Month: December 2019

  • Azərbaycanda baldızlar birləşib kürəkəni döydü – TƏFƏRRÜAT

    Xəbər verdiyimiz kimi, Ağcabədi rayonunda iki qadın təmizlik işçisi olan kişini döyüblər. Ətrafda olan təmizlik işçiləri onları ayırmağa çalışıblar. Bu zaman ərazidə olan oğlan da qadınlarla birlikdə xidmətçi kişini vurmağa başlayıb.

    Unikal.org hadisənin təfərrüatını öyrənib.

    Qadınların döydüyü şəxs Mamedov Elnur İsa oğludur. O, işdə olarkən bacısının əri və baldızları ona yaxınlaşıblar. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisəyə səbəb isə Elnurun bacısının ailədaxili probleminin olmasıdır.

    Sonda qadınlar Ağcabədi rayon Kommunal Təsərrüfat Birliyinin işçisini döyməyə başlayıblar. Davada xəsarət alan Elnur Mamedov Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Qeyd edək ki, Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Ağcabədi rayonunda iki qadının küçədə kişini döyməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, baş verən hadisə Ağcabədi Rayon Polis Şöbəsində qeydiyyata alınıb:

    “Məsələ barədə RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır”.

  • Президент наградил ряд сотрудников Госнефтефонда – СПИСОК

    Президент Ильхам Алиев подписал распоряжение о награждении ряда сотрудников Государственного нефтяного фонда Азербайджанской Республики.

    Согласно распоряжению, в связи с 20-летием Государственного нефтяного фонда Азербайджанской Республики награждены следующие работники Фонда:

    Орденом “Эмек” 3-й степени

    Мамедов Рауф Ахмедович

    Медалью “Терегги”

    Агаева Саида Рамис гызы

    Бахрамов Бахруз Фарман оглу

    Джавадов Ровшан Назим оглу

    Алиева Джамал Араз гызы

    Ибрагимов Заур Сейфулла оглу

    Керимова Ламия Адалят гызы

    Манафов Исмаил Самуд оглу

    Мамедов Рахим Фикрет оглу

    Мустафаев Расим Вагиф оглу

    Мустафаева Чеменгюль Бахадур гызы

    Пшеничный Вадим Александрович

    Зейналов Аллахверди Нариман оглу.

  • 2020-dən hansı bürclər xeyir görəcək…

    İl başa çatır. 2020-in gəlişinə çox qalmayıb. Hamımız yeni ildən uğur gözləyirik. Bəs hansı bürclər 2020-dən xeyir görəcək?

    Median.Az astroloq Tamara Qlobanın proqnozunu nəzərinizə çatdırır:

    Qoç – Çox fəal il keçəcək. İldən həm də sevgi qoxusu gəlir.


    Buğa – Faydalı və maraqlı il olacaq. İlin əvvəlində qohumlarla problem gözlənilir. Sonra hər şey qaydasına düşəcək.

    Əkizlər – İrəlidən ağır dövr gəlir. Maddi itki də olacaq, insan itkisi də. Payızda yeni iş təklifi gələ bilər.

    Xərçəng – Sağlamlığın qayğısına qaymaq lazımdır. Yayda həyat çox dəyişəcək.

    Şir – Şəxsi həyatında yenilik gözlənilir. Səfərlərin birində yeni tanışlıq olacaq. Evli olan “Şir”i ilin sonunda övladları sevindirəcək.

    Qız – Uşaqların qayğısına qalmaq xüsusilə vacibdir. Yeni dostlar peyda olacaq.

    Tərəzi – Özünü sevimli hiss edəcək. Evini təmir etdirə biləcəyi ehtimal olunur. İlin ikinci yarısında maliyyə vəziyyəti yaxşılaşacaq.

    Əqrəblər – Mübahisələr olacaq. Amma üfüqdə səyahət və yeni tanışlıqlar görünür.


    Oxatan – Maliyyə çətinlikləri olacaq. Evdə çox vaxt keçirmək lazım gələcək. Dostların çox köməyi dəyəcək.

    Oğlaq – Karyerada yüksəliş ehtimalı var. İşdə qadınlarla yola getmək çətindir. Amma bunun da öhdəsindən gəlmək mümkündür.

    Dolça – Artıq adamlar həyatından çıxacaq. Ailədə artım gözlənilən haldır. Ən yaxşı hadisələr dekabrda baş verəcək.


    Balıqlar – Maraqlı və perspektivli ildir. Xüsusilə qışda yaxşı qazanmaq mümkündür.

  • Gürcüstanda iki nəfər “donuz qripi”ndən öldü

    Gürcüstanda qrip virusu yayılmaqda davam edir. Artıq iki nəfər Gürcüstanda H1N1 virusundan (donuz qripi) dünyasını dəyişib.

    Median.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze məlumat verib.

    Həmin iki nəfərin ölümünə məhz H1N1 virusunun səbəb olduğu laborator yoxlamalarla təsdiq olunub.

    Onun sözlərinə görə, hazırda ölkədə A və B tipli qrip virusu yayılıb. Amma, qripə yoluxma halları illik müqayisədə azdır (Azərtac).

    Qeyd edək ki, ötən ilin yanvar-dekabr aylarında Gürcüstanda H1N1 virusu geniş yayılmışdı.

    Bu virusdan ötən il 22 nəfər dünyasını dəyişib.  

  • Vergi ilə bağlı bir sıra qaydalar dəyişdi – FƏRMAN

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb.
     
    Median.Az Fərmanı olduğu kimi təqdim edir.
     
