Month: December 2019

  • Bakıda daha bir ərazidə metro üçün böyük TƏHLÜKƏ VAR

    Bakıda “Həzi Aslanov” stansiyasının əsaslı təmir məqsədilə sərnişinlərin giriş-çıxışına bağlanacağı ilə bağlı iddialar yayılmışdı. “Bakı Metropoliteni” QSC məsələyə aydınlıq gətirərək açıqlayıb ki, “Həzi Aslanov” stansiyasında planlaşdırılan təmir məhz qabaqlayıcı tədbir kimi nəzərdə tutulub.

    Hazırda “Həzi Aslanov” stansiyasından əlavə başqa bir ərazi də var ki, orada tədbirlərin görülməsinə ehtiyac var. Söhbət Qara Qarayev prospektindəki metro yolunun keçdiyi ərazidən gedir.

    Ekspert Nüsrət İbrahimli Baku.ws-ə açıqlamasında bildirib ki, əvvəllər həmin ərazidə ağaclıq olsa da, hazırda obyektlər yerləşir:

    “Qara Qarayev prospektində Məhəmməd Hadidən yol boyu metro xətti keçir. Vaxtilə oralar hamısı ağaclıq idi. Sonradan onların hamısını təmizlədilər və obyektlər tikdilər. Həmin o metro xəttinin üstündə. Hesab edirəm ki, onlar hamısı təhlükə mənbəyidir.

    Ümumiyyətlə bütün metro stansiyaların yerləşdiyi ərazilər və xüsusi təhlükəli zonaların ətrafı invertallaşdırılmalı, dəqiqləşdirilməli və araşdırılmalıdır. Həqiqətən orda təhlükə mənbəyi varsa, onun haqqında tədbir görülməlidir.

    “Həzi Aslanov” stansiyasına gəldikdə isə onu deyə bilərəm ki, orada həddindən artıq sıx tikililər var. Mövcud normaları bir neçə dəfə üstələyir. Bu özü də təhlükə mənbəyidir. Yanğın və ya hər hansı forsmajor hadisə baş verdikdə orda insan tələfatı qaçılmazdır”.

  • Bakıda yeni nəhəng Mall tikiləcək – FOTO

    Bakıda yeni nəhəng ticarət mərkəzi tikiləcək.

    Bu barədə DLR Group-un saytında məlumat yer alıb.

    “Baku City Mall” adlanan ticarət mərkəzində hipermarket, çox sayda kafe və restoran, əyləncə məkanları yer alacaq.

    Bildirilir ki, “Ağ şəhər”də salınacaq “Baku City Mall” Azərbaycanın ən əsas alış-veriş və istirahət məkanına çevriləcək.

    “Baku City Mall”un dizayn edilmiş görüntülərini təqdim edirik:






  • Kirayə mənzil ala bilmək üçün – ən çox verilən SUALLARA CAVABLAR

    Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna müraciət edəcək vətəndaşlar Bakı və Bakıətrafı, o cümlədən Sumqayıt şəhərində yerləşən çoxmərtəbəli binalardan kirayə mənzillər ala biləcək.

    Fonda müraciət edən vətəndaşlara heç bir faiz olmadan kirayə mənzillər təqdim olunacaq.

    Kirayə mənzil layihəsindən yararlanamaq istəyən vətəndaşları ən çox maraqlandıran suallara cavabları təqdim edirik.

    1. Fondun xətti ilə kirayə mənzil əldə etmək üçün ilk növbədə hara müraciət etmək lazımdır?

    Əgər Siz kirayə mənzil ilə bağlı şərtləri məqbul sayırsızsa, “ASAN xidmət” mərkəzlərindən birinə yaxınlaşıb, ASAN imza alırsız. Həmin ASAN imza ilə Fondun elektron sistemində elektron kabinet yaradırsız. Elektron kabinetdə ərizə-anketi doldurarkən müvafiq məlumatları daxil edirsiniz. Siz müəyyənləşdirilmiş şərtlərə və tələblərə uyğun olarsızsa, sizin elektron kabinetinizə bu barədə məlumat gəlir və ona uyğun mənzili seçmək hüququ verilir. Siz yaşayış sahəsinin seçimini etdiyinizdən sonra elektron kabinetinizə elektron bildiriş göndərilir və kirayə müqaviləsinin bağlanılması üçün ASAN xidmətə yönəldilirsiniz.

