Month: December 2019

  • Президент учредил новый профессиональный праздник

    Президент Азербайджана Ильхам Алиев в среду подписал распоряжение об учреждении профессионального праздника “День адвоката”.

    Как сообщает АЗЕРТАДЖ, согласно распоряжению, ежегодно 28 декабря в Азербайджане будет отмечаться как “День адвоката”.

  • Prezident yeni peşə bayramı təsis etdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev “Vəkil günü” peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, hər il dekabrın 28-i Azərbaycan Respublikasında “Vəkil günü” peşə bayramı kimi qeyd ediləcək.

  • Azərbaycanda dəmir yolu yaxınlığında meyiti tapılan şəxslə bağlı DƏHŞƏTLİ FAKT

    Daşkəsəndə meyiti tapılan kişinin kimliyi məlum olub.

    Dekabrın 21-də rayonun Bayan kəndi ərazisində naməlum kişi meyiti aşkarlanıb.

    Məlum olub ki, meyit Şəmkir rayonu, Çıraqlı qəsəbə sakini, 1962-ci il təvəllüdlü Abdullayev Qurban Oruc oğluna aiddir.

    Q.Abdullayev baş nahiyəsindən odlu silahdan açılmış atəş nəticəsində ölüb.

    Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş, Daşkəsən rayonunda qeydiyyatda olan, Gəncə şəhərində müxtəlif ünvanlarda yaşayan 1962-ci il təvəllüdlü Mehdiyev Elbrus Cumalı oğlu tutularaq adiyyəti üzrə istintaq orqanlarına təhvil verilib.

    Faktla bağlı araşdırma davam edir.

    Qeyd edək ki, Q.Abdullayevin meyiti bir neçə gün əvvəl dəmir yolu yaxınlığında tapılmışdı.

    ///Oxu.Az

  • Bakıda bu avtobuslar səhərə qədər işləyəcək – SİYAHI

    Bakıda bir neçə marşrut xətt avtobusları səhərə qədər işləyəcək.

    Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) AZXEBER.COM-a verilən məlumata görə, gücləndirilmiş iş rejimi ilə əlaqədar dekabrın 31-dən 1-nə keçən gecə 501, 502, 503, 525, 533, 553, 592, 596 saylı marşrut xətləri üzrə hər xəttə uyğun bir əlavə avtobus səhərə qədər sərnişinlərin xidmətində olacaq:

    “Sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacaqları təqdirdə 012-566-52-58 qaynar xəttinə zəng edib məlumat versinlər”.

  • Rayonlara gedəcək sərnişinlərin nəzərinə

    Dövlət Avtomobil Nəqliyyatı Xidməti dekabrın 25-dən respublikanın 56 avtovağzal və avtostansiya kompleksində gücləndirilmiş iş rejimi elan edib.

    Bu ildən gecə reysləri xətlərə əlavə olunduğu və Cocuq Mərcanlı xətti əlavə olaraq üç avtovağzaldan hərəkət etdiyi üçün bayram ərəfəsində sıxlığın daha çox olacağı ehtimalı var. Ona görə sərnişinlərə tövsiyə edilir ki, biletləri bir neçə gün öncədən kassalardan əldə etsinlər. Region avtovağzallarından ən çox sıxlığın Gəncə, Mingəçevir, Şirvan, Şəki və Lənkəranda müşahidə ediləcəyi ehtimal olunur. Ehtiyat avtobuslar dekabrın 25-dən yanvarın 2-nə qədər Bakı Beynəlxalq Avtovağzal Kompleksinə, bayramın son günlərində region avtovağzal və avtostansiyalarına təqdim ediləcək.

    Əlavə olaraq qeyd edək ki, gücləndirilmiş iş rejimi ilə əlaqədar dekabrın 31-dən 1-nə keçən gecə 501, 502, 503, 525, 533, 553, 592, 596 saylı marşrut xətləri üzrə hər xəttə uyğun bir əlavə avtobus səhərə qədər sərnişinlərin xidmətində olacaq.

    Sərnişinlərdən xahiş edilir ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacaqları təqdirdə 012-566-52-58 qaynar xəttinə zəng edib məlumat versinlər.

  • Мехрибан Алиева взяла на себя расходы на лечение Рафаэля Дадашова – ВИДЕО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева взяла на себя расходы на лечение Народного артиста Рафаэля Дадашова.

    Как передаёт Median.Az, об этом oxu.az сообщила Народная артистка Бриллиант Дадашова.

    Артистка выразила благодарность Первому вице-президенту Мехрибан Алиевой.

    “Я была в Москве, когда Рафаэль муаллима госпитализировали. Из-за того, что у меня мероприятия, съемки, я не могла полностью заниматься этим”, – сказала Б.Дадашова.

    По ее словам, после полного курса лечения Рафаэль муаллима выписали из больницы, но дома у него начались сильные боли и приступы.