    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
     
    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
     
    1.1. üç ay müddətində:
     
    1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
     
    1.1.2. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binaların dövlətə ayrılan hissəsinə dair hüquqi əsasları müəyyən edən normativ hüquqi aktlarla bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
     
    1.1.3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.48-ci maddəsinə uyğun olaraq, dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
     
    1.1.4. həmin Məcəllənin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərinin və qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
     
    1.1.5. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
     
    1.1.6. həmin Məcəllənin 71-1.3-cü və 71-1.4-cü maddələrinə uyğun olaraq, elektron qaimə-fakturaların vahid formalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
     
    1.1.7. həmin Məcəllənin 71-2.2-ci maddəsinə uyğun olaraq, elektron alış aktının formasını, tətbiqi, uçotu və istifadəsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
     
    1.1.8. həmin Məcəllənin 194.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, aksiz markalarının hazırlanmasına dair sifariş verilməsi, onların satışı və uçotunun aparılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
     
    1.1.9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
     
    1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
     
    1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
     
    2. Müəyyən edilsin ki:
     
    2.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin birinci və ikinci cümlələrində, 16.8-ci maddəsində, 16.9-cu maddəsinin birinci cümləsində, 22-1.4-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 24.0.4-1-ci, 33.7-ci, 33.7.7-ci, 33.7.9-cu (hər üç halda), 71-1.3-cü, 71-1.4-cü, 71-2.2-ci, 76.1-1-ci (hər iki halda), 77.5-ci (hər üç halda), 77.6-cı (hər üç halda), 77.7.2-ci, 77.7.3-cü, 102.1.35-ci, 106.1.27-ci, 106.1.28-ci, 164.1.48-ci (hər iki halda), 164.1.49-cu maddələrində, 165.6-cı maddəsinin birinci cümləsində, 175.9-cu maddəsində, 194.1-ci maddəsinin ikinci cümləsində (hər iki halda), 199.16-cı (hər üç halda), 207.7-ci (hər üç halda) və 218-1.1.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
     
    2.2. həmin Məcəllənin 77.5-ci (üçüncü halda), 77.6-cı (üçüncü halda), 164.1.48-ci (birinci halda) maddələrində, 165.6-cı maddəsinin birinci cümləsində, 199.16-cı (ikinci halda) və 207.7-ci (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
     
    2.3. həmin Məcəllənin 22-1.4-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə vəsaitin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin işçilərinə münasibətdə) nəzərdə tutulur;
     
    2.4. həmin Məcəllənin 22-1.4-cü maddəsinin birinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;
     
    2.5. həmin Məcəllənin 22-1.4-cü maddəsinin birinci cümləsində “orqanların (qurumların) maddi-texniki bazası” dedikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maddi-texniki bazaları nəzərdə tutulur;
     
    2.6. həmin Məcəllənin 22-1.4-cü maddəsinin birinci cümləsində “orqanların (qurumların) işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçiləri nəzərdə tutulur;
     
    2.7. həmin Məcəllənin 13.2.82-ci maddəsinin birinci cümləsində, 71-1.3-cü, 71-1.4-cü, 71-2.2-ci, 77.5-ci (birinci halda), 77.6-cı (birinci halda), 77.7.2-ci, 77.7.3-cü, 102.1.35-ci, 106.1.27-ci, 175.9-cu maddələrində, 194.1-ci maddəsinin ikinci cümləsində (ikinci halda) və 218-1.1.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
     
    2.8. həmin Məcəllənin 13.2.82-ci maddəsinin ikinci cümləsində, 16.8-ci maddəsində, 16.9-cu maddəsinin birinci cümləsində, 24.0.4-1-ci, 33.7-ci, 33.7.7-ci, 33.7.9-cu (birinci halda), 76.1-1-ci (hər iki halda), 77.5-ci (ikinci halda), 77.6-cı (ikinci halda) maddələrində, 194.1-ci maddəsinin ikinci cümləsində (birinci halda), 199.16-cı (üçüncü halda) və 207.7-ci (üçüncü halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
     
    2.9. həmin Məcəllənin 33.7.9-cu (ikinci və üçüncü hallarda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;
     
    2.10. həmin Məcəllənin 106.1.28-ci və 164.1.49-cu maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi nəzərdə tutulur;
     
    2.11. həmin Məcəllənin 164.1.48-ci maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:
     
    2.11.1. icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərə münasibətdə – həmin publik hüquqi şəxsin tabe olduğu orqan (qurum);
     
    2.11.2. digər publik hüquqi şəxslərə münasibətdə – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
     
    2.12. həmin Məcəllənin 199.16-cı (birinci halda) və 207.7-ci (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatı və “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur;
     
    2.13. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinin ikinci abzasında və 2.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
     
    2.14. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinin ikinci abzasında və 2.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
     
    2.15. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.5-ci maddəsinə uyğun olaraq, hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilən məbləği 350 manatdır.
     
