Month: December 2019

  • Sənədsiz evlər necə sığorta olunacaq? – VİDEO

    Daşınmaz əmlakın icbarı sığorta məsələsi gündəmə gəldikdən sonra kifayət qədər insan evini sığorta etdirdi.

    Ancaq əmlakını sığorta etdirmək istəyib, yox cavabı alan vətəndaşlar da az deyil. Bu isə cavab gözləyən vacib bir sual ortaya qoyur. Çıxarışı olmayan mənzillərin sığortası necə olacaq?

    Bu problemdən əziyyət şəkən insanların sayı Bakı və Abşeron ərazisi üzrə yarım milyondan çoxdur. Qanunda deyilir ki, qəzalı vəziyyətdə olmayan bütün daşınmaz əmlaklar icbari sığorta olunsun. Əks halda həmin şəxslər 20 gündən bir cərimələnəcəklər.

    Yaxşı, bəs sənədsiz evdə yaşayan vətəndaşdan nə tələb olunacaq?

    Baku TV bununla bağlı araşdırma aparıb.

  • Daha iki sərnişin avtobusu nağdsız ödənişə keçdi – FOTO

    Bakıda daha iki avtobus nağdsız ödəməyə keçib.

    Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat veriblər. Bildirilib ki, artıq həmin avtobuslardan birində nağdsız ödəniş tətbiq olunub:

    “Artıq 39 nömrəli marşrut xətti üzrə avtobuslarda gediş haqqı nağdsız formada “BakıKart”la ödənilməkdədir. Sabahdan isə eyni ödəniş üsulu 202 nömrəli marşrut xətti üzrə avtobuslarda tətbiq ediləcək”.

  • 59 yaşlı kişinin meyiti tapıldı

    Bakıda mənzildən 59 yaşlı kişi meyiti tapılıb.

    Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Susayev Arif Məzahir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.//yenicag.az

  • Mehman Corca bu qədər səslə uduzdu

    Xəbər verdiyimiz kimi 23 dekabr Azərbaycanda keçirilən bələdiyyə seçkilərində məşhur blogger Mehman Hüseynovla, müğənni Roza Zərgərlinin övladlığa götürdüyü Corc Qafarov eyni dairədə rəqib olub.

    Median.Az Unikal.org-a istinadən 31 saylı Suraxanı seçki dairəsindən Qaraxaçuxur bələdiyyəsinin üzvlüyünə namizəd olan hər iki şəxsin məntəqə üzrə protokollara görə nə qədər səs topladığını əldə edib.

    Adıçəkilən dairənin 32 məntəqəsində protokollara əsasən bloqqer Mehman Hüseynova 2302, Corc Qafarov isə 4791 səs toplayıb.
    Məntəqələr üzrə müqayisəli şəkildə hər iki namizədin topladığı səsləri təqdim edirik:
    Mehman Hüseynov
    1 saylı məntəqə 115
    2 saylı məntəqə 78
    3 saylı məntəqə 55
    4 saylı məntəqə 81
    5 saylı məntəqə 61
    6 saylı məntəqə 72
    7 saylı məntəqə 94
    8 saylı məntəqə 136
    9 saylı məntəqə 128
    10 saylı məntəqə 82
    11 saylı məntəqə 132
    12 saylı məntəqə 73
    13 saylı məntəqə 67
    14 saylı məntəqə 112
    15 saylı məntəqə 79
    16 saylı məntəqə 58
    17 saylı məntəqə 47
    18 saylı məntəqə 63
    19 saylı məntəqə 37
    20 saylı məntəqə 98
    21 saylı məntəqə 75
    22 saylı məntəqə 47
    23 saylı məntəqə 38
    24 saylı məntəqə 37
    25 saylı məntəqə 38
    26 saylı məntəqə 49
    27 saylı məntəqə 88
    28 saylı məntəqə 62
    29 saylı məntəqə 28
    30 saylı məntəqə 81
    31 saylı məntəqə 42
    32 saylı məntəqə 49
    Ümumi 2302
    Corc Qafarov
    1 saylı məntəqə 118
    2 saylı məntəqə 137
    3 saylı məntəqə 184
    4 saylı məntəqə 126
    5 saylı məntəqə 134
    6 saylı məntəqə 116
    7 saylı məntəqə 49
    8 saylı məntəqə 138
    9 saylı məntəqə 129
    10 saylı məntəqə 135
    11 saylı məntəqə 164
    12 saylı məntəqə 178
    13 saylı məntəqə 161
    14 saylı məntəqə 168
    15 saylı məntəqə 134
    16 saylı məntəqə 192
    17 saylı məntəqə 201
    18 saylı məntəqə 186
    19 saylı məntəqə 153
    20 saylı məntəqə 134
    21 saylı məntəqə 194
    22 saylı məntəqə 172
    23 saylı məntəqə 176
    24 saylı məntəqə 138
    25 saylı məntəqə 194
    26 saylı məntəqə 126
    27 saylı məntəqə 127
    28 saylı məntəqə 162
    29 saylı məntəqə 139
    30 saylı məntəqə 128
    31 saylı məntəqə 156
    32 saylı məntəqə 142
    Ümumi 4791

