Month: December 2019

  • Prezidentdən Saleh Məmmədova irad: “Bəzi yollarda daralma var”

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub.

    Median.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verərək deyib:

    – Möhtərəm cənab Prezident, xoş gəlmisiniz. Bu gün biz 2018-ci ildə təməlini qoyduğunuz 45-ci kilometrdən Rusiya Federasiyasının sərhədinə qədər olan 192 kilometr yolun başlanğıcında dayanmışıq. Biz 192 kilometrlik bu yolu 4 lota bölmüşük. Bu, birinci lotdur, hansı kı, Zeynalabdin Tağıyev qəsəbəsindən Giləzi qəsəbəsinə qədər 30 kilometrlik yoldur. Bu yolun hazırda bir istiqamətdə 90 faizinin asfalt-beton örtüyünü tam yerinə yetirmişik. Yerdə qalan hissələrinin isə tikintisi gedir. Bu hissələrdə yolun tam eni 27,5 metr olacaq. Hərəkətin hər iki istiqamətində iki zolaq olacaq. Yol ödənişli olduğu üçün dayandığımız bu yerdə turniketlər qoyulacaq. Turniketlər hissəsində hər istiqamətdə 5 cərgəli yol olacaq, 4 cərgəsi hərəkət, 1 cərgəsi ehtiyat maşınların saxlanması üçün. Cənab Prezident, gördüyünüz bina bu yola xidmət üçün tikilir. Yolun hər iki tərəfi çəpərlənəcək ki, hərəkət hissəsinə kənar heç nə daxil ola bilməsin. Yol ətrafında maşınlara xidmət üçün dayanacaqlar olacaqdır.

    Prezident İlham Əliyev: Neçə dayanacaq nəzərdə tutulub?

    Saleh Məmmədov: 8 gediş, 8 isə qayıdış hissəsində. Cənab Prezident, əsas odur ki, əvvəlki yol Bakıdan Samur sərhəd-keçid məntəqəsinədək 208 kilometr idi, indi isə 16 kilometr qısalıb və 192 kilometr olub. Bu da onunla əlaqədardır ki, yol rayon mərkəzlərindən keçməyəcək, yalnız onlara qovşaqla birləşəcəkdir.

    Prezident İlham Əliyev: Bu indiki yola da birləşmə varmı?

    Saleh Məmmədov: Bəli, var.

    Prezident İlham Əliyev: Birinci birləşmə Giləzidədir?

    Saleh Məmmədov: Giləzidə olacaq, yolun 30-cu kilometr hissəsində. Bu, ümumi götürəndə 75-ci kilometr adlanır. Amma layihə qiyməti ilə 30-cu kilometrdir. Bu, ikinci lotdur, hansı ki, Giləzidən başlayır Şabrana qədər. O da 27 kilometrdir. Üçüncü lot Şabrandan Gəndob qəsəbəsinə qədər olacaq. Gəndob qəsəbəsindən də Xaçmazın girişinə qədər, Xaçmazdan sonra Qusar-Yalama-Xudat hissəsinə qədər, bir də oradan düz sərhəd-keçid məntəqəsinə, 192-ci kilometr.

    Prezident İlham Əliyev: Yeni açılmış körpünün girəcəyinə qədər?

    Saleh Məmmədov: Bəli, yeni açılmış körpünün girəcəyinə qədər. Avtomobillər Rusiya Federasiyasının ərazisinə 4 cərgə ilə daxil olacaq. Bu ərazilər boş, çöl torpaqlar idi. Sizin göstərişinizə əsasən və köməyiniz nəticəsində pay torpaqlarının təzminatı ödənilərək alınıb, yol çəkilişi üçün dövlət torpağından da ayrılıb. Yəni, yol altına düşən bütün torpaq sahələrinin ödənişi tam həll olunub. Bu gün yolun çəkilişi bütün lotlar üzrə davam etdirilir. Artıq 2020-ci ilin may ayının əvvəllərində bu yolun 100 kilometr hissəsinin tam ödənişli şəkildə istismara verilməsi nəzərdə tutulur. Cənab Prezident, bu stenddəki isə Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yerüstü piyada keçididir, tikilib tam hazırdır. Yolun bu hissəsindən həmişə piyadalar keçirdi, sıxlıq yaranırdı. Bu, 130 metrlik dayaqsız yeni yol keçididir.

