Month: December 2019

  • Qobustanda iki nəfər dəm qazından zəhərlənib

    Qobustan rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, Qobustan şəhər sakini, 1975-ci il təvəllüdlü Musayeva Pərvanə Arif qızı və Ərəbqədim kənd sakini, 1999-cu il təvəllüdlü Ayşən Əliyeva yaşadığı evdə dəm qazından zəhərlənib.

    Hər iki şəxs təcili tibbi yardım stansiyasının avtomobili ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Bakı Medical Plaza”da ölüm hadisəsi qeydə alındı

    Bakıda məşhur klinikada ölüm faktı qeydə alınıb.

    Median.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, 1950-ci il təvəllüdlü Sevil Zeynalova ağciyər xəstəliyinin kəskinləşməsi diaqnozu ilə noyabrın 13-də “Baku Medical Plaza”ya yerləşdirilib və orada müalicə almağa başlayıb. Lakin dekabrın 23-də xəstəxanada ölüb.

    Polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, daxili müayinə olunması üçün məhkəmə tibb ekspertizası təyin edilib.

    Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.

  • Новые назначения в Кабмине Азербайджана

    В Аппарате Кабинета министров Азербайджана произошли новые кадровые назначения, сообщает Trend со ссылкой на пресс-службу Кабмина.

    Согласно информации, Руслан Рустамлы назначен заведующим отделом внешнеэкономических связей, Илькин Маджидов – заведующим отделом регионального развития, Лятиф Гасымов – заведующим отделом сельского хозяйства и экологии Аппарата Кабинета министров Азербайджана.

  • “Google” servisini əvəzləyəcək xidmət yaradılacaq

    “Huawei” şirkəti “YouTube”, “Gmail” və digər “Google” servislərini tam əvəzləyəcək xidmətlər yaratmaqla bağlı planlarını açıqlayıb. Bu işdə Çin şirkətinə Hindistan proqram tərtibatçıları yardımçı olacaq.

    Median.Az “ICTnews”a istinadən xəbər verir ki, “Huawei” və “Honor” şirkətlərinin Hindistan filiallarının baş direktoru Çarlz Penqin sözlərinə görə, “Honor” Hindistanın 150 populyar mobil əlavə tərtibatçısını öz platformasına cəlb etmək və “Google” servislərini əvəzləyəcək xidmətlər hazırlamaq məqsədilə onlarla danışıqlar aparır. Şirkət onlardan smartfonlar üçün “Huawei” servisləri ekosisteminə daxil ediləcək proqramlar almaq niyyətindədir:

    “Naviqator, messencer, ödəniş sistemi kimi əsas mobil əlavələr dekabrın sonunadək hazır olacaq”.

    Çin şirkəti təkcə Hindistan deyil, həm də Avropa mütəxəssisləri ilə əməkdaşlıq etmək niyyətindədir. “Huawei” nümayəndəsinin sözlərinə görə, şirkət hər regionda yerli istifadəçilərə 100-150 populyar mobil proqram təklif edəcək. Ekspertlərin fikrincə, “Huawei” bununla “Google” servisləri ilə rəqabət aparmağa çalışacaq.
    “Huawei” mobil əlavə ekosisteminə dünya üzrə təxminən 1 milyon proqram tərtibatçısı daxildir. Konkret olaraq Hindistanda əlavənin ekosistemə inteqrasiyası üçün mükafatın məbləği 17 min dollar təşkil edəcək. Tərtibatçıların həvəsləndirilməsi üçün nəzərdə tutulan “Huawei” qlobal fondunun vəsaitləri 1 milyard dollara yaxındır.

    Dekabrın 19-da “Huawei” nümayəndələri şirkətin növbəti qabaqcıl smartfonunun “Google” servisləri ilə təchiz edilmədən buraxılacağını təsdiq ediblər. Bununla yanaşı, “Huawei P40” smartfonu “Android 10” əməliyyat sistemi ilə təchiz ediləcək.

  • “Azəriqaz” bayramda gücləndirilmiş rejimdə çalışacaq

    “Azəriqaz” İstehsalat Birliyinin müştəri xidmətləri bayram günlərində (31 dekabr – 06 yanvar) gücləndirilmiş iş rejimində çalışacaq.
    “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, bununla bağlı artıq işçilərin növbə ilə çalışacaqları qrafiklər tərtib olunub, onlar tam məlumatlandırılıb.

    Qeyd edilən tarixlərdə Birliyin Babək prospektində yerləşən Bakı Regional Qazın Satışı Departamentində, Gəncə Regional qaz istismarı İdarəsi və Sumqayıt Regional qaz istismarı Sahəsinin inzibati binalarında ayrılmış işçilər səhər saat 09:00-dan axşam saat 18:00-dək iş başında olacaqlar. Yalnız şənbə və bazar günlərində (4-5 yanvar) xidmət saat 17:00-dək davam edəcək.

