Month: December 2019

  • BDU-dan “Pulsuz təhsil” şaüarına rəsmi münasibət

    Bakı Dövlət Universitetində hazırda 21842 nəfər bakalavr, 1553 magistr, 700 nəfər doktorantura pilləsində təhsil alır. Onlardan 11834 nəfəri və ya 54,18 faizi dövlət sifarişli plan yerlərinə qəbul olunduğu üçün ödənişsiz əsaslarla təhsil alır. 2019-cu ildə dövlət sifarişli plan yerlərinin sayı ötən illə müqayisədə 2059 nəfər artıb.

    Bu fikirləri Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova universitetin 2 saylı korpusunun binasında “Pulsuz təhsil” şüarı asılması məsələsinə münasibət bildirərkən səsləndirib. O qeyd edib ki, bununla yanaşı mövcud qanunvericiliyə uyğun olaraq, Bakı Dövlət Universitetində ödənişli əsaslarla təhsil alan bəzi kateqoriyalara aid olan tələbələrin təhsil haqqı təsdiqedici sənədlər təqdim etdikləri halda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:

    “Belə ki, ölkə Prezidentinin müvafiq sərəncamına və qanuna uyğun olaraq təhsil aldığı müddətdə məcburi köçkün statusu olan tələbələr, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan tələbələr, şəhid ailəsi statusunu almış ailənin üzvləri olan tələbələr, hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar, bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər təhsil haqqından azad edilirlər.

    Bu kateqoriyaya aid olan 2327 nəfər tələbə də təhsil haqqından azaddır. Həmçinin BDU-da təhsilin bütün pillələri üzrə 11779 nəfər təqaüd alır. Eyni zamanda 2019-cu ilin may ayından etibarən BDU-nun rəhbərliyinin qərarı ilə burada təhsil alanlar təhsil haqqını tam və ya tədris ilinin sonunadək hissə-hissə ödəyə bilərlər”.

  • Polislər qaçqın və məcburi köçkünlərə bayram sovqatı aparıb

    Respublikanın daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 80 min manatlıq vəsait Sabirabadın Yeni Şəhriyar və Goranboyun Aşağı Ağcakənd qəsəbələrində məskunlaşmış qaçqın və məcburi köçkünlərə bayram sovqatı aparıb.
    Median.Az
    xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsi məlumat paylaşıb.

    Məlumatda qeyd olunub ki, hər il olduğu kimi, bu il də Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində – dekabrın 24-də Daxili İşlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin başçılığı ilə Nazirliyin nümayəndələri Sabirabadın Yeni Şəhriyar və Goranboyun Aşağı Ağcakənd qəsəbələrində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüblər.

    Nazir müavini qarşıdan gələn əlamətdar günlər münasibətilə respublikanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun təbriklərini və xoş arzularını doğma yurd yerlərindən didərgin düşmüş həmvətənlərimizə çatdıraraq bu kateqoriyadan olan soydaşlarımızla sıx təmasların qurulmasının, onların qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsasının hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb.
    Ümummilli liderimizin daxili və xarici siyasətini möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayan nazir müavini ölkə başçımızın qaçqın və məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşmağı bütün icra qurumlarının rəhbərlərindən tələb etdiyini diqqətə çatdırıb, sosial müdafiəyə ehtiyacı olan bu insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün görülən tədbirlərdən, dövlət və ordu quruculuğu, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə olunmuş uğurlardan danışıb.

    Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov və Xocalı Rayon İcra Hakimiyyəti başçısı Şahmar Usubov qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından söz açıb, bu yöndə adıçəkilən rayonlarda məskunlaşmış həmvətənlərimizin ehtiyaclarının ödənilməsinə və problemlərinin həllinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşdığına görə dövlətimizin başçısına və Nazirliyin rəhbərliyinə təşəkkür ediblər.

    Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər bu günün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə təsadüf etdiyini qeyd edərək, dövlət başçısına bu münasibətlə təbriklərini ünvanlayıb, onun apardığı siyasət nəticəsində doğma torpaqlarına qayıdacaqlarına əminliklərini bildirib, göstərilən daimi diqqət və qayğıya görə minnətdarlıq ediblər.