    3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
     
    3.1. aşağıdakı normativ hüquqi aktları üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
     
    3.1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.8-ci maddəsinə uyğun olaraq, bina tikintisi ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bir bina üzrə verilməli məlumatın formasını;
     
    3.1.2. həmin Məcəllənin 16.9-cu maddəsinin birinci cümləsinə uyğun olaraq, transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatı vergi orqanına təqdim etməsi müddətini, formasını və qaydasını;
     
    3.1.3. həmin Məcəllənin 24.0.4-1-ci maddəsinə uyğun olaraq üzləşmə aktının formasını;
     
    3.1.4. həmin Məcəllənin 76.1-1-ci maddəsinə uyğun olaraq məlumatın formasını;
     
    3.2. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
     
    4. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 dekabr tarixli 762 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1236) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.9-cu, 106.1.10-cu və 122.3-cü maddələrində nəzərdə tutulmuş vergi azadolmaları hallarının müəyyən edilməsi Qaydaları”nın 2.2-ci bəndində “aktivlərin verilməsi səlahiyyəti onun Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş Nizamnaməsində nəzərdə tutulan” sözləri “Azərbaycan Respublikası Prezidentinin aktivlərin verilməsi səlahiyyətini həvalə etdiyi” sözləri ilə əvəz edilsin.
     
    5. “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1256; 2017, № 1, maddə 48, № 6, maddə 1073, № 10, maddə 1787) aşağıdakı dəyişikliklər edilsin:
     
    5.1. 2.3-cü bənddə “vergi hesab fakturasının” sözləri “qaimə-fakturanın” sözləri ilə əvəz edilsin;
     
    5.2. həmin Fərmanla təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” üzrə:
     
    5.2.1. 1.4-cü bənddə “vergi-hesab fakturası” sözləri “qaimə-faktura” sözləri ilə əvəz edilsin;
     
    5.2.2. 2.0.3-cü yarımbənddə “vergi-hesab fakturalarının (bundan sonra – e-VHF)” sözləri “qaimə-fakturaların” sözləri ilə, “e-VHF-lər” sözləri “elektron qaimə-fakturalar” sözləri ilə əvəz edilsin;
     
    5.2.3. 3.8-ci bənddə, 5.2-ci bənddə, 5.2.1-ci, 5.2.7-ci yarımbəndlərdə, 5.4-cü bəndin birinci cümləsində (hər iki halda), 5.5-ci bənddə, 6.1.1-ci, 6.1.2-ci yarımbəndlərdə, 6.1.3-cü yarımbəndin üçüncü cümləsində (hər iki halda) və 6.1.4-cü yarımbənddə, 6.2-ci bəndin birinci, üçüncü və dördüncü (hər iki halda) cümlələrində, 6.4-cü, 6.5-ci bəndlərdə ismin müvafiq hallarında “e-VHF” sözləri ismin müvafiq hallarında “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;
     
    5.2.4. 4.2.2-ci yarımbəndin 1-ci abzasında “e-VHF-nin” sözləri “elektron qaimə-fakturanın” sözləri ilə, “e-VHF-lər” sözləri “elektron qaimə-fakturalar” sözləri ilə, 2-ci abzasında (hər iki halda) “e-VHF-nin” sözləri “elektron qaimə-fakturanın” sözləri ilə əvəz edilsin;
     
    5.2.5. 5.2-ci bənddə “vergi-hesab faktura” sözləri “qaimə-faktura” sözləri ilə əvəz edilsin;
     
    5.2.6. 5.3-cü bəndin birinci, ikinci və üçüncü cümlələrində ismin müvafiq hallarında “E-VHF” sözləri ismin müvafiq hallarında “Elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin və həmin bəndin üçüncü cümləsindən “, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 176.2-1-ci maddəsinə əsasən,” sözləri çıxarılsın;
     
    5.2.7. 6.3-cü bənddə “E-VHF-nin” sözləri “Elektron qaimə-fakturanın” sözləri ilə əvəz edilsin;
     
    5.2.8. 6.6-cı bənddə “e-VHF-lər” sözləri “elektron qaimə-fakturalar” sözləri ilə əvəz edilsin.
     
    6. “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 20 fevral tarixli 1252 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 196, № 4, maddə 549, № 6, maddə 1074) aşağıdakı dəyişikliklər edilsin:
     
    6.1. 2.3-cü bənddə “vergi hesab-fakturasının” sözləri “qaimə-fakturanın” sözləri ilə əvəz edilsin;
     
    6.2. həmin Fərmanla təsdiq edilmiş “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” üzrə:
     
    6.2.1. 1.4-cü bənddə “vergi hesab-fakturası” sözləri “qaimə-faktura” sözləri ilə əvəz edilsin;
     
    6.2.2. 2.0.4-cü yarımbənddə “vergi hesab-fakturalarının (bundan sonra – e-VHF)” sözləri “qaimə-fakturaların” sözləri ilə, “e-VHF-lər” sözləri “elektron qaimə-fakturalar” sözləri ilə əvəz edilsin;
     
    6.2.3. 3-cü hissədə, 4.1-ci, 6.9-cu, 6.10-cu və 6.11-ci bəndlərdə “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin;
     
    6.2.4. 4.2.2-ci yarımbəndin 1-ci abzasında “e-VHF-nin” sözləri “elektron qaimə-fakturanın” sözləri ilə, “e-VHF-lər” sözləri “elektron qaimə-fakturalar” sözləri ilə, 2-ci abzasında (hər iki halda) “e-VHF-nin” sözləri “elektron qaimə-fakturanın” sözləri ilə əvəz edilsin;
     
    6.2.5. 5.3-cü bənddə “e-VHF-ni” sözləri “qaimə-fakturanı” sözləri ilə və “Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında elektron vergi hesab-faktura” sözləri “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;
     
