olub ki, qadın ticarət cərgəsindən bıçaq dəsti alarkən ehtiyatsızlıqdan özünü bıçaqlayıb.

    Faktla bağlı araşdırma aparılır