  • Bakıda top mərmisi tapılıb

    Bakıda top mərmisi tapılıb.

    Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Report”a verilən məlumata görə, dekabrın 24-ü saat 12:01-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

    Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Bakı şəhər Baş Polis İdarəsinin Sabunçu Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və əraziyə baxış keçirilib.

    Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd təlim məqsədli 130 mm-lik top mərmisi (OF-482) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Top mərmisinin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

  • Путин назвал посла Польши “сволочью” и “антисемитской свиньей” за идею о памятнике Гитлеру – ВИДЕО

    Президент России Владимир Путин вспомнил про посла Польши в Германии, который до начала Второй мировой войны предлагал поставить памятник Адольфу Гитлеру, передает РЕН ТВ.

    “Гитлер предлагал в 1938 году выслать евреев в Америку, а посол Польши согласился и предложил поставить ему памятник”, – подчеркнул Путин.

    Президент также дал характеристику послу, который это сделал, назвав его “сволочью” и “антисемитской свиньей”.

    Глава государства также отметил, что у России вполне достаточно архивных материалов, которые не дают исказить память отцов и дедов, которые сражались в Великой отечественной войне.

    Отметим, что Польша до начала Второй мировой войны активно участвовала в разделе Чехословакии.

  • İordaniyanın Kralı Azərbaycan Prezidentini təbrik edib

    İordaniyanın Kralı II Abdullah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    AZƏRTAC-ın məlumatına görə, məktubda deyilir:

    “Zati-aliləri.

    Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

    Sizə olan cansağlığı və xoşbəxtlik arzularımı qəbul etməyinizi xahiş edirəm”.

  • SOS! В Баку от дешевого виски скончались двое мужчин, еще один человек ослеп

    Число жертв, отравившихся в Баку предположительно от суррогатного спиртного – виски за минувшие сутки, достигло трех человек. Два случая летального исхода и один факт нанесения тяжкого вреда здоровью зафиксированы в столице.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили источники в правоохранительных органах.

    Прокуратура Наримановского района приступила к расследованию отравлений с летальным исходом. Среди жертв – оперуполномоченный уголовного розыска 18-го отделения полиции Наримановского района 32-летний Байрамов Сархан Ниязи оглу.

    Полицейский скончался 23 декабря в Клиническом медицинском центре (КМЦ). В ходе предварительного расследования было установлено, что 21 декабря вечером оперативник вместе с друзьями распивал спиртное в ресторане, расположенном на улице Кероглу Рагимова. Затем они направились в другое заведение общепита, находящееся на Тбилисском проспекте. Здесь С.Байрамов и его друг Гамзаев Джалал Алямдар оглу почувствовали себя плохо и с диагнозом “отравление” были госпитализированы: первый – в КМЦ, второй – в городскую клиническую больницу №3.

    Согласно официальному сообщению Генеральной прокуратуры АР, по факту было возбуждено уголовное дело по статье 314.2 (Халатность, повлекшая смерть человека) Уголовного кодекса.

    Между тем, как сообщили Oxu.Az в Управлении полиции Наримановского района, друг оперативника Дж.Гамзаев находится в тяжелом состоянии, он ослеп на оба глаза. По полученным данным, молодые люди пили виски и велика вероятность того, что именно от этого напитка, изготовленного в подпольных цехах из технического спирта, они и отравились.

    “И ранее были установлены факты ввоза в Азербайджан из Грузии партий дешевого виски. Все знают, что качественный виски стоит дорого, дешевый алкоголь обычно производится в подпольных цехах”, – отметили в полиции.

    Отметим, что недавно у скончавшегося С.Байрамова родился первенец.

    24 декабря вечером в морг Сабаильского района было доставлено тело еще одного мужчины, предположительно отравившегося от суррогатного алкоголя. Была установлена его личность, им оказался Мустафаев Мустафа Теймур оглу 1995 года рождения. Состояние М.Мустафаева ухудшилось после посещения ресторана на территории Сабаильского района. Его доставили в Токсикологический центр, где он и скончался спустя некоторое время.

