Month: December 2019

  • Tarixi Muzeyinin 100 illiyi qeyd olunacaq – SƏRƏNCAM

    Prezident İlham Əliyev Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyinin qeyd olunması məqsədilə sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

    Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

    Qeyd edək ki, 2020-ci ilin iyun ayında Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyi tamam olur.

    Milli Azərbaycan Tarixi Muzeyi mühüm mədəni-maarif və elmi tədqiqat mərkəzi kimi yarandığı vaxtdan etibarən uğurlu inkişaf yolu keçmişdir. Respublikanın bu ilk ən böyük muzeyinin Azərbaycan xalqının qədim zamanlardan müasir dövrə qədərki tarixinin bütün mərhələlərini əks etdirən mədəniyyət nümunələrinin toplanılması, qorunması, nəşri, ekspozisiya və sərgilərdə nümayişi sahəsində diqqətəlayiq xidmətləri vardır.

    Bakının memarlıq baxımından qiymətli tikililərindən sayılan binada yerləşmiş Muzeyin tarixi-mədəni irsimizin misilsiz yadigarlarının mühafizə olunduğu zəngin elmi fondlarında hazırda üç yüz mindən artıq eksponat saxlanılır.

    Muzey əməkdaşları tarix, muzeyşünaslıq və numizmatika istiqamətlərində araşdırmalar aparmaqla yanaşı, arxeoloji qazıntılar nəticəsində Azərbaycan tarixinə dair bir sıra abidələr üzə çıxarmış və əsaslı tədqiq etmişlər. Muzey çoxşaxəli fəaliyyətini bu gün də tarix elminin yeni nailiyyətləri və muzeyşünaslığın dünya təcrübəsi ilə təsdiq olunmuş prinsipləri zəminində müvəffəqiyyətlə davam etdirir.

  • İtən alpinistləri axtarmağa gedən xilasetmə qrupu özü də itkin düşdü

    Türkiyənin Uludağ ərazisində itkin düşən alpinistləri axtarmağa gedən xilasetmə qrupu özü də itkin düşüb.

    31 yaşlı Mərd Alpaslan və 37 yaşlı Efe Sarp adlı həvəskar alpinistlər zirvəni fəth etmək üçün dağa çıxanda itiblər.

    DHA-nın məlumatına görə, onları tapmaq üçün gedən dörd xilasedici də itkin düşüb.

    Onların Qaradərə ərazisində qar uçqununa düşdükləri bildirilib.

    Daha bir neçə xilasetmə qurupu da onları axtarmaq üçün cəlb edilib.

  • Prezident yeni icra başçıları ilə görüşdü

    Azərbaycan Prezidenti İlham Əliyev yeni təyin olunan icra başçıları ilə görüşüb.

    Dövlət başçısı Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib.

  • Mehriban Əliyeva Əlibaba Məmmədovun evində – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti, görkəmli muğam ifaçısı, bəstəkar-xanəndə Əlibaba Məmmədovla görüşüb.

    Mehriban Əliyeva dekabrın 4-də Əlibaba Məmmədovun evində qonaq olub.





  • Prezidentin icra başçısı təyin etdiyi 39 yaşlı Vüqar Novruzov kimdir? – DOSYE

    Prezident İlham Əliyev Novruzov Vüqar Vahid oğlunun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

    39 yaşlı yeni icra başçısının dosyesini təqdim edir.

    V.Novruzov 1980-cı ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis-menecment ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirmişdir.

    Əmək fəaliyyətinə 2002-2003-cü illərdə Azərbaycan Respublikasının Hesablama Palatasının Təşkilat şöbəsində böyük mütəxəssis kimi başlamışdır. 2003-2007-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatasının böyük mütəxəssisi, məsləhətçisi, aparıcı məsləhətçisi, sektor müdiri, 2007-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.

    Xatırladaq ki, o, 2008-ci ildə Əzizbəyov Rayon (indiki adı Xəzər Rayon) İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib.

    Prezident İlham Əliyevin 22 iyun 2016-cı il tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

  • Prezident iki rayona icra başçısı təyin etdi – SƏRƏNCAM

    Prezident icra başçılarını işdən çıxardı

    Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Prezident İlham Əliyev dekabrın 4-də bununla bağlı sərəncam imzalayıb.

    Prezident digər sərəncamı ilə Naftalana yeni icra başçısı təyin edib.

    Sərəncama əsasən, Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Qeyd edək ki, Vüqar Novruzov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini olub.

    39 yaşlı V.Novruzov Bakıda anadan olub. Əmək fəaliyyətinə 2002-2003-cü illərdə Hesablama Palatasının Təşkilat şöbəsində böyük mütəxəssis kimi başlayıb.