  • Azərbaycanda dizellə işləyən avtomobillər QADAĞAN OLUNUR – Rəsmi

    Azərbaycanda ekoloji təmiz avtomobillərdən istifadənin təşviq edilməsi, köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin istismarının mərhələlərlə məhdudlaşdırılması istiqamətində işlər görülür.

    Median.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.

    Onun sözlərinə görə, “Yol hərəkətinin təhlükəsizliyinə dair” (2019-2023) Dövlət Proqramında məqsəd nəqliyyatla bağlı təhlükəsizliyin təmin edilməsidir:

    “Orada bir neçə istiqamət nəzərdə tutulub. Onlardan biri ətraf mühitə və insan sağlamlığına mənfi təsirin azaldılmasıdır. Ekoloji cəhətdən təmiz avtomobillərdən (elektromobillər, hibrid avtomobillər, digər alternativ yanacaq növü, misal üçün sıxılmış təbii qaz ilə işləyən) istifadənin stimullaşdırılması atmosfer havasına atılan zərərli maddələrin miqdarının kəskin azalması baxımından yaxşıdır. Bu da şəhərlərdə, böyük meqapolislərdə ətraf mühit üçün çox vacibdir”.//sfera.az

  • Fədayə Laçın keçmiş həyat yoldaşı barədə: Mən həbs olunmamışdan öncə… – FOTO

    Əlhəmin toyu olsa, icazə verəcəksiniz ki, atası elçiliyə getsin, toyda ata kimi söz desin?

    Median.Az xəbər verir ki, bu sualla Tarix Əliyev (Tolik) verilişində qonaq olan Fədayə Laçına müraciət edib.

    Xanım sənətçi oğlu Əlhəmə atası ilə bağlı heç bir qadağa qoymadığını bildirib:

    “Niyə icazə vermirəm ki?! Mən heç vaxt onun atası ilə görüşməyinə qadağa qoymamışam. Mənim özümün onunla (keçmiş həyat yoldaşı ilə) heç bir əlaqəm yoxdur. Mən olmayanda ailə sıxıntıda idi. Mən onda Əlhəmə dedim ki, “İstəyirsən, atana zəng vur, denən ki, problem var”, dedi “Yox”. Mən həbs olunmamışdan öncə də elə söhbətlər olub ki, demişəm atana denən, bəlkə nə isə kömək edər. Heç Əlhəm özü demək istəmir. O, iş adamı deyil, amma vəziyyəti pis də deyil”.

    Tolik sənətçinin oğluna da “Əlhəm, toy eləsən heç ata xeyir-duası istəyəcəksən? Dəvət edəcəksən onu toyuna?” sualı ilə müraciət edib. Əlhəm “Əlbəttə ki! Hər nə olubsa da, ata haqqı ata haqqıdır da” cavabını verib.

  • Azərbaycanda “Vəkil günü” təsis edildi

    Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 25-də “Vəkil günü” peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, sərəncama əsasən, hər il dekabrın 28-i Azərbaycan Respublikasında “Vəkil günü” peşə bayramı kimi qeyd ediləcək.

