Month: December 2019

  • Parlament fəaliyyət göstərsə də, iclaslara yığışmayacaq – RƏSMİ

    Milli Məclis fəaliyyətini davam etdirsə də, qanun və qərar qəbul etmək üçün yeni seçkilərə qədər yığışmayacaq.

    Bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev jurnalistlərə açıqlamasında bildirib.

    O deyib ki, Konstitusiya Məhkəməsinin qərarına qədər deputatların xarici səfərləri müvəqqəti dayandırılmışdı:

    “Artıq Konstitusiya Məhkəməsinin qərarı var. Bu yaxınlarda Avropa Şurasının və digər beynəlxalq təşkilatların yığıncaqları olacaq və həmin iclaslara Milli Məclisin üzvləri gedəcək. Dekabrın 18-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının iclası keçirilməlidir. Sadəcə, parlamentin qanun və qərar qəbul etməklə əlaqədar plenar iclasları keçirilməyəcək. Yeni qanunları 6-cı çağırış parlament qəbul edəcək”.

  • DİN Yevlaxda qoşulub qaçan qızla bağlı məlumat yaydı

    Daxili İşlər Nazirliyi Yevlaxda polisin qohumunun qız qaçırması məsələsinə münasibət bildirib.

    DİN-dən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdəki səhifələrin birində – “Yevlaxın Rüstəmli kəndində iki gün öncə bir qızı zorla qaçırıblar. Polisə müraciət ediblər, oğlanın qohumu polisdə işləyir deyə işə baxmırlar”, – qeyd edilən status həqiqəti əks etdirmir və polisin nüfuzunu ləkələmə məqsədi daşıyır:

    “Bununla əlaqədar DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, dekabrın 1-də Yevlax rayon Rüstəmli kənd sakini Ə.A. DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Yevlax Rayon Polis Şöbəsinə müraciət edərək qızının Qaraməmmədli kənd sakini olan bir nəfər tərəfindən qaçırılması barədə şikayət ünvanlayıb.

    Həmin gün şikayətlə əlaqədar Yevlax RPŞ-nin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb”.

    “Aparılmış araşdırmalar nəticəsində dekabrın 2-də həmin qız tapılaraq, onun izahatı alınıb və o zorla deyil, könüllü olaraq həmin şəxslə ailə quracağını bildirib.

    Bununla belə, toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Yevlax Rayon Prokurorluğuna verilib”, – deyə DİN-dən qeyd edilib.

  • MN Göyçayda tapılan hava şarı ilə bağlı məsələyə aydınlıq gətirdi

    Müdafiə Nazirliyi Göyçayda evin həyətinə düşən bağlama barədə məsələyə münasibət bildirib.

    MN-dən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, atmosferin meteoroloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə artilleriya təlimlərindən əvvəl helium qazı doldurularaq buraxılan zond (şar) havanın müxtəlif parametrlərini ölçmək imkanı verir:

    “Meteoroloji vəziyyəti qiymətləndirmək üçün havaya buraxılmış bu zond təhlükəsizdir və təşvişə heç bir səbəb yoxdur”.

    Qeyd edək ki, bəzi yerli elektron KİV-də Göyçay rayonunda yaşayan sakinlərdən birinin evinin həyətinə üzərində şar olan plastik qabdan ibarət bağlama düşüb və üzərində “Ermənilər şərərfsizdir, hər şey vətən üçün” yazısı yayılıb.

  • Xaçmazın bu kəndini üfunət bürüyüb – VİDEO

    Xaçmaz rayonunun Armudpadar kəndində yığılıb qalan zibillər natəmizlik yaradıb.

    1000-dən çox əhalisi olan bu kənddə bütün sakinlər, demək olar ki, məişət tullantılarını eyni ünvana atır.

    Bu da anti-sanitar vəziyyət yaradıb, pis qoxudan və zibil əlindən həmin ərazidən keçmək mümkün deyil.

    Sakinlər bildirir ki, bu halın yaranmasına səbəb məişət tullantıları üçün qutuların olmaması, eləcə də, zibilin vaxtında təmizlənməməsidir.