    6.2.6. 5.3.1-ci, 5.3.7-ci yarımbəndlərdə, 5.6-cı bənddə, 6.1.1-ci, 6.1.2-ci yarımbəndlərdə, 6.1.3-cü yarımbəndin üçüncü cümləsində (hər iki halda), 6.1.4-cü yarımbənddə, 6.2-ci bəndin birinci, üçüncü və dördüncü (hər iki halda) cümlələrində, 6.4-cü, 6.5-ci bəndlərdə və 6.12-ci bəndin birinci cümləsində (hər iki halda) ismin müvafiq hallarında “e-VHF” sözləri ismin müvafiq hallarında “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;
     
    6.2.7. 5.4-cü bəndin birinci, ikinci və üçüncü cümlələrində və 6.3-cü bənddə ismin müvafiq hallarında “E-VHF” sözləri ismin müvafiq hallarında “Elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;
     
    6.2.8. 5.5-ci bəndin birinci cümləsində “e-VHF-nin” sözləri “elektron qaimə-fakturanın” sözləri ilə, “vergi hesab-fakturası” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;
     
    6.2.9. 6.6-cı bənddə “e-VHF-lər” sözləri “elektron qaimə-fakturalar” sözləri ilə əvəz edilsin.
     
    7. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 555) ilə təsdiq edilmiş “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
     
    7.1. 3.1.1-ci yarımbənddə “qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir” sözləri “elektron qaimə-fakturanı malgöndərən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür” sözləri ilə əvəz edilsin;
     
    7.2. 3.1.2-ci yarımbənddə “qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturasının da verilməsi tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir” sözləri “elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür” sözləri ilə əvəz edilsin;
     
    7.3. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
     
    “3.2. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” və malların alışı tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı“ tərtib edilmir. “Malların alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.”;
     
    7.4. 3.3-cü bəndin birinci və ikinci (hər iki halda) cümlələrində “vəkalətnamə (etibarnamə)” sözləri “malların alınması üçün vəkalətnamə” sözləri ilə, həmin bəndin ikinci cümləsində “qaimə-fakturanı və ya elektron qaimə-fakturanı, yaxud elektron vergi hesab-fakturasını və ya “Malların alış aktı”nı təhtəlhesab şəxsə təqdim edir” sözləri “elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür” sözləri ilə əvəz edilsin;
     
    7.5. 3.4-cü bəndin birinci cümləsində “sənəd və malların anbara təhvil verilməsi ilə bağlı tərtib olunan “Malların təhvil-qəbul aktı” ilə” sözləri “sənədlə” sözü ilə əvəz edilsin;
     
    7.6. 3.5-ci bəndin birinci və ikinci cümlələrində “sənədləşdirilir” sözü “sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır” sözləri ilə əvəz edilsin;
     
    7.7. aşağıdakı məzmunda 3.10 – 3.14-cü bəndlər əlavə edilsin:
     
    “3.10. Bu Qaydanın 3.1.1-ci, 3.1.2-ci yarımbəndləri və 3.2-ci bəndi ilə müəyyən edilmiş qaydada malların anbara təhvil verilməsi zamanı hər hansı uyğunsuzluq (əskik gəlmə, keyfiyyətin aşağı olması, xarab və ya zay olma və s.) aşkar edildikdə “Malların təhvil-qəbul aktı” tərtib olunur.
     
    3.11. Vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron kabineti olmayan alıcıya “Elektron qaimə-faktura” ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə təsdiqlənməklə təqdim edilir.
     
    3.12. Vergi ödəyiciləri tərəfindən mallar təqdim edilərkən malların təhvil verilməsi üçün maddi-məsul şəxslərin imzası ilə “Elektron qaimə-faktura”nın çap edilmiş forması ilkin uçot sənədi kimi tərtib edilə bilər.
     
    3.13. Vergi ödəyicisi əvvəlcədən sifariş edilməyən malların satışını həyata keçirdikdə həmin mallar digər vergi ödəyicisinə “Malların təhvil-qəbul aktı” üzrə təqdim edilir və həmin mallar üzrə “Elektron qaimə-faktura” bu Qaydaya uyğun olaraq göndərilir.
     
    3.14. İctimai iaşə sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri digər şəxslərdən məsuliyyətli mühafizə (saxlanma) və ya qida (yeyinti) məhsullarının hazırlanması (bişirilməsi) üçün qəbul edilmiş məhsulları “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirir və həmin sənədlərdə göstərilən qiymətlərlə uçota alırlar. Malların qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanır.”;
     
    7.8. 4.4-cü və 4.6-cı bəndlərdə “qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;
     
    7.9. 7-ci hissənin mətni aşağıdakı redaksiyada verilsin:
     
    “Bu Qaydada nəzərdə tutulan “Elektron qaimə-faktura”, “Malların elektron alış aktı”, “Yük avtonəqliyyatı üçün yol vərəqi” və “Malların alınması üçün vəkalətnamə” istisna olmaqla, “Malların təhvil-qəbul aktı”, “Malların alış aktı”, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların qaytarılması aktı’’, “Alış sifarişi’’, “Malların anbardan mətbəxə buraxılışı qaimə-fakturası”, “Malların mətbəxdən anbara qaytarılmasi aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” və “Satışın nəticələrinə görə malların (məhsulların) silinməsi barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir. “Yük avtonəqliyyatı üçün yol vərəqi” və “Malların alınması üçün vəkalətnamə” ciddi hesabat blanklarıdır, onların forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir.”;
     
    7.10. həmin Fərmanla təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” üzrə:
     
    7.10.1. 1.3.1-ci yarımbənddə “qaimə-faktura, yaxud elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;
     
    7.10.2. 3.1.1-ci yarımbənddə “qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir” sözləri “elektron qaimə-fakturanı malgöndərən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür” sözləri ilə əvəz edilsin;
     