  • Yeni ili evdə qeyd etmək bizə neçəyə başa gələcək? — SİYAHI VƏ QİYMƏTLƏR

    Yeni il yaxınlaşdıqca, insanlar onu harada keçirsələr daha maraqlı olacağı haqqında narahatlıq keçirirlər. Kimi evində ailəsi ilə, kimi isə restoran, istirahət mərkəzləri və xarici ölkələrdə keçirmək istəyirlər. Əlbəttə ki, bu da ailə büdcəsindən asılıdır. El diliylə desək, hər kəs “ayağını yorğanına görə uzatmalıdır”. Bəs görəsən ev şəraitində 4-5 nəfərdən ibarət ailənin ortabab bayram süfrəsi hazırlaması üçün nə qədər vəsait lazımdır?
    Ölkə.az bayram süfrəsinə daxil olan təamların orta bazar qiymətləri haqqında apardığı kiçik araşdırmanı təqdim edir.

    Bugünkü menyumuza daxildir: Paytaxt salatı, dolma, aş və sobada toyuq.

    Bundan əlavə süfrənin soyuq qəlyanaltılarını da hesablasaq: pomidor, xiyar, göyərti, çörək və meyvə şirələri.

    Minimal yemək sayı olan menyunun neçəyə başa gələcəyini orta bazar qiymətləri ilə hesablamağa çalışdıq.


    Paytaxt salatı ( 1 kq kartof – 85 qəpik, 300 qr yerkökü – 30 qəpik, 6 ədəd yumurta- 65 qəpik, 300 qr duzlu xiyar – 1.15 qəpik, 200 qr yaşıl xiyar – 1.20 manat, 400 qr mal əti – 5 manat, 1 banka konservləşdirilmiş, göy noxud – 1.80 manat, keşniş, şüyüd,- 40 qəpik, mayonez 200 qr mayonez – 1 manat, 1 banka xama – 1.65 manat) bizə 14 manata başa gələcək.


    Dolma üçünsə biz (500 qr qoyun əti – 6.50 manat, 2-3 dənə soğan- 30 qəpik, 1 dəstə şüyüd, 1 dəstə keşniş, 1 dəstə nanə – 60 qəpik, 150 qr yumru düyü – 20 qəpik, yarpaq – 2 manat, qatıq- 1.20 manat)- cəmi 10 manat 80 qəpik xərcləməli olacağıq.


    Süfrələrin şahı plov üçün isə (1 kq düyü – 4 manat, 250 qram şit yağ- 3.70 qəpik, 500 qram ət – 7 manat, 1 kiloqram soğan -30 qəpik, 300 qram təmizlənmiş şabalıq -3 manat, 100 qr alça turşusu – 1.83 manat, zəfəran 2 qram- 2 manat) – 21 manat 83 qəpik ödəyəcəyik.


    Sobada toyuq üçün isə 1 ədəb broyler toyuq alsaq, buna görə, 5-6 manat xərcə düşəcəyik.

    Yeməkləri bişirdikdən sonra sıra bayram süfrəsini bəzəməyə gəldi. Yeməkləri bişirmək nə qədər yorucudursa, onları süfrəyə düzüb, qonaqlara düzgün təqdim etmək bir o qədər çətin işdir.

    Sizə sadə bir süfrə bəzəmək (pomidor – 500 qram – 1.15 manat, xiyar- 500 qram- 1.65 manat, göyərti ortalama 3-4 dəstə – 60 qəpik, çörək – 1 manat, meyvə şirələri 2-3 qab- 5.25 manat) – 9.65 manata başa gələcək.


    Yemək yedikdən sonra süfrələri şirniyyatlar bəzəyir. Orta statistik ailə məvacibi olan insanların şirniyyat süfrəsini nə bəzəyir? Buna görə, mağazaya yollanıb orta ölçülü tort alsaq, bu bizə 25-30 manata başa gələcək. Bundan başqa süfrəyə konfet, limon və çay düzsək 10-15 manat xərcə düşməli olacağıq.

    Sonda süfrələri bəzəyən meyvəyə keçək. Bunun üçün ən azı bizə alma, armud, banan, naringi lazım olacaq. Bəs, bu meyvələr bizə neçəyə başa gələr?
    Bazar qiymətlərinə görə, bu bizə (alma – 500 gram – 1 manat, armud – 500 qram – 2 manat, banan – 500 qr – 1.10 manat, narincı -500 qram- 90 qəpik) 5 manata başa gələcək.


