Month: December 2019

  • İlham Əliyev: Kim deyirsə ki, “Formula 1” ziyan vurur, o, ya bilmir, ya da qəsdən işləri təhrif etmək istəyir

    Deyə bilərəm ki, “Formula 1” yarışının ölkəmiz üçün çox böyük faydası var.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışı zamanı deyib.

    Dövlət başçısı qeyd edib ki, “Formula 1” yarışını keçirən şəhərlər inkişaf etmiş ölkələrin ya paytaxt şəhərləri, ya da ki, böyük şəhərləridir:

    “Onların arasında Bakı şəhərinin mövcudluğu bizim üçün böyük hadisədir.

    İkincisi, “Formula 1” yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir, necə ki, bütün başqa şəhərlərə. Əgər kimsə deyirsə, bu, bizə ziyan vurur, o, ya bilmir, ya da ki, qəsdən işləri təhrif etmək istəyir. Əgər, bu, bizə ziyan vurursa, onda yaxşı, bizimlə bərabər bu yarışı keçirən 20-yə yaxın şəhərə də ziyan vurur, onlar da ziyana işləyirlər? Əlbəttə ki, yox.

    “Formula 1” yarışının multiplikativ effekti çox böyükdür. Xaricdən gələn minlərlə qonaq burada pul xərcləyir. Bunun iqtisadi cəhətdən çox böyük səmərəsi var. Birinci “Formula 1”dən sonra Azərbaycana kütləvi turist axını başlamışdır. Mən bu tarixləri dəqiq xatırlayıram. Çünki hər ay, yaxud da ki, hər rüb mənə turistlərin gəlişi ilə bağlı məlumat verilib.

    Beləliklə, birinci yarış keçiriləndən sonra turistlərin sayı 24 faiz artmışdır. Ondan sonrakı il daha 22 faiz, ondan sonrakı il isə daha 5 faiz. Nəhayət, bu il, artıq on bir ayda 11 faiz artmışdır. Tarixdə ilk dəfədir ki, Azərbaycana 3 milyondan çox turist səfər etmişdir. Mən tapşırıq vermişəm, aidiyyəti qurumlar hesablayırlar ki, bu turistlər nə qədər pul xərcləyiblər.

    Əlbəttə ki, biz bunu həm ödəmə kartları vasitəsilə dəqiq biləcəyik, eyni zamanda, ehtimal olunan pul sərfiyyatını da, – bunun da hesablama metodologiyası var, – hər halda bu, milyardlarla manat səviyyəsindədir.

    Budur, turistlərin gəlişinin ölkə iqtisadiyyatına verdiyi töhfə. İş yerlərinin yaradılması, xidmət və nəqliyyat sektorlarının inkişafı – bütün bunlar turizmlə bağlıdır. İndi ən inkişaf etmiş ölkələr, hansıların ki, böyük sənaye, kənd təsərrüfatı potensialı var, onlar da hər turist uğrunda mübarizə aparırlar. İnkişaf etmiş ölkələrdə, xüsusilə mənzərəli yerləri çox olan ölkələrdə turistlərin sayı on milyonlarla ölçülür və bundan çox böyük fayda görürlər.

    Bəzi ölkələrin turizm sektoru aparıcı iqtisadi sektordur. Əlbəttə, bizdə elə deyil. Ancaq bu sektorun inkişafı üçün “Formula 1” yarışının xüsusi əhəmiyyəti vardır”.

  • Oğuzda velosipedçini avtomobil vurub

    Oğuz rayonunda velosipedçini avtomobil vurub.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında Padar kəndi ərazisində qeydə alınıb.

    Belə ki, həmin kəndin sakini Əmrah Vüqar oğlu Yusifovu velosipedlə hərəkətdə olarkən Azad Əli oğlu Tahirov idarə etdiyi “Niva” markalı avtomobillə vurub. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Prezident Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinə yeni səlahiyyət verdi

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” fərman imzalayıb.

    AZƏRTAC xəbər verir ki, fərmana əsasən, “Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1723-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alınıb:

    1. “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinə verilsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1723-VQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

  • Ильхам Алиев наградил группу лиц за заслуги в развитии сельского хозяйства

    Президент Ильхам Алиев подписал распоряжение о награждении группы лиц, имеющих заслуги в развитии сельского хозяйства в Азербайджанской Республике.

    Как сообщает Median.Az, информацию об этом распространила пресс-служба президента.