    7.10.3. 3.1.2-ci yarımbənddə “qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturasının da verilməsi tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir” sözləri “elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür” sözləri ilə əvəz edilsin;
     
    7.10.4. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
     
    “3.2. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” və malların alışı tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı“ tərtib edilmir. “Malların alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.”;
     
    7.10.5. 3.3-cü bəndin birinci və ikinci (hər iki halda) cümlələrində “vəkalətnamə (etibarnamə)” sözləri “malların alınması üçün vəkalətnamə” sözləri ilə, həmin bəndin ikinci cümləsində “qaimə-fakturanı və ya elektron qaimə-fakturanı, yaxud elektron vergi hesab-fakturasını və ya “Malların alış aktı”nı təhtəlhesab şəxsə təqdim edir” sözləri “elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür” sözləri ilə əvəz edilsin;
     
    7.10.6. 3.4-cü bəndin birinci cümləsində “sənəd və malların anbara təhvil verilməsi ilə bağlı tərtib olunan “Malların təhvil-qəbul aktı” ilə” sözləri “sənədlə” sözü ilə əvəz edilsin;
     
    7.10.7. 3.5-ci bəndin birinci və ikinci cümlələrində “sənədləşdirilir” sözü “sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır” sözləri ilə əvəz edilsin;
     
    7.10.8. aşağıdakı məzmunda 3.13 – 3.17-ci bəndlər əlavə edilsin:
     
    “3.13. Bu Qaydanın 3.1.1-ci, 3.1.2-ci yarımbəndləri və 3.2-ci bəndi ilə müəyyən edilmiş qaydada malların anbara təhvil verilməsi zamanı hər hansı uyğunsuzluq (əskik gəlmə, keyfiyyətin aşağı olması, xarab və ya zay olma və s.) aşkar edildikdə, “Malların təhvil-qəbul aktı” tərtib olunur.
     
    3.14. Vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron kabineti olmayan alıcıya “Elektron qaimə-faktura” ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir.
     
    3.15. Vergi ödəyiciləri tərəfindən mallar təqdim edilərkən malların təhvil verilməsi üçün maddi-məsul şəxslərin imzası ilə “Elektron qaimə-faktura”nın çap edilmiş forması ilkin uçot sənədi kimi tərtib edilə bilər.
     
    3.16. Vergi ödəyicisi əvvəlcədən sifariş edilməyən malların satışını həyata keçirdikdə həmin mallar digər vergi ödəyicisinə “Malların təhvil-qəbul aktı” üzrə təqdim edilir və həmin mallar üzrə “Elektron qaimə-faktura” bu Qaydaya uyğun olaraq göndərilir.
     
    3.17. Pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri digər şəxslərdən komissiyaya və ya məsuliyyətli mühafizəyə qəbul edilmiş malları “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirirlər və həmin sənədlərdə göstərilən qiymətlərlə uçota alırlar. Malların qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanır.”;
     
    7.10.9. 4.1-ci bəndin ikinci və üçüncü cümlələrində müvafiq olaraq “qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası” və “qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;
     
    7.10.10. 7-ci hissənin mətni aşağıdakı redaksiyada verilsin:
     
    “Bu Qaydada nəzərdə tutulan “Elektron qaimə-faktura”, “Malların elektron alış aktı”, “Yük avtonəqliyyatı üçün yol vərəqi” və “Malların alınması üçün vəkalətnamə” istisna olmaqla, “Malların təhvil-qəbul aktı”, “Malların alış aktı”, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların qaytarılması aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir. “Yük avtonəqliyyatı üçün yol vərəqi” və “Malların alınması üçün vəkalətnamə” ciddi hesabat blanklarıdır və onların forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir.”.
     
    8. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1358 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 762, № 11, maddə 2023, № 12 (I kitab), maddə 2343; 2018, № 6, maddə 1235, № 9, maddə 1842, № 12 (I kitab), maddələr 2555, 2603; 2019, № 1, maddə 95, № 3, maddə 435, № 4, maddə 645, № 6, maddələr 1038, 1044, № 8, maddələr 1396, 1404; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 2 iyul tarixli 766 nömrəli, 12 noyabr tarixli 851 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:
     
    8.1. 2.20-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.21-ci və 2.22-ci bəndlər əlavə edilsin:
     
    “2.21. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-9.2-ci maddəsinə uyğun olaraq həmin Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarının 50 faizi aşağıdakı kimi bölüşdürülür:
     
    2.21.1. 5 faiz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülür;
     
    2.21.2. 22,5 faiz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür;
     
    2.21.3. 22,5 faiz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Agentliyin hesabına köçürülür;
     
    2.22. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-9.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 30 faizi aşağıdakı kimi bölüşdürülür:
     
    2.22.1. 5 faiz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülür;
     
    2.22.2. 12,5 faiz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür;
     
    2.22.3. 12,5 faiz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Agentliyin hesabına köçürülür.”;
     
    8.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülən vəsaitdən istifadə Qaydası” üzrə:
     
    8.2.1. 2.1.20-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.1.21-ci yarımbənd əlavə edilsin:
     
    “2.1.21. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-9.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq olunan və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyası, habelə sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləği.”;
     
    8.3. həmin Qaydaya Əlavənin “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xüsusi xəzinə hesabına köçürülən vəsait barədə məlumat” cədvəlinə aşağıdakı məzmunda 21-ci hissə əlavə edilsin:
     

     1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-9.2-ci maddəsinə əsasən həmin Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası və sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləği        