    2. Hansı yaşayış sahələrini dondun xətti ilə kirayə götürmək olar?

    2013-cü il yanvarın 1-dən sonra inşa edilmiş, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və ya qabaqcadan qeydiyyata alınmış çoxmənzilli binalarda yerləşən təmirli yaşayış sahələrini və ya mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış binanın paylarla bağlı tərkib hissəsini, həmçinin Fondun fəaliyyəti ilə əlaqədar Fondun mülkiyyətinə keçmiş yaşayış sahələrini Fond ilə kirayə müqaviləsi bağlayıb kirayə götürmək olar.

    3. Fond satmaq öhdəliyi ilə kirayə müqaviləsinə hansı halda vaxtından əvvəl birtərəfli qaydada xitam verilə bilər?

    Aylıq ödənişlər 60 gün və daha çox müddətdə ödənilmədikdə;

    Kirayə müddətində kirayəçi vəfat etdikdə və kirayə müqaviləsi üzrə hüquq və vəzifələr kirayəçinin vərəsələrinə keçmədikdə;

    Yaşayış sahəsi məhv olduqda və ya zədələnmə nəticəsində yaşayış sahəsi öz birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişdikdə (bu hal baş verdikdə əldə olunan sığorta ödənişi kirayə müqaviləsi üzrə alış qiymətinin kirayəçi tərəfindən ödənilmiş hissəsi ilə alış qiymətinin ödənilməli olan qalıq məbləğinin nisbətinə müvafiq olaraq Fond ilə kirayəçi arasında bölüşdürülür);

    Kirayəçi yaşayış sahəsini üçüncü şəxsin qeyri-hüquqi istifadəsinə verdikdə, həmçinin kirayə müqaviləsi üzrə üzərinə götürdüyü digər vəzifələri icra etmədikdə.
    /Baku.ws/

  • Bakıda yeni il yarmarkaları – yolkalar 150-manata, zərlər 50 qəpik – VİDEO

    Dekabr ayının ilk həftəsindən paytaxtda yeni ili əhval – ruhiyyəsini hiss etmək mümkündür.

    Artıq insanların sıx olduğu ərazilərdə yarmarkalar da quraşdırılıb. İnsanları maraqlandıran isə bu yarmarkalarda olan qiymətlərdir.

    Çeşid çox, qiymət isə baha..

    BAKU.TV-nin “Xəbər” buraxılışında yayımlanan sujetdə qeyd olunub ki, rəngarəng bayram yarmarkalarında eviniz üçün lazım olan hər növ şam ağacı, müxtəlif bəzək əşyalarına rast gələ bilərsiniz.

    Qiymətlər hər əşyanın növünə və keyfiyyətinə görə fərqlənir. Yarmarkada ən ucuz bəzək əşyası 2 manatdan başlayaraq, 130-150 manata qədər yüksəlir.

    Satıcı deyir ki, yolkalar 6 manatdan başlayaraq, 150-manata kimidir: “Məsələn bu oyuncaqlar 14 manatadır.18-20 manata var. Ölçüsündən asılıdır. Ən ucuzu 3-4 manatdır”.

    Digər satıcı isə bildirir ki, alıcılıq qabiliyyəti zəifdir: “Alıcılar yaxşıdır. Gəlirlər maraqlanırlar. Ən çox zər, işıq, şar, maska çox alınır. Zərlərin qiyməti 50 qəpikdən başlayır. Ən bahalısı 6 manatdır”.

    Paytaxtda hər il qurulan yarmarkaların özəlliyi, burda satılan əşyaların digər mağazalara nisbətən daha ucuz olmasıdır. Ancaq çəkiliş apardığımız yarmarkalarda olan qiymətlərlə digər mağazalardakı qiymətlər demək olar ki, fərqlənmir.

    Hətta bəzi əşyalar var ki, mağazalarda daha ucuzdur. Məsələn, yumşaq oyuncaqlar adi mağazalarda 1 manat olduğu halda, yarmarkalarda bu qiymət 2 manatdan başlayır.

    Qeyd edək ki, yarmarkalar yanvar ayının 15-ə kimi fəaliyyət göstərəcək.

  • Zakir Qaralov uşaqların döyülməsini xüsusi nəzərətə götürdü

    Baş Prokuror Zakir Qaralov azyaşlı uşaqların atası və ögey anası tərəfindən işgəncəyə məruz qalması hadisəsini nəzarətə götürüb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov özünün “Facebook” səhifəsində məlumat yayıb.

    E.Sultanov bildirib ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar – Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları ilə əlaqədar yayılmış informasiyalar üzrə araşdırmanın aidiyyəti dövlət qurumlarının nümayəndələri cəlb edilməklə aparılması Bakı şəhər prokurorluğuna tapşırılıb:

    “Baş vermiş hadisə ilə bağlı araşdırmalar Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb”.