    Согласно распоряжению, за заслуги в развитии сельского хозяйства в Азербайджане награждаются следующие лица:

    Орденом “Эмек” 1-й степени

    Аббасов Вагиф Гурбан оглу

    Гадимов Фуад Тахир оглу

    Гурбанов Мурсал Бакир оглу

    Мустафаев Мехман Ханджан оглу

    Солтанов Шакир Солтан оглу

    Орденом “Эмек” 2-й степени

    Абасов Гурбан Исмаил оглу

    Бабашов Гурбанали Шахвалад оглу

    Джафаров Ариф Мамед оглу

    Фарзалиев Хатиф Шахсувар оглу

    Гусейнов Исрайыл Иса оглу

    Ибрагимов Ильяс Аслан оглу

    Гурбанов Илькин Фарман оглу

    Махмудов Махмуд Байрам оглу

    Мамедов Амир Али оглу

    Муршудов Иса Али оглу

    Нагиев Мухран Энгилис оглу

    Орденом “Эмек” 3-й степени:

    Джавадов Аршах Джавад оглу

    Дадаева Айпаре Шабан гызы

    Ахмедов Этибар Латиф оглу

    Алиев Афиг Раджаб оглу

    Исаев Галиб Балахмед оглу

    Мамедов Низами Гулу оглу

    Мустафаев Шахин Мирзарагим оглу

    Поладов Мовлан Гадаш оглу

    Салманов Иса Алекпер оглу

    Тагиев Эльгам Ганбар оглу

    Юсифов Асиф Абыгезал оглу.

  • “Kənddən şəhərə”: qiymət münasib, məhsul bol – VİDEO

    Dekabrın 21-dən start götürən “Kənddən şəhərə” qış yarmarkaları davam edir.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, yarmarkalarda yaradılan şərait və görülən işlərə ictimai nəzarət məqsədilə bu gün Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti, eləcə də yarmarkaların təşkil olunduğu rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri tərəfindən baxış keçirilib.

    “Kənddən şəhərə” qış yarmarkalarında yaradılan şəraitlə tanışlıq paytaxtın Nərimanov rayonu ərazisində, metronun Gənclik stansiyasının yanındakı yarmarkadan başlayıb. Məqsəd bayram ərəfəsində yarana biləcək süni qiymət artımının qarşısını almaq, eləcə də aztəminatlı ailələrin və ümumilikdə şəhər əhalisinin kənd təsərrüfatı və qida məhsullarına artan tələbatını dolğun şəkildə qarşılamaqdır.

    “Alan razı, satan razı” misalı bura tamamilə uyğundur desək, yanılmarıq. Fermerlər məhsullarını birbaşa özləri bura gətirir və alıcıya təqdim edir. Alıcı isə bayram alış-verişini daha münasib qiymətə əldə edir.

  • İlham Əliyev kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

    Prezident İlham Əliyev Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər:

    1-ci dərəcəli “Əmək” ordeni ilə

    Abbasov Vaqif Qurban oğlu

    Qədimov Fuad Tahir oğlu

    Qurbanov Mürsəl Bakir oğlu

    Mustafayev Mehman Xancan oğlu

    Soltanov Şakir Soltan oğlu

    2-ci dərəcəli “Əmək” ordeni ilə

    Abasov Qurban İsmayıl oğlu

    Babaşov Qurbanəli Şahvələd oğlu

    Cəfərov Arif Məmməd oğlu

    Fərzəliyev Hatif Şahsuvar oğlu

    Hüseynov İsrayıl İsa oğlu

    İbrahimov İlyas Aslan oğlu

    Qurbanov İlkin Fərman oğlu

    Mahmudov Mahmud Bayram oğlu

    Məmmədov Əmir Əli oğlu

    Mürşüdov İsa Əli oğlu

    Nağıyev Muxran Engilis oğlu

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    Cavadov Ərşah Cavad oğlu

    Dadayeva Ayparə Şaban qızı

    Əhmədov Etibar Lətif oğlu

    Əliyev Afiq Rəcəb oğlu

    İsayev Qalib Baləhməd oğlu

    Məmmədov Nizami Qulu oğlu

    Mustafayev Şahin Mirzərəhim oğlu

    Poladov Mövlan Qadaş oğlu

    Salmanov İsa Ələkbər oğlu

    Tağıyev Elqam Qənbər oğlu

    Yusifov Asif Adıgözəl oğlu.

  • İnam Kərimovdan iki yeni TƏYİNAT

    Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişiklikləri olub.

    Bu barədə nazir İnam Kərimov müvafiq əmr imzalayıb.

    Nazirin əmrinə görə, Rəşad Əzizov Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinə, Emin Eyvazov isə Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin edilib.

    Qeyd edək ki, ötən ay İnam Kərimovun imzaladığı əmrə əsasən, Şəmkir DAİM-in direktoru Kamil Yusibov və Tovuz DAİM-in direktoru Rəhman Qasımov nazirliyin fəaliyyət prinsiplərini kobudcasına pozduqlarına, fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə prinsiplərinə əməl etmədiklərinə görə tutduqları vəzifədən uzaqlaşdırılıblar.
    /oxu.az/

  • Bakıda 11-ci sinif şagirdi özünü asdı

    Bakıda orta məktəb şagirdi intihar edib.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

    Həmin rayonun 21 saylı məktəbdənin 11-ci sinif şagirdi E.Baxışov özünü yaşadıqları həyət evinin həyətindəki ağacdan asıb.

