Month: December 2019

  • Ermənilər AzTV-nin əməkdaşlarına xəsarət yetirdi – VİDEO

    Rusiyanın Krasnodar diyarının Armavir şəhərində erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi erməniləri qəzəbləndirib. Hətta iş o yerə çatıb ki, Armavirdə yaşayan ermənilərin bir qrupu Azərbaycan Televiziyasının məsələ ilə bağlı burada çəkiliş aparan əməkdaşlarına hücum çəkərək onlara xəsarət yetirib, kameranı sındırıblar.

    Median.Az xəbər verir ki, Armavirdə erməni nasistə xatirə lövhəsinin qoyulması, faşist havadarının qəhrəmanlaşdırılması Azərbaycan və Rusiya ictimaiyyətində haqlı narazılığa səbəb olmuşdu. Ötən ay AzTV-nin Rusiya üzrə xüsusi müxbiri Zakir Musayevin hazırladığı reportajda Armavir sakinlərinin narahatlığını sizə təqdim etmişdik. Lövhə söküldükdən sonra xüsusi müxbirimiz yenidən Armavirə yollanıb: öz peşə vəzifəsini yerinə yetirmək üçün. Birbaşa bağlantıya qoşulub, lövhənin sökülməsi ilə bağlı məlumat verdikdən sonra Armavirdə yaşayan ermənilərin bir qrupu ona hücum çəkərək xəsarət yetiriblər və kameramızı sındırıblar. Şəhərin mərkəzində təxminən 50-yə yaxın erməni əməkdaşlarımızı mühasirəyə alaraq müxbirimizin kompüterini əlindən almağa cəhd göstərib. Məsələyə polis müdaxilə edib. Azğınlaşmış qrup polisin işinə belə mane olmağa çalışıb.

    Xüsusi müxbirimiz Armavirdə ötən ay çəkiliş apararkən də ermənilərin müdaxiləsi ilə rastlaşmışdı.

    Xatırladaq ki, bu günlərdə Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov nasist havadarı Njdenin xatirə lövhəsinin üstünü qara rənglə boyamışdı. Qaregin Njde Böyük Vətən müharibəsi illərində nasional sosialistlərin erməni legionunun yaradıcısı olub. O, Şimali Qafqazda Sovet Ordusuna qarşı vuruşub. 1948-ci ildə nasist Almaniyasına havadarlıqda təqsirləndirilərək 25 il müddətinə azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb.

  • В Баку студент изнасиловал одногруппницу

    В столице изнасиловали студентку колледжа.

    Инцидент произошел на территории Насиминского района 27 ноября.

    Студент колледжа В.С. пригласил вечером в кафе свою одногруппницу А.Н 2003 года рождения. В кафе В.С подверг девушку сексуальному насилию, передаёт Median.Az со ссылкой на Report.

    Родители девушки обратились в правоохранительные органы.

    По факту ведется расследование.

  • Отели Азербайджана обяжут получать «звезды»

    Все отели Азербайджана в обязательном порядке должны будут получить «звездные» категории, передаёт Median.Az со ссылкой на Report.

    Глава отдела законодательства и внутреннего контроля Государственной ассоциации по туризму Гияфат Хеирхабарлы в своем выступлении на 2-ой Генеральной ассамблее Азербайджанской ассоциации отелей в Баку заявил, что в течение 6 месяцев после регистрации отель должен подать заявку на получение категории.

    Это необходимо для формирования более четкого представления клиентов об услугах отеля, в противном случае отель без «звезды» воспринимается ими как однозвездочный.

    Новый закон вступит в силу через шесть месяцев после его принятия в Милли меджлисе и утверждения Президентом.

  • ƏHALİYƏ ŞAD XƏBƏR: Bu tarixdən pensiya və maaşlar artacaq

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Bir sıra sosial təyinatlı obyektlərin layihələndirilməsi, tikintisi, əsaslı təmiri, bərpa yolu ilə gücləndirilməsi və avadanlıqla təchizatı məqsədilə 20 milyon vəsait ayrılıb.

    İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, mövcud vəsait əhaliyə sosial elektron xidmətlərin göstərilməsinə daha çox yönəldilməlidir. Ümumiyyətlə, sosial sahədəki islahatlar əhalinin yaşam səviyyəsini daha da yaxşılaşdıracaq:

    “Gələn il də büdcədən sosial istiqamətdə ayrılan vəsaitlərin həcmində artım proqnozlaşdırılır. Belə ki, 2020-ci ilin dövlət büdcəsində sosial xərclərin ümumü büdcə xərclərindəki payı 38,5 faiz olacaq. Əmək haqlarının verilməsi üçün büdəcədən birbaşa 7 milyard manata yaxın vəsait ayrılacaq. Təqaüd və pensiyaların verilməsi üçün isə büdəcədən ayrılan birbaşa vəsait 13.2 milyard manat olacaq. Ümumlikdə, büdcədənin sosial yönümlü hissəsi onu deməyə əsas verir ki, 2020-ci ildə də əmək haqqları və pensiylarda artım olacaq”.

    ///Redaktor.az

  • Bakıda iyrənc hadisə: Oğlan kafedə qrup yoldaşına təcavüz etdi

    Bakıda kollec tələbəsi olan qıza kafedə təcavüz edilib.

    Median.Az “report”a istinadən xəbər verir ki, hadisə noyabrın 27-də paytaxtın Nəsimi rayon ərazisində baş verib.

    Belə ki, Bakıdakı kolleclərinin birinin tələbəsi, V.S qrup yoldaşı, 2003-cü il təvəllüdlü Ə.N-ni axşam saatlarında kafeyə dəvət edib. O, kafedə qıza qarşı zor tətbiq edərək seksual xarakterli hərəkətlər edib.

    Qızın valideynləri bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər.

    Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.

  • Mərdəkan yolunda qəza anı kameraya düşdü – VİDEO

    Bakıda baş verən dəhşətli yol qəzası kameraya düşüb.

    Median.Az “avtosfer.az”a istinadən xəbər verir ki, hadisə Mərdəkan şosesinin Binə qəsəbəsindən keçən ərazisində baş verib.

    Belə ki, “VAZ-2107” markalı avtomobilin sürücüsü geriyə dönmə edir. Ardınca bir neçə yüz metr irəlidə olan yanacaqdoldurma məntəqəsinə daxil olmaq üçün zolağı dəyişmək istəyir.

    Bu zaman həm sürəti azaldır, həm də arxadan gələn nəqliyyat vasitəsinin yoluna çıxır. Nəticədə “Toyota Prado” markalı maşın onu vurur.

    Qəza zamanı “VAZ-2107” markalı avtomobil bir neçə dəfə fırlanır.

    Digər avtomobillərin sürücüləri vaxtında reaksiya verərək qəzaya düşmürlər.

    Videonu təqdim edirik:

  • Şəhid kapitanımızın övladı ilə ürək dağlayan son görüşü – VİDEO

    Sosial şəbəkələrdə şəhid kapitanımızın övladı ilə son görüşünün videosu yayılıb.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, təsirli görüntülər qısa zamanda minlərlə insan tərəfindən paylaşılıb.

    Şəhid kapitanımız Zamiq Mahmudovun övladı ilə söhbəti görənlərin ürəyinə dağ çəkib.

    Övladını sonuncu dəfə qucağına alan Zamiq Mahmudov vətənin keşiyində xidməti vəzifəsini yerinə yetirən zaman şəhid olub.

    Şəhidimiz doğulduğu Sadan kəndində torpağa dəfn olunub. Ondan geriyə bizə əmanət qalan isə bu balaca qızcığaz olub.

  • Bakıda polisi maşın vurdu

    Aeroport yolunda polis əməkdaşının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın məlumatına görə, Aeroport-“Koroğlu” metrostansiyası istiqamətində yolda xidmət aparan polis əməkdaşı “Toyota Prado” markalı avtomobil tərəfindən vurulub.

    Hadisə yerinə yol polisinin əməkdaşları gəlib.

  • В Сабаильском районе за грабеж задержаны сестра с братом

    Как сообщает Median.Az, сотрудники 39-го отделения полиции Сабаильского РУП в результате оперативно-розыскных мер задержали жительницу Евлахского района М.Бакирову и ее брата, которые 29-го ноября напали на гражданку Г.Гусейнову, вследствии чего угрожая отобрали у потерпевшей кошелек, где находились 437 манатов и золотой браслет.

    В Следственном отделе Сабаильского РУП возбуждено уголовное дело по статье 180 (грабеж) УК Азербайджана.

  • Bakıda qadına qarşı soyğunçuluq edən bacı-qardaş tutulub

    Median.Az xəbər verir ki, Səbail RPİ 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 29-da G.Hüseynovaya zor tətbiq edərək, içərisində 437 manat və qızıl qolbaq olan pulqabısını alan Yevlax rayon sakinləri M.Bəkirova və qardaşı saxlanılıblar.

    Səbail RPİ İstintaq şöbəsində CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.