    Prezident İlham Əliyev: İndi gərək yol boyu bütün texniki parametrlər gözlənilsin, yolları ikiyə ayıran yerlər də müasir səviyyədə olmalıdır. Çünki mən sizə irad tutmuşam, bəzi yollarda daralma var, böyümə var. Ona görə onlar yolda təhlükə yarada bilər. Burada ayırıcı bir xətt olmalıdır.

    Saleh Məmmədov: Bəli cənab Prezident, bir xətt olacaq. Sizin göstərişinizə əsasən həmin keçidləri müəyyən hissələrdə qoymuşuq. Bu yolda Taxtakörpüdən gələn su kanallarından suvarma torpaqlarına keçidlər var. Hamısı böyük keçidlərdir, insanlar və heyvanlar üçün keçidlər də nəzərə alınıb. Yolboyu rayon mərkəzlərinə ayrılan keçidlər var, qəsəbələrə getmək və geri dönmə üçün 14 yol qovşağı nəzərdə tutulub.

    Prezident İlham Əliyev: Bu istiqamətdə turniket harada quraşdırılacaq?

    Saleh Məmmədov: Biri Giləzidə olacaq, Şabrana dönən yerdə. Ümumiyyətlə, ödəniş məntəqələri ilə birlikdə 7 turniket olacaq. Yolboyu bütün ödəniş məntəqələrinə elektrik kabelləri çəkilib.

    Prezident İlham Əliyev: Gördüm, mövcud yolun da təmirini aparırsınız, yeni asfalt vurulub.

    Saleh Məmmədov: Bəli, cənab Prezident, yay aylarında düz Qubaya qədər tam təmir etmişik. Çalışacağıq ki, o yolun təmirini mərhələli şəkildə yerinə yetirək ki, gələcəkdə insanlar əziyyət çəkməsinlər.

    Prezident İlham Əliyev: Çox yaxşı. Bu yolun tikintisinə böyük ehtiyac var. İndi həm Rusiya ilə ticarət dövriyyəmiz artır, həm də Azərbaycan tranzit ölkə kimi öz imkanlarını ortaya qoyur. İrandan Rusiyaya, Rusiyadan İrana yükdaşımalarının həcmi artır. Belə olan halda əlbəttə ki, bizim yol infrastrukturu artan yükləri daşımaq üçün yeni imkanlara malik olmalıdır. Eyni zamanda, sərnişinlər üçün də çox gözəl imkanlar yaradılacaq. Çox təhlükəsiz bir yol olacaq və eyni zamanda, şimal rayonlarımızda da bu yoldan istifadə edənlərin sayı artacaq. O cümlədən Şahdağ qış xizək kurortuna, Qubanın mənzərəli yerlərinə getmək üçün həm xarici, həm yerli turistlər, həm də rayon sakinləri bu yoldan istifadə edəcəklər. Eyni zamanda, bu, çox mənzərəli yol olacaq, çünki sahilboyu gedəcək. Əminəm ki, gələcəkdə bu zonada turizm imkanı da dəyərləndiriləcək və investisiya qoyuluşu da nəzərdə tutulacaq. Yol olan yerdə həyat var, inkişaf var, ticarət var, rahatlıq var.

    Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov: Cənab Prezident, 500 hektarlıq böyük ərazidir.

    Saleh Məmmədov: Cənab Prezident, həm də bu yolun sayəsində Rusiya sərhədindən İrana qədər məsafə 45 kilometr qısalacaqdır.

    Prezident İlham Əliyev: Elədir, həm yanacağa qənaət olunacaq, həm də vaxta. Ona görə bu yolun çox böyük əhəmiyyəti var.

    Saleh Məmmədov: Çox sağ olun ki, Siz buna önəm verirsiniz.

    Prezident İlham Əliyev: Siz də bu yolları keyfiyyətlə çəkirsiniz, bilirəm.

    Saleh Məmmədov: Bəli, öz şirkətlərimizdir.