    Hesablama Palatasının böyük mütəxəssisi, məsləhətçisi, aparıcı məsləhətçisi, sektor müdiri, 2007-2019-cu illərdə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.

  • Azərbaycanlı qadının oğlu erməni ailəsinə övladlığa verilib – Acı həqiqət üzə çıxdı

    Azərbaycanlı qadının oğlu erməni ailəsinə tərəfindən övladlığa götürülüb.

    Median.Az baku.ws-ə istinadən xəbər verir ki, 66 yaşlı Qəndab adlı hacıxanımın 1968-ci ildə dünyaya gətirdiyi Eldəniz Məmmədov Famil oğlu Ermənistanda yaşayır.

    1967-ci ildə Hacıxanım Qəndab 15 yaşında olarkən evlənmək məqsədilə qaçırılıb. Nikah yaşına çatmayan qızla cinsi əlaqəyə girdiyinə görə həmin şəxs həbs olunur və Qəndab ata evinə qaytarılır. Lakin sonra onun hamilə olduğu məlum olur və 1968-ci ildə oğlu Məmmədov Eldəniz Famil oğlu doğulur.

    Qəndabın ailəsi bu uşağı qəbul etmir və uşaq evinə verilir. 1972-ci ildə Eldənizin 4 yaşı olarkən erməni ailəsinə övladlığa verilir. 1982-ci ildə ailə Eldənizə erməni övladı olmadığını bildirir və gecə ilə onunla birlikdə Ermənistana köçürlər.

    Oğlundan xəbərsiz olan Qəndab xanım bir müddətdən sonra ailə qurur. Lakin bir daha ana ola bilmir. Həyat yoldaşının razılığı ilə övladlığa uşaq götürürlər. Buna baxmayaraq öz doğma oğlunu axtarır. Bu axtarış illərlə davam etsə də heç bir nəticə vermir.

    Hacıxanım Qəndab sonda oğlunun axtarışını “Səni axtarıram” proqramına həvalə edir və acı həqiqət üzə çıxır…

  • “Milli Məclis qanunvericilik fəaliyyətini dayandırıb” – Aparat rəhbəri

    Milli Məclis fəaliyyətini davam etdirsə də, qanun və qərar qəbul etmək üçün yeni seçkilərə qədər yığışmayacaq.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

    S. Mirzəyev deyib ki, Konstitusiya Məhkəməsinin qərarına qədər deputatların xarici səfərləri müvəqqəti dayandırılmışdı: “Artıq Konstitusiya Məhkəməsinin qərarı var. Bu yaxınlarda Avropa Şurasının və digər beynəlxalq təşkilatların yığıncaqları olacaq, həmin iclaslara Milli Məclisin üzvləri gedəcək. Dekabrın 18-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının iclası keçiriləcək. Sadəcə, parlamentin qanun və qərar qəbul etməklə əlaqədar plenar iclasları keçirilməyəcək. Yeni qanunları 6-cı çağırış parlament qəbul edəcək”.

  • В регионах за квартирные кражи задержаны 5 человек

    Как сообщает Median.Az, cотрудники Управления Криминалистических расследований МВД и Бардинского РОП в результате оперативно-розыскных мер задержали жителя г.Барда, ранее судимого З.Велиева, который украл из дома на территории района 2640 манатов.

    Кроме этого, сотрудники Самухского РОП в результате оперативно-розыскных мер задержали жителя Шамкирского района М.Гусейнова, который 28-го ноября украл из дома 4500 манатов.

    Сотрудники Сальянского РОП задержали жителя района А.Алиева, который 1-го декабря украл из дома в селе Гарабаглы 250 манатов и мобильный телефон.

    Сотрудники Ленкораньского РОП задержали жителя г.Лиман М.Гадирова, который 14-го ноября украл из дома 200 манатов.

    Сотрудники Гусарского РОП задержали жителя города, ранее судимого Ш.Эфендиева, который украл из дома 5000 рублей и золотые украшения на сумму 3000 манатов.

    По фактам возбуждены уголовные дела по статье 177 (кража) УК Азербайджана.

  • В регионах за квартирные кражи задержаны 5 человек

    Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Bərdə RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evdən 2640 manat pul oğurlayan Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Vəliyev saxlanılıb.

    Bundan başqa, Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də rayon ərazisindəki evdən 4500 manat oğurlayan Şəmkir rayon sakini M.Hüseynov saxlanılıb.

    Salyan RPŞ-nin əməkdaşları tərəfindən dekabrın 1-də Qarabağlı kəndindəki evdən 250 manat və mobil telefon oğurlayan rayon sakini A.Əliyev saxlanılıb.

    Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən noyabrın 14-də rayon ərazisindəki evdən 200 manat oğurlayan Liman şəhər sakini M.Qədirov saxlanılıb.

    Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evdən 5000 rubl və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Efendiyev saxlanılıb.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.