    Məsələ ilə bağlı aidiyyəti orqan olan kənd bələdiyyəsinə üz tutuq. İş saatı olmasına baxmayaraq, idarədə heç kim yox idi. Telefon bağlantısı ilə bələdiyyə sədrinə suallarımızı ünvanladıq.

    Sən demə, bələdiyyə sədri zibilliyin olmasından xəbərsizdir. Amma uzun sürən danışıqdan sonra, nəhayət ki, bələdiyyə sədri Təvəkkül Həsənovu ərazidə zibilliyin olduğuna inandıra bildik. O bildirdi ki, “sabah əraziyə baxış keçiriləcək və qısa müddətdə problem həllini tapacaq”.

    Məsələni diqqətdə saxlayacağıq.








  • Dağıstan gömrüyü Azərbaycanda xərclənən pula görə yeyintidə ittiham edildi

    Dağıstan gömrüyündə avtomobil keçid məntəqəsinin tikintisi zamanı yeyintiyə yol verilib.

    Dağıstan Federal Xəzinədarlıq İdarəsi maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı yerli gömrük işində pozuntular aşkar edib.

    “Daqstroyresurs” şirkəti Rusiya-Azərbaycan sərhədində “Qarax” çoxtərəfli avtomobil keçid məntəqəsinin tikintisini 2011-ci ildə başa çatdırmalı idi, lakin şirkət öhdəliklərini yerinə yetirə bilməyib.

    2014-cü ildə məhkəmə şirkətlə bağlanan müqaviləni məcburi ləğv edib və 64.3 (təxminən 1,7 milyon AZN) milyon rubl pulun tikintiyə xərclənmədiyi aşkar olunub.

    “Daqstroyresurs” şirkəti isə bu pulu Azərbaycan ərazisində iş qurmaq üçün xərcləyib.

    “RİA Dərbənd”in məlumatına görə, ötən ilin dekabrında pulu geri ala bilməyən Dağıstan gömrüyü məntəqə tikilmədiyi üçün şirkətin borclarını silib.

    Xəzinədarlıq bu işi maliyyə pozuntusu hesab edib. Yerli mediaya yayılan məlumata görə, Dağıstan gömrük şöbəsi 2020-ci ilin mart ayına qədər bu məsələnin həll edilməsini tələb edib.

  • Dünyanın ilk uçan maşını satışa çıxarıldı – VİDEO

    Vaxtilə fantastik görünən bir çox layihələr tədricən həyata keçir. İnsanın əsas arzularından biri olan uçan maşın artıq reallığa çevrilib: Artıq quruda və göydə məsafələr qət edən avtomobil satışa çıxır.

    Bu barədə “Daily Mail” xəbər yayıb.

    Dünyanın ilk uçan və idarə olunan avtomobili ABŞ-ın Florida ştatında Mayami şəhərində debüt edəcək. Bu uçan aparat “Pioneer Personal Air Landing Vehicle” və ya “PAL-V” adını alıb. O, geri çəkilə bilən üst və arxa pərvanələrlə təchiz olunub və 12.500 fut (3.81 kilometr) hündürlükdə uça bilər.

    Yanacaq kimi avtomobil benzinindən istifadə olunur. Bu texnologiya möcüzəsi havada saatda 321 km, yerdə isə 160 km sürət yığa bilir.

    Hollandiya istehsalı maşın artıq istehsaldadır və 599 min ABŞ dollarına satılır. Şirkət artıq əvvəlcədən 70 sifariş aldığını bildirib. Avtomobilin ilk tədarükü 2021-ci il üçün gözlənilir.

    İki nəfər üçün uçan avtomobil dörd silindrli mühərriklə təchiz edilib. İki nəfərlik nəqliyyat vasitəsi 10 dəqiqə ərzində üçtəkərli avtomobildən “gyrocopter”ə çevrilir və səkkiz saniyədən az bir müddətdə 0-96 km sürət yığa bilir.

    Maşın karbon lifindən, titandan və alüminiumdan hazırlanıb. 680 kq çəkidə olan avtomobilin uçması üçün 165 metr, enməsi üçün isə cəmi 30 metr məsafə lazımdır.




  • Misir Mərdanov da deputat olmaq istəyir

    Xəbər verdiyimiz kimi, Azərbaycanda növbədənkənar Parlament seçkiləri keçiriləcək. Budəfəki seçkilərdə bir sıra “sürpriz” namizədlərin olacağı istisna edilmir. Bu namizədlər arasında sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitunun direktoru Misir Mərdanovun da adı çəkilir.

    Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Misir Mərdanov deputat olmaq arzusunu gizlətməyib:

    “Bəli, mənsub olduğum Yeni Azərbaycan Partiyası (YAP) namizədliyimi irəli sürərsə, prosesə qoşularam. Ancaq bu barədə danışmaq hələ tezdir.

    Cənab Prezident Konstitusiya Məhkəməsinə növbədənkənar parlamentin keçirilməsi ilə bağlı sorğu göndərib. Konstitusiya Məhkəməsinin qərarından sonra bu məsələlərə baxılacaq”.

    “YAP-dan namizədliyinizin veriləcəyini gözləyirsiniz?” sualına isə M.Mərdanov “İnşallah, Allah qoysa…”, – cavabını verib.

  • Азербайджанские и грузинские спасатели ищут пропавших рыбаков – ВИДЕО

    Спасатели из Азербайджана и Грузии ведут поиски рыбаков, пропавших 2 декабря на озере Джандаргель, расположенном на границе двух стран.

    Сообщается, что два человека отправились на рыбалку, однако после шторма они не выходили на связь.

    Как передает Median.Az со ссылкой на Службу управления чрезвычайными ситуациями Министерства внутренних дел Грузии, в поисках участвуют 55 спасателей.

    Обследование вчера водолазами дна озера не увенчалось успехом. К поискам с воздуха также привлечены дрон и вертолет. Уже обследовано 80% Джандаргеля.

  • Candargöldə itkin düşmüş balıqçıların meyitləri tapıldı – YENİLƏNİB + VİDEO

    Dekabrın 2-də Azərbyacanla Gürcüstan sərhədində yerləşən Candargöldə itkin düşmüş balıqçıların meyitləri aşkar edilib.

    Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti yayıb.

    Qeyd edək ki, Candargöldə balıq tutmaq istəyən iki nəfər balıqçının qayığı əsən şiddətli küləkdən sonra gözdən itmişdi. Azərbaycanla Gürcüstan tərəfi itən balıqçıları birgə axtarırdı.

    * * * * *

    Azərbaycan və Gürcüstandan olan xilasedicilər iki ölkənin sərhədində yerləşən Candargöldə dekabrın 2-də itkin düşən balıqçıların axtarışlarını davam etdirirlər.

    Xatırladaq ki, hadisə şahidlərinin verdiyi məlumata əsasən, iki nəfər şəxs qayıqla balıq tutmağa yollanıblar. Lakin əsən şiddətli küləkdən sonra balıqçılardan heç bir xəbər yoxdur.

    Median.Az Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətinə istinadən xəbər verir ki, axtarışlara 55 xilasedici cəlb edilib.

    Ötən gecə dalğıcların gölün dərinliklərində apardıqları axtarış da nəticə verməyib. Axtarışlara havadan dəstək verilir, gölün ərazisinə dron və helikopter cəlb edilib.

    Artıq Candargölün 80 faiz ərazisində axtarış işləri yekunlaşıb. Prosesdə Azərbaycan xilasediciləri də iştirak edib. Əldə olunan razılığa əsasən, gürcü xilasedicilər Azərbaycan tərəfə keçərək, yerli xilasedicilərlə birgə axtarış işlərində iştirak edəcəklər.

  • Раскрыты серийные кражи в Товузе и Шамкире

    Как сообщает Median.Az, сотрудники Товузкого и Шамкирского РОП в результате оперативно-розыскных мер на территории Шамкирского района задержали жителя г.Гянджа, ранее судимого Б.Садыгова, который украл в Товузском районе из двух домов деньги и золотые украшения.

    Во время разбирательства выяснилось что, он в Шамкирском районе украл из 4-х домов деньги и золотые украшения, из одного дома сигареты, а также вместе с жителем г.Гянджа Ф.Торкиевым украли еще из одного дома деньги и золотые украшения.

    В ходе оперативно-розыскных мер сотрудники полиции задержали Ф.Торкиева.

    Возбуждено уголовное дело по статье 177.2.2 (кража, совершенная повторно) УК Азербайджана.