    9. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1076) ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
     
    9.1. 1.3.1-ci yarımbənddə “qaimə faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;
     
    9.2. 3.1.1-ci yarımbənddə “qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir” sözləri “elektron qaimə-fakturanı malgöndərən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür” sözləri ilə əvəz edilsin;
     
    9.3. 3.1.2-ci yarımbənddə “qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturasının da verilməsi tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir” sözləri “elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür” sözləri ilə əvəz edilsin;
     
    9.4. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
     
    “3.2. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” və malların alışı tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “Malların alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.”;
     
    9.5. 3.3-cü bəndin birinci və ikinci (hər iki halda) cümlələrində “vəkalətnamə (etibarnamə)” sözləri “Malların alınması üçün vəkalətnamə” sözləri ilə, həmin bəndin ikinci cümləsində “qaimə-fakturanı və ya elektron qaimə-fakturanı, yaxud elektron vergi hesab-fakturasını təhtəlhesab şəxsə təqdim edir” sözləri “elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür” sözləri ilə əvəz edilsin;
     
    9.6. 3.4-cü bəndin birinci cümləsində “sənəd və malların anbara təhvil verilməsi ilə bağlı tərtib olunan “Malların təhvil-qəbul aktı” ilə” sözləri “sənədlə” sözü ilə əvəz edilsin;
     
    9.7. 3.5-ci bəndin birinci və ikinci cümlələrində “sənədləşdirilir” sözü “sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır” sözləri ilə əvəz edilsin;
     
    9.8. aşağıdakı məzmunda 3.13 – 3.16-cı bəndlər əlavə edilsin:
     
    “3.13. Bu Qaydanın 3.1.1-ci, 3.1.2-ci yarımbəndləri və 3.2-ci bəndi ilə müəyyən edilmiş qaydada malların anbara təhvil verilməsi zamanı hər hansı uyğunsuzluq (əskik gəlmə, keyfiyyətin aşağı olması, xarab və ya zay olma və s.) aşkar edildikdə “Malların təhvil-qəbul aktı” tərtib olunur.
     
    3.14. Vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron kabineti olmayan alıcıya “Elektron qaimə-faktura” ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir.
     
    3.15. Vergi ödəyiciləri tərəfindən mallar təqdim edilərkən malların təhvil verilməsi üçün maddi-məsul şəxslərin imzası ilə “Elektron qaimə-faktura”nın çap edilmiş forması ilkin uçot sənədi kimi tərtib edilə bilər.
     
    3.16. Vergi ödəyicisi əvvəlcədən sifariş edilməyən malların satışını həyata keçirdikdə həmin mallar digər vergi ödəyicisinə “Malların təhvil-qəbul aktı” üzrə təqdim edilir və həmin mallar üzrə “Elektron qaimə-faktura” bu Qaydaya uyğun olaraq göndərilir.”;
     
    9.9. 4.1-ci bəndin birinci və ikinci cümlələrində “qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura” sözləri və “qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;
     
    9.10. 4.2-ci bənd ləğv edilsin;
     
    9.11. 7-ci hissənin mətni aşağıdakı redaksiyada verilsin:
     
    “Bu Qaydada nəzərdə tutulan “Elektron qaimə-faktura”, “Malların elektron alış aktı”, “Yük avtonəqliyyatı üçün yol vərəqi” və “Malların alınması üçün vəkalətnamə” istisna olmaqla, “Malların təhvil-qəbul aktı”, “Malların alış aktı”, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların qaytarılması aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir. “Yük avtonəqliyyatı üçün yol vərəqi” və “Malların alınması üçün vəkalətnamə” ciddi hesabat blanklarıdır, onların forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir.”;
     
    9.12. həmin Fərmanla təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” üzrə:
     
    9.12.1. 3.1.1-ci yarımbənddə “qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir” sözləri “elektron qaimə-fakturanı malgöndərən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür” sözləri ilə əvəz edilsin;
     
    9.12.2. 3.1.2-ci yarımbənddə “qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturasının da verilməsi tələb edilir və belə malların anbara təhvil verilməsi “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir” sözləri “elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür” sözləri ilə əvəz edilsin;
     
    9.12.3. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
     
    “3.2. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı” və malların alış tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “İstehsal ehtiyatlarının alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.”;
     
    9.12.4. 3.3-cü bəndin birinci və ikinci (hər iki halda) cümlələrində “vəkalətnamə (etibarnamə)” sözləri “Malların alınması üçün vəkalətnamə” sözləri ilə, həmin bəndin ikinci cümləsində “qaimə-fakturanı və ya elektron qaimə-fakturanı, yaxud elektron vergi hesab-fakturasını təhtəlhesab şəxsə təqdim edir” sözləri “elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür” sözləri ilə əvəz edilsin;
     
    9.12.5. 3.4-cü bəndin birinci cümləsində “sənəd və istehsal ehtiyatlarının anbara və ya istehsal sahələrinə təhvil verilməsi ilə bağlı tərtib olunan “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə” sözləri “sənədlə” sözü ilə əvəz edilsin;
     
    9.12.6. 3.5-ci bənddə hər iki halda “sənədləşdirilir” sözü “sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır” sözləri ilə əvəz edilsin;
     
    9.12.7. aşağıdakı məzmunda 3.8 – 3.12-ci bəndlər əlavə edilsin:
     
    “3.8. Bu Qaydanın 3.1.1-ci, 3.1.2-ci yarımbəndləri və 3.2-ci bəndi ilə müəyyən edilmiş qaydada malların anbara təhvil verilməsi zamanı hər hansı uyğunsuzluq aşkar edildikdə “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” tərtib olunur.
     