    “Я обратилась к Мехрибан ханум и Лейле ханум. После этого Рафаэль муаллим находится под контролем. Он говорит, что в последние дни не чувствовал себя так бодро. Это о многом говорит.

    Я благодарю Президента Ильхама Алиева и Первого вице-президента Мехрибан Алиеву. Очень милосердные люди. Большое спасибо и Лейле ханум. Наше государство очень высоко ценит искусство и деятелей искусства. Таких, как Рафаэль муаллим, осталось очень мало”, – сказала она.

    По словам артистки, Р.Дадашов чувствует себя гораздо лучше.

    “Все беспокоятся о Рафаэль муаллиме, многие справляются о его здоровье. Я благодарна врачам. Он сильно изменился, смог похудеть на 3-5 килограммов, хотя это было нелегко”, – сказала Народная артистка.

  • Mehriban Əliyeva Rafael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb – VİDEO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Rafael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb.

    Bu barədə oxu.az-a açıqlamasında Xalq artisti Brilliant Dadaşova məlumat verib.

    Briliant Dadaşova Birinci vitse-prezident Mehriban Əliyevaya özü və ailəsi adından təşəkkürünü bildirib:

    “Rafael müəllim xəstəxanaya yerləşdiriləndə mən Moskvada idim. Sonra da tədbirlər və çəkilişlər olduğu üçün proseslərə tam müdaxilə edə bilmədim.

    Xəstəxana Rafael müəllimi tam müalicə etmədən evə buraxıb. Evdə onun çox pis ağrıları və tutmaları olub. Mən də Mehriban xanıma və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanıma müraciət etdim. Ondan sonra Rafael müəllim nəzarətə götürüldü. Hətta Rafael müəllim son vaxtlar özünü belə gümrah hiss etmədiyini deyir. Bu böyük göstəricidir.

    Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Çox mərhəmətli insanlardır. Leyla xanım da çox sağ olsun. Dövlətimiz sənətə və sənətçilərə böyük qiymət verir. Rafael müəllim kimi çox az sayda sənətkarlarımız qalıb”.

    Xalq artisti Rafael Dadaşovun vəziyyətinin gözlənildiyindən də yaxşı olduğunu qeyd edib:

    “Rafael müəllimə görə hər kəs narahatdır. Vəziyyəti ilə maraqlananlar çoxdur. Həkimlərə və xəstəxanaya minnətdaram. Onu xeyli dəyişiblər. Hətta üç-beş gündə onu beş kilo arıqladıblar. Bu asan iş deyil. Çünki Rafael müəllim çox iştahlıdır.

    Bundan öncəki müalicəsi effektsiz olub. Təsəvvür edin ki, ciyərində beş litr su olan insanı xəstəxana pula görə evə buraxıb. Onu ölümlə üz-üzə qoyub. Bu səbəbdən şəxsən Mehriban xanıma müraciət etdim”.

  • По инициативе Фонда Гейдара Алиева малообеспеченные семьи получают подарки – ФОТО

    По случаю 31 декабря – Дня солидарности азербайджанцев мира и Нового года Фонд Гейдара Алиева предоставляет подарки малообеспеченным семьям, получающим адресную социальную помощь.

    Как сообщает АЗЕРТАДЖ, в рамках проекта, реализуемого по инициативе Первого вице-президента Азербайджана, президента Фонда Гейдара Алиева Мехрибан Алиевой, с 21 декабря сотрудники Фонда и волонтеры Общественного объединения “Региональное развитие” раздают малообеспеченным семьям подарки, в которые входят различные продукты питания.

    Раздача подарков будет осуществляться до 28 декабря во всех районах и городах страны.
















  • Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrə bayram sovqatları verilir – FOTO

    Heydər Əliyev Fondu tərəfindən 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə respublika üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrə bayram sovqatlarının paylanılmasına başlanılıb.

    AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində Fondun əməkdaşları və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri dekabrın 21-dən etibarən respublika üzrə aztəminatlı ailələrə bayram sovqatları çatdırır.

    Müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları dekabrın 28-dək bütün rayon və şəhərlər üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrə təqdim olunacaq.
















  • İlham Əliyev dünya azərbaycanlılarını təbrik etdi

    Prezident İlham Əliyev Azərbaycan xalqını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

    Təbrik mətni AZƏRTAC-da yayımlanıb.

    “Əziz həmvətənlər!

    Hörmətli soydaşlar!

    Azərbaycan xalqının milli-mənəvi bütövlüyünü təcəssüm etdirən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

    İlk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunmuş bu tarixi gün xarici ölkələrdə məskunlaşıb yaşayan milyonlarla soydaşımızın azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birliyinin və Vətənə sədaqətinin rəmzi kimi hər il xalqımız tərəfindən ruh yüksəkliyi ilə bayram edilir.

    Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra yaxın keçmişimizin bir çox tarixi sınaq anlarında mütəşəkkil birlik və həmrəylik nümayiş etdirərək, bütün sahələrdə böyük inkişafa və uğurlara nail olmuşdur.