    Prezident İlham Əliyev: Bəli, siz Bakı-Aeroport yolunu 2008-ci ildə istifadəyə verdiniz, bu günə qədər orada demək olar ki, heç bir problem yoxdur. Yolu on bir il ərzində belə vəziyyətdə saxlamaq üçün, əlbəttə, böyük təcrübə və keyfiyyət olmalı idi. Ona görə bu yolu da eyni keyfiyyətlə çəkməlisiniz. Azərbaycan dövlətinin dəstəyi ilə siz xaricdə layihələr reallaşdırırsınız. Eşitmişəm ki, indi sizin fəaliyyət dairəniz genişlənir, yeni ölkələrə öz təkliflərinizi təqdim edirsiniz. Çox yaxşı, Azərbaycan şirkətləri həm Azərbaycanda, həm də başqa ölkələrdə layihələrdə iştirak etməlidirlər. Yol infrastrukturunun səviyyəsinə görə biz dünyada 27-ci yerdəyik, böyük nəticədir. Həm əhatə dairəsi artır, həm də keyfiyyət. Bu il min kilometrdən çox yol çəkilib. Gələn il də bu templə gedəcəyik.

    Saleh Məmmədov: Cənab Prezident, bunların hamısı Sizin diqqət və qayğınız sayəsindədir. Biz də çalışırıq ki, Sizin etimadınızı doğruldaq. Görülən bütün bu işlərə görə Sizə minnətdarıq.

    Prezident İlham Əliyev: Sağ olun.

    ***

    Son illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində ölkəmizdə magistral, respublika və yerli əhəmiyyətli avtomobil yolları əsaslı şəkildə yenidən qurulub, həmçinin yeni avtomobil yolları, körpülər və yol ötürücüləri inşa edilərək əhalinin istifadəsinə verilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq inşası ölkəmizdə yol infrastrukturunun müasir səviyyəyə çatdırılması istiqamətində icra olunan işlərin davamlı xarakter aldığını göstərir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan bu yolun inşası sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini n daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə yük və sərnişin daşımalarında əsas rol oynayacaq. Həmçinin yük həcminin çoxalmasına və gəlirlərin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, ümumilikdə, respublikamızın iqtisadi inkişafına töhfə verəcək.

  • Tıxacda qalan hər sürücü dövlətə ildə min dollar ziyan vurur

    Şəhər sakinləri ildə orta hesabla 54 saatlarını tıxacda sərf edirlər ki, bu da iqtisadiyyata ildə 179 milyard dollar ziyan vurur.

    CNBC-nin məlumatına görə, Texas Nəqliyyat İnstitutu ABŞ iqtisadiyyatının tıxacdan illik itkisini hesablayarkən bu qənaətə gəlib.

    Yeni araşdırmaya görə, tıxacdan yaranan maddi itkilər adambaşına ildə 1080 dollar (1.836 AZN) təşkil edir. Bundan əlavə, tıxaclar zamanı demək olar ki, 12,5 milyard litr yanacaq boş yerə sərf olunur.

    Alimlər belə bir qənaətə gəliblər ki, qeyd olunan itkilərin çoxu fantom – obyektiv səbəb olmadan meydana gələn tıxac səbəbindən yaranır.

    Fantom tıxaclar ümumilikdə ciddi ləngimələrə səbəb olmasa da, qəza riskini artırır, çünki sürücülər maşını qəfil saxlayırlar. Bundan əlavə, sıçrayış hərəkəti avtomobili zədələyir və yanacaq sərfiyyatını artırır.

    Yeri gəlmişkən paytaxt Bakımızda da tıxacda qalma səbəbindən vaxt itkisinə məruz qalmayan insan yəqin ki, çox az tapılar. Şəxsi nəqliyyat vasitələrindən istifadə edənlər isə təkcə vaxt yox, həm də yanacaq sərfiyyatına görə maddi ziyana düşürlər.

    Ekspertlərin fikrincə tıxacın sürücülərin cibinə vurduğu ziyanı hesablayan zaman təkcə yanacaq xərcini düşünmək doğru deyil. Praktik olaraq, əməkqabiliyyətli və işləyən insanlar tıxacda xeyli vaxt itirirlər. Vaxtın itirilməsi baxımından da tıxacda qalan sürücülər əlavə maddi ziyana məruz qalırlar. Əksər paytaxt sakinləri – xüsusən də sürücülər qət etdikləri məsafədən asılı olaraq, orta hesabla hər gün 1 saatdan çox tıxacda vaxt itirirlər. Bu isə hər bir işləyən vətəndaş üçün ay ərzində 100 manatdan artıq pul itirilməsinə gətirir. Bəzi hallarda məbləğ məsafədən və tıxacın müddətindən asılı olaraq arta bilir.