    В настоящее время следствие выясняет обстоятельства этих отравлений.

  • Gürcüstanın Baş naziri İlham Əliyevi təbrik edib

    Gürcüstanın Baş naziri Giorgi Qaxariyadan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    AZƏRTAC-ın məlumatına görə, məktubda deyilir:

    “Zati-aliləri.

    Sizi doğum gününüz münasibətilə təbrik edir və Sizə cansağlığı, uğurlar diləyir və ən xoş arzularımı çatdırıram.

    Fürsətdən istifadə edərək, məmnuniyyətlə qeyd etmək istərdim ki, Gürcüstan-Azərbaycan arasında strateji münasibətlər uğurla inkişaf edir və bu nümunəvi tərəfdaşlığın möhkəm təməlində gürcü və Azərbaycan xalqlarının çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı etimada söykənən əlaqələri dayanır.

    Ölkələrimiz arasında uğurlu əməkdaşlıq regionda sabitlik və əmin-amanlığın əsasıdır. Bu əməkdaşlığın parlaq təzahürü ölkələrimiz tərəfindən on illərdir uğurla icra edilən genişmiqyaslı birgə layihələr və təşəbbüslərdir. Əminəm ki, xüsusi münasibətlərimizi birgə səylərimizlə gələcəkdə daha da inkişaf etdirib möhkəmləndirəcəyik.

    Bir daha Sizi səmimi qəlbdən təbrik edir, şəxsi həyatınızda və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

  • Bakı polisindən sürücünün YPX maşını ilə aparılması görüntülərinə MÜNASİBƏT (VİDEO)

    Sosial şəbəklərədə yol polisinə tabesizlik göstərən videogürüntülərdən məlumatlıyıq. Fakt dekabrın 20-də Nərimanov rayonu Ziya Bünyadov prospektində qeydə alınıb.

    Bu barədə Bakı şəhər baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, hərəkət sıxlığının intensiv olduğu prospektdə manevr etmə qaydasını pozduğu üçün yol-patrul xidməti əməkdaşları “Cherolet Aveo” markalı avtomaşına “saxla” işarəsi verib.

    Sürücü yol-patrul xidməti əməkdaşlarının qanunu “saxla” işarəsinə qəsdən əməl etməyərək hərəkəti davam etdirməklə, digər hərəkət iştirakçılarına real təhükə yaradıb. Hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edən yol-patrul xidməti əməkdaşları marşurut üzrə süni tıxac yaratmaqla həmin avtomobili dayandırıblar.

    Sürücü özü və avtomaşına aid heç bir sənəd təqdim etməyərək tabesizlik göstərdiyi üçün saxlanılaraq Nərimanov RPİ- təhvil verilib.

    Sürücü ətrafında araşdırma zamanı avtomobili idarə edən şəxsin R.Quliyev olması müəyən olunmaqla, onun izahatı alınıb. O, izahatında tələsdiyi üçün avtomaşını saxlamadığını bildirib. Sürücü əməlindən peşiman olduğunu qeyd edib, yol polisinin onun əsaslı olaraq saxladığını, məsuliyyətdən yayınmaq üçün “tələsirəm” deməsini etiraf edib.

    Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3 maddələrilə inzibati protolok tərtib olunaraq sərbəst buraxılıb.

    Qeyd edək ki, sosial şəbəkələrdə Bakının Ziya Bünyadov prospektində yol polisi gənc yaşlı oğlanı zorla YPX avtomobilinə əyləşdirməsi barədə məlumat yayılıb.

  • Ильхам Алиев и Мехрибан Алиева посетили Baku White City

    24 декабря Президент Азербайджанской Республики Ильхам Алиев, Первый вице-президент Мехрибан Алиева и их дочь Лейла Алиева приняли участие в церемонии открытия Центральной бульварной улицы и ознакомились с Парковым кварталом в Baku White City.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev və Mehriban Əliyeva Ağ Şəhərdə

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 24-də Bakı Ağ Şəhərdə mərkəzi bulvar küçəsinin açılışında iştirak edib və Park Kvartalı ilə tanış olublar.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.