    Bu gün Azərbaycan dövləti müstəqil daxili və xarici siyasəti, artan beynəlxalq nüfuzu, iqtisadi, siyasi və hərbi gücü ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bir çox qlobal transmilli və regional layihələrin təşəbbüskarı və iştirakçısı olan ölkəmiz dünyanın enerji təhlükəsizliyinə sanballı töhfələr verməklə, regionda mühüm tranzit və logistika mərkəzinə çevrilmişdir. Zəngin təbii resurslarımız və iqtisadi potensialımız Azərbaycanın geostrateji mövqelərinin daha da güclənməsinə etibarlı zəmin yaradır və biz bu istiqamətdə ardıcıl siyasətimizi davam etdirəcəyik.

    Sosial-iqtisadi, siyasi-hüquqi sahələrdə və dövlət idarəetməsində həyata keçirilən sistemli islahatlar, milli müstəqillik ideallarına sadiq, müasir dünyagörüşlü gənclərimizin bu prosesə daha fəal cəlb edilməsi bizi inamla qarşıya qoyduğumuz inkişaf strategiyasının hədəflərinə yaxınlaşdırmaqdadır. Uğurlu siyasətin nəticəsidir ki, ölkədə möhkəm ictimai-siyasi sabitlik və milli-mənəvi həmrəylik təmin edilmiş, insanlarımızın maddi rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

    Dünyanın ayrı-ayrı bölgələrində mürəkkəb etno-siyasi proseslərin, din və məzhəb qarşıdurmalarının, humanitar fəlakətlərin baş verdiyi bir vaxtda Azərbaycan sabitliyin, etnik-dini tolerantlığın və multikultural ənənələrin qorunub saxlanıldığı unikal məkandır. Müasir dövrdə insanları narahat edən sülh və təhlükəsizlik məsələlərinin, sivilizasiyalararası dialoq problemlərinin müzakirə edildiyi bir çox mötəbər beynəlxalq tədbirlərə, o cümlədən Dünya dini liderlərinin II Sammitinə, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi və növbəti üç ildə bu Hərəkata sədrliyin Azərbaycan Respublikasına keçməsi dövlətimizin beynəlxalq nüfuzunun bariz nümunəsidir. Təsadüfi deyil ki, bu gün dünyanın ən gözəl şəhərləri sırasında yer alan paytaxtımız Bakı qlobal miqyasda sülhün və əmin-amanlığın təminatı üçün önəmli çağırışlar mərkəzinə çevrilmişdir.

    Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanda “Nəsimi İli”nin elan edilməsi ictimai-mədəni həyatımızın builki əlamətdar səhifələrindən biridir. “Nəsimi İli” çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda keçirilmiş rəngarəng tədbirlər Azərbaycan mədəniyyətinin ümumbəşəri əhəmiyyətinin daha bir nümayişi olmuşdur.

    Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli və ərazi bütövlüyümüzün bərpası taleyüklü bir vəzifə olaraq qarşıda durur. Dövlətimizin iqtisadi-hərbi qüdrəti, beynəlxalq aləmdə getdikcə güclənən mövqelərimiz və fəal siyasi-diplomatik səylərimiz bu ağrılı problemin Azərbaycanın milli maraqlarına uyğun həlli üçün səfərbər edilmişdir. Son illər ordumuzun cəbhədə qazandığı uğurlar da göstərir ki, əzəli və əbədi Azərbaycan torpağı Qarabağın düşmən tapdağından azad ediləcəyi və tarixi ədalətin zəfər çalacağı gün uzaqda deyildir.

    Azərbaycan Respublikası hazırda özünün parlaq və davamlı inkişaf dövrünü yaşayır. Dünyanın müxtəlif guşələrində məskunlaşan, lakin qəlbi daim Azərbaycan eşqi ilə döyünən soydaşlarımız da bu tarixi prosesdən kənarda deyil və onların xalqımızın tərəqqisində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində təqdirəlayiq xidmətləri yüksək qiymətləndirilməlidir.

    Ümidvaram ki, harada yaşamalarından asılı olmayaraq, soydaşlarımız məskunlaşdıqları ölkələrin həyatına inteqrasiya ilə yanaşı, öz milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini, tarixi Vətənlə bağlılığı qoruyacaq, Azərbaycanın bu günü və aydın sabahı naminə əməl və əqidə birliyi, sarsılmaz həmrəylik nümayiş etdirəcəklər. Xarici ölkələrdəki çoxsaylı diaspor təşkilatlarımızın gələcəkdə də əzmkar iradə və yüksək vətənpərvərliklə bu amallar uğrunda çalışacağına, xalqımızın və dövlətimizin şərəfli adını daim uca tutacağına inanıram.

    Bu yolda hamınıza uğurlar, cansağlığı, ailələrinizə xoşbəxtlik və firavanlıq arzulayıram.

    Bayramınız mübarək olsun!”