Month: December 2019

  • В Баку обнаружен труп неизвестного

    В одной из квартир Баку был найден труп.

    Как сообщили Report в Министерстве по чрезвычайным ситуациям (МЧС), на горячую телефонную линию министерства 112 поступило сообщение о том, что в Низаминском районе человек остался запертым в квартире в беспомощном положении.

    Прибывшие на место происшествия спасатели Службы спасения особого риска открыли дверь в квартиру, где обнаружили мертвое тело неизвестного лица.

    Труп был передан по назначению.

  • Bakıda mənzildə naməlum meyit aşkarlanıb

    Bakıda mənzildə naməlum meyit aşkarlanıb.

    “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • Prezident ad gününü belə qeyd etdi – FOTO

    Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevin 58 yaşı tamam olur.

    BAKU.WS xəbər verir ki, prezident hər il olduğu kimi, bu il də doğum gününü sadə şəkildə ailə üzvləri arasında qeyd edib.
    İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva məclisdə çəkilən fotoları sosial mediada paylaşıb.

    “Əziz dostlar, təbriklərinizə, səmimi sözlərinizə və arzularınıza görə təşəkkür edirəm!!! Prezidentimizə və bütün Azərbaycan xalqına Allahdan cansağlığı, xoşbəxtlik və uğurlar diləyirəm! Qoy Azərbaycanda hər zaman günəş saçsın, əminamanlıq, xeyirxahlıq və sevgi hökm sürsün!!! Allah hamınızı qorusun!”, – deyə Leyla Əliyeva qeyd edib.



  • Bakıda sərnişin avtobusları toqquşub – FOTO

    Bakıda sərnişin avtobusları toqquşub.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində, metronun “Gənclik” stansiyasının qarşısında baş verib.

    26 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu dayanacaq yaxınlığında idarəetməni itirərək qarşısında dayanan 202 saylı marşrut avtobusu ilə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da hər iki avtobusa ciddi ziyan dəyib.

    Faktla bağlı araşdırma aparılır.

  • Daha bir icra başçısı şəhid ailəsini ziyarət etdi – FOTO

    Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhid qardaşlar Mehman və Vaqif Bayramovların ailəsini evində ziyarət edib və qarşıdan gələn Yeni il bayramı münasibəti ilə onları təbrik edib.

    Bu barədə Naftalan Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

    İcra başçısı bildirib ki, şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır. Şəhid adını uca tutmaq isə hamımızın vətəndaşlıq borcudur.

    Görüşün sonunda şəhid ailəsinə bayram sovqatı təqdim olunub. Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə – Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildiriblər.

    Şəhidin atası Dilqəm Bayramov şəhər rəhbərinin onlarla görüşməsini, təbrik etməsini şəhid ailələrinə olan qayğının ən bariz nümunəsi kimi qiymətləndirib.//modern.az

  • Ильхам Алиев отмечает день рождения в кругу семьи – ФОТО

    Дочь президента Азербайджана Ильхама Алиева Лейла Алиева поделилась на своей странице в соцсети İnstagram фотографиями с празднования дня рождения главы государства.

    Президент Ильхам Алиев отмечает свой день рождения в кругу семьи.

    «Дорогие друзья! Спасибо большое за ваши поздравления, теплые слова, искренние пожелания!!! Дай Бог здоровья, счастья и успехов нашему Президенту и всему Азербайджанскому народу! Пусть в Азербайджане всегда будет солнце и добро, мир и любовь!!! Пусть хранит всех Аллах!», – написала Лейла Алиева в своей публикации.

  • Azərbaycanda 40 yaşlı qadın dərmandan zəhərlənib

    Şirvanda zəhərlənmə hadisəsi baş verib.

    Hadisə Şirvan şəhərinin Çılpaqlı qəsəbəsində qeydə alınıb.

    Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Mehrəliyeva Aynurə Zakir qızı huşsuz vəsiyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Qadının İrandan gətirilən psixotrop dərmandan zəhərləndiyi ehtimal olunur.

    Faktla bğlı araşdırma aparılır. //report.az

  • Roza Zərgərli bələdiyyə üzvü seçilən oğlundan yazdı

    Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü Corc Qafarov ötən gün keçirilən seçkilərdə Qaraçuxur bələdiyyəsinin üzvü seçilib.
    İfaçı bununla bağlı şəxsi instaqram hesabında paylaşım edib:

    “Dünən ölkəmizdə keçirilmiş bələdiyyə seçkiləri zamanı mənim mənəvi oğlum Corc Qafarov Suraxanı Rayon Qaraçuxur bələdiyyəsinin üzvü seçilib. Bunun üçün ölkəmizdə yaratdığı demokratik seçki ab-havasına görə, möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm. Corc həm məni bir ana kimi sevindirib, həm də yaradıcılıq uğurları ilə yanaşı, böyük bir siyasi karyeraya başlayıb. .

    Hamı bilir ki, Corc Suraxanıda uşaq evində böyümüş, bizim ailəmizə daxil olmuş, təhsil almış, daha sonra isə təhsilini ali təhsil olaraq davam etdirmiş, hərbi xidmətini uğurla başa çatdırmış və bu gün yaradıcıllıq fəaliyyəti ilə məşğul olur. Doğrudan da, Azərbaycanda demokratiyanın ən böyük göstəricisi Azərbaycan gəncliyinə yaradılmış şəraitdır ki, uşaq evində böyümüş bir uşaq seçkili orqanda təmsil oluna bilər”. (Qafqazinfo.az)

  • 57 il sonra qartopu oynamaq qadağası ləğv edilir

    ABŞ-ın Viskonsin əyalətində 1962-ci ildən bəri qartopu oynamağa qoyulmuş qadağa ləğv edilib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Vausau şəhərində 57 il əvvəl qaropu oyunu “insanlara ağır şəkildə zərər verən oyun” kimi qadağan olunub. 2017-ci ildən etibarən şəhər sakinləri qadağanın ləğvi üçün mübarizə aparır.

    Gələn aydan etibarən artıq Vausau şəhərinin sakinləri də qartopu oynaya biləcəklər.

  • Röya rəqsi ilə izləyənləri məst etdi – VİDEO

    Xalq artisti Röya Ayxan açıq-saçıq geyimi və ehtiraslı rəqsi ilə diqqətləri öz üzərinə cəmləyib.

    Median.Az xəbər verir ki, müğənni Yeni illə əlaqədar tədbirlərin birində çıxış edib.

    Röya geyindiyi qırmızı dərin sinə dekolteli və qısa parıltılı donu ilə göz qamaşdırıb. İfası zamanı Xalq artisti cazibədar hərəkətləri və ehtiraslı rəqsi ilə görənləri özünə heyran qoyub. Məşhur yenidən köhnə saç düzümünə qayıdıb. Saçlarını qaynaq yolu ilə çiyinlərinə qədər uzadan Röya onları buraraq, dağınıq formaya salıb.

    Ümümilikdə Röya Ayxanın həm geyimi, həm saç düzümü, həm də makiyajı bir-birini tamamlayıb. Xalq artistinin bu obrazı izləyicilər tərəfindən maraqla qarşılanıb.//oxu.az