Month: December 2019

  • Tovuzda marketdən oğurluq edən 3 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 30-da rayon ərazisindəki mağazadan 2000 manat, tütün məmulatı və noutbuk oğurlayan rayon sakinləri S.Əhmədov, S.Zeynalov və əvvəllər məhkum olunmuş O.Atazadə saxlanılıblar.

    RPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Azərbaycanda tərəvəzlərin 100 %-nin GMO olması iddiasına RƏSMİ AÇIQLAMA

    “Qida sahəsi üzrə heç bir peşəkar fəaliyyəti olmayan “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri Elçin Bayramlı mediaya müsahibəsində iddia edir ki, guya Azərbaycanda “tərəvəzlərin 100 %-i, meyvələrin isə 50 %-dən çoxu GMO-dur”.

    Görünür ekspertin xəbəri yoxdur ki, dünyada cəmi 30 adda GMO məhsulu var və bu məhsullar ABŞ, Yaponiya, Avropa Birliyi və bir sıra ölkələr tərəfindən istehsal edilir”.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizlyi Agentliyinin mətbuat xidmətinin əməkdaşı Aysel Fərziyeva bildirib.

    Qurum rəsmisi deyir ki, GMO məhsuların təqribən 90%-i iqtisadi əhəmiyyətə malik olan yem və texniki bitkilərdir.

    “Meyvə və tərəvəzlərdən yalnız pomidor, badımcan və almaya biotexnoloji metod tətbiq edilir.

    Elçin Bayramlı iddia edir ki, guya ölkədə 1 ilə yetişən qoz tingləri mövcuddur və hamısı GMO-dur. Amma bu məlumatın da heç bir elmi əsası yoxdur. Hətta qozun dünyada geninin dəyişdirilməsi təcrübəsi belə mövcud deyil.

    Mediaya bu mövuzda şərh verən iqtisadçı düşünmür və ya bilmirmi ki, bir GMO məhsulunun istehsalı yüz milyonlarla dollar vəsait tələb edir? Ona görə də bazarda ciddi ehtiyac duyulmayan bir məhsulun GMO üsulu ilə yetişdirilməsi və artırılması nə ölkə, nə də biotexnoloji şirkətlər üçün sərfəli deyil.

    Elçin müəllimin verdiyi açıqlamalardan məlum olur ki, onun dünyada min illərdir aparılan genetik seleksiya metodu ilə yeni bitkinin alınmasından ümumiyyətlə heç xəbəri yoxdur”, – deyə Aysel Fərziyeva bildirib.

    Qurum rəsmisi deyir ki, məhsulun keyfiyyəti yalnız mütəxəssislər tərəfindən dəyərləndirilməlidir:

    “Ümumi mətnlərin içinə, “GMO”, transgen kimi terminləri yerləşdirərək cəmiyyətin diqqətini çəkməyə çalışan, amma verdiyi məlumatların heç bir elmi istinadı olmayan ekspertin diqqətinə çatdıraq ki, bir şəxsin bir neçə mövzuda ekspert rəyi verməsi doğru deyil. Fitosanitar, baytarlıq və qida məhsulları nəzarəti bir-birindən ayrı mütəxəssislər tərəfindən dəyərləndirilməli olan məsələlərdir. Eyni zamanda hər hansı bir mövzuda açıqlama verərkən ümumiləşdirmə etmək də peşəkarlığa ziddir. Bu tip qeyri-peşəkar açıqlamalar cəmiyyətimizdə yanlış fikirlər yarada bilər. Bundan sonra dediyi fikirdə fakta əsaslanmayan, qeyri-peşəkar bəyanatlar səsləndirən “qida ekspert”lərini sosial şəbəkələrdə elə söylədikləri əsassız fikirləri göstərməklə Azərbaycan Qida Təhlükəsizlyi Agentliyi tərəfindən ifşa ediləcək”.

  • Прогноз погоды на завтра

    Завтра в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами будет дождливо, днем дождь постепенно прекратится, сильный северо-западный ветер во второй половине дня стихнет, сообщает Trend со ссылкой на Национальный департамент гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Температура воздуха на Абшеронском полуострове ночью – 3-5, днем – 6-9, в Баку ночью – 3-5, днем – 7-9 градусов тепла.

    Атмосферное давление повысится со 769 до 775 мм ртутного столба, относительная влажность составит 70-80 процентов.