  • Georgetown Journal: Azərbaycan enerji inqilabının astanasındadır

    Azərbaycan bir neçə il əvvəl təsəvvürü belə mümkün olmayan enerji inqilabının astanasındadır.

    Trend-in məlumatına görə, bu, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədr müavini, doktor Esmira Cəfərovanın “The Georgetown Journal of International Affairs” jurnalında dərc olunan məqaləsində deyilir.

    Müəllif hesab edir ki, bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət Azərbaycana daxili məqsədlər üçün bərpa olunan enerji mənbələrini istifadə etməklə daha çox neft və qaz ixrac etməyə imkan verəcək.

    Məqalədə qeyd olunur ki, Azərbaycan 1994-cü ildə “Əsrin müqaviləsi”ni imzaladıqdan bəri neft və qaz ölkənin enerji strategiyasını formalaşdıran əsas ehtiyatlar olub:

    “Bir sıra iri transmilli korporasiyalarla birgə Azərbaycan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz borularının tikintisi yolu ilə uğurlu əməkdaşlıq modeli seçib. Bu iki layihə Azərbaycanın enerji ehtiyatlarının nəql olunmasında vacib mərhələdir. Azərbaycanın karbohidrogen ehtiyatlarının ixracından əldə olunan gəlirlər ölkənin sosial-iqtisadi inkişafına yönəlib və nəticədə Azərbaycanda dövlətçiliyin bütün sahələri son 25 il ərzində çiçəklənib”.

    Müəllif bildirir ki, dünyada təmiz enerji mənbəyi olaraq təbii qaza verilən önəmin artması ilə Azərbaycan özünü qaz ixracatçısı kimi tanıdıb:

    “Cənub Qaz Dəhlizi meqalayihəsi dörd tərkib hissədən ibarətdir: 1) “Şahdəniz” yatağının işlənməsinin ikinci hissəsi; 2) Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi; 3) Trans-Anadolu boru kəməri (TANAP) və 4) Trans-Adriatik boru kəməri (TAP). Layihə enerji ehtiyatlarının mənbə və marşrutlarının şaxələndirilməsini nəzərdə tutur. Bu marşrutla Türkiyəyə qaz tədarükü 2018-ci ilin iyununda başlayıb. Cənub Qaz Dəhlizi Azərbaycanın enerji ehtiyatlarının ixracatçısı kimi regional və qlobal statusunun möhkəmlənməsində növbəti mərhələ olub”.

    Məqalədə qeyd olunur ki, Azərbaycanın bu cür nailiyyətləri ənənəvi enerji mənbələrinin istifadəsi çərçivəsindən çıxmağa, bərpa olunan enerji sektorunun işlənməsinə imkan verdi.

    Müəllif bildirir ki, Azərbaycanda 2017-ci ildə Energetika Nazirliyinə yeni rəhbərliyin gəlişi ilə ölkə daxili enerji istehlakının şaxələndirilməsinə və enerji istehlakının ümumi balansında bərpa olunan enerji mənbələrinin payının artmasına doğru kurs götürdü:

    “Azərbaycanda bərpa olunan enerji potensialı təxminən 27 min meqavattdır, bunun böyük hissəsi (23 min meqavatt) günəş enerjisinin payına düşür. Azərbaycanda kommunal xidmətlərin inkişafı üzrə strateji yol xəritəsi 420 min meqavatt gücündə bərpa olunan enerji mənbəyinin yaradılmasını nəzərdə tutur. Hazırda hökumət bu sahəyə yeni investorların cəlb olunması üçün investisiya mühitinin təkmilləşməsi üzərində işləyir”.

    Məqalədə qeyd olunur ki, Energetika Nazirliyi 2030-cu ilədək ümumi enerji balansında bərpa olunan enerji mənbələrinin payını 30 faizədək artırmağı planlaşdırır:

    “Hazırda bu göstərici 17-18 faizə yaxındır. Dekabrın 5-də Prezident İlham Əliyev “Bərpa olunan enerji mənbələrinin istifadəsi sahəsində pilot layihələrin icrası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Bərpa olunan enerji mənbələrinin inkişafına ayrılan xüsusi diqqət Azərbaycana daxili məqsədlər üçün bərpa olunan enerji mənbələrini istifadə etməklə daha çox neft və qaz ixrac etməyə imkan verəcək”.