    Yeni ili evimizdə, ailəmizlə süfrə başında qeyd etsək ümumi bizə yemək süfrəsi bizə 62.28 manata çay süfrəsi isə 40 manatdır.
    Sondakı nəticələrə görə, yeni il süfrəsi üçün biz 102 manat 28 qəpik xərcə düşəcəyik.
    Süfrəniz hər zaman açıq olsun!

  • “Mən idmanla müntəzəm, fasiləsiz məşğul oluram” – İlham Əliyev

    “Bizim idman şöhrətimizi yüksəklərə qaldıran görkəmli idmançılarımıza tövsiyə edirəm ki, onlar da maarifləndirmə işlərində fəal iştirak etsinlər. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, idman cəmiyyətləri, klublar idmanın kütləviliyini təmin etsin. Bilirsiniz ki, çoxdandır mənim təşəbbüsümlə biz ictimai istirahət zonaları yaradırıq. Artıq parklar, bağlar şəhəri olan Bakı bu baxımdan dünyada qabaqcıl yerlərdədir”.

    Median.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında deyib.

    Prezident bildirib ki, son vaxtlar Bakı şəhərində nə qədər ictimai istirahət zonaları yaradılıb: “Sovet vaxtından qalan bütün ənənəvi parklar ən yüksək səviyyədə yenidən quruldu. Vaxtilə dağılmış, guya fəaliyyət göstərən, əslində, ekologiyamıza ziyan vuran sənaye müəssisələrinin yerində bir çox yeni parklar salındı. Sonra mənim göstərişimlə bu ictimai parklarda açıq havada idman qurğuları quraşdırılmağa başlanıb. İndi “Abad həyət” proqramı icra edilir. Artıq Bakı şəhərində onlarla həyət abadlaşdırılıb. Orada idman meydançaları, o cümlədən trenajorlar quraşdırılıb. İndi hər bir insanın açıq havada idmanla məşğul olması üçün imkanlar var. Uşaqlar, böyüklər orada futbol, başqa oyunlar oynayırlar, trenajorlarda məşq edirlər. Bu, kütləvi xarakter almalıdır. O halda millətimiz sağlam olacaq.

    Ona görə görkəmli idmançılara müraciət edərək onları bu işə dəvət edirəm. Bizim mətbuat orqanları gərək bu sahədəki fəaliyyətini gücləndirsinlər. Düzdür, bizim bəzi televiziya kanallarında aerobika, başqa fiziki fəallıqla bağlı verilişlər var. Bu verilişlərdə vətəndaşlara göstərilir ki, idmanın hansı növünü, hansı hərəkətləri ev şəraitində edə bilər. Amma hesab edirəm ki, bu, kifayət deyil. İdman kütləvi xarakter almalıdır, ona görə yox ki, biz daha çox medallar qazanmaq əzmindəyik, – halbuki bu da vacibdir, – ona görə ki, bizim millətimiz sağlam olsun, xəstələnməsin. İdmanla məşğul olan insanlar, buradakı idmançılar bunu öz həyatlarında görürlər. Baxmayaraq ki, iş qrafikim çox gərgindir, mən idmanla müntəzəm, fasiləsiz məşğul oluram. Bəlkə Azərbaycanda məndən çox işləyən adam yoxdur, buna baxmayaraq, vaxt tapıb idmanla müntəzəm məşğul oluram və bunun xeyrini görürəm. Ona görə mənim tövsiyəm budur. Əminəm ki, yaxın gələcəkdə mənim bu tövsiyələrim əsasında konkret təkliflər olacaqdır, idman kütləviliyi ilə bağlı geniş proqram tutulacaq”.

  • Aygün Kazımovaya HÜCUM ETDİLƏR – VİDEO

    Xalq artisti Aygün Kazımova səhnədə çətin anlar yaşayıb.

    Median.Az news24.az-a istinadən xəbər verir ki, konsert proqramında tanınmış sənət nümayəndələri çıxış ediblər.

    Səhnəyə Aygün Kazımovanın çıxması ilə alqışlarla kifayətlənməyən tamaşaçılar mühafizə əməkdaşlarının yaratdığı canlı baryeri dağıdaraq səhnəyə doğru yaxınlaşıblar.

    Sənətçi izdihamda əzilərək bir neçə dəfə yıxılmaq təhlükəsilə üz üzə gəlib.