    В районах Азербайджана временами будет дождливо, в горных и предгорных районах ожидается снег, местами сильный. В отдельных местах туман, порывистый западный ветер.

    Ночью – 0-4, днем – 5-9 градусов тепла, в горах ночью – 0-5 градусов мороза, днем – 0-3 градуса тепла.

  • Мужчина совершил 3 квартирные кражи в Бинагадинском районе

    Как сообщает Median.Az, сотрудники 43-го отделения полиции Бинагадинского РУП в результате оперативно-розыскных мер задержали жителя столицы В.Гасымова, который на территории района украл из трех домов и дворовых участков украл 190 манатов и 8 домашних птиц.

    В Следственном отделе Бинагадинского РУП возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Binəqədi rayonunda evlərdən oğurluq edən şəxs tutulub

    Median.Az xəbər verir ki, Binəqədi RPİ 43-cü polis bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində 3 evdən və həyətyanı sahələrdən ümumilikdə 190 manat və 8 ev quşu oğurlayan Bakı şəhər sakini V.Qasımov saxlanılıb.

    Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Глава Генштаба Ирана сделал заявление по Азербайджану

    Мы считаем укрепление связей между ВВС Ирана и Азербайджана приоритетным направлением.

    Как передает Median.Az со ссылкой на иранские СМИ, об этом заявил начальник Генштаба Вооруженных сил Ирана Мохаммад Багери на встрече с заместителем премьер-министра Азербайджана Шахином Мустафаевым.

    В ходе встречи стороны обсудили различные аспекты развития отношений, в частности в области безопасности и обороны.

    Ш.Мустафаев отметил, что последний визит Багери в Азербайджан, который состоялся в январе 2019 года, является переломным в плане укрепления взаимного сотрудничества.

  • İranın Baş Qərargah rəisindən Azərbaycanla bağlı – MESAJ

    İranla Azərbaycanın hərbi hava qüvvələri arasındakı əlaqələrin gücləndirilməsini prioritet istiqamətlərdən sayırıq.

    Median.Az-ın İran KİV-ə istinadən xəbərinə görə, bunu İranın Silahlı Qüvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə keçirdiyi görüşdə deyib.

    Görüşdə tərəflər əlaqələrin inkişafının müxtəlif aspektlərini, xüsusilə təhlükəsizlik və müdafiə sferasını nəzərdən keçiriblər.

    Ş.Mustafayev qeyd edib ki, M.Baqerinin Azərbaycana sonuncu səfəri qarşılıqlı əməkdaşlığın möhkəmlənməsində dönüş nöqtəsidir.

    Qeyd edək ki, M.Baqeri 2019-cu ilin yanvarında Azərbaycana səfərə gəlmişdi.

  • В Баку водитель не уступил дорогу машине скорой помощи – ВИДЕО

    В Баку машине скорой медицинской помощи не уступили дорогу.

    Инцидент зафиксирован на Тбилисском проспекте.

    Автомобиль марки Toyota с госномером 90-SJ-100 не пропустил вперед скорую, которая везла пациента.

    Видео инцидента распространено в соцсетях.

  • Bakıda sürücü təcili tibbi yardım maşınına yol vermədi – VİDEO

    Bakıda təcili tibbi yardım maşınına yol verilməyib.

    Hadisə paytaxtın Tbilisi prospektində qeydə alınıb.

    90-SJ-100 dövlət nömrə nişanlı, “Toyota” markalı maşın içində xəstə olan təcili tibbi yardım maşınına yol verməyib.

    Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.
    /oxu.az/

  • Prezidentdən xəbərdarlıq: “Etimadımı doğrultmasanız, sizi çox ciddi cəza gözləyir” – VİDEO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, dövlət başçısı yeni icra hakimlərinə tapşırıq və tövsiyyələrini verib:

    “Əgər vətəndaşlar sizin işinizdən razı olsa, mən də razı olacam. Sizin fəaliyyətinizə yüksək qiymət verəcəm.

    Əgər yox, mənim etimadımı doğrultmasanız, onda sizi çox ciddi cəza gözləyir. Əminəm ki, bu məsuliyyəti dərk edirsiniz və müasir dövrün tələblərinə cavab verərək rəhbərlik edəcəyiniz Naftalan şəhəri və Hacıqabul rayonunun inkişafında öz töhfənizi verəcəksiniz”.