    Məktəbdən verilən məlumata görə, E.Baxışov təbiətcə çox sakit və tərbiyəli gənc olub.

    O, dərsə davamiyyəti ilə də nümunəvi şagirdlərdən olub. Yaxşı oxuyurmuş.

    Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

  • Bakıda dəhşət – Gecə klubuna gedən 12 yaşlı qızı zorladılar

    Bakıda Gülbadam adlı yaşlı qadın qəyyumluğa götürdüyü 12 yaşlı Aysun adlı qızı paytaxtda təkbaşına qoyaraq Türkiyəyə alverə gedib. Azyaşlı qız sosial şəbəkədə tanış olduğu qız rəfiqəsinin dəvəti ilə gecə klubuna gedib. Gecə klubunda “Ənkə” ləqəbli İsmayıl adlı şəxslə tanış olan 12 yaşlı Aysun ondan hamilə qalıb.

    Median.Az milli.az-a istinadən xəbər verir ki, aylar öncə “Ənkə”dən qaçaraq “Səni axtarıram”a çıxıb, anasını axtardığını deyən Aysunun bu faciəsi eşidənləri dəhşətə gətirib. “Uşaq olanda elə bildim ölüb” deyən Aysun, övladının həyatda olduğunu onu ölümlə təhdid edən sevgilisindən öyrəndiyini deyib.

    Hazırda 14 yaşı olan Aysun uşaq sığınacağına yerləşdirilsə də İsmayıl adlı şəxsin təhdidindən sonra oradan qaçıb. Azyaşlı “ana” həmin şəxsin çox təhlükəli olduğunu, Xoşqədəmə efirdə onun adını çəkməməyi məsləhət görüb. Aysun aparıcıya “Ənkə”nin əks təqdirdə onu öldürə biləcəyini deyib.

  • Эрдоган сделал заявление по Ливии в Тунисе

    Соседние страны всерьез обеспокоены конфликтом в Ливии.

    Как передает агентство Анадолу, об этом заявил президент Турции Реджеп Тайип Эрдоган в среду на совместной пресс-конференции с президентом Туниса Каисом Саидом в Тунисе.

    Эрдоган сообщил, что обсудил с тунисским коллегой совместные шаги по установлению перемирия и продвижению политического процесса в Ливии. По словам турецкого лидера, напряженность в Ливии влияет на все страны региона, в особенности Тунис.

    Президент Турции выразил надежду на конструктивный и важный вклад Туниса в шаги по обеспечению стабильности в Ливии. Президент Эрдоган прокомментировал возможность отправки турецкого контингента в Ливию. “Турция еще никогда не была “незваным гостем”. Если поступит соответствующее обращение от ливийских властей, мы рассмотрим этот вопрос”, – сказал глава государства.

    Эрдоган напомнил, что парламент Турции на днях ратифицировал меморандум о взаимопонимании в сфере военного сотрудничества с Ливией. Дальнейшие шаги Анкары будут основываться на этом документе, подчеркнул турецкий лидер.

    Президент Турции отметил присутствие в зоне ливийского конфликта наемников из многих стран мира. “Для чего и почему сегодня в Ливии находятся пять тысяч наемников из Судана и две тысячи наемников из ЧВК “Вагнер”? Что они там делают?”, – сказал Эрдоган.

    “Турция предпринимает совместные шаги с признанным на международном уровне Правительством национального согласия Ливии. Халифа Хафтар не признан на международном уровне. У него нет полномочий, чего не скажешь о главе Правительства нацсогласия Ливии Файезе Саррадже. Мы не должны допустить ущемления прав наших братьев в Ливии”, – сказал турецкий лидер.

    Президент Турции далее коснулся темы негативной реакции Афин на договоренности Анкары и Триполи. “Греция не имеет права вмешиваться в дела других стран”, – сказал Эрдоган.

    Президент Турции назвал меморандум о взаимопонимании с Ливией по разграничению юрисдикции в Средиземном море суверенным делом Анкары и Триполи. “Меморандум между Ливией и Турцией – вопрос, касающийся исключительно этих двух стран”, – сказал Реджеп Тайип Эрдоган.

    Президент Туниса Каис Саид сообщил, что в ходе встречи с Эрдоганом были обсуждены все аспекты ливийского кризиса. “Меморандум между Турцией и Ливией определяет морскую границу двух стран. Этот вопрос касается исключительно Турции и Ливии”, – сказал президент Туниса.