  • Vilayət Eyvazovdan yeni təyinat

    Daxili İşlər orqanlarında növbəti kadr dəyişiklik olub.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis mayoru Aydın Bağırov Xaçmaz rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

    Xəbəri Xaçmaz rayon polis şöbəsindən təsdiqləyiblər.

    Qeyd edək ki, bir neçə ay öncə nazirin əmri ilə Xaçmaz rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Amil Tahirli işdən çıxarılaraq, sərəncama göndərilmişdi.

  • Yolu keçən qadını maşın vurdu – Suiqəsd, yoxsa … (REAL VİDEO)

    Bakıda piyadavurma hadisəsi kameraya düşüb.

    Median.Az “avtosfer.az”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. “Hyndai” markalı avtomobilin sürücüsü yola çıxmaq istəyir.

    Bu zaman sağdan maşın gəlib-gəlməməsinə baxır. Sürücünün fikri sağda olan zaman əlində çörək, orta yaşlı bir qadın yolu keçir.

    Qəfildən hərəkətə gələn sürücü avtomobili düz qadının üstünə sürərək onu vurur.

    Hadisə nəticəsində qadın xəsarət alır.

    Sürücü isə avtomobili saxlamaq əvəzinə bir az da irəliyə gedir.

    Hadisəyə baxanda ilk baxışdan qəsd kimi görünür. Amma diqqətlə araşdırdıqda sürücü diqqətsizliyi önə çıxır.

    Belə ki, fikri sağda qalan sürücü piyadanı görmür və onu vurur.

    Videonu təqdim edirik:

  • Bakıda toyda evli kişini yoldan çıxaran rəqqasəni döyüblər – VİDEO

    Azərbaycanda rəqqasə toyda döyülüb.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə barədə xınayaxdı məclislərin aparıcısı şairə Nazilə Səfərli “ATV Maqazin Onlarla” verilişinində danışıb.

    Səfərli məclislərin birində rəqqasənin döyülməsinin şahidi olduğunu deyib:

    “Başqasının həyat yoldaşını yoldan çıxaran rəqqasə döyülüb. Adamlar gəlib bunu pilləkənin altında eşşək sudan gələnədək döydülər”.

  • Daha bir erməni təxribatı: Türkiyənin 20 şəhərinə göz dikdilər

    Ermənistanın “Western Armenian TV” telekanalının hava çirkliliyi ilə bağlı xəbər hazırladığı İğdırı Ermənistan şəhəri kimi təqdim etməsi Türkiyə ictimaiyyəti və qeyri-hökumət təşkilatlarının kəskin narazılığına səbəb olub.

    “Hürriyet” xəbər verir ki, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri sədrinin müavini Sərdar Ünsal televiziyanın efirində “Qərbi Ermənistanın İğdır şəhəri” ifadəsinə yer verildiyini bildirərək, “ermənilərin gözü hələ də türk torpaqlarındadır” fikrini səsləndirib.

    “Qərbi Ermənistanın İğdır şəhəri” ifadələrinin işlədilməsini anlamaq mümkün deyil. İğdır əsl türk şəhəridir. İğdırın Qərbi Ermənistan şəhəri olması mümkün deyil. Türk düşməni olan ermənilər hər fürsətdə xəyallarını ortaya qoyurlar. Bu da onu göstərir ki, ermənilərin gözü illərdir türk torpaqlarındadır.

    Hazırda yaşadıqları Yerevan belə türk yurdudur, Qərbi Azərbaycanın bir parçasıdır. Türk düşmənlikləri sayəsində ermənilər Ermənistandakı türk əhalisini yox edib, bir qismini ölkədən qovub. İndi də imperialist yalan olan qondarma soyqırım bəhanəsi ilə Türkiyədən torpaq, tanınma, təzminat almaq arxasınca qaçırlar. Bu çərçivədə təbliğat aparmağa başlayıb, türkcə televiziya qurublar” , – Sərdar Ünsal bildirib.

    Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübazirə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy isə xəbərin hazırlandığı erməni televiziyasına fransızların da dəstək verdiyini vurğulayıb.

    Sadəcə, İğdır deyil, 20 mahalı göstərirlər

    ASİMDER sədri Göksəl Gülbəy televiziyanın yayımına icazə verən Ermənistanın türk torpaqları üzərindəki tələbini bir daha gündəmə gətirməyə çalışdığını qeyd edib:

    “Qondarma Qərbi Ermənistan”da yayımlanan bir televiziya kanalının İğdırı Ermənistan şəhəri kimi göstərməsi və yaxın vaxtlarda Fransada “qondarma Qərbi Ermənistan” hökumətinin qurulduğunun açıqlanması, hətta internet vasitəsilə 40 dollar qarşılığında vətəndaşlıq verildiyinin elan edilməsi qəbuledilməzdir.