    3.9. Vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron kabineti olmayan alıcıya “Elektron qaimə-faktura” ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imzası və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir.
     
    3.10. Vergi ödəyiciləri tərəfindən mallar təqdim edilərkən işgüzar adətlərdən irəli gələrək malların təhvil verilməsi üçün maddi-məsul şəxslərin imzası ilə “Elektron qaimə-faktura”nın çap edilmiş forması ilkin uçot sənədi kimi tərtib edilə bilər.
     
    3.11. Vergi ödəyicisi əvvəlcədən sifariş edilməyən malların satışını həyata keçirdikdə həmin mallar digər vergi ödəyicisinə “Malların təhvil-qəbul aktı” üzrə təqdim edilir və həmin mallar üzrə “Elektron qaimə-faktura” bu Qaydaya uyğun olaraq göndərilir.
     
    3.12. İstehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri digər şəxslərdən məsuliyyətli mühafizə (saxlanma) və ya emal üçün qəbul edilmiş mal və materialları “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirir və həmin sənədlərdə göstərilən qiymətlərlə uçota alırlar. Malların qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanır.”;
     
    9.12.8. 6.1-ci bənddən “qaimə-faktura və ya” sözləri çıxarılsın;
     
    9.12.9. 6.2-ci bənddə “qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturası da” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;
     
    9.12.10. 6.3-cü bəndin birinci və ikinci (hər iki halda) cümlələrində “vəkalətnamə (etibarnamə)” sözləri “Malların alınması üçün vəkalətnamə” sözləri ilə, həmin bəndin ikinci cümləsində “qaimə-fakturanı və ya elektron qaimə-fakturanı, yaxud elektron vergi hesab-fakturasını” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;”;
     
    9.12.11. 9-cu hissənin mətni aşağıdakı redaksiyada verilsin:
     
    “Bu Qaydada nəzərdə tutulan “Elektron qaimə-faktura”, “İstehsal ehtiyatlarının elektron alış aktı”, “Malların alınması üçün vəkalətnamə” və “Yük avtonəqliyyatı üçün yol vərəqi” istisna olmaqla, “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Alış sifarişi”, “Hazır məhsulların təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası”, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvil-qəbul aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir. “Yük avtonəqliyyatı üçün yol vərəqi” və “Malların alınması üçün vəkalətnamə” ciddi hesabat blanklarıdır, onların forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir.”.
     
    10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
     
    11. Bu Fərman 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
     
    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 25 dekabr 2019-cu il.

  • Sabah bu ərazidə qaz olmayacaq

    Dekabrın 27-də səhər saatlarından etibarən Xırdalan şəhərinin bir hissəsində qaz təchizatının dayandırılması planlaşdırılır.

    Oxu.az “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, baş verəcək fasilələr mövcud qaz şəbəkəsindəki hansısa nasazlıqlarla bağlı deyil. Belə ki, Xırdalan şəhərinin H.Əliyev prospekti, H.Z.Tağıyev və S.Bəhlulzadə küçələrində genişmiqyaslı abadlıq işləri aparılır. Bu işlərin gedişatına şərait yaradılması, eləcə də ərazidəki qaz kəmərlərinin təhlükəsizliyi üçün qaz təminatında müvəqqəti fasilələrə zərurət yaranıb.

    Abadlıqla məşğul olan təşkilatların işləri yekunlaşdığı andan abonentlərin qaz təchizatı dərhal bərpa olunacaq.

  • Bu sürücülər mükafatlandırılacaq – VİDEO

    15 yaşlı Kənan Həsənəliyev Stanford Universitetinə qəbul olunub.

    Median.Az xəbər verir ki, bu barədə iqtisadçı Qubad İbadoğlu sosial şəbəkə hesabında məlumat verib.

    Q.İbadoğlu 15 yaşlı azərbaycanlı ilə tanışlığından da bəhs edib:

    “Sizə akademik istedadı ilə fərqlənərək ABŞ-ın çoxsaylı nəşrlərində haqqında yazılar dərc olunan Kənan Həsənəliyevi təqdim etmək istərdim. Kənan fitri qabliyyət sahibidir, onu 5 yaşından tanıyıram. Hələ 2009-cu ildə Çapel Hilldə yerləşən Şimalı Karolina Universitetində çalışan zaman Kənanın atası Orxan Həsənəliyevlə tanış olmuşdum. Atası Orxan müəllim Şimali Karolinada Universitetdə dərs deyirdi. Elə o zamandan da atasından Kənanın nəticələri barədə soruşur və həmişə onun nailiyyətləri eşidəndə iftixar hissi keçirir, Kənanın Azərbaycanlı olması ilə qürur duyurdum.

    Kənan hələ 6-cı sinifdə təhsilini 3 pillə qabaqlayıb. O, 6-cı sinifdə oxuyarkən AP Calculus və Calculus İİ fənnlərini mənimsəmiş və 8-ci sinifdə oxuyarkən ali riyazıyat fənnlərini öyrənmək üçün Şimali Karolina Universitetində magistr səviyyəli dərslər götürüb. Bu günlərdə Kənan ABŞ-ın Kaliforniya ştatında yerləşən dünya şöhrətli Stanford Universitetinə qəbul alıb. 15 yaşlı Kənan gələn ilin sonunda yaşadığı Cary şəhərində orta məktəbi bitirdikdən sonra ailəsi ilə birlikdə Kaliforniya ştatına köçəcək və riyaziyyat elminin dərinliklərini Stanford Universitetində öyrənəcək”.//qaynarinfo.az

  • 1042 nəfərin deputatlığa namizədliyi təsdiqləndi

    Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1329 namizəd müraciət edib.