    Qeyd edək ki, Birliyin mütəxəssisləri abonentlərə smart kartların verilməsi ilə yanaşı, bloklanmış kartların və yaxud abonentin səhvi nəticəsində söndürülmüş sayğacların (OFF rejimi) yenidən aktiv olunması, müqavilələrin bağlanması kimi xidmətləri göstərəcəklər.//ölkə.az

  • Эльза Сеиджахан спела перед военнослужащими в образе новогодней елки – ВИДЕО

    Заслуженная артистка Азербайджана Эльза Сеидджахан выступила с концертом перед военнослужащими Н-ской воинской части в Агджабединском районе.

    Вызывающая большой интерес зрителей своими неординарными нарядами певица и в этот раз осталась верной этой традиции.

    Так, исполнительница предстала перед солдатами в образе новогодней елки. Примечательно то, что на одежде исполнительницы мигали разноцветные елочные игрушки и гирлянды.

  • İcbari tibbi sığorta haqlarının ödənilməsinə bu vaxtdan başlanacaq — Tarix məlum oldu

    Gələn il yanvarın 1-dən qüvvəyə minəcək “Tibbi sığorta haqqında” qanunda nəzərdə tutulan icbari tibbi sığorta haqları ilə əlaqədar keçid müddəaları təsdiqlənib.
    Median.Az
    xəbər verir ki, aşağıdakı maddələr 2020-ci il aprelin 1-dən qüvvəyə minir:

    – müştərək maliyyələşmə məbləği;

    – muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz;

    – Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə – minimum aylıq əməkhaqqının 4 faizi;
    – mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər üzrə – gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi;

    – Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə – 0,02 manat;

    İcbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq.

    Qeyd edilənlərdən başqa digər sığortaolunanlar üzrə minimum aylıq əməkhaqqının 48 faizi haqqı 2023-cü il yanvarın 1-dən alınacaq.

  • Leyla Əliyeva daun sindromlu uşaqlar üçün təşkil olunan şənlikdə iştirak edib – FOTO

    Dekabrın 24-də Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində Yeni il bayramı ilə əlaqədar şənlik təşkil olunub.

    AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şənlikdə iştirak edib.

    Leyla Əliyeva Mərkəzdə müalicə alan uşaqlarla söhbət edib, onlarla xatirə şəkilləri çəkdirib.

    İncəsənət ustalarının çıxışları, hazırlanmış maraqlı şoular uşaqlara unudulmaz anlar yaşadıb.

    Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla tez-tez görüşür, onların təlim-tərbiyəsi ilə maraqlanır, asudə vaxtlarının səmərəli təşkili üçün keçirilən müxtəlif tədbirlərdə və proqramlarda iştirak edir.

  • С марта в центре Баку будут выступать уличные музыканты

    «По мере приближения туристического сезона, то есть в преддверии праздника Новруз, мы планируем организовать в местах скопления туристов выступления уличных музыкантов. В основном, это Приморский бульвар, улица Низами (Торговая) и территория Ичеришехер».

    Об этом в заявлении Report сказал руководитель аппарата Государственного агентства по туризму (DTA) Кянан Гасымов.

    По его словам, по всему миру работы относительно деятельности уличных музыкантов велись скоординированно: «До того, как приступить к этой работе, мы изучили мировой опыт, так как необходимо координировать данный процесс в той или иной форме».

    Официальный представитель Государственного агентства по туризму заявил о возможности выделения с этой целью в дальнейшем дополнительных мест как в столице, так и в регионах.

  • Putinin “güllə altına girmə” istəyi əmr deyil, ancaq əmr olsaydı… – Kadırov

    Rusiya Prezidenti Vladimir Putinin “güllə altına girməmək” istəyi əmr deyildi, əks halda heç vaxt itaətsizlik etməzdim.

    “RİA Novosti” xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

    Kadırov bildirib ki, Putin hər dəfə təhlükəli əməliyyatdan sonra ona bu cür sözlərlə müraciət edir.

    “Siz sualı düzgün qoymadınız. Mən Ali Baş komandanın əmrini poza bilmərəm. O, məndən özümü qorumağımı istədi: “Ehtiyatlı ol, qarışma! Sən döyüşmüsən, iqtisadi sosial məsələlərlə məşğul ol!” Böyük kimi, prezident kimi o mənə məsləhət verir. Mən Putinin piyadasıyam, istənilən çətinlikdəki əmri yerinə yetirməyə hazıram. Buna görə də “güllə altına girməmək” əmr deyildi”, – Kadırov bildirib.

    Kadırovun sözlərinə görə, Putin dəfələrlə ona bu cür müraciət edib, hər dəfə nəsə baş verdikdən sonra “özünü qoru” deyib.