    Avropada yaşayan və 1915-ci ildə Osmanlı İmperatorluğu dönəmində köçürülən erməni ailələrin nəvələrinin başlatdığı bu hərəkat Fransa və Ermənistan tərəfindən də dəstəklənməkdədir. İğdır və 20-ə yaxın Şərqi Anadolu və cənub-şərq şəhərlərimizi “qondarma Qərbi Ermənistan” dövləti şəhərləri kimi göstərən bir televiziya kanalının yayımına icazə verən Ermənistan dövləti Türkiyə torpaqları üzərindəki haqq tələbini qəti şəkildə ortaya qoymuşdur. Qonşu bir ölkənin torpaqlarına göz dikmək açıq şəkildə savaş elan etməkdir”.

    Ermənistana nota verilməlidir

    Gülbəy, həmçinin, yayımlar səbəbilə Türkiyə Xarici İşlər Nazirliyinin Ermənistana nota verməli olduğunu qeyd edib:

    “Günlərdir yayım aparan bu qondarma Qərbi Ermənistan dövlət televiziyasının proqram yayımı dayandırılmalı və ya əngəllənməlidir. ASİMDER sədri kimi bu qondarma Qərbi Ermənistan dövlət televiziyasını və buna dəstək verən Fransa və Ermənistan dövlətlərini şiddətlə qınayırıq”.

  • “Azərbaycanın Mehriban Siması” kitabı oxuculara təqdim olundu

    Dekabr ayının 7-də Atatürk Mərkəzində Azərbaycanın Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr olunan yeni kitabın təqdimat mərasimi keçirilib.

    “Azərbaycanın Mehriban Siması” adlanan kitabın müəllifi siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayevdir.

    Təqdimat mərasimində bir sıra elm adamları, ictimai-siyasi xadimlər, millət vəkilləri, YAP Siyasi Şurasının üzvləri və tanınmış jurnalistlər və digərləri iştirak ediblər.

    Atatürk Mərkəzinin rəhbəri, Azərbaycan MEA-nın həqiqi üzvü, akademik Nizami Cəfərov kitabda ölkəsi üçün gördüyü işlər, Azərbaycan dövlətçiliyinə ruhu ilə bağlı olan bir şəxsiyyətin, cəmiyyətin səsinə səs verən, hər zaman xalqının yanında olan Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban Əliyeva haqqında yazılan fikirləri yüksək qiymətləndirib.

    Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban Əliyeva haqqında yazılmış bu fundamental əsər beş fəsildən ibarətdir. Kitabda Mehriban Əliyeva Azərbaycan qadınının müasir obrazı, Mədəniyyət Diplomatiyası: İctimai Missiyanın Uğur Salnaməsi, Sülh Carçısı: Milli və Bəşəri İdealların Hamısı, Heydər Əliyev Fondu Azərbaycanın zəngin milli-maddi sərvəti, Mehriban Əliyevanın İctimai-siyasi portretinin əsas cizgiləri istiqamətində qələmə alınan məqalələr, ictimai-siyasi motivli yazılar yer alıb.

    Müəllif kitabda Mehriban Əliyevanın Azərbaycan mədəniyyəti tarixinin nümunələrini bütün dünyaya çatdırmasını, eləcə də, elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyətinin ölkədə ki, quruculuq proseslərinə müsbət təsirindən söz açıb. Bütün bunlar “Azərbaycanın Mehriban Siması” adlı kitabında ciddi elmi əsaslar və faktlarla əks olunub.

    Azərbaycan qadınları üçün gözəl nümunə olan Mehriban Əliyeva ölkə daxilində və xaricində keçirdiyi görüşlərdə Azərbaycan haqqında çıxışları, apardığı fikir mübadilələri ilə özünün dərin biliyə, geniş erudisiyaya malik olduğunu yüksək səviyyədə nümayiş etdirib.

    Tədimat zamanı qonaqlar kitab barədə öz fikirlərini ifadə edib, müəllifi təbrik ediblər.

    Qeyd edək ki, “Azərbaycanın Mehriban Siması” adlı kitabın yaxın gələcəkdə bir neçə xarici dillərə tərcümə edilməsi də nəzərdə tutulub. Müəllifin sözlərinə görə, artıq bu istiqamətdə işlərə başlanılıb.