  • Умерла народная артистка СССР

    Народная артистка СССР, художественный руководитель театра “Современник” Галина Волчек умерла в московской больнице на 87-м году жизни.
    Как передает Median.Az, об этом сообщили РИА Новости в театре “Современник”.
    О госпитализации Волчек с воспалением легких в Боткинскую больницу стало известно 24 декабря.
    Накануне СМИ написали о резком ухудшении ее состояния.

  • Sumqayıt şəhər stadionunun söküntüsünə başlanılıb – FOTO

    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun söküntüsünə başlanılıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu sökülərək yerində yeni, müasir tələblərə cavab verən üstü örtülü arena inşa olunacaq.

    Qaçış zolağı ləğv olunacaq və genişlənmiş ərazidə üstü örtülü iki ehtiyat meydança da tikiləcək. Arenanın tutumu 17000 nəfər olacaq. Eyni zamanda 5 mərtəbəli otel və yeni elektron tablo inşa olunacaq. Yeni arenanın 2020-ci ilin sonlarında istifadəyə veriləcəyi planlaşdırılır.

    Xatırladaq ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.

    1966-cı ildən fəaliyyət göstərən stadion indiyə qədər heç vaxt əsaslı təmir olunmayıb.

  • Təhsil Nazirliyi Yeni ildə tətil günlərini açıqlayıb

    Təhsil Nazirliyi Yəni il bayramında məktəblərdə tətil günləri ilə bağlı məlumat yayıb.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, məlumatda bildirilir ki, altıgünlük tədris həftəsi ilə işləyən təhsil müəssisələrində 4-6 yanvar 2020-ci il tarixlərində tədris aparılacağına dair xəbərlər əsassızdır.

    Təhsil Nazirliyi bir daha bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli, 461 saylı qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib. Bu qərara müvafiq olaraq, bütün təhsil müəssisələrində tədris yanvarın 7-də başlanılır.

  • Kriştianu Ronaldo: “Ən yaxşı mənəm”

    “Hazırda ən yaxşı mənəm. Çünki heç bir çatışmazlığım yoxdur”.

    Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo deyib.

    Hücumçu hazırda dünyanın ən yaxşısı olduğunu açıqlayıb: “Gələn il bunu hamı görəcək. “Yuventus”dakı oyunum mənim üçün prioritetdir. Bu klubla bağlı olan hər şeyi sevirəm. İtaliya mədəniyyətindən də xoşum gəlir. Burada xoşbəxtəm və hələ bir neçə il oynamaq istəyirəm”.

  • Bakıda avtomobil 20 yaşlı gənci vurub

    Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report” xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

    Belə ki, 1999-cu il təvəllüdlü Əmirov Samir Nadir oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, başın ənsə nahiyəsinin əzilmiş yarası diaqnozları qoyulub.

  • Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

    Belə ki, iki avtomobilin toqquşması zamanı 1954-cü il təvəllüdlü Kazakov Georgiy Semyanoviç xəsarət alıb.

    Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və təpə nahiyəsinin yarası diaqnozu qoyulub.

  • В Туркменистане село назвали именем любимого коня президента

    По поручению президента Туркменистана Гурбангулы Бердымухамедова, глава Балканского велаята Я.Гылыджов принял участие в торжествах по случаю открытия нового современного села Rowaç (Ровач, Процветание), построенного в этрапе Сердар.

    Как сообщает Median.Az со ссылкой на ТДХ, в торжествах приняли участие руководители администрации региона, депутаты Меджлиса, представители общественных организаций, многочисленные местные жители, старейшины и молодёжь.
    Всего в новом селе возведены 268 трёх- и четырёхкомнатных комфортабельных домов. Созданы все условия для проживания, в том числе террасы, просторные уютные комнаты, обустроенные кухни, а также гаражи и необходимые инженерно-технические коммуникации.

    Как сообщает издание “Хроники Туркменистана”, в январе президенту подарили рожденного в первый день 2019 года жеребенка, который был назван Ровач. Бердымухамедов посвятил ему стихи, на которые в преддверии отмечаемого 27 апреля Дня ахалтекинца записал песню с внуком Керимгулы. Во время августовского осмотра парка судов в «Авазе», глава государства облюбовал одну яхту, которую также назвал «Ровач».