    Median.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında deyib.

    O bildirib ki, namizədlərin 262 nəfəri 15 siyasi partiya tərəfindən irəli sürülüb. 11 nəfər təşəbbüs qrupları tərəfindən, 1056 nəfər isə fərdi qaydada namizədlikərini irəli sürüb.

    Onun sözlərinə görə, müraciət edən şəxslərin 1042 nəfərinin namizədliyi artıq təsdiq olunub.

    “Onlardan 829 nəfəri isə imza vərəqələrini artıq götürüb, 60 nəfəri onları geri qaytarıb və biri qeydə alınıb”.

    Qeyd edək ki, növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçiriləcək.//qaynarinfo.az

  • Врачи в Азербайджане будут получать бонусы вдобавок к окладу

    Подготовка новых правил выдачи зарплат после применения системы обязательного медицинского страхования уже завершилась.

    Об этом сказал председатель Государственного агентства по обязательному медицинскому страхованию Заур Алиев, передает Trend.

    По его словам, в настоящее время врачи получают заработные платы согласно единой сетке тарифов.

    «Мы, сохранив эту таблицу, прибавляем к ней фиксированную сумму. Это значит, что медицинский персонал будет получать эту фиксированную сумму независимо от наличия больных. А к ней будет прибавляться варьирующаяся сумма, другими словами бонус. Этот бонус будет зависеть от количества больных», – сказал Алиев.

    Он отметил, что в медучреждениях, где применяется система обязательного медицинского страхования как пилотный проект, среднемесячная зарплата врачей достигла 960 манатов.

    «Хирурги этих учреждений на сегодня получают зарплату 3000-6000 манатов, даже после уплаты всех налогов. Это и является нашей целью – чтобы врачи получали высокую зарплату. Но это в основном связано с финансовыми возможностями. По мере внедрения системы, увеличения финансовых источников будут систематически расти и зарплаты врачей. Обратившись к врачам хочу сообщить, что в первое время возможны определенные трудности. Но нужно отнестись к этому с пониманием», – подчеркнул Заур Алиев.

  • Bu sürücülər mükafatlandırılacaq (VİDEO)

    Dünya ölkələrində il ərzində və ya daha çox müddətdə qayda pozmayan nümunəvi sürücülərin mükafatdırılması təcrübəsi mövcuddur. Bizdə rəsmi olaraq belə mükafatlandırma mexanizmi olmasa da, DYP-nin məlumat bazasında nümunəvi sürücülər barədə məlumatlar toplanır.

    Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında geniş süjet yayımlanıb.

    Vaqif Əsədov – BŞBDYPİ-nin Bölmə Rəisi: “Mərkəzi məlumat sistemində törədilən xəta ilə bağlı heç bir informasiya yoxdursa, bu yaxşı hal hesab edilir. Həmin şəxsin yol hərəkətində nümunəvi hərəkət etməsi üzə çıxır. Bizim tərəfimizdən 10-larla belə sürücü müəyyən edilib”.

    Bu məlumatlar əsasında qaydaları pozmayan sürucülər vaxtaşırı müxtəlif QHT-lər tərəfindən mükafatlarla həvəsləndirilir.

    Ərşad Hüseynov – Ekspert: “Təbii ki, 1 milyon 400 min insanın arasından mümkün deyil. Lakin, hər halda nisbətən dəqiq meyarlarla, cəmiyyətin özünün arasında sorğu keçirməklə, deyək ki, o sürücünün fəaliyyətini qiymətləndirməklə, kimlərisə nümunə kimi göstərmək olar”.

    Elməddin Muradlı – Ekspert: “Bu Azərbaycan reallığında inandırıcı deyil. Tək-tük sürücü ola bilər ki, 2 il ərzində heç bir xəta törətməsin. Həm onlar üçün bir motivasiyadır, həm də digər sürücülərə üçün stimul verir. Və digərlərində belə bir fikir formalaşır ki, elə edim ki, mən də o siyahıda olum”.

    Ekspertlər deyir ki, yaxşı olar ki, hərəkətin təhlükəsizliyinin təmin olunmasında iştirak edən qurumlar da, belə təbliğat kompaniyalarında iştirak etsin. Bununla paralel olaraq, seçim mexanizmi daha obyektiv və şəffaf olmalıdır.

    Ərşad Hüseynov – Ekspert: “Söhbət təkcə maddi həvəsləndirmədən getmir. O da olsa çox gözəl olar. Aidiyyatı şəxsə rəhbər şəxsin imzası ilə təşəkkürnamə verilir. Sadə bir şeydi, amma ömrü boyu yadında saxlayar. Bu çox yaxşı PR mövzusuna çevriləcək ki, belə bir sürücü idi, heç bir intizamsızlığı yoxdur. Üstəgəl belə bir şəraitdə alicənablıq göstərib”.

    Seçilmək, nümunə olmaq üçün isə, yol polisinin hədəfinə tuş gəlməmək lazımdır. Yollardakı kameralarla, eləcə də, YPX əməkdaşları tərəfindən qeydə alınan bütün qayda pozuntuları mərkəzləşdirilmiş nəzarət bazasında toplanır. Həmin məlumatlar da nümunəvi sürücüləri müəyyən